AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

II mühazirə 
 
 
92
çar məmurlarına, azsaylı qoşun bölüklərinə, poçta, polis 
idarələrinə basqın edirdilər. Baş komandan general Neyqard 
(1842-1844) Azərbaycan qəzalarında «qarət və quldurluğun» 
artdığını,  Şamaxı  və  İravan poçt yollarının gediş-gəliş üçün 
«daim təhlükəli» olduğunu bildirdi. 1843-1844-cü illərdə 
Qafqazdan mərkəzə sakitləşdirici xəbərlər gəlmirdi. Belə ki, 
Şimali Qafqazda Rusiyanın işğalçılıq müharibəsinə qarşı 
dağlıların apardığı mübarizə müvəffəqiyyətlə davam edirdi.  
1843-cü il martın 6-da Tiflisdə yerli feodalların torpaq hü-
quqlarının müəyyənləşdirilməsi üçün iki komitə yaradılmışdı: 1) 
Ali müsəlman silkinin hüquqlarını araşdıran; 2) Ağaların 
hüquqlarını araşdıran komitələrin işində diyarın tarixində ilk 
dəfə olaraq feodalların seçilmiş nümayəndələri də  iştirak edirdi. 
1843-cü ilin iyununda 13 bəy nümayəndə kimi Azərbaycandan 
Tiflisə gəldi. Onların sırasında A.A.Bakıxanov da var idi. Onu 
Quba və Bakı  qəzalarının bəyləri vəkil seçmişdilər. 
A.A.Bakıxanov Azərbaycanın yüksək silkinin hüquq və 
imtiyazlarını müdafiə edərək, onu gürcü zadəganlığı ilə yanaşı 
tutmağı təklif edirdi.  
Bütövlükdə ali müsəlman silkinin hüquqlarının müəy-
yənləşdirilməsi üzrə komitənin və ağaların məsələsi üzrə daha 
iki komitənin işi çarizmin bu zümrəyə münasibətini 
aydınlaşdırmaq baxımından  əhəmiyyətli oldu. Komitələrin işi-
nin gedişində müzakirə olunan məsələlərlə bağlı rəsmi siyasətin 
başlıca prinsipi müəyyən edildi. Bu başlıca prinsip bəy və 
ağaların torpaq üzərində  nəsli mülkiyyətçilik hüququnun 
tanınması  və onlara kəndlilər üzərində polis, qismən də 
məhkəmə hüququnun verilməsini nəzərdə tuturdu. 
Cənubi Qafqazda beynəlxalq, daxili və  hərbi vəziyyətin 
mürəkkəbliyi idarəçilikdə  dəyişiklik edilməsini tələb edirdi. 
Vəziyyətin belə məcraya gəlməsində diyarın baş hakimi general 
Neyqardın da rolu var idi. Xəstə  və dövlət işlərində heç bir 
təcrübəsi olmayan baş hakim Qafqazın idarə edilməsinin onun 
gücünə münasib olmadığını başa düşürdü və buna görə də istefa 
verməyə  tələsirdi. Onun istefası paytaxtda razılıqla qarşılandı. 
Çar I Nikolay ilk dəfə 1844-cü ildə, Qafqazda bütün mülki və 
hərbi işləri öz əlində  cəmləşdirən canişinlik sistemini yaratdı. 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 93 
Beləliklə çar 1844-cü ildə Novorossiysk general qubernatoru 
knyaz M.S.Vorontsovu Qafqaza canişin təyin etdi. Köhnə 
dvoryan nəslindən olan, heç bir nazirlik qarşısında məsuliyyət 
daşımayan M.S.Voronstov mütləqiyyətin və feodal 
münasibətlərinin qorunması uğrunda ardıcıl mübarizə aparan bir 
şəxs kimi Azərbaycan feodallarının da müdafiəçisinə çevrildi. 
Bu da təsadüfi deyildi. Çar I Nikolay Vorontsovu canişin təyin 
edərkən ona Cənubi Qafqazda baş verən hadisələr haqqında 
məlumat və tapşırıqlar vermişdi. Bunu 1846-cü ilin martında 
Vorontsovun çara yazdığı raportundan da görmək olar: «Hələ 
Sankt Peterburqda olarkən sizin nəzərdə tutduğunuz tədbirlərin 
zəruriliyinə inanırdım. Siz tam düzgün olaraq qeyd edirdiniz ki, 
ağalardan torpaqları almaq səhv tədbirdir, torpağı onlara vermək 
və əvəzində onlardan sədaqətli qulluq tələb etmək lazımdır». 
Çar ali müsəlman silkinin torpaq hüquqlarının nizam-
lanmasını canişinə qəti olaraq tapşırmışdı. Tiflisə gələn canişin 
ağaların və  bəylərin torpaq hüquqlarını müəyyən etmək üçün 
gərgin işə başladı. Bu işdə onun ən yaxşı köməkçisi diyarın 
mülki idarə  rəisi general P.A.Ladinski idi. Qafqaza gəldikdən 
sonra M.S.Vorontsovun başı dağlılara qarşı mübarizəyə 
qarışdığından ağa və bəylərin torpaq hüquqları haqqında layihə 
hazırlamaq Ladinskinin üzərinə düşürdü. Çanişindən 
«müsəlmanlar içərisində ali silk yaratmaq» haqqında xüsusi 
tapşırıq alan Ladinski ciddi işə başladı. 
1842-1844-cü illərdə  fəaliyyət göstərən komitələr 
dövlətin göstərişi ilə bəy və ağaların hüquqlarını müdafiə etmək 
qərarına gəldi. Bununla da onlar hakim zümrəni özləri üçün 
ictimai dayağa çevirməli idi. Bəy və  ağaların hüquqları ilə 
məşğul olan komitələr aşağıdakı prinsipləri  əsas götürürdülər: 
1) bəy və ağaların torpaqları onların irsi mülkiyyəti kimi təsdiq 
edilməli; 2) həmin torpaqlarda yaşayan kəndlilər ağa və bəylərə 
vergi verməli və mükəlləfiyyətlər yerinə yetirməli; 3) bəy və 
ağalara polis və qismən də məhkəmə hakimiyyəti verilməlidir. 
Ladinskinin hazılayıb Vorontsova təqdim etdiyi layihənin 
müzakirəsində Qarabağın və Şəkinin bəyləri də iştirak edirdilər. 
1846-cı ilin sentyabrında Baş  İdarə  Şurasında təsdiq edilmiş 
Ladinski-Vorontsov Əsasnaməsinə 30 mart 1846-cı ildə Qafqaz 
II mühazirə 
 
 
94
Komitəsinin iclasında baxılmış  və ona bir sıra düzəlişlər 
edilmişdi. Lakin düzəlişlərin çoxuna mənfi yanaşan Vorontsov 
Əsasnamənin azacıq dəyişilmiş  mətnini yenidən komitəyə 
göndərmiş, burada bəyənildikdən sonra I Nikolaya təqdim 
etmişdi. Çar 6 dekabr 1846-cı ildə bu Əsasnaməni canişinin 
adına buyruq şəklində imzaladı.  
6 dekabr 1846-cı il qanunu 12 maddədən ibarətdir. Onun 
10-u bəylərin torpaq hüquqlarına, 2-si isə feodal-kəndli 
münasibətlərinə toxunurdu. Reskriptin 1-ci maddəsinə  əsasən 
«müsəlman  əyalətlərinin Rusiyaya qatılması zamanı onların 
(xan, bəy və məliklərin) nəsillərinin sahib olduqları və indi də 
onların  şəksiz ixtiyarlarında olan bütün torpaqlar onların irsi 
mülkiyyəti kimi təsdiq olunsun». Bununla da, uzun əsrlər boyu 
bir-birinə yaxınlaşan, lakin heç vaxt eyniləşməyən mülk və 
tiyul torpaqlarının bir mülkiyyət kimi eyniləşməsi hüquqi 
baxımdan qanuniləşdirildi. 
 Qanunla Rusiya işğalı çağında bəylərin nəsli sahibli-
yində olmuş  və indi də onların ixtiyarında qalan torpaqlar 
(mülk, tiyul) üzərində tam irsi mülkiyyətçilik hüququ ilk dəfə 
olaraq tanındı. 1841-ci ildə Qazax, Şəmsəddil və Borçalı 
məntəqələrində  ağalardan müsadirə edilmiş bütün torpaqlar 
(maddə 3) çarın «xüsusi iltifatı» kimi onlara qaytarıldı. 
Xan, bəy və digər torpaq sahibləri öz mülklərini nəsildən-
nəslə keçirə, sata, bağışlaya, hər hansı şəkildə alqı-satqıya qoya 
bilərdi, lakin bir şərtlə ki, bu şəxs ali müsəlman silkinin 
nümayəndəsi olsun. 
Qanunun birinci və altıncı maddələrinin qarşılaşdırılması 
belə bir cəhəti üzə çıxarır ki, işğala kimi nəsli və irsi, hətta şərti 
torpaqları olmuş  bəylər, Rusiya hökumətinə qulluğa görə 
torpaqlara yiyələnmiş yeni sahibkarlardan üstün tutulmalıdırlar. 
Çünki sonuncuların torpaq sahibliyi hüququnun tanınması üçün 
«qulluq göstərmək» şərti qoyulmuşdu. 
Fərmanın 7-ci və 8-ci maddələri sahibkar toraqlarında 
yaşayan kəndlilərə  həsr edilmişdi. Belə ki, bundan sonra rəiy-
yət, rəncbər, xalisə, nökər və i.a. müxtəlif adların yerinə kənd-
lilərə ümumi bir ad - «mülkədar tabesi» adı verilirdi. Kəndlilər 
torpaqdan istifadəyə görə onun sahiblərinə  əvəz olaraq 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 95 
mükəlləfiyyətlər yerinə yetirməyə borclu idilər. 
6 dekabr 1846-ci il qanunu ilə çar hökuməti yerli feodalların 
torpaq hüquqlarını təsdiqlədi və bununla da yerli feodallara doğru 
böyük bir addım atdı. Təsadüfi deyildi ki, bu çarizmin yerli 
feodallarla ittifaqının başlanğıcı hesab edilirdi. 
Nəhayət, çar hökuməti ali müsəlman silkinə münasibətini 
müəyyənləşdirdi və onların simasında ictimai dayaq yaratmaq 
məqsədilə ciddi bir addım atdı. Bununla da, ali müsəlman silki 
torpaq hüquqları baxımından Rusiya zadəganları ilə  bərabər 
hüquq qazandı. Lakin ali müsəlman silki imtiyaz və  şəxsi 
hüquqlar baxımından heç vaxt rus və gürcü zadəganları ilə 
bərabərləşdirilmədi. Belə bir bərabərlik Azərbaycanın bəy və 
ağalarına diyarın idarə edilməsində  vəzifələr tutmaq hüququ 
verərdi. Ali müsəlman silkinə qarşı milli və dini ayrı-seçkilik 
siyasəti yeridən çar hökuməti buna yol vermək istəmirdi. 
 
3. 1847-ci il Kəndli Əsasnamələri 
 
 
Xanlıqlar dövründə (XVIII əsrin ortaları – 1828-ci illər) 
Azərbaycanda bəylər ilə asılı  kəndlilər arasında qarşılıqlı 
münasibətlər bütün ölkə miqyasında qanunla 
rəsmiləşdirilməmiş  və nizamlanmamışdı.  İşğaldan sonra bu 
problem dərhal həll olunmadı, çünki Rusiya Azərbaycan ali 
təbəqəsinin – xan, sultan, məlik, bəy və  ağalarının torpaq 
üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 
aprel 1840-cı il inzibati-məhkəmə islahatından sonra hökumət 
1841-ci il 23 may tarixli fərmanı ilə ağalardan malik olduqları 
kəndləri geri almışdı. Belə bir fərman Kaspi vilayətinin tiyuldar 
bəylərinə  də verilmişdi. Lakin diyarda yaranmış  gərgin 
vəziyyət bu fərmanın sonrakı taleyini qeyri-mümkün etdi. 
Rusiya imperatoru I Nikolayın əmri ilə 1844-cü ildə Qafqazda 
canişinlik yaradıldı və ilk canişin qraf M.S.Vorontsova verilən 
göstərişlərdən biri də Azərbaycan bəy və ağalarının silki hüquqi 
və imtiyazlarının nizamlanması idi. Çarın 6 dekabr 1846-cı il 
fərmanı ilə Azərbaycan ali silkinin torpaq üzərində mülkiyyət 
hüququ tanındı  və qanuniləşdirildi. Yalnız bundan az sonra 
bəylərlə feodal-asılı  kəndlilərin qarşılıqlı münasibətlərini 
II mühazirə 
 
 
96
qanuniləşdirən - «Kəndli Əsasnamələri» verildi. 
Məsələnin bir cəhətini xüsusilə qeyd etmək lazımdır ki, 
sahibkar kəndliləri rəsmi olaraq «dövlət sakinləri» adlanırdılar 
və onlar «sahibkar torpağında yerləşdirilən dövlət kəndliləri» 
sayılırdılar. 
XIX  əsrin I yarısında Azərbaycan ali təbəqəsi  əsasən 
bəylərdən ibarət idi. Amma Azərbaycanın şimal-qərb zonasında 
– Qazax, Şəmsəddil və Borçalı  məntəqələrində  bəy statusuna 
malik olanlar bir qayda olaraq ağa adlanırdılar. Odur ki, 1847-
ci ildə  məzmunu  əsasən eyni olan 2 «Kəndli  Əsasnamələri» 
verildi: 
1)
 
Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı və Quba qəzalarında; 
2)
 
Ağalar ilə onlara qaytarılmış  və onların mülkiyyətində  təsdiq 
edlmiş torpaqlarda yaşayan kəndlilər arasında qarşılıqlı 
münasibətlər haqqında 18 dekabr 1847-ci il fərmanı. 
«Kəndli  Əsasnamələri» 6 dekabr 1846-cı il fərmanının 
məntiqi davamı olaraq bəy və  ağalara kəndlilərin,  əsrlər boyu 
istifadələrində olan torpaqları üzərində mülkiyyət hüququ verildi. 
Hüquqi baxımdan kəndlilər «özgə» torpaqlarıda yaşadıqları üçün 
«mülkədar tabesi» sayılırdılar və buna görə  də  bəy və  ağanın 
xeyrinə vergi verməli, mükəlləfiyyətlər ödəməli idilər.  
Tamamilə aydın məsələdir ki, torpaq məsələsi torpaq 
sahibləri ilə  kəndlilər arasındakı qarşılıqlı münasibətlərdə bi-
rinci yeri tuturdu. Torpaq məsələsi kəndlilər üçün həyati məsələ 
idi. «Kəndli  Əsasnamələri»nin 1-ci maddəsinə görə 15 
yaşından yuxarı kişi xeylaqları  «əkinçilik, bağçılıq, 
heyvandarlıq və bostançılığa yararlı» 5 desyatinə qədər torpaq 
payı ilə təmin olunmalı idilər. Pay torpağının tərkib hissələrinin 
həcmi və əkinə yararlı olub-olmamasının 1-ci maddəsində qeyd 
edilməməsi kəndlilərin yararlı torpaqla təmin edilməsini 
çətinləşdirirdi. 
2-ci maddəyə görə kəndlilər əkin sahələrini mütləq əkib-
becərməli idilər, çünki vergi və mükəlləfiyyətlərin taleyi məhz 
bundan asılı idi. 
«Kəndli 
Əsasnamələrində» 
ətraflı 
şərh edilən 
məsələlərdən biri kəndlilərin vergi və mükəlləfiyyətləri yerinə 
yetirməsidir. 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 97 
Məlum olduğu kimi Azərbaycanda  əsas renta məhsul 
rentası idi. «Kəndli Əsasnamələri»ndə bu prinsip gözlənilmişdi, 
yenə  də  əsas vergi məhsulla alınan malucəhat (malcəhət) 
müəyyən edilmişdi. Lakin məsələnin bir cəhətini mütləq qeyd 
etmək lazım gəlir ki, «Kəndli Əsasnamələrinə» qədər kəndlilər 
malucəhatdan əlavə məhsulla həcmcə çox da böyük olmayan br 
neçə vergi verirdilər, indi isə  məhsulla yalnız bir vergi-
malucəhat müəyyən edilirdi. Malucəhat taxıl məhsullarının 
onda biri, çəltik, meyvə  və  tərəvəz məhsulunun isə üçdə biri 
həcmində müəyyənləşdirilirdi. Bu qayda rəiyyət statusunda 
olan kəndlilərə şamil edilirdi.  
Azərbaycanda feodal asılı kəndlilər 3 qrupa bölünürdülər: 
rəiyyətlər, rəncbərlər və nökərlər. Rəiyyətlər pay torpağına və 
müstəqil təsərrüfata malik kəndlilər idilər, rəncbərlər isə bir 
qayda olaraq pay torpağı olmayan və bəyə məxsus əkin sahəsini 
əkib-becərən və bunun müqavilində  məhsulun yalnız çox az 
hissəsini alan kəndlilər idi. 6 dekabr 1846-cı il fərmanının 7-ci 
maddəsinə görə sahibkar kəndlilərinə  rəiyyət, rəncbər, xalisə, 
elat adları əvəzinə ümumi bir ad – mülkədar tabesi adı verilirdi. 
Bu fərmanla rəncbərlik institutu ləğv edilirdi. Odur ki, «Kəndli 
Əsasnamələrində» rəncbərlikdən rəiyyət statusuna keçirilən 
kəndlilərdən alınmalı olan malucəhatın miqdarı da göstərilirdi. 
Belə ki, əgər kəndli pay torpağını bəyin iş heyvanı, toxumu və 
alətlərindən istifadə etməklə  əkib-becərirsə, onda məhsulun 
beşdə birini malucəhat kimi bəyə verməli idi. 
8-ci maddəyə görə məhsul yığımı mütləq torpaq sahibinin 
ya özü və ya da onun şəxsi nümayəndəsinin iştirakı və nəzarəti 
altında olmalı idi. Bu kəndlilərə məhsulun bir hissəsini bəydən 
gizlətməyə imkan verməmək üçün tətbiq edilirdi. Yığılan 
məhsul üç gün müddətində bölünməli idi və  bəy öz payına 
düşən hissəni bundan sonra aparmalı idi.  
Malucəhatın daşınması xüsusi bir mukəlləfiyyət kimi 
kəndlilərin üzərinə qoyulmuşdu. 9-cu maddəyə görə,  əgər bəy 
məhsul yığılan əraziyə yaxın yerdə yaşayırdısa, kəndli malucəhatı 
3 günə daşımalı idi. Bəyin evi 50 verstə  qədər olardısa kəndli 
malucəhatı 15 gün ərzində mütləq çatdırmalı idi, 50 verstdən 
uzaqda yaşayan bəyin malucəhatını  kəndli kənd təsərrüfatı 
II mühazirə 
 
 
98
işlərindən azad olduğu halda çatdırmalı idi. Bu halda malucəhatın 
daşınması biyar günlərinin hesabına olurdu.  
«Kəndli  Əsasnamələri»ndə  nəzərdə tutulan əsas mükəl-
ləfiyyətlərdən biri işləyib ödəmə  və ya biyar idi. «Kəndli 
Əsasnamələri»nin 19-cu maddəsinə görə biyar günlərinin miq-
darı 18 gün müəyyən edilmişdi,özü də  hər ailə  bəyin 
təsərrüfatında işləmək üçün 1 nəfər kişi xeylağı verməli idi. 
Həmin adam öz iş heyvanı və istehsal alətləri ilə biyara getməli 
idi. «Kəndli  Əsasnaməsində» 18 günlük biyarın təxmini 
bölgüsü də verilmişdi. 1) 6 gün bəyə  məxsus  əkin, səpin və 
biçin işlərində iştirak; 2) 6 gün bəyə köç zamanı yardım etmək; 
3) 3 gün odun və ot daşımalı, 3 gün isə bəyin tikinti işlərində 
çalışmaq. 
«Kəndli  Əsasnamələri»ndə  işləyib ödəmə mülkəlləfiy-
yətinin tərkib hissələrinin qəti müəyyən edilməməsi kəndlilərin 
iqtisadi vəziyyətinə  mənfi təsir edirdi, çünki bəy kəndlini 
təsərrüfat işlərinin qızğın vaxtında öz təsərrüfatında işləməyə 
məcbur edə bilərdi ki, bu da kəndlini ağır vəziyyətə salırdı, 
çünki kəndli bəyin tarla işlərini öz qoşqu, iş heyvanları ilə əkib-
becərirdi. Cəmi 1 iş heyvani olan kəndlilər belə hallarda iş 
heyvanını icarəyə götürmək məcburiyyəti qarşısında qalırdılar. 
«Kəndli  Əsasnamələri»ndə biyar günlərinin sayı 2 dəfə 
artırılmışdı, belə ki, xanlıqlar dövründə biyar günlərinin sayı 6-
8 gün idi. 
91-ci maddəyə görə, kəndlilər biyarın  əvəzinə  bəyə 10 
qəpik gümüş pul ödəməklə biyara getməyə bilərdilər. Bu 
maddədə  əvarezat ildə 2 gün müəyyən edilmişdi. Bütün kənd 
ildə 2 gün birlikdə bəyin tikinti işlərini görməli, su kanallarını 
təmir etməli və s. Əvarezat günlərində  bəy kəndliləri öz 
hesabına yeməklə təmin etməli idi. 
25-26-cı maddələrə görə mal-qaranın bəyə  məxsus 
otlaqlarda otlamasına görə  kəndlilər bəyə çopbaşı adlı vergi 
ödəməli idilər, bu vergi mal-qaranın sayına görə müəyyən 
edilirdi. Çöpbaşı kiçik buynuzlu mal-qara 20 baş, iri buynuzlu 
mal-qara 10 və atlar 5 başdan artıq olduqda alınmalı idi. Lakin 
Əsasnamədə alınacaq çöpbaşının həcmi göstərilməmişdi, amma 
qeyd olunurdu ki, o mövcud qaydalar əsasında ödənilməlidir. 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 99 
XIX  əsrin I yarısında Azərbaycanda maldarlıqla məşğul 
olanlar elat adlanırdılar.  Əsasnaməyə görə  bəyin torpağında 
yaşayan elatlar adətə uyğun olaraq çöpbaşı və hər bir ailə üzrə 4 
gümüş manat miqdarında vergi verməli idilər. 
«Kəndli Əsasnamələri»ndə şəxsi xidmətçi ayrılması bəndi 
də vardı. Bəyin ev işlərini görmək üçün 10 ev bir kişi, 15 ev isə 
bir qadın xidmətçisi ayırmalı idi. Laikn Azərbaycanda bəyin 
evinə qadın qulluqçusu verilməsi mükəlləfiyyəti kəndlilər 
arasında çox ciddi narazılıq yaratdığında bu mükəlləfiyyət ləğv 
edilir. 
Əsasnamənin 40-cı maddəsi kəndlilərin hüquqi vəziy-
yətinə həsr edilmişdi. Rəsmi olaraq bəy kəndliləri müsəlman ali 
silkinin torpaqlarında məskunlaşmış «dövlət sakinləri» sa-
yılırdılar. Odur ki, Əsasnamənin 40-cı maddəsinə görə, 
kəndlilərə keçid hüququ aşağıdakı hallarda verilirdi. 1) kənd-
lilərin keçməsinə  həm onun tərk etdiyi icmanın, həm də onu 
qəbul edəcək icmanın razılığı olardısa, əgər kəndli bəy kəndinə 
keçməyi planlaşdırsaydı, onda həmin kəndin bəyinin də icazəsi 
lazım idi. 2) kəndli alqı  və ya digər qanuni yolla 15 yaşından 
yuxarı  hər bir ailə üzvü – kişi xeylağı üçün 5 desyatindən az 
olmayaraq torpaq almışdırsa, başqa bəyin kəndinə keçmək 
istəyən kəndli bütün vergi və mükəlləfiyyətləri  əvvəlcədən 
ödəməli idi. Borclu kəndlilər keçid hüququndan istifadə edə 
bilməzdilər. Keçid üçün qubernatopr qəza rəisinin təqdimatına 
əsasən icazə verə bilərdi.  
«Kəndli  Əsasnamələri»ndə  kəndlilər üzərində  bəylərə 
polis və qismən məhkəmə hüququ verilməsinə dair xüsusi 
maddələr vardır.  Əsasnamənin 32-ci maddəsinə görə, bəylərə 
onların torpağında yaşayan kəndlilərin rahatlığı, əxlaqı üzərində 
nəzarət hüququ verilirdi. Bu xalis polis vəzifəsi idi. Polis 
hüquqi ilə  bərabər bəylərə  məhkəmə  nəzarəti hüququ da 
verilirdi: kəndlilər arasında kiçik mübahisələri, qarşılıqlı 
şikayətləri, həmçinin cinayət xarakteri daşımayan işləri bəyin 
nəzarəti və  bəyin özünün təsdiq etdiyi şəxslər tərəfindən həll 
edilməli idi. Bəylərə nisbətən, ağalara daha geniş  məhkəmə 
səlahiyyəti verilirdi. Ağalar ilə  kəndlilərin qarşılıqlı mü-
nasibətlərini rəsmiləşdirən 28 dekabr 1847-ci il «Kəndli 
II mühazirə 
 
 
100
Əsasnamələri»nin 28-si maddəsinə görə  kənd məhkəməsində 
cinayət işlərinə baxılmasına ağanın razılığı olmalı idi. 
Beləliklə, 1847-ci ilin «Kəndli  Əsasnamələri» Azərba-
yanda mövcud olan feodal münasibətlərini, bəylər ilə kəndlilər 
arasındakı qarşılıqlı münasibətləri rəsmiləşdirdi və 
qanunlaşdırdı. «Kəndli  Əsasnamələri» Azərbaycan ali 
təbəqəsinin imtiyaz və üstünlüklərinin qorunub saxlanılmasına 
və möhkəmlənməsinə yönəldimişdi.  
 
Ədəbiyyat 
1.
 
Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı: 1989, sənəd 67, s.309-
313 
2.
 
Azərbayan tarixi, Uzaq keçmişdən 1870-ci illərə  qədər. Red. 
S.S.Əliyarlı. Bakı: 1996, s.661-668 
3.
 
Abdullayev M.Q. Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə 
Şimali Azərbaycanda aqrar münasibətlər (XIX əsrin 40-cı illərinə 
qədər). Bakı: 2005 
4.
 
İsmayılov X.X. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı: 2006, 
s.312-314 
5.
 
Ибрагимова  Н.  Система  управления  российского  царизма  в 
Северном  Азербайджане  в  начале XIX столетия  (до 1840-х 
годов). АКД, Баку: 2008  
 
 
2) Burjua islahatlarının hazırlanması və keçirilməsi 
 
1.
 
XIX  əsrin 50-60-cı illərində  Şimali Azərbaycanda iqtisadi 
irəliləyiş 
2.
 
Kəndli islahatının hazırlanması və keçirilməsi 
3.
 
Məhkəmə və şəhər islahatları. İnzibati dəyişikliklər 
 
 
1. XIX əsrin 50-60-cı illərində Şimali Azərbaycanda 
iqtisadi irəliləyiş 
 
 
XIX  əsrin 50-60-cı illəri  Şimali Azərbaycanda iqtisadi 
irəliləyiş, kapitalist münasibətlərinin təşəkkülü, fabrik və zavod 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 101
tipli müəssisələrin meydana gəlməsi dövrüdür. 50-60-cı illərdə 
Azərbaycanda buxar qurğusu və muzdlu əməyin tətbiqinə 
əsaslanan iri fabrik istehsalı meydana çıxır. Bu dövrdə 
ölkəmizdə kapitalistcəsinə inkişaf edən  əsas sənaye sahələri 
neft emalı, mis istehsalı, ipəksarıma sənaye sahələri olmuşdur. 
Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi  əlbəttə  kənd 
təsərrüfatı idi. Lakin kənd təsərrüfatında kapitalist mü-
nasibətləri sənayeyə nisbətən gec inkişaf edirdi.  
XIX əsrin 50-60-cı illərində iqtisadi irəliləyiş Azərbaycan 
iqtisadiyyatının bütün sahələrində, istər kənd təsərrüfatında, 
istərsə  də  sənayedə özünü göstərirdi. Burada bir məsələni 
xüsusilə qeyd etmək lazımdır ki, 50-60-cı illərdə Azərbaycan 
Rusiya imperiyasının müstəmləkəsi idi. Odur ki, ölkənin 
iqtisadi durumu Rusiyanın yeritdiyi iqtisadi və sosial siyasətdən 
çox asılı idi. Tarixi ədəbiyyatda belə bir fikir hökmrandır ki, 
Rusiyanın Qafqazı «iqtisadi fəthi» siyasi fəthindən sonra 
başlanıb, «iqtisadi fəth» məhz bu dövrə düşür. Rusiyanın bu 
«iqtisadi fəthi» Azərbaycanda mədən, ipəksarıma, neft emalı 
kimi sənaye sahələrinin inkişafına böyük təkan vermiş oldu.  
XIX  əsrin 50-60-cı ilərində Azərbaycanın kənd 
təsərrüfatında da əvvəlki illərə nisbətən sözsüz ki, məhsul 
istehsalı artırdı. Bu, ilk növbədə yeni əkin sahələrinin 
yaradılması, meşə sahələrinin və otlaqların  əkin üçün istifadə 
olunması, yeni, yüksək məhsuldar sortların istifadəsi, 
aqrotexniki tədbirlərin tətbiqi ilə bağlı idi. Bu dövrdə Rusiya 
bazarında Azərbaycandan aparılan kənd təsərrüfat 
məhsullarına- ipək, düyü, yun, quru meyvə və s. böyük ehtiyac 
vardı ki, bu da kənd təsərrüfatı məhsularının həm kəmiyyətcə, 
həm də keyfiyyətcə artımının  əsas səbəblərindən biri idi. Bu 
dövrdə Azərbaycada  əvvəllər olmayan isthesal sahələri də 
yaranır ki, bunlardan biri də məsələn, qarğıdalı istehsalı idi. 
XIX  əsrin 50-60-cı illərində  kənd təsərrüfatında aparıcı 
rol əvvəllərdə olduğu kimi taxılçılığa məxsus idi. Öz bol taxılı 
II mühazirə 
 
 
102
ilə fərqlənən Qarabağ, Şirvan və Qubada çoxlu taxıl toplanırdı. 
Kəndlilərin istehsal etdikləri məhsulun xeyli hissəsi ölkənin 
daxili bazarlarına satışa göndərilirdi. Azərbaycanda yetişdirilən 
yüksək keyfiyyətli taxıl məhsulları ümumdünya sərgisinə belə 
göndərilirdi və mükafata layiq görülürdü. Çəltikçilik 
Azərbaycanda  ənənəvi təsərrüfat sahəsi idi. Çəltik Talış, 
Qarabağ, Quba, Şirvan, Zaqatala və b. yerlərdə becərilirdi. 
Çəltik daha çox əmtəəlik məhsul idi. 1852-ci ildə Naxçıvanda 
Hindistandan gətirilmiş çəltik növü becərilirdi. 
XIX  əsrin 60-cı illərində üzümçülük kənd təsərrüfatında 
kapitalist münasibətlərinin inkişaf etdiyi sahələrdən biri idi. Bu 
dövrdə, Azərbaycanda  şərabçılıq geniş inkişaf edirdi, çünki 
Rusiya bazarında şəraba böyük ehtiyac vardı. 
50-ci illərin sonu – 60-cı illərin  əvvəllərində Azərbay-
canda ipək istehsalı xeyli artmışdı.  Əgər 1861-ci ildə Bakı 
quberniyasında 17.352 pud ipək istehsal edilmişdisə, 1865-ci 
ildə artıq isthesal 19.343 puda çatmışdı. Bu illərdə, Avropada 
ipəkqurdu xəstəliyi ipək sənayesinin böhranına səbəb olmuşdu, 
böhrandan çıxış yolunu xarici ölkələr Azərbaycandan sağlam 
ipək qurdu toxumu almaqda görürdülər. Lakin Azərbaycanda 
da ipəkqurdu xəstəliyi yayıldığından 1867-ci ildə Bakı 
quberniyasında ipək istehsalı 1346 puda enmişdi. Amma 1870-
ci ildə ölkədə ipək təsərrüfatını  bərpa etmək mümkün oldu. 
Belə ki, 1870-ci ildə Yelizavetpol quberniyasında 4800 puda 
qədər ipək istehsal edilmişdi. 
 XIX əsrin 50-60-cı illərində Azərbaycanda sürətlə 
inkişaf edən kənd təsərrüfat sahəsi – marena-boyaq maddəsi 
istehsalının sürətli inkişafı ilə əlaqədar olaraq Lənkəran, Quba, 
Dərbənd qəzalarında marena-qızıl boya yetişdirmək üçün geniş 
əkin sahələri ayrılmışdı. Əsas marenaçılıq rayonu Quba qəzası 
idi.  Əgər 1851-ci ildə  qəzada 2 min pud marena istehsal 
edilmişdisə, artıq 1869-cü ildə bu rəqəm 200 min puda 
çatmışdı, yəni 100 dəfə artmışdı. Quba və Lənkəran qəzalarında 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin