AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
  1   2   3   4   5   6   7   8   9   ...   43

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN TARİXİ 
XIX – XXI əsrin əvvəli 
 
 
Ali məktəblər üçün mühazirələr kursu 
 
 
 
 
Azərbaycan Respublikası  Təhsil 
Nazirliyinin 29.06.2009-cu il tarixli 
805 saylı əmri ilə təsdiq edilmişdir. 
 
 
 
 
 
BAKI  
«Bakı Universiteti» nəşriyyatı 
2010 

Tarix elmləri namizədi, dosent A.Ə.Rzayevin ümumi redaktəsi ilə 
 
 
Müəlliflər: t.e.d., prof. E.B.Muradəliyeva, t.e.d., prof. S.S.Əli-
yarlı, t.e.d., prof. F.F.İbrahimli, t.e.d, prof. 
İ.X.Zeynalov, t.e.d., dos. L.L.Həsənova, t.e.d, dos. 
K.K.Şükürov, dos. F.E.Əliyeva, dos. A.Ə.Rzayev, dos. 
M.Q.Abdullayev, dos. A.Z.İbrahimova, dos. 
N.Z.Məmmədov, dos. R.G.Həsənov, dos. X.M.Abbasova, 
dos. B.O.Əziz, dos. X.R.Səfərova, dos. C.Y.Rüstəmova, 
t.e.n., müəl. 
Ə.Ə.Şahverdiyev, t.e.n., müəl. 
L.A.Əliyeva, b/müəl. V.R.Nəbiyev, müəl. 
S.A.İsmayılova, K.T.Nəcəfova 
 
Rəyçilər: prof. S.Y.Süleymanova, dos. C.M.Cəfərov
 
 
 
Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. II 
hissə (XIX-XXI əsrin  əvvəli). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 
2010, 545 s
.
 
 
 
 
 
 
 
 
 
2010
)
07
(
658
0503020907


M
A
 
 
 
 
©
 «Bakı Universiteti» nəşriyyatı, 2010 
 
2

MÜNDƏRİCAT 
 
I. Rusiyanın Şimali Azərbaycan xanlıqlarını isgal etməsi. 
Xanlıq dövrünün sonu  
(prof. S.S.Əliyarlı; t.e.d. K.K.Şükürov) ..............................5 
II.  Şimali Azərbaycan XIX əsrin 40-70-ci illərində 
  1) 40-cı illərin islahatları və onların mahiyyəti       
     2) Burjua islahatlarının hazırlanması və keçirilməsi....... 
(t.e.d. L.L.Həsənova; dos. F.M.Əliyeva) .............................81 
III.  Şimali Azərbaycan XIX əsrin 70-ci illəri –  
        XX əsrin əvvəllərində  
(prof. E.B Muradəliyeva; dos.B.O.Əziz) .............................121 
IV.  Şimali Azərbaycan1905-1914-cü illində 
(b/m. L.A.Əliyeva;  dos. Ç.S.Rüstəmova) ..........................152 
V. XX əsrin əvvəllərində (1900-1918-ci illər) 
     Şimali Azərbaycanın iqtisadi inkişafı  
(dos. M.Q.Abdullayev)  .......................................................178 
VI.   Cənubi Azərbaycan 1828-1914-cü illərdə 
(K.T.Nəcəfova) ...................................................................195 
VII. Azərbaycan Birinci Dünya müharibəsi  illərində 
(Ə.Ə.Şahverdiyev; b/m.V.R.Nəbiyev).................................221 
ВЫЫЫ. Azərbaycan Xalq Cümhuriyyəti (1918 – 1920) 
(dos. A.Z.İbrahimova)..........................................................248 
 
 
3

IX.  Azərbaycan 20-30-cu illərdə 
(prof. F.F.İbrahimli;  dos. B.O.Əziz) ...................................279 
X.  Azərbaycan İkinci Dünya müharibəsi dövründə 
(dos. N.Z.Məmmədov).........................................................325 
XI.  Şimali Azərbaycan İkinci Dünya müharibəsindən  
           sonrakı dövrdə  (1946-1960-ci illərdə) 
(prof. İ.X.Zeynalov; dos. X.R.Səfərova)..............................368 
XII. Azərbaycan SSR XX yüzilliyin 70-80-ci illərində 
(prof. İ.X.Zeynalov; dos. X.M.Abbasova)...........................418 
XIII. Müstəqil Azərbaycan Respublikasının  
          yaranması, onun daxili və xarici siyasəti 
(dos. A.Ə.Rzayev; dos. N.Z.Məmmədov;  
dos. R.G.Həsənov;  b/m.V.R.Nəbiyev)................................462 
XIV. Cənubi Azərbaycan 1917-ci il – XXI əsrin  
         əvvəllərində 
(b/m S.A.İsmayılova)...........................................................525 
 
 
4

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 

prof. S.S.Əliyarlı 
t.e.d. K.K.Şükürov 
 
I. RUSİYANIN ŞİMALİ AZƏRBAYCAN 
XANLIQLARINI İSGAL ETMƏSİ. 
 XANLIQ DÖVRÜNÜN SONU 
 
1.
 
XVIII yüzilin sonu – XIX yüzilin başlanğıcında Azərbay-
canın iç durumu 
2.
 
Azərbaycan beynəlxalq münasibətlərdə 
3.
 
Rusiya işğalının başlanması Baş komandan general Sisianov 
4.
 
1804-813-cü illər Rusiya-İran savaşı. Quzey Azərbaycan 
xanlıqları uğrunda mübarizənin yeni dönümü 
5.
 
Xanlıq dövrünün sonuna doğru  
6.
 
1826-1828-ci illər Rusiya-İran savaşı. Türkmənçay müqaviləsi 
 
1. XVIII yüzilin sonu – XIX yüzilin başlanğıcında  
Azərbaycanın iç durumu 
 
Qacarın öldürülməsindən sonra olanlar. Məhəmməd 
şah Qacarın qətlindən sonra sıyası durum dəyışdı. Qnun ilk 
nəticələri özünu Qarabağın mərkəzi  Şuşada göstərdi. Bakı  və 
Gəncə xanları  həbsxanadan çıxaraq öz xanlıqlarına qayıtdılar. 
Qarabağda isə  İbrahim xanın qardaşı  oğlu "batmanqılınc" 
Məhəmməd bəy hakimiyyəti  ələ keçirdi. Mirzə Camal yazır: 
"(Xan) bir para maneələrə görə Qarabağa gedə bilməyib, üç ay 
Balakəndə qaldı, hamı, xüsusilə Gürcüstan valisi, Gəncə hakimi 
Cavad xan və  Şirvanlı Mustafa xan töhfələr, hədiyyələr 
göndərib, onunla müttəfiqlik arzusunda olduqlarını bildirdilər... 
Məhəmməd bəy isə mərhum İbrahim xan gələnə qədər Qarabağ 
vilayətində hökumət işlərilə məşğul idi. 
... Məhəmməd bəyin  şeytana uyub müxalifət göstərməsi 
və özündən başqasını tanımaq istəməməsinin qarşısını almaq 
I mühazirə
 
 
 
6
üçün xan Qarabağa hərəkət etməzdən  əvvəl, o zaman 
Mehdiqulu ağa adlanan Mehdiqulu xanı Qarabağ bəylərinin bir 
neçə övladı ilə oraya göndərdi. 
Məhəmməd bəy Mehdiqulu xanın bəyzadələrlə Qarabağa 
gəlişindən sonra səmimiyyətdən, düzlükdən və  İbrahim xanın 
itaətindən çıxmayacağından danışırdısa da, ürəyində 
hakimiyyət həvəsinə düşmüşdü.... Bu xəbər Kür qırağında 
…İbrahim xana çatdıqda övladlarının  ən böyüyü …Məhəm-
mədhəsən ağanı beş yüz nəfər ləzgi qoşunu və Qarabağ  sər-
kərdələri ilə təcili olaraq yola saldı". İşin belə olduğunu görən 
Məhəmməd bəy müxalifət etmək flkri ilə Qarabağ ellərini Araz 
çayı yaxınlığına köçürmək istəyirdi. Lakin Məhəmmədhəsən 
ağa onun yerləşdiyi Kirs dağındakı qalaya yaxınlaşdıqda 
camaat ağanın tərəfinə keçdi. 
İbrahim xan yaxın adamları ilə  Şuşaya qayıtdı, Mə-
həmməd bəy isə şəkili Məhəmmədhəsən xan ilə yaxınlaşmağa 
başladı. Lakin Məhəmmədhəsən xan xəyanətə  əl ataraq onu 
tutdu və qan düşməni olan Mustafa xana verdi. Mustafa xan 
onu öldürdü, xanlar arasındakı ziddlyyətlər yenldən 
kəskinləşdi. 
Ağa Məhəmməd şahın ölümündən sonra onun taxta çıxan 
varisi Baba-xan (Fətəli  şah – Red.) öz hakimiyyətini 
möhkəmləndirmək yolunda başı qarışdığından sələfinin savaş-
larını davam etdirə bilrmədi». Bu sakitlik xanlar arasında 
çəkişmələrin qızışması üçün şərait yaratdı. 
Ara savaşlarının qızışması.  Xanlıqlar arasında çəkişmə 
və duşmənçilik doğuran məsələlər bütün çılpaqlığı ilə üzə çıxdı. 
Şirvan xanı Mustafa xan şəkili Səlim xanı oradan qovduğu və 
onun qardaşı kor Məhəmmədhəsən xanı hakimiyyətə  gətirdiyi 
üçün Qarabağ xanlığı ilə düşmənçilik edirdi. Məhəmmədhəsən 
xan və Cavad xan da İbrahim xanla düşmən idilər. 
Bakı xanlığında Hüseynqulu xan və II Mirzə Məhəmməd 
xan arasında çəkişmə gedirdi. Abbasqulu Ağa yazır: "Mirzə 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 

Məhəmməd xan şahın öldürülməsi xəbərini alınca, Qubadan 
Bakını almağa hərəkət etdi. Hüseynqulu xan ondan qabaq gəlib 
qalanın müdafiəsilə məşğul oldu. Axırda aralarında barışıq olub 
məmləkəti böldülər. Hüseynqulu xan şəhərdə, Mirzə 
Məhəmmədxan Məşqətə (Maştağa - Red.) kəndində bir qala 
tikdirib hökumətə oturdular". Ancaq Mirzə  Məhəmməd xan 
sonralar oranı da itirdi. 
Təbriz və Xoy əyalətlərini idarə edən Cəfərqulu xan 
Dunbuli fəaliyyətə başladı. O, Sərabı xaraba qoydu, Cəfərqulu 
xan düşmənçilik etdiyi Sadıq xanla birləşib  şaha qarşı  çıxdı. 
Sonra Sadıq xan Cəfərqulu xandan ayrılaraq şahın yanına gəldi, 
lakin buradaca öldürüldü. Cəfərqulu xan isə Xoyu ələ keçirməyə 
nail oldu. Abbas Mirzə onu məğlub edərək buradan Makuya, 
oradan da Türkiyə sərhədinə qovdu. 
Qubalı Şeyx Əli xan, Şirvanlı Mustafa xan və Talış xanı 
Mir Mustafa xan arasında da ziddiyyət kəskinləşdi.  Şeyx  Əli 
xan Salyanı tutdu. Lakin Şeyx  Əli xan buradan qayıdan kimi 
indi də Salyanı Mustafa xan ələ keçirdi. 
Abbasqulu Ağanın yazdığına görə o, "şəhəri köçürüb, 
dörd ağac yuxarıda, indiki yerində bina etdi. Hakimliyini də 
İbrahim xanın oğlu  Əli xana verdi. Bir müddət sonra buranı 
bölüşdürüb  Əli xana və onun əmisi oğlu Məhəmməd xana 
verdi. Lakin Əli xan tez bir zamanda Məhəmməd xanı  həbsə 
alıb, talış Mirzə Mustafa xanın himayəsi altına keçdi. 
Şeyx  Əli xanla Qazıqumuqlu Surxay xan arasındakı 
münasibətlər də döyüşlərlə  həll edilməyə başladı. Surxay xan 
Qubanı tutdu və ay yarım burada hökmranlıq etdi, sonra Şeyx 
Əli xan onu Qubadan çıxartdı.  Şeyx  Əli xan Dərbənd 
hakimliyinin bacısı, II Mirzə  Məhəmməd xanın arvadı Xan 
Bikəxanıma tapşırdı. Lakin Surxay xan 1800-cü ilin mayında 
onu devirdi, hakimiyyətə Həsən adlı birisini gətirdi. 
Surxay xan Həsən xanla Quba üzərinə yeridi. Yalnız 
Şeyx  Əli xanın arvadı, Hacı  Məlik Məhəmməd xanın qızı 
I mühazirə
 
 
 
8
Zəlbünybca bəyimin çalışması ilə Quba üzərindən təhlükə 
sovuşdu.  Şeyx  Əli xan belə bir vəziyyətlə barışa bilməyərək 
Dərbəndin Ulus nahiyəsinin 9 kəndini köçürüb Qubaya gətirdi. 
Həsən xanın  əlində  Dərbənd  şəhərindən başqa heç bir yer 
qalmadı. Dərbənd  şəhəri yalnız 1803-cü ildə Quba xanlığına 
qaytarıldı. 
Sosial-iqtisadi durum. Bu dövrdə Azərbaycanın sosial-
iqtısadi durumu çox ağır idı. Mirzə Camal yazır: "Mərhum 
(İbrahim) xan Qarabağa gəlib hökumət taxtında oturduğu 
zaman vilayətin  əhalisi qəhətlik və  məşəqqət nəticəsində var-
yoxdan çıxıb olduqca pərişan idilər. Ellərin çoxu Gürcüstan
Gəncə, Şirvan və hətta Rum vilayətlərinə dağılıb getmiş, mal-
dövlətləri qarət olunmuşdu". 
1799-cu ildə  Şirvanda taun xəstəliyi baş verdi, sonrakı 
ilin başında Dərbənddə taxıl qıtlığı oldu. 
Xanların ara savaşları xeyli adamı dinc əməkdən ayırır, 
iqtisadiyyata ağır zərbə vururdu. Hərbi xərclər əhalinin üzərinə 
düşür və onu var-yoxdan çıxararaq narazılıq yaradırdı. 
Abbasqulu Ağa yazır ki, "Şeyx Əli xan Qubanı Surxay xandan 
geri almaq üçün Dağıstanın Tarku, Aqquşa və Qoysuboy 
mahallarından köməyə çağırdığı 10000 ləzgini, rəqibini 
əzdikdən sonra, altı ay Qubada qonaq saxladı. Onların tələbatı 
üzündən qubalılara çox haqsızlıqlar edildi. Hətta  əhalidən diş 
kirayəsi belə alınırdı.  Şeyx  Əli xan 8000 nəfərin məsarifini 
Quba maliyyatından verib, qalan 2000 nəfər ləzgini Dərbəndə 
gətirdi ki, onların maaşlarını da oranın mədaxilindən ödəsin". 
Beləliklə, Ağa Məhəmməd şah Qacarın öldürülməsindən 
sonra kəskinləşən ara savaşları ölkəni gücdən salır, onu ağır 
sosial-iqıisadi duruma sürükləyərək qapıları yabançı qüvvələrin 
üzünə açırdı. Nadir şahın ölümündən və qurduğu 
imperatorluğun dağılmasından sonra müstəqil və yarımmüstəqil 
xanlıqlar yaranmışdısa da, Ağa Məhəmməd Qacarın ölümündən 
sonra bu xanlıqların bütün varlığı böyük təhlükə qarşısında idi. 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 

2. Azərbaycan beynəlxalq münasibətlərdə 
 
 
Beynəlxalq munasıbətlərın durumu. XVIII yüzilin so-
nu – XIX yüzilin başlangıcında beynəlxalq münasibətlərə 
Fransa inqilabı (1789-1794) həlledici təsir göstərdi. Bu inqi-
labın məramı ilə bağlı Avropada fransızlara qarşı birlik mey-
dana gəldi. 1794-cü il 9 termidor çevrilişindən sonra Fransa 
burjuaziyasının Avropada və Aralıq dənizi hövzəsində geniş 
işğalçılıq xəttinə keçməsi Mərkəzi və  Şərqi Avropa 
dövlətlərinin Fransaya qarşı yönələn siyasətini gücləndirdi. 
1798-ci ilin sonunda Rusiya, İngiltərə və Avstriyanın iştirakı ilə 
Fransaya qarşı yeni birlik yarandı. 
Bu çağa kimi ənənəvi müttəfiqlər sayılan Fransa ilə 
Türkiyə arasında savaş düşməsi sonuncunu Rusiyaya yaxın-
laşdırdı. Tarixdə ilk dəfə olaraq Türkiyə ilə Rusiya arasında 
1799-cu il yanvar ayının 3-də  İstanbulda ittifaq müqaviləsi 
imzalandı.
*
  İngiltərə, Neapol krallığı bu ittifaqa qoşuldu. 
Fransanın Şərq siyasətinə qarşı da blok yarandı. 
Rusiya,  İngiltərə  və Avstriyanın Fransaya qarşı 1798-
1799-cu illərdə apardığı savaş ara verdikdən sonra beynəlxalq 
münasibətlərdə yeni dəyişiklik baş verdi. I Pavelin 1801-ci ilin 
martında öldürülməsilə Rusiya-İngiltərə münasibətləri nizama 
salındı. İranda nüfuz uğrunda mübarizə genişləndi. İngiltərə ilə 
                                                      
*
 
Napoleonun Misirя qoшun çыxarmasы ilя baьlы  Османлы  hюkumяti 
artыq 1798-ci illn sеntyabrыnda Rus donanmasыnыn  Иstanbul boьazыna 
girmяsinя icazя vermишdi. Bu donanma buradan 30 Tцrkiyя hərb gяmisi ilя 
birlikdя yunan adalarыna doьru hяrяkяt etdi. "Padiшah-i Al-i Osman hяz-
rяtlяriylя  bцtцn rusiyalыlarыn  İmperatoru arasыnda" baьlanmыш  яbяdi it-
tifaq цzrя iki dюvlяtdяn "birinin dostu o bиrinя яbяdi dost, dцшmяni isя o 
birinя  dцшmяn olacaьы" bildirilir, Avstriya, Иngiltяrя  vя Prussiya bu it-
tifaqa qoшulmaьa dяvяt edilirdи. "Tцrkiyя-Rusiya  Ыttifaqы" 8 ilя baьlan-
mыш olsa da, bir il içяrisindя qцvvяsиni itirmiш oldu. Napoleonun Misir-
dяn getmяsi, onunla Ы Pavelin yaxыnlaшmasы ilя bu "яbяdi ittifaq" dя-
yяrsiz bir kaьыza çevrildi. 1799-cu ilin oktyabrыnda Rusiya donanmasы 
Qara dяnizя dюndц. 
I mühazirə
 
 
 
10
İran arasında 1800-cü ilin dekabr və 1801-ci ilin yanvarında 
müqavilələr imzalandı. Lakin Rusiya ilə  İngiltərənin 
yaxınlaşması ingilislərin  İrandakı siyasətinin zəifləməsinə 
səbəb oldu. Bundan istifadə edən Fransa İranda diplomatik 
üstünlüyü ələ keçirdi. 
XVIII yüzilin sonu – XIX yüzilin başlanğıcında belə bir 
mürəkkəb ziddiyyətli dəyişkən beynəlxalq münasibətlərdə 
Qafqaz, o sıradan Azərbaycan mühüm yer tuturdu. 
Azərbaycan torpaqlarının bir dövlət içərisində birləşmiş 
olmaması vahid xarici siyasət yeridilməsinə imkan vermirdi. 
Buna görə, Azərbaycan xanlıqları özlərini qoruyub saxlamaq, 
xanlıqlar arasındakı münasibətləri tənzim etmək üçün ölkəyə 
göz dikmiş müxtəlif qüvvələr ilə hesablaşmalı olurdular. Bu 
qüvvələr bir yandan qonşu  İran və Türkiyə, o biri yandan isə 
Avropa dövlətləri olan Rusiya, İngiltərə  və Fransa ilə  təmsil 
olunurdu. 
XVIII yüzilin sonu – XIX yüzilin başlanğıcında qonşu iki 
dövlət (İran və Türkiyə) Azərbaycan xanlıqları üçün gerçək 
təhlükə törətmək iqtidarında deyildilər. Bu dövlətlərin bütün 
XIX yüzil boyunca heç bir özgə torpaqları  ələ keçirməməsi 
təsadüf olmamışdı. 
Avropa dövlətlərinə gəldikdə, bunu söyləmək mümkün deyil. 
Keçən yüzildə onlar müstəmləkələr  ələ keçirmək uğrunda geniş, 
sürəkli və kəskin bir hərbi mübarizəyə girişmişdilər. 
İngiltərə və Fransanın Transqafqaza, o sıradan Azərbaycana 
münasibətinə  gəldikdə, bu onların  İranda öz mövqelərini 
möhkəmləndirmək uğrunda mübarizəsindən, Transqafqaz ölkə-
lərinə olan hərbi-iqtisadi marağından irəli gəlirdi. 
Azərbaycana qarşı başlıca təhlükə çar Rusiyası idi. 
Rusiyanın belə bir siyasəti  İranın mənafeyinə toxunduğundan 
Rusiya-İran münasibətlərində Azərbaycan  əslində başlıca yer 
tuturdu. 
Rusiya-İran münasibətləri və Azərbaycan. Həm Rusi-

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
11 
ya, həm də İran hökmdarlarının ölümü bu dövlətlər arasındakı 
münasibətlərə, onların Azərbaycana qarşı siyasətinə müəyyən 
təsir göstərdi. Rusiyanın yeni çarı I Pavel və yeni İran hökmdarı 
Fətəli  şah sələflərinin açdığı savaşlardan strateji məqsədlərinə 
siyasl yol ilə çatmaq siyasətinə keçdilər. 
I Pavel öz siyasi xəttini Qafqaz qoşunları komandanı 
general Qudoviçə 1797-ci il 5 yanvar fərmanı ilə bildirdi. 
Orada Rusiyaya "xeyirxah olan" Azərbaycan və Dağıstan ha-
kimlərinin bir federativ dövlət halında birləşməsi təklif edilirdi. 
Bildirilirdi ki, ali hakim və himayəçi olmaqla, bu hakimlərdən 
özümüzə  sədaqətdən başqa bir şey ummuruq, onların idarə 
üsuluna qarışmaq, onlar üçün ağır ola biləcək bac və ya digər 
mükəlləfiyyətlər tələb etmək istəmirik. 
Çarın bu yeni siyasi baxışı iki il sonra Kaxet çarlığında II 
İraklinin yerinə keçən XII Georgiyə göndərilən başqa bir 
fərmanda inkişaf etdirilmişdi. 
I Pavelin Rusiyanın himayəsi altında federativ dövlət 
yaratmaq istəməsi təsadüfi deyildi. Bu zaman Rusiyanın iç 
durumu olduqca ağır idi, dövlətin maliyyə  işləri büsbütün 
pozulmuşdu. Federasyon birləşmə yolu ilə bu ölkələrin  İranın 
nüfuzu altına keçməsinə yol verməmək, yumşaq davranışla 
onları Rusiyaya daha sıx bağlamaq nəzərdə tutulurdu. Əslində 
belə bir siyasət onların Rusiyanın tərkibinə qatılması üçün özül 
hazırlamalı idi. 
I Pavel öz təklifinin gerçəkləşməsi üçün addım atdı. O, 
Qafqaz ordusunun yeni komandanı E.F.Knorrinqə Azərbaycan 
xanlıqları və Dağıstan hakimlərinin nümayəndələrini istədikləri 
yerdə toplayıb danışıqlar aparmağı tapşırdı. Rus komandanı, öz 
hökuməti adından yerli hakimləri və yaxud onların 
nümayəndələrini dəvət edib rəqabət aparmağın zərərini və 
əmin-amanlıq  şəraitində yaşamağın xeyrini başa salmalı, 
aralarında baş verən çəkişməni adət, qanun və ya münsiflər 
məhkəməsi vasitəsi ilə  həll etməyə çağırmalı idi. Bu da 
I mühazirə
 
 
 
12
mümkün olmasa, onlar Rusiya imperatoruna müraciət 
etməliydilər. Yerli hakimlər  İran basqını  və  şahın niyyətinə 
qarşı birləşməli, bu ittifaqa Şamxalın, Üsminin və Tabasaran 
qazısının təbəələrini də  cəlb etməli, öz təbəələrini qarət 
etməkdən əl çəkəcəklərinə and içməli idilər.  
Fətəli  şah 1797-ci ildə  İranda taxta çıxdıqdan sonra onun 
başlıca qayğısı  mərkəzdən qaçma qüvvələri qırmaq, öz 
hakimiyyətini möhkəmləndirmək oldu. Buna görə Rusiya ilə 
münasibətləri də nizama salmağa çalışdı. 1797-ci ilin sonunda I 
Pavelin yanına elçi göndərdi. Lakin o, şah elçisi kimi deyil, 
sərdar Baba xanın elçisi kimi qəbul edildi. Elçiliyin ticarət 
haqqındakı təqdimatına Rusiya hökuməti müsbət yanaşdı. Ancaq 
bildirildi ki, Baba xan Gürcüstana, Tarku şamxalına, Dərbənd, 
Bakı xanlıqlarına, Xəzər dənizi ilə Gürcüstan arasında yerləşən 
torpaqlara iddialarından əl çəkməlidir. 
Gerçək durum o zaman Fətəli  şahı da Azərbaycan xanları 
ilə yumşaq davranmağa məcbur edirdi. Bu, Quzey Azərbaycan 
xanlıqları ilə barışıq yaratmaq istənilməsində öz əksini tapmışdı. 
Əslində hər iki tərəf buna can atırdı. Mirzə Camal yazır: "Qarabağ 
vilayətinin vəziyyəti olduqca çətin olduğundan...  İbrahim xan 
mülayimlik etməyi məsləhət bilərək, Ağa Məhəmməd  şahın 
cənazəsini böyük ehtiramla Tehrana göndərdi. Fətəli şah İbrahim 
xanın belə hərəkətini özü üçün xoşbəxtlik sanıb onun, adamlarını 
xələt və  ənamla geri qaytardı. Ona xələt, qılınc göndərib, 
Qarabağın hökumətini bütün mədaxili ilə İbrahim xana bağışladı... 
O tərəfdən  şah böyük tədarük görüb, yüksək xanları  (İbrahim 
xanın) yanına göndərdi. Böyük hörmət və izzətlə  Ağabəyim 
ağanın (İbrahim xanın qızı – Red.) kəbinini kəsdirdi; onu qadınla-
rının möhtərəmi və hərəmbaşısı etdi. İbrahim xanın oğlu Əbülfət 
ağanı öz yanına apartdırıb yüksək xanlar sırasında, öz məclisində 
oturtdu... Bu vəziyyət (İran və Qarabağ xanlığı arasındakı "müla-
yimlik" – Red.) yüksək Rusiya dövlətinin böyük imperatorunun 
sərdarı qoşunla Gürcüstan vilayətinə gələrək müstəqil halda Tiflis 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
13 
şəhərinə yerləşdiyi günə qədər davam edirdi". 
Gəncə, Şəki və Quba xanları da Fətəli şahı taxta çıxması 
ilə  təbrik edib, onunla münasibətləri kəskinləş-dirmək 
istəmədilər. Yalnız  şirvanlı Mustafa xan Fətəli  şahın elçisini 
"Ağanıza deyin ki, mənim də  əlimdə  şah qələmi var", - deyə 
qovdu. 
Şah hökuməti Azərbaycanın quzey xanlıqlarının tabeliyə 
gətirilməsinə çox güc verir, bununla yanaşı  cənub xanlıqlarını 
da unutmurdu. Urmiya xanlığı tabe edildi. Ancaq bu işi iki 
yönümdə aparmaq üçün Fətəli sahın gücü yetmirdi. 
I Pavel 1801-ci ilin yanvarında Gürcüstan çarlığının Ru-
siyaya birləşdirilməsi haqqında manifest verdi. Ancaq o, sui-qəsd 
nəticəsində öldürüldü. Rusiyada I Aleksandr (1801-1825) çar oldu. 
Transqafqaz ölkələri böyük sarsıntı qarşısında idi. 
Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi və Azər-
baycan.  Aleksandr hakimiyyətə  gəldikdən sonra ikinci dəfə, 
1801-cı il sentyabrın 12-də Gürcüstanın Rusiyaya birləşdiril-
məsi haqqında manifest və Knorrinqin adına fərman verdi. 
Baqrationlar sülaləsi hakimiyyətdən uzaqlaşdırıldı, Kartli-
Kaxet çarlığı  ləğv edildi. Lakin devrilmiş sülalənin bir qolu 
bununla barışmayıb Rusiyaya qarşı mübarizəyə başladı. 1803-
1804-cü illərdə Meqrel, Quriya və  İmereti də Rusiyanın 
himayəsinə qəbul edildi. 
Şərqi Gürcüstanla birlikdə Azərbaycanın Qazax, Borçalı 
və  Şəmşədil sultanlıqları da Rusiyaya qatıldı. Azərbaycan 
torpaqları barədə yeni Rusiya çarının siyasəti onun ayrıca bir 
göstərişində bu şəkildə bildirilməkdə idi: "Ətraf hökmdarlar və 
xalqlarla  əlaqə saxlayaraq, Rusiya tərəfdarlarının sayını 
artırmağa çalışmalı, xüsusən hələ Baba xanın (Fətəli  şahın) 
hakimiyyəti altına düşməmiş  və buna görə  də, belə bir şəraitdə 
əlbəttə, özlərinin təhlükəsizliyi naminə Rusiyaya daha çox meyl 
göstərəcək  İrəvan, Gəncə,  Şəki,  Şirvan, Bakı  və başqa 
xanlıqların xanlarını tərəfimizə cəlb etməli". 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin