AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 103
1862-ci ildə 70543 pud marena istehsal edilmişdisə, 1866-cı 
ildə bu istehsal 234556 puda çatmışdı. Amma 1869-cu ildə süni 
boyaq-alizarinin kəşfi ilə  əlaqədar olaraq manera istehsalına 
böyk zərbə  dəyir, təlabat olmadığına görə istehsal tamamilə 
sıradan çıxır. 
XIX  əsrin 50-60-cı illərində Azərbaycanda –Abşeron 
yarımadasında neft çıxarımasında artım özünü göstərir. XIX 
əsrin I yarısında neft hasilatı 260 min pudluq həcmi keçmirdi, 
bunun əsas səbəbi neftə həm Azərbaycanda, həm də Rusiyada 
təlabatın az olması idi. Azərbaycan nefti əsasən İranda satılırdı. 
Lakin bunun həcmi 1848-ci ildə yalnız 113982 pud olmuşdu. 
Xam neft – qara neft istehlak olunmaq üçün emal edilməli idi. 
Neftdən alınan əsas məhsullardan biri – fotogen idi (fotogen – 
mineral yağ deməkdir). Fotogendən əsasən işıqlandırıcı maddə 
kimi istifadə edilirdi, lakin fotogen yandıqda hiss verirdi. 1858-
ci ildə ABŞ-da neft emalı  sənayesində mühüm bir yenilik baş 
verir, neft emalı texnologiyasındakı  dəyişikliklər nəticəsində 
keyfiyyətcə, yeni bir maddə – kerosin alınması mümküm olur. 
1854-cü ildə ingilis tədqiqatçısı Kesper asfaltdan maye almaq 
metodunu ixtira edir və bu yağa kerosin adını verir. «Kerso» 
yunanca mum, elaun isə «yağ» deməkdir. Kerosin fotogendən 
fərqli olaraq yananda hiss etmirdi və ondan yaxşı yanırdı. 
XIX  əsrin 60-cı illərindən kerosin sənaye  əhəmiyyətli 
məhsul statusu alır və  sənayenin inkişafı üçün ən mühüm 
məhsullardan birinə çevrilir. Artıq 1863-cü ildə Rusiya bazarına 
amerikan kerosini çıxarılır, ABŞ-da kerosindən istifadə üçün ucuz 
lampa isthesalına başlanır və belə lampalar dünyanın 4 tərəfinə, o 
cümlədən Rusiyaya ixrac olunur. Rusiyada amerikan kerosininə 
və kerosin lampasına geniş bazar vardı. 
Azərbaycanda neft hasilatı 50-ci illərdə durğunluq 
içərisində idi, irəliləyiş yox, əksinə, gerilik vardı.  Əgər 1848-ci 
ildə 259.769 pud neft çıxarılırdısa, 1849-cu ildə hasilat 207.029 
puda enir. 1850-ci ildə isə 260 min pud olur. Ümumiyyətlə XIX 
II mühazirə 
 
 
104
əspin 50-60-cü illərində neft hasilatı aşağıdakı kimi idi: 
 
İllər   Hasilat (pudla)
1850 
1869 
1870
 260.00 
1.638.900 
1.704.500 
 
1864-cü ildə Balaxanı  mədənlərində  məcburi kəndli 
əməyi ləğv edilir, bundan sonra neft istehsalı  işində muzdlu 
fəhlə  əməyindən geniş istifadə olunmağa başlanır. Bu neft 
hasilatı, neft çıxarma sənayesinin kapitalistcəsinə yenidən 
qurulmasının ilkin əlamətlərindən biri sayılmalıdır. 
1857-ci ildə Peterburqlu Kokorev və Qubonin «Закас-
пийское торговое общества» adlı cəmiyyət təşkil edirlər. 
Azərbaycanda kapitalistcəsinə inkişaf edən  əsas 
sahələrdən  ən  əsası neft emalı  sənayesi idi. Bu sahənin 
inkişafına kapital qoyuluşu 1859-cu ildən başlanır. Rus 
sənayeçilərindən Kokorev və Qubonin 1859-cu ildə Bakı 
yaxınlığındakı  Şuraxanı  kəndində böyük neft emalı zavodunu 
işə sala bilmişdilər. Zavodun inşasına Almaniyadan dəvət 
edilmiş Moldanqauer adlı mühəndis rəhbərlik edirdi. Bu dövrdə 
Bakıda xam neftin qiyməti çox yüksək idi. Belə ki, 1 pud neft – 
30-40 qəpik idi. Bundan əlavə neftin mədəndən zavoda 
arabalarda daşınması da 15 qəpik əlavə xərc tələb edirdi. Odur 
ki, zavod sahibləri xammal kimi baha olan xam neftindən deyil, 
nisbətən daha ucuz olan xammaldan – qırdan istifadə etməyi 
qərarlaşdırmışdılar. Qırdan kerosin isə sözsüz ki, çox az, cəmisi 
15 faiz alınırdı. Odur ki, zavod gəlir gətirmək  əvəzinə  zərər 
verirdi. Rus alimi B.E.Eyxlerin təklifi ilə xammal neftindən 
istifadə edilməyə başlanır. Yeni texnoloji proses zavodun 1860-
cı ildə neftdən kerosin almasına gətirib çıxarır. Lakin neftin 
bahalığı zavodun az qala bağlanmasına səbəb olacaqdı. Zavod 
sahibləri zavodu bağlamaqdan  əvvəl D.Y.Mendeleyev ilə 
məsləhətləşdilər. Bakıya gələn D.Y.Mendeleyev həm neftin 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 105
emalının texnologiyası, həm də kerosinin zavoddan limana və 
Rusiyaya daşınması üçün məsləhətlər verir: indi neft limana 
borular vasitəsilə  nəql edilməyə başlanır. 1864-cü ildə zavod 
ildə 60 min pud məhsul verir. 
1857-ci ildə rus alimi, akademik A.Z.Moris neftdən pa-
rafin alınması ideyasını irəli sürür. Tiflis əzcaçısı F.Vitte 
Pirallahı adasında bu məqsədlə xüsusi zavod inşa edir. Zavod 
1861-ci ilin avqustunda işə salınır. Bu zavodda 150 fəhlə 
işləyirdi, onların  əksəriyyəti Abşeronun Qala, Zirə  və s. 
kəndlərindən idilər. 
1863-cü ildə Cavad Məlikov 3 yoldaşı ilə birlikdə öz la-
yihəsi  əsasında kiçik bir neft emalı zavodu inşa edir. O kero-
sinin qırdan deyil, birbaşa neftdən alınması prinsipini əsas 
götürmüşdü. 
1865-ci ildə Bakı neft quyularının sonuncu iltizamçısı 
erməni L.Mirzoyev Suraxanıda neft emalı zavodunu inşa edir. 
Bu böyük bir zavod idi, belə ki, 1870-ci ildə bu zavodun illik 
məhsul istehsalı 93 min puda çatmışdı. 
Beləliklə, 1870-ci ilin əvvəli üçün Bakıda 3 iri neft emalı 
zavodundan  əlavə 44 orta və  xırda neft emalı zavodu vardı ki, 
onlarda ildə 500 min puda yaxın kerosin istehsal olunurdu. 
XIX  əsrin 50-60-cı illərində Azərbaycanda inkişaf edən 
sahələrdən biri də metal emalı  sənayesi idi. Bu sahənin 
yaranması  və inkişafı ilk növbədə «neft və neft emalı 
sənayesinin inkişafı ilə sıx bağlıdır, çünki bu sənaye sahələrinin 
çuqun tökməyə, borulara, qazanlara, rezervuara, qazma 
alətlərinə, dəzgahlara, avadanlığa və başqa texniki avadanlığa 
böyük ehtiyacı vardı.  Əvvəllər hər bir zavod və ya fabrik dəz-
gahları, maşınları  təmir etmək üçün öz mexaniki 
emalatxanalarını inşa edirdilər, lakin sonralar bu işləri görmək 
üçün iri müəssisələr yaradılır. Belə ilk müəssisə Azərbaycanda 
1858-ci ildə «Qavqaz və Merkuri» cəmiyyəti tərəfindən tikilən 
«təmir-mexaniki emalatxana» adlı zavod idi. Bir qayda olaraq 
II mühazirə 
 
 
106
tarixi  ədəbiyyatda mexaniki-emalatxana adlanan müəssisələr 
əslində zavod idilər. 
XIX əsrin 50-60-cı illərində Bakı sənaye rayonunda gəmi 
təmiri verfləri, dokları (ellinqlər) mexaniki müəssisələr ilə 
birlikdə inşa edilir. Bu doklardan birincisi «Qavqaz və 
Merkuri» cəmiyyəti tərəfindən 1858-ci ildə inşa edilmişdi. Bu 
doku «Qavqaz və Merkuri» cəmiyyəti öz gəmilərinin təmiri 
üçün inşa etdirmişdi. 1866-cı ildə bu dokun nəzdində gəmilərin 
təmiri üçün mexaniki zavod tikilmişdi. 
XIX  əsrin 50-ci illərində Azərbaycanın qərbində Gədəbəy-
Daşkəsən zonasında mis–mədən sənayesi inkişaf edirdi. 1855-ci 
ildə  Gədəbəydə türk təbəələri olan yunan X.Kıryakov və 
Q.Mexov əsasən əl əməyinə əsalanan kiçik bir zavodu işə saldılar. 
Burada ildə 1200 pud mis isthesal olunurdu. 1856-cı illərdə yerli 
sənayeçilərdən P.Miskaryans və Y.Karabişev Daşkəsəndə ikinci 
bir mis əridən zavod işə saldılar. Bu zavod da kiçik manufaktura 
tipli bir müəssisə idi, cəmisi 15 fəhləsi olan bu müəssisədə ildə 62-
64 pud mis istehsal edilirdi. 
1864-cü ildə Simens qardaşları (Verner, Karl, Valter) 
Gədəbəy zavodunu 77 min manata satın alırlar və onlar 1865-ci 
ildə köhnə, kiçik zavodun yerində yenisini tikirlər və bu işdə 
onlar 1 milyon 874 min manat xərc çəkirlər. Simens 
qardaşlarının Gədəbəy mis zavodu 1870-ci ildə 44,2 min pud 
mis istehsal etmişdi. Simenslərin zavodu o dövrün ən müasir 
texnikası əsasında tikilmişdi. Belə ki, 1868-ci ildə zavodda 864 
nəfər çalışırdı ki, onlardan 50 nəfəri – mədəndə, 314 nəfəri 
köməkçi işlərdə, 60 nəfəri isə mühəndis-texnik idilər. Gədəbəy 
zavodu Rusiyada istehsal olunan misin təxminən 1/7-ni verirdi. 
XIX  əsrin 50-ci illərində Azərbaycanda dağ-mədən 
sənayesinin inkişafına Rusiya dövlətinin yeritdiyi mürtəce 
iqtisadi siyasət mane olurdu: 1) dağ mədən vergisi; 2) ən əsas 
maneçilik – Azərbaycan iqtisadiyyatının əsas sahələri olan neft, 
balıqçılıqda azad sahibkarlığa qadağa siyasəti, bu sahələrin 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 107
iltizama verilməsi idi. XIX əsrin ortalarında Azərbaycanda azad 
sahibkarlığa münasibət sözsüz ki, Rusiyanın özünün də iqtisadi 
maraqlarına zidd idi. Odur ki, 1872-ci il 1 fevral və 1879-cu il 17 
fevral fərmanları ilə neft sənayesində iltizam sistemi ləğv edilir, 
azad sahbkarlığa keçilir; 3) Azərbaycanda sahibkarlara və 
tacirlərə kredit verən bank müəssisələrinin açılmaması. 
Şimali Azərbaycanda kapitalistcəsinə inkişaf edən xalq 
təsərrüfatı sahələrindən biri də ipəksarıma sənayesi idi. Moskva 
sənayeçilərindən Alekseyev və Voronin qardaşları «Yoldaşlıq» 
təşkil edərək 1860-1861-ci ildə Nuxada ipəksarıma fabriki 
tikdirdilər. Bu fabrik sahiblərinə 60 min manata başa gəlmişdi. 
Buxar mühərriki ilə  işləyən bu ipəksarıma fabrikində 432 
dəzgah, 64 hazırlıq hovuzu və buxar maşını vardı. 1863-1865-
ci illərdə fabrikdəki buxar dəzgahlarında 192 usta və 64 şagird, 
əl dəzgahlarında 910 usta və 105 şagird, ayaq dəzgahlarında 30 
usta və baramaların çeşidlənməsində 200-250 qadın çalışırdı. 
400-dən artıq dəzgahın işlədilməsi sahibkarlara nisbətən ucuz 
olan qadın və  uşaq  əməyindən istifadə etməyə imkan verirdi. 
Fabrikdə ildə 1,4 min pud ipək-xammal, 1000 puda yaxın struz 
və digər məhsullar istehsal edilirdi. Fabrikin illik pul dövriyyəsi 
1-2 milyon manata çatırdı. Lakin bu fabrik tam gücü ilə yalnız 
bir neçə il işləmişdir, çünki xarici ipəkçilik firmaları Nuxada 
sağlam barama toxumlarını kütləvi surətdə alıb aparırdılar. 
1866-cı ildə fabrik yalnız yarımgücünə işləyirdi, 1867-1870-ci 
illərdə fabrik fəaliyyətini tamamilə dayandırmalı olmuşdu. 
XIX  əsrin 50-60-cı illərində Azərbaycanda gəmiçilik də 
inkişaf edirdi. 1853-cü ildə Kür çayında «Knyaz V.Voronstov» 
adlı ilk paroxod işləməyə başlayır. «Qavqaz və Merkuri» 
cəmiyyəti 1858-ci ildə  təsis edilir, cəmiyyətin  əsas kapitalı 3 
mln gümüş manat idi. 1865-ci ildə Xəzər dənizində «Lebedev» 
kampaniyasına məxsus birinci paroxod üzməyə başlayır. 60-cı 
illərin sonlarında Xəzərdə yelkənli gəmilərin sayı çoxalmağa 
başlayır, onlar Həştərxana  İrandan və  əksinə çoxlu yük 
II mühazirə 
 
 
108
daşıyırdılar. 
XIX  əsrin 50-60-cı illərində Azərbaycan iqtisadiyyatının 
inkişafı ilk növbədə  əsas sənaye mərkəzinə çevrilən Bakı 
şəhərində  əhalinin artmasında özünü göstərirdi:  əgər 1856-cı 
ildə burada 8,4 min nəfər yaşayırdısa, 1868-ci ildə bu rəqəm 
12,4 min nəfərə çatmışdı. 
 
2. Kəndli islahatının hazırlanması və keçirilməsi 
 
Rusiyada kəndli islahatının keçirilməsindən xeyli 
keçməsinə baxmayaraq çarizm Cənubi Qafqazda islahat 
keçirməyə  tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş çar 
hökuməti onları özündən narazı salmaq istəmirdi. Lakin 
Rusiyada kapitalizmin sürətli inkişafı ucqarlarda ciddi 
dəyişikliklərin edilməsini tələb edirdi. 
Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli 
islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. 
İslahat ərəfəsində Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə 
bir ciddi kəndli üsyanı  və ya narazılıqların  şahidi olmuruq. 
Halbuki, kəndli islahatı  ərəfəsində – 1859-1861-ci illərdə, 
Rusiyanı başdan-başa kəndli hərəkatı bürümuşdu və Rusiyada 
ilk inqilabi şərait yaranmışdı. 
Rusiyadan fərqli olaraq Azərbaycanda torpaq sahibləri ilə 
kəndlilər arasında mövcud olan sosial ziddiyyət o qədər də 
kəskin deyildi. Azərbaycanda kəndlilər nə torpağa, nə  də 
feodalın  şəxsiyyətinə  təhkim olunmamışdılar. Azərbaycanda 
sahibkar kəndlilər torpağa və mülkədarlara təhkim olmayıb, 
sahibkar torpaqlarında yaşayan dövlət kəndliləri hesab 
edilirdilər. Bundan əlavə hökumət Azərbaycanda kəndli 
islahatının həyata keçirilməsi üçün hələ  şəraitin olmadığını 
bahənə edir və bunun üçün hazırlıq tədbirlərinin görülməsinin 
vacibliyini qeyd edirdi. Bütün bunlar hökumətə islahatı  təxirə 
salmağa imkan verirdi. Lakin hökumət, gec də olsa ucqarlarda, 
o cümlədən Azərbaycanda kəndli islahatını keçirməyə  məcbur 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 109
oldu. 
Bunun üçün bir sıra hazırlıq işləri görülməyə başladı. 
İslahatı keçirmək üçün ilk növbədə dövlət, sahibkar və  kənd-
lilərin pay torpaqlarının sərhədləri dəqiq müəyyən edilməli idi. 
Bu məqsədlə Zaqafqaziya Mərz palatası təsis edildi və 1861-ci 
ilin 29 iyununda mərkəzləşdirmə  işini həyata keçirmək üçün 
«Əsasnamə» təsdiq edildi. 1 yanvar 1862-ci ildən etibarən 
Zaqafqaziya mərz palatası  fəaliyyətə başladı. Elə  həmin ildə 
Cənubi Qafzaq Mərkəzi  İslahat Komitəsi də yaradıldı. Lakin 
mərkəzləşdirmə  işi çox ləng gedirdi. Təkcə onu qeyd etmək 
kifayətdir ki, mərzləşdirmə  işinə bilavasitə başlanandan 25 il 
keçənədək, mərkəzləşdirilməli olan torpaqların cəmisi 5%-i 
mübahisəsiz mərzləşdirilmişdi. Yerdə qalan torpaqlar 
mübahisəli torpaq fonduna daxil edilmişdi. 
İslahata hazırlıq sahəsində ikinci mühüm addım 1866-cı 
ildə  bəy komissiyalarının yaradılması idi. Bəy komissiyaları 
Cənubi Qafqaz quberniyalarında ali müsəlman silkinin tərkibini 
müəyyən etməli idi. Ali müsəlman silkinin tərkibinin müəyyən 
edilməsi də çox böyük çətinliklərlə bağlı idi. Belə ki, bir sıra 
«yalançı bəylər» pulla şahidlər tutur, məmurlara rüşvət verərək 
özlərini ali müsəlman silkinin sıralarına saldırırdılar. 
Ümumiyyətlə, bəy komissiyaları Bakıda 22 yanvar 1870-ci 
ildən 1880-ci ilədək,  Şuşada 15 mart 1870-ci ildən 1876-cı 
ilədək, Tiflis və  İrəvanda isə 1865-1867-ci illərdə  fəaliyyət 
göstərmişdir. Bütövlükdə Azərbaycanda bəy komissiyaları 
tərəfindən 1.188 nəsil  əsli-nəcabətli bəy nəsli kimi tanındı, 
təxminən bir o qədər, yəni 1.048 nəslə bəy titulu verilməkdən 
imtina edildi. Bundan əlavə Şirvan, Talış və Bakı 3 keçmiş xan 
nəsli təsdiq edildi. Lakin Azərbaycanın ali müsəlman silkinə 
daxil olan bəylər rus zadəganları ilə  bərabər hüquqda 
tutulmurdular, onlar yerli və ali hakimiyyət orqanlarında təmsil 
olunmurdular.  
Nəhayət, müəyyən hazırlıqlardan sonra 1870-cı ilin may 
II mühazirə 
 
 
110
ayının 14-də, Cənubi Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, 
İrəvan və qismən də Tiflis quberniyaları ali müsəlman silkindən 
olan  şəxslərin, habelə erməni məliklərinin torpaqlarında sakin 
olan dövlət kəndlilərinin torpaq quruluşu haqqında  əsasnamə» 
qəbul olundu. 
«Əsasnamə»nin adından göründüyü kimi islahat 
Azərbaycanın sahibkar kəndlilərinə  şamil edilirdi ki, onlar da 
ümumi kəndli kütləsinin 1/5 hissəsini təşkil edirdilər. Ona görə 
də, bu islahat bütövlükdə Azərbaycan kəndində köklü 
dəyişikliyə səbəb ola bilməzdi.  
İslahatda kəndliləri maraqlandıran üç məsələyə, - torpaq, 
şəxsi azadlıq, vergi və mükəlləfiyyət məsələsinə toxunulurdu.  
«Əsasnamə»yə görə qanun verilənə  qədər kəndlinin 
istifadəsində olan həyətyanı torpaq sahələri, meyvə, tut, üzüm 
bağları, onun daimi istifadəsində olan əkin və b. sahələr onun 
pay torpağı hesab edilirdi. Kəndli öz pay toraqlarını hissə-hissə 
və ya bütöv şəkildə, sahibkarlarla qarşılıqlı razılığa görə satın 
ala bilərdi. Ancaq bu zaman hər bir ev 15 desyatindən çox 
torpaq satın ala bilməzdi. Kəndli öz pay torpaqlarını hansı 
şəkildə olursa olsun, satın alarkən, dövlət tərəfindən ona heç bir 
yardım göstərilmirdi. Mövcud «Əsasnamə» elan ediləndən 2 ay 
sonra nizamlanma qaydalarının hazırlanmasına başlanılmalı idi. 
Nizamlanma qaydaları  hər bir malikanə üçün əsasnamə elan 
edildikdən 2 il keçənədək hazırlanır və  həyata keçirilirdi. 
Nizamlanma qaydalarını hazırlamağa başlamazdan  ən azı 15 
gün qabaq, həm sahibkara, həm də  kəndliyə çağırış  vərəqi 
göndərilməli idi. Onlar nizamlama qaydalarının 
hazırlanmasında iştirak etməli idilər. 
İslahata görə sahibkar kəndlilərinə 1870-ci il islahatına 
qədər istifadə etdikləri torpaq sahələrindən daimi istifadə etmək 
hüququ verilirdi ki, bu da sahibkar kəndlərində torpaqdan 
istifadədə sabitlik yaradırdı. Belə ki, hər bir şəxs özünün 
istifadə etdiyi torpaq payını  nəslinin davamçısına verirdi və 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 111
sahibkarın onu geri almaq hüququ yox idi. Sahibkar 
kəndlilərinə öz pay torpaqlarını satın almaq hüququ verilsə də, 
bu məcburi deyildi. 
Maraqlıdır ki, «Əsasnamə»də satın alınmalı torpağın 
dəqiq miqdarı göstərilmirdi. Halbuki, bu vaxta qədər, demək 
olar ki, bütün tarixi ədəbiyyatda bu sahədə yalnış fikir hökm 
sürür. Əsasnamədə qeyd edilirdi ki, 1870-cı il 14 may qanunu 
verilənədək kəndlinin istifadəsində olan torpaqlar onların daimi 
istifadəsinə verilir. Beş desyatinlik norma Rusiyanın mərkəzi 
quberniyalarında son hədd kimi götürülmüş  və ümumiyyətlə 
orada hər quberniya üçün yuxarı  və  aşağı norma müəyyən 
edilmişdi. 1870-ci il Əsasnaməsi ilə hökumət 5 desyatinlik 
normanı mübahisəli məsələlər üçün və  həm də sahibkarlara 
artıq torpaq sahələrini kəsmək hüququ vermək üçün ortaya 
atmışdı. Belə ki, kənd icmasında pay torpağı hər bir kişi üçün 5 
desyatindən çox olardısa və mülkədarlara  əkinə yararlı 
torpaqların 1/3 hissəsindən azı qalardısa, sahibkara əvvəlcədən 
malik olduğu torpağın artıq hissəsini kəsib götürmək hüququ 
verilirdi. 
Torpaqların satın alınması üçün onun qiymətinin müəy-
yənləşdirilməsi vacib idi. Əgər torpaq mülkədar və  kəndli 
arasında razılıq  əsasında satın alınardısa, onda torpağın 
qiymətini onlar özləri müəyyən edirdilər.  Əgər, kəndli torpağı 
öz tələbi ilə satın almaq istəyirdisə, onda dövlət orqanları 
torpağın satın alma qiymətini müəyyən etməli idi. Bu sahədə 
iki dəfə müəyyən təşəbbüs göstərilmişdi: 1) 1872-1876-cı 
illərdə torpağın 1 desyatinin məhsuldarlığından asılı olaraq 
Bakı quberniyasında 18 manat 19 qəpikdən 30 manat 15 
qəpiyədək, Yelizavetpol quberniyasında isə 25 manatdan 202 
manata qədər, Naxçıvan qəzasında isə 20 manat 66 qəpikdən 54 
manat 56 qəpiyədək. Hətta rəsmi hökumət dairələri də  həmin 
qiymətlərin mövcud vəziyyətə uyğun olmadığını etiraf 
edirdilər. Məhz bu səbəbdən də Qafqaz canişini həmin 
II mühazirə 
 
 
112
qiymətləri təsdiq etməkdən imtina etmişdi. 
İkinci dəfə torpağın 1 desyatininin qiymətinin müəy-
yənləşdirilməsi üçün 1876-1883-cü illərdə  cəhd göstərildi. Bu 
dəfə torpağın 1 desyatinin qiyməti onun keyfiyyətindən asılı 
olaraq Bakı  və Yelizavetpol quberniyalarında hər desyatin 
torpağa 12 manat 50 qəpikdən 45 manata, Naxçıvan qəzasında 
17 manat 50 qəpikdən 53 manata qədər müəyyən edilmişdi. 
Ancaq, həmin qiymətlər də mövcud vəziyyətə uyğun deyildi. 
Müqayisə üçün deyə bilərik ki, Bakı quberniyasında torpağın 1 
desyatinin qiyməti, akad. Ə.S.Sumbatzadənin hesablamalarına 
görə Minsk quberniyasından 25, Astraxandan 20, Orenburq, 
Moqilyov, Perm, Tavriyadan 10, bütövlükdə Rusiyadan 7,7 
dəfə baha idi. Yelizavetpol quberniyasında isə torpağın hər 
desyatinin qiyməti Astraxandan 60, Orenburq, Samara, 
Moqilyovdan 40, Perm, Minskdən 30, Kiyev, Riyazan, 
Moskvadan 10, bütövlükdə Rusiyadan 17 dəfə baha idi. Bu onu 
göstərir ki, hökumət Cənubi Qafqazda islahatın həyata 
keçirilməsində maraqdı deyildi. O, həm qiymətlərin müəyyən 
edilməsini yubadır, həm də «vıkup» - «ödənc»  əməliyyatının 
həyata keçirilməsi üçün heç bir yardım göstərmirdi. Halbuki, 
Rusiyada kəndli bankları vasitəsilə torpaqların satın alınmasına 
borc pul ayrılmışdı və kəndlilər islahatdan dərhal sonra öz pay 
torpaqlarının mülkiyyətçisinə çevrilirdilər. Məhz bu səbədən də 
Rusiyada torpaqların satın alınması  məcburi idi. 1870-cı il 
kəndli islahatı xırda kəndli torpaq sahibliyini yaratmaq əvəzinə, 
kəndlilərin torpaqdan istifadəsini qanuniləşdirdi. Azərbaycanın 
sahibkar kəndində çoxlu miqdarda xırda kəndli torpaq 
sahibliyinin yaradılması iri torpaq sahiblərinin mənafeyinə 
ziddi idi. Qafqaz və Mərkəzi Hökumət tərəfindən uzun müddət 
torpaqların satınalma qiymətlərinin dəqiq müəyyən edilməməsi 
və bu işə dövlət yardımının göstərilməməsinin səbəbi bununla 
aydın olur.  
Bu vaxta qədər tarixi ədəbiyyatda 1912-ci ilə qədər, yəni 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 113
torpaqların məcburi satın alınması haqqında qanun verilənə 
qədər «satın alma» əməliyyatının keçirilmədiyi göstərilirdi. 
Məsələn, Azərbaycan tarixinin kapitalizm dövrünün ən böyük 
tarixçisi olan Ə.S.Sumbatzadə yazırdı ki, 1885-ci ilədək 
Azərbaycanda kəndlilərin nə tək, nə də icmalıqla pay torpağını 
satın alması faktına rast gəlmirik. Yalnız, 1885-ci ildə Bakı 
quberniyasında 11,5 min kəndli təsərrüfatından yalnız 10 
təsərrüfat ikitərəfli razılıq  əsasında öz pay torpağını satın ala 
bilmişdi. Yelizavetpol quberniyasında vəziyyət bundan da pis 
idi. Belə ki, yalnız 1902-ci ildə  Şuşa və Yelizavetpol 
qəzalarında iki malikanədə  və bir neçə başqa kəndli 
təsərrüfatında pay torpağını satın almağa təşəbbüs gös-
tərilmişdi. Lakin, satınalma qiymətlərinin yüksək olması 
səbəbindən onlar da pay torpaqları ala bilmədilər.  
XX  əsrin 80-ci illərində Y.Ələsgərovun apardığı 
tədqiqatlara görə, 1870-ci ildən 1912-ci ilədək Azərbaycanın 40 
sahibkar kəndində müxtəlif növdən olan 2000 desyatin torpaq 
sahəsi satın alınmış  və bunun müqabilində sahibkarlara 120 
min manat pul ödənilmişdi. 
Satınalma əməliyyatı müvəffəqiyyət qazanmasa da, sahibkar 
kəndliləri faktiki olaraq öz pay torpaqlarının sahiblərinə çevrildilər 
və mülkədar heç bir vəchlə onu bu torpaqdan çıxara bilməzdi. Bu 
nöqteyi-nəzərdən 1870-cı il islahatından sonra torpaqdan 
istifadədə sabitlik yarandı ki, bu da burjua xarakteri daşıyırdı. Belə 
ki, indi kəndli hər desyatin torpağa görə natural vergi olan 1/10 və 
ya 30 qəpik pul ödədikdən sonra, istifadəsində olan pay 
torpaqlarından götürdüyü məhsulun yerdə qalan hissəsindən azad 
şəkildə istifadə edə bilərdi. Bu, 1870-ci il islahatından sonra 
sahibkar kəndlərində aqrar münasibətlərin spesifik 
xüsusiyyətlərindən biridir. 
1870-ci il islahatının tərtibçiləri mülkədarları narazı 
salmamağa çalışırdılar. İslahatın mətnində (§2) bir tərəfdən qeyd 
olunurdu ki, sahibkar kəndlilərə  məskun olduqları torpaqlardan 
II mühazirə 
 
 
114
daimi istifadə etmək hüququ verilirdi. Digər tərəfdən isə, 
«sahibkar kəndlilərin istifadə etdikləri» torpaqların torpaq 
sahibinin ixtiyarında qaldığı qeyd olunurdu. Buna görə  də 
sahibkar kəndliləri 1912-ci il islahatına qədər öz pay torpaqlarının 
mülkiyyətçisinə çevrilmədilər. Onlar uzun müddət «müvəqqəti 
mükəlləfiyyətli» kəndli kateqoriyasına daxil edildilər. Beləliklə, 
1870-ci il kəndli islahatı sahibkar kəndlərində torpaq məsələsini 
həll etmədi. Yenə  də  bəy və mülkədarların ixtiyarında külli 
miqdarda torpaq qaldı. İslahatdan sonra, Bakı quberniyasında 11,4 
min kəndli təsərrüfatının ixtiyarında 110,3 min desyatin, 
mülkədarların ixtiyarında isə 246,9 min desyatin və ya 2 dəfə çox 
torpaq qalmışdı. Yelizavetpol quberniyasında isə 47,5 min kəndli 
təsərrüfatının istifadəsində 124,3 min desyatin, mülkədarların 
ixtiyarında isə 4 dəfə çox və ya 440,7 min desyatin torpaq sahəsi 
qalmışdı. Bu rəqəmlər Azərbaycanın sahibkar kəndində torpaq 
məsələsinin nə vəziyyətdə olduğunu əyani şəkildə göstərir. 
İslahatın toxunduğu digər mühüm məsələ vergi və mü-
kəlləfiyyətlər idi. 1870-ci il islahatına görə biyar hər desyatin 
pay torpağına görə 30 qəpik pulla əvəz edilirdi. Bu xüsusi əhə-
miyyətə malik idi. Mülkədarın təsərrüfatında işləmək üçün hər 
10 ailədən 1 nəfər kəndli, hər ailədən 18 gün mülkədarın 
təsərrüfatında işləmək üçün ildə 1 nəfər ayırması da ləğv edildi 
ki, bu da kənddə kapitalist münasibətlərinin inkişafına mühüm 
təsir göstərirdi. Bununla belə, məhsulun 1/10–nin bəyin 
hüzuruna aparılması saxlanılırdı. Bundan əlavə, islahatda 
meşələrdən istifadə  əvəzinə vergi ödənilməsi də  nəzərdə 
tutulurdu 
İslahatda geniş yer tutan məsələlərdən biri də  şəxsi 
asılılığın ləğv edilməsidir. Bu Əsasnamə ilə Azərbaycanın 
sahibkar kəndliləri  şəxsən azad elan edilirdilər.  İslahat hakim 
zümrəyə qeyri-iqtisadi asılılıq imkanı verən qayda və qanunları 
ləğv etdi. Kəndlilər öz pay torpaqlarını satın ala bilməyib, 
mülkədardan iqtisadi cəhətdən asılı qalsalar da, bu şəxsi asılılıq 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin