AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 115
deyildi və islahatın bu xüsusiyyətləri sahibkar kəndlərində 
feodal-asılı münasibətlərə  zərbə vurdu. Məhz bu nöqteyi-
nəzərdən də 1870-ci il kəndli  əsasnaməsi kənddə kapitalist 
münasibətlərinin inkişafında mühüm rol oynadı. Lakin, islahat 
bütövlükdə Azərbaycan kəndində  əsaslı  dəyişikliklər yarada 
bilmədi. Çünki sahibkar kəndliləri həmin dövrdə Azərbaycan 
kəndlilərinin 1/5 hissəsini təşkil edirdilər.  
 
 
3. Məhkəmə və şəhər islahatları. İnzibati dəyişikliklər 
 
1864-cü il məhkəmə islahatının 1868-ci ildə Azərbay-
canda tətbiqi. 
XIX  əsrin 60-cı illərində Rusiya imperiyasında həyata 
keçirilən burjua islahatlarından biri də məhkəmə islahatı idi. 
20 noyabr 1864-cü il məhkəmə islahatı burjua xarakteri 
daşıyırdı, çünki bu islahat köhnə silkli məhkəmənin bütün 
silklər üçün eyni olan ümumi məhkəmə ilə  əvəz edilməsini 
nəzərdə tuturdu. İndi məhkəmə iclasları açıq keçirilirdi, yəni 
məhkəmə iclaslarını, məhkəmə prosesini izləmək istəyənlər 
məhkəmə zalına buraxılırdılar. Məhkəmə prosesi haqda mət-
buat səhifələrində istənilən məlumat, hesabat çap edilə bilərdi. 
Vəkillər institutu təsis olunur, Andlılar institutu yaradılırdı. 
Lakin məhkəmə islahatı Azərbaycanda həm bir qədər gec, həm 
də məhdud şəkildə həyata keçirilirdi. 
20 noyabr 1864-cü il məhkəmə islahatının Azərbaycanda 
gec və  həm də  məhdud  şəkildə  həyata keçirilməsinin səbəbini 
Rusiya rəsmi dairələri yerli əhalinin, - azərbaycanlıların 
«kifayət qədər» inkişaf etməməsi, onlarda ictimai şüurun 
geriliyi ilə izah edirdilər. Bu, əlbəttə, tamamilə səhv fikir idi.  
Azərbayanda Rusiyadan fərqli olaraq məhkəmə islahatı 
22 noyabr 1866-cı il Nizamnaməsi  əsasında həyata keçirilirdi. 
Bu Nizamnaməyə uyğun olaraq Azərbaycanda məhkəmə 
iclasçıları institutu yaradılmırdı. Məhkəmə hakimləri seçki yolu 
II mühazirə 
 
 
116
ilə seçilmirdilər, onlar Qafqaz canişinin təqdimatı  əsasında 
təyin edilirdilər. Bir məsələni də qeyd etmək lazımdır ki, 
məhkəmə hakimi vəzifəsinə azərbaycanlılar təyin edilmirdi, 
azərbaycanlı yalnız «hakimin yoldaşı» - hakimin müavini 
vəzifəsini tuta bilərdi. Məhkəmə rus dilində aparılırdı  və odur 
ki, məhkəmə iclaslarında tərcüməçi iştirak edirdi. 
Məhkəmələrin rus dilində aparılması sözsüz ki, yerli 
azərbaycan  əhalisinə qarşı aparılan müstəmləkə siyasətinin  ən 
qabarıq formalarından biri idi. Beləliklə, yeni məhkəmə islahatı 
ruslaşdırma siyasətində atılan növbəti bir addım idi. 
«20 noyabr 1864-cü il məhkəmə Nizamnaməsinin 
Zaqafqaziya ölkəsində  tətbiqi haqqında» 9 dekabr 1867-ci il 
Qanununa uyğun olaraq 19 fevral 1868-ci ildə Azərbaycanda 
yerli məhkəmə müəssisələri açılır. 19 fevral 1868-ci ildə Bakı 
dairə Məhkəməsi və Bakı barışıq şöbəsi (məhkəməsi) fəaliyyətə 
başlayır. 
Bakı dairə  məhkəməsi quberniyada ən ali məhkəmə 
instansiyası idi və o Tiflis məhkəmə palatasına tabe idi. Dairə 
məhkəməsi Barışıq məhkəməsindən bir pillə yuxarı  məhkəmə 
orqanı idi. Azərbaycanda zemistvo orqanları yaradılmadığından 
barışıq hakimləri seçilmir və Qafqaz canişini tərəfindən təyin 
edilirdi. Barışıq məhkəmələri mülki işlərə, şəxsi ədavətə, xırda 
cinayət işlərinə baxırdılar. Barışıq hakimi bütün məsələləri 
təkbaşına həll edirdi. 
1878-ci ildə siyasi xarakterli işlərin bir qismi hərbi 
məhkəmələrin sərəncamına verilir. 
16 iyun 1870-ci il şəhər islahatının 1878-ci ildə  Şimali 
Azərbaycada tətbiqi. 
16 iyun 1870-ci ildə  şəhər idarə orqanlarının təşkili 
haqqında «Şəhər Əsasnaməsi» verildi «Şəhər Əsasnaməsi», ilk 
növbədə yalnız Rusiya imperiyasının Avropa hissəsindəki 
quberniyalarda, Sibirdə  və Bessarabiyada tətbiq edildi. 
İmperiyanın digər bölgələrində islahatın keçirilməsi Daxili İşlər 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 117
Nazirliyinin «yerli vəziyyəti nəzərə almaq» şərtlərində verəcəyi 
qərarla müəyyənləşməli idi.  
XIX  əsrin 70-ci illərində Azərbaycanda  şəhər statusuna 
malik olan 10 şəhər vardı. Bunlar aşağıdakılar idi: Bakı, 
Şamaxı, Quba, Şuşa,Yelizavetpol, Lənkəran, Naxçıvan, Or-
dubad, Zaqatala, Nuxa. 1873-cü il siyahıyaalınmasına görə 
şəhərlərdə əhalinin sayı aşağıdakı kimidir: 
Bakı şəhəri   -15.105 
nəfər 
Şamaxı 
  -25.087 
«---» 
Quba 
  -11.324 
«---» 
 
Lənkəran   -4.779 
«---» 
Yelizavetpol  
-18.505 
«---» 
Şuşa 
  -24.552 
«---» 
Nuxa 
  -20.917 
«---» 
Zaqatala  
-1.079 «---» 
Naxçıvan   -6.877 
«---» 
Ordubad  
-3.489 «---» 
Azərbaycan  şəhərlərində ictimai idarə sistemi mövcud 
deyildi və şəhər təsərrüfatı polisin ixtiyarında idi. 
16 iyun 1870-ci il şəhər islahatı burjua xarakterli islahat 
idi və islahat şəhərlərin idarə olunmasına ictimai qüvvələrin 
cəlb edilməsini nəzərdə tuturdu. İslahatın keçirilməsinin 
səbəblərindən biri şəhərlərin iqtisadi həyatında artıq həlledici rol 
oynayan sənayeçilərin, sahibkarların ölkənin,  şəhərlərin 
ictimai-siyasi həyatında fəal iştirak etmək niyyəti ilə bağlı idi. 
Odur ki, hökumət yeni formalaşan burjua cəmiyyətinin 
təbiətinə uyğun olaraq şəhər  əhalisinin bütün təbəqələrinin 
iştirakını təmin edən islahat keçirir. 
Şəhər islahatının  əsas mahiyyəti  şəhər  əhalisinin və 
ictimai təşkilatların şəhərin həyatının müxtəlif sahələrində fəal 
iştirakını təmin etməkdən ibarət idi. 
16 iyun 1870-ci il şəhər  Əsasnaməsinə görə,  şəhər 
Dumasına seçkilərdə yalnız kişilər iştirak edə bilərdilər, 
II mühazirə 
 
 
118
qadınlar səs vermək hüququndan məhrum olduqları üçün 
seçkidə iştirak etmirdilər. 
Səsvermə hüququna 25 yaşına çatan və  şəhər rüsumunu 
ödəyən və müəyyən  əmlak senzinə malik olan kişilər malik 
idilər. Bundan başqa,  şəhər vergisi ödəyən cəmiyyətlər, 
yoldaşlıqlar, müəssisələr də seçki hüququna malik idilər.  
Şəhər rüsumunu ödəyənlərə daşınmaz  əmlak sahibləri, 
ticarət və  sənaye müəssisələri sahibləri, tacir, sənətkar və 
arşınmalçı şəhadətnamələri olan şəxslər aid edilirdi. 
Şəhər  Əsasnaməsinə görə seçicilər ödədikləri  şəhər 
vergisinin həcminə uyğun olaraq 3 senz qrupuna bölünürdülər 
və  hər bir qrup şəhər Dumasına seçiləcək deputatların –qlas-
nıların 1/3-ni seçməli idi. Şəhər Dumasına cəmisi 79 qlasnı 
seçilməli idi.    
Azərbaycanda 1870-ci il Əsasnaməsi verildiyi ildə tətbiq 
edilmədi. Rusiya dövləti Zaqafqaziyada, o cümlədən 
Azərbaycanda islahatı gec keçirdi. İslahat haqqında sərəncam 
elan edilikdən sonra Qafqaz canişini Bakı  və Yelizavetpol 
qubarnatoru islahatın onların rəhbərlik etdikləri quberniya 
şəhərlərində  həyata keçirilməsi haqda öz mülahizələrini 
bildirmək göstərişi verir. Bakı qubernatoru Kolyubyakin 
sorğuya cavabında Bakı quberniyası  şəhərlərində islahatın 
mümkün qədər gec tətbiq edilməsini lazım bildiyini söyləyir. 
Qubernator bunun səbəbini belə  şəhr edirdi: 1) yerli əhalidə 
guya «özünü idarə  vərdişləri» olmamışdır, odur ki, Şəhər 
Əsasnaməsi onlar üçün qeyri-məqbuldur; 2) guya yerli əhali-
tuzemlər daxili Rusiya quberniyalarının çatdığı inkişaf 
haqqında heç bir təsəvvürə malik deyilmişlər, guya əhalinin 
ərzaqla təminatı, sağlamlığının qorunması, kredit 
müəssisələrinin təşkili, xeyriyyə cəmiyyətləri və xəstəxanaların 
və həmçinin teatr, kitabxanaların təşkili barədə onların heç bir 
təsəvvürü yoxdur; 3) guya şəhər  əhalisi üçün islahatın 
keçirilməsi ilə əlaqədar olaraq yaranacaq əlavə xərcləri ödəmək 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 119
çətinlik törədər. Bakı qubernatoru Kolyubyakin şəhərlərin 
əvvəllərdə olduğu kimi polislər tərəfindən idarə edilməsinin 
saxlanılmasını  təklif edirdi, polis idarəsi nəzdində  məsləhətçi 
bir orqan kimi şəhər Dumasının yaradılması ona görə daha 
məsləhətli olardı. Özü də, məhdud çərçivədə həyata keçirilməli 
olan bu islahat yalnız Bakı  şəhərində  tətbiq edilməli idi. Bakı 
quberniyası  şəhərlərindən ancaq Bakı  şəhərində  Şəhər 
Əsasnaməsinin məhdud, dar çərçivədə  həyata keçirilməsinin 
zəruriliyini qubernator Qafqaz canişininin sorğusuna cavabında 
bildirmişdi. 
Yelizavetpol qubernatoru da «yerli əhalinin geriliyi və 
inkişafdan son dərəcədə geri qalmasına» istinad edərək  Şəhər 
Əsasnaməsinin quberniyada tətbiq edilməsinin «qəti  əleyhinə 
olduğunu» sorğuya cavabında bildirmişdi və mövcud qaydanın, 
-yəni  şəhər təsərrüfatının polis idarəsi vasitəsilə idarə 
olunmasının saxlanılmasını lazım saymışdı. Yelizavetpol 
qubernatoru bunu həmçinin «əhalinin azsaylılığı» və  şəhər 
rüsumlarının ağırlığı ilə izah edirdi.  
Beləliklə, Zaqafqaziyanın rəsmi dairələri ölkənin idarə 
edilməsində  hərbi-polis metodlarının saxlanılmasında israrlı 
olduqlarını bir daha sübut edirdilər. 
16 iyun 1870-ci il Şəhər  Əsasnaməsinin Zaqafqaziyada 
tətbiqi məsələsi 1874-cü il oktyabrın 28-də Dövlət  Şurasında 
müzakirə edilir və islahatın tətbiqi canişinə  həvalə edilir və 
onun üzərinə qoyulur. 
1870-ci il Şəhər  Əsasnaməsi 1878-ci ildə yalnız Bakı 
şəhərində  tətbiq edilir, özü də ancaq şəhərin sərhədləri və 
şəhərə ayrılan «örüş» yerləri çərçivəsində. Bakı  şəhərinin 
zavod-mədən zonası  şəhər  ərazisinə daxil edilmirdi, odur ki, 
islahat oraya tətbiq edilmirdi. 
Bakı  şəhər dumasına seçkilər 6-9 dekabr 1877-ci ildə 
keçirilir,  şəhər  əhalisi  şəhər vergisini ödəmə miqdarına uyğun 
olaraq 3 qrupa bölünmüşdü: 
II mühazirə 
 
 
120
I qrup - 10 seçici, olardan 4-ü qeyri-xristian. 
II qrup - 155 seçici, onlardan 73-ü qeyri-xristian 
III qrup - 3,324 seçici, onlardan 2,234-ü qeyri-xristian 
Hər bir qrupa 24 qlasnı seçilməli idi. Rusiya imperiyası 
yerli azərbaycanlılara münasibətdə qeyri-bərabərlik prinsipini 
əsas götürür, yerli Azərbaycan  əhalisindən seçilən qlasnıların-
deputatların sayı xristian qlasnılardan çox ola bilməzdi. 
Beləliklə, yerli azərbaycan  əhalisindən seçilən qlasnılar sayca 
xristian əhalisindən seçilən qlasnılardan az idilər. 
Şəhər  Əsasnaməsinə uyğun olaraq şəhərin ictimai 
orqanları təsis edildi: 1) Şəhər Duması; 2) Şəhər Upravası. 
Şəhər dumasının İcraedici orqanı Şəhər Upravası və şəhər 
Qlavası idi. 
Şəhər Qlavası  həm Dumanın, həm də Upravanın sədri idi. 
Dumanın seçdiyi Qlavanı Daxili İşlər Nazirliyi təsdiq edirdi. 
Sözsüz ki, Qlava yalnız rus olmalı idi.  
Bakı şəhər Duması 8 yanvar 1878-ci ildə açılır. 
Azərbaycanlılardan H.Z.Tağıyev, M.Nağıyev, H.Hacın-
ski, H.Zərdabi, K.Mahmudbəyov, Ə.Topçubaşov ilk Bakı şəhər 
Dumasına qlasnı seçilmişdilər. 
Şəhər Dumasının səlahiyyət dairəsinə  aşağıdakı sahələr 
daxil idi: 
a) şəhər təsərrüfatı 
b) yerli ticarət və sənayeni himayə 
c) səhiyyə 
ç) xalq təhsili 
d) yanğınla mübarzə. 
Bir məsələni də qeyd etmək lazımdır ki, Bakı  şəhər 
Dumasında işlər rus dilində aparılırdı. H.Zərdabi məsələnin bu 
cəhətinə toxunaraq yazırdı ki, «şəhər divanxanalarında danışıq 
və yazı-pozu rus dilində olacaq» və odur ki, o, rus dilini bilən 
şəxslərin seçilməsini məsləhət bilirdi. 
 
Ədəbiyyat 

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 121
1.
 
Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: 1989, sənəd 6. 
2.
 
Azərbaycan tarixi. Red. S.S.Əliyarlı. Bakı: 1996 
3.
 
Azərbaycan tarixi. Bakı: 1994 
4.
 
İsmayılov X. Azərbaycan dövləti və hüquq tarixi. Bakı: 2006 
5.
 
Мурадалиева  Э.Б.  Города  Северного  Азербайджана  второй 
половине XIX в., Баку: 1991 
6.
 
Багиров Ф.Э. Переселенческая политика царизма в Азербай-
джане (1830-1914 гг.). М.: 2009. 

Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
121 
Prof. E.B.Muradəliyeva 
Dos. B.O.Əziz 
 
III. ŞİMALİ AZƏRBAYCAN XIX ƏSRİN  
70-ci İLLƏRİ – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ 
 
1.
 
Bakının dünya neft sənayesinin mərkəzi kimi təşəkkül 
tapması (XIX əsrin son rübü) 
2.
 
Əhalinin tərkibində sosial dəyişikliklər  
3.
 
Milli azadlıq hərəkatı. Birinci dövr (1875-1904-ci illər) 
 
 
1. Bakının dünya neft sənayesinin  
mərkəzi kimi təşəkkül tapması (XIX əsrin son rübü) 
 
Qədim dövrlərdən bəri neft Azərbaycanın təbii sərvətləri 
arasında birinci yeri tutmuşdur. Hələ X əsrin axırlarında Bakı 
Yaxın  Şərqin, demək olar ki, hər yerində tanınırdı – buradan 
Şərq ölkələrinə neft göndərilirdi. O dövrlərdə neftdən yaşayış 
yerlərini işıqlandırmaq, müalicə  məqsədləri üçün, yanacaq 
kimi, həmçininn hərbi əməliyyatlarda güclü silah kimi istifadə 
olunurdu. Yalnız XIX əsrin son rübündən etibarən neft öz 
simasını  dəyişməyə, daha çox sənaye  əhəmiyyəti kəsb etməyə 
başladı, daş kömür tədricən sıxışdırılaraq dünya 
iqtisadiyyatında əsas energetika yanacağına çevrildi. 
Əgər XIX əsrin axırlarında təbii qazla birlikdə neft 
energetikanın tələbatının cəmi 3,9 faizini təmin edirdisə, XX 
əsrin 70-ci illərinin ortalarına yaxın o, yer kürəsinin energeti-
kasında həlledici rol oynamağa başlamışdır (63,2 faiz), bu 
dövrdə, daş kömürün rolu xeyli azalmışdır (23,5 faizədək). 
1900-cü ildən 1974-cü ilədək dünyada neft hasilatı 126 dəfə, 
təbii qaz hasilatı 197 dəfə, daş kömür hasilatı isə  təqribən 3 
dəfə artmışdır. Bu faktlar göstərir ki, neft əsrin yanacağına 
III mühazirə 
 
 
122
çevrilmişdir. Onun dünya siyasətində rolu məhz bununla 
müəyyən edilir. Zəngin neft regionlarına,  əsas nəqletmə 
yollarına, yeni neft kəmərlərinin tikintisinə  və marşrutlarına 
nəzarət məsələləri iri dövlətlərin xarici siyasətində üstün yer 
tutmuşdur və tutmaqdadır. 
Bakı regionu həmişə dünya neft sənayesinin mühüm 
mərkəzlərindən biri olmuşdur.  Şimali Azərbaycan Rusiya 
tərəfındən qəsb edilənədək neft quyuları xanların əlində idi və 
quyu qazdırmaq işlərini onlar təşkil edirdilər. Lakin neftin satışı 
daha çətin olduğuna görə müxtəlif möhtəkirlərin əlinə keçirdi. 
Rusiya ağalığı  bərqərar ediləndən sonra bu gəlirli sahə dövlət 
əmlakına çevrilmiş, vaxtaşırı olaraq, 1808-1824-cü, 1826-1834-
cü, 1850-1872-ci illərdə dövlətə müəyyən qədər vəsait ödəyən 
şəxslərin ixtiyarına verilmişdir. Yəni iltizam sistemi tətbiq 
olunmuşdur. İltizam sistemi zamanı quyular müəyyən müddətə 
sahibkarların, adətən tacirlərin ixtiyarına keçirdi. Onlar dövlətin 
xəzinəsinə vergi ödəyərək neft quyularından hasilatı öz inhisar-
larına götürürdülər.  İki yüzdən çox neft quyusu bu üsülla 
istismar edilirdi. Bu sistem neftçıxarma sənayesinin sosial-
iqtisadi strukturuna yeni ünsür gətirirdi. Neftçıxarmada daha bir 
mühüm hadisə ondan ibarət idi ki, neft quyularında hələ xanlıq 
dövrlərindən bura cəlb edilmiş Balaxanı  kəndliləri təhkimçi 
kimi işləyirdilər. Onlar gördükləri işin müqabilində sabit 
şəkildə əmək haqqı alır, vergidən azad olunurdular. Uralın dağ-
mədən müəssisələrində də bu cür vəziyyət yaranmışdı (kəndlibr 
icarə ilə işləyirdilər). 
Sonralar da neft sənayesinin strukturunda üzvi də-
yişikliklər baş verirdi. XIX əsrin 50-ci illərində neft quyularının 
sayı xeyli artdı.  Əgər 40-cı illərin axırlarına yaxın bütün Bakı 
regionunda quyuların ümumi sayı 135 idisə, indi onların sayı 
artıb 218-ə çatmışdı. Hasilatı artırmaqdan ötrü təhkimçi 
Balaxanı  kəndlilərinin qüvvəsi daha kifayət etmirdi. 
Balaxanının quyularına təhkim edilmiş  kəndliləri, məsələn, 

Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
123 
Bibiheybətə göndərmək mümkün deyildi. Quyular bir-birindən 
uzaq sahələrdə qazılırdı.  Əvvəllər ancaq Balaxanıda neft 
çıxarılırdısa, indi təzə neftçıxarma sahələri vardı. Yeni işçi 
qüvvəsi tələb olunurdu. Nəticədə iltizam sistemi ilə istismar 
edilən quyularda muzdlu əməkdən istifadə etməyə başladılar. 
1864-cü ildə çarizm dağ-mədən işlərində  təhkimçi kəndlilər 
təsisatını (məcburi əməyi) ləğv etdi, beləliklə, hər yerdə muzdlu 
əmək tətbiq olunmağa başlandı. Yuxarı  təbəqələrin istəyi ilə 
həyata keçirilən bu islahat (1870-ci il kəndli islahatınadək) 
həmçinin neft sənayesi üçün müəyyən şərait yaratmaq tələbatı 
ilə bağlı idi. 
Göründüyü kimi, Şimali Azərbaycanda iri neft səna-
yesinin təşəkkülündən əvvəl onun uzun inkişaf prosesi cərəyan 
etmişdir. Hələ XVIII əsrin axırlarında tətbiq olunan əmək 
bölgüsü-quyuların qazılması, neftin çıxarılması  və daşınması 
neft hasilatı  sənayesinin manufaktura istehsalı keyfıyyətləri 
kəsb etməsinə doğru aparırdı. Təhkimçilik sisteminin ləğv 
edilməsi ilə 1872-ci ildə manufaktura sənayesinin fabrik-zavod 
istehsalı  mərhələsinə keçidi başa çatdı. XIX əsrin 70-90-cı 
illərində neft sənayesinin intensiv inkişaf dövrü, şəxsi 
sahibkarlıq erası başlandı. Məhz həmin illərdə neft istehsalında 
sənaye çevrilişi baş verdi: adi, dədə-baba quyuları neftin tartal 
üsulu ilə çıxarıldığı quyularla əvəz olundu. 
Quyuların mexanizmlə qazılması  nəticəsində adi üsulla 
qazılan quyuların sayı durmadan azalırdı. 1879-cu ildə daha bu 
cür quyu qazılmırdı. Mədənlərdə buxar maşınlarından getdikcə 
daha geniş istifadə edilirdi. 1872-ci ildə 1,4 milyon pud neft 
çıxarıldığı halda, 1894-cü ildə neft hasilatı 340 milyon puda, 
yəni  əslində ABŞ-dakı  səviyyəyə çatmışdı. Sonralar (1901-ci 
ilədək) Bakı neft hasilatına görə dünyada birinci yerə çıxmışdı. 
Lakin dünya bazarında birincilik xammalın həcmi ilə deyil, bu 
bazarda başlıca məhsul sayılan kerosinin həcmi ilə müəyyən 
edilirdi. Bu cəhətdən üstünlük Amerika sənayesinə  məxsus 
III mühazirə 
 
 
124
olaraq qalırdı. Bakı neftayırma sənayesində müvəffəqiyyətlərin 
ən böyük göstəricisi burada istehsal edilən kerosinin xaricə 
daşınması (1883-cü il) oldu. Amerika kerosini Rusiyanın 
bazarlarından sıxışdırılıb çıxarıldı (1885-ci il). 
Beləliklə, qısa müddət ərzində Bakıda misli görünməmiş 
iqtisadi yüksəliş baş verdi. Şəhərdə güclü sənaye potensialı 
yaradıldı, neft hasilatı, emalı və satışı üzrə yüzlərlə iri və xırda 
fırma açıldı. 
Neftin nəql olunması  məsələlərinin həlli Bakının dünya 
neft sənayesi mərkəzinə çevrilməsi prosesində mühüm amilə 
çevrildi. Neft sahibkarlarının birinci qurultayında (1884-cü il) 
göstərilirdi ki, regionda üstün mövqe tutan Bakının neft 
sənayesi Avropaya yol taparsa, transmilli sənaye ola bilər. 
Bakının neft sənayesi öz məhsulunu Avropaya çıxarmadan heç 
vaxt güclü sənaye səviyyəsinə qalxmayacaqdır. 
Abşeron yarımadası neftin çıxarıldığı  əsas  ərazi olub, 
Xəzər dənizinin  şərqində yerləşir. Buradan Xəzər-Volqa vasi-
təsilə Rusiyanın Avropa hissəsinə, həmçinin Xəzər arxasındakı 
yerlərə, İrana yol açılırdı. Qərb tərəfdən dəmir yolunun köməyi 
ilə yarımada Cənubi Qafqazla, Qara dənizlə, oradan Mərkəzi 
Rusiya və xarici ölkələrlə birləşirdi. Deməli, Bakı neft sənayesi 
rayonu neft məhsulları satışı bazarlarına iki yolla – dəniz və 
dəmir yolları ilə çıxırdı. Xəzərdə gəmilər nefti və neft məhsul-
larını Rusiyada və xarici ölkələrdə satmaq üçün Həştərxana 
yalnız altı aylıq naviqasiya ərzində daşıya bilirdi. Buna görə də, 
ilin qalan vaxtlarında Rusiyada və xarici ölkələrdə xam neft 
ehtiyatları olmayan neftayırma zavodları  işləmirdi. Eyni 
zamanda 1880-1881-ci illərdə Bakının özündə o qədər xam neft 
yığılıb qalmışdı ki, hasilatı müvəqqəti dayandırmalı 
olmuşdular, hətta nefti dənizə buraxırdılar. Neftin həddindən 
artıq istehsal edilməsi böhranı birinci dəfə 1882-ci ildə baş 
verdi və dörd ildən sonra təkrar olundu. Onun daşınmasının 
mümkün olmaması  və saxlamaq üçün çənlərin çatışmazlığı 

Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
125 
üzündən 25.747.520 pud neft yandırıldı və dənizə buraxıldı. 80-
ci illərdə Bakıda əsas neft məhsulu olan kerosinə tələbat onun 
istehsalının 5 faizdən də az hissəsini təşkil edirdi. Buna görə də, 
neft məhsullarının Bakıdan daşınması neft sənayesinin möv-
cudluğu və gələcək inkişafı üçün ümdə iqtisadi əhəmiyyət kəsb 
edirdi. Təsadüfı deyildi ki, bu problem daim Bakının neft 
sahibkarlarının və müxtəlif hökumət orqanlarının diqqət 
mərkəzində dururdu. Dünya bazarında çoxlarının 
hesablaşdıqları iri sənaye mərkəzinə çevrilmiş Bakıdan dəmir 
yolu çəkib, onu Qara dənizlə birləşdirmək tələb olunurdu. 
Göründüyü kimi, Zaqafqaziya dəmir yolunun çəkilməsi 
zəruriliyi,  ən  əvvəl, məhz Bakı neft sənayesinin tələbatından 
irəli gəlirdi. Lakin Bakı-Tiflis dəmiryolu xəttinin çəkilişi çox 
böyük xərc tələb etməsi üzündən lən-gidildiyinə görə, 1878-ci 
ildə Bakıdan neft mədəni rayonunadək Zaqafqaziya dəmir 
yolunun «Neft sahəsi» adlandırılan hissəsini çəkmək qərara 
alındı. Neft mə-dənləri neft emalı zavodlarının cəmləşdiyi 
Bakının yaxınlığında yerləşsə  də, neftin arabalarla daşınması 
neftin öz qiymətindən, demək olar ki, iki dəfə baha başa gəlirdi. 
Belə ki, xam neftin bir pudunun qiyməti 4 qəpik idi, onun 
daşınması xərci isə 8, bəzən 9 qəpiyə çatırdı. 
«Neft sahəsi»ni çəkməkdə  məqsəd xam neftin daşın-
masını ucuzlaşdırmaq, zavodların sahiblərini neftin baha başa 
gələn çəlləklərdə daşıtdırmaqdan xilas etmək, Qara şəhərdəki 
kiçik  ərazidə yerləşdiklərinə görə xeyli neft ehtiyatı saxlana 
bilən iri çənlər tikdirmək imkanı olmayan zavodların xam 
neftlə fasiləsiz təchiz olunmasını təmin etmək idi. 1880-ci ilin 
yanvarında açılan «Neft sahəsi» mədənləri zavodlarla və Xəzər 
dənizinin Bakı limanındakı körpü ilə birləşdirdi. Bu əvvəlcə 
ancaq yerli əhəmiyyət daşıyırdı, çünki onu Zaqafqaziya dəmir 
yoluna qoşan Bakı sahəsi yalnız 1883-cü ildə açıldı. 
«Neft sahəsi» yaradılmasının iqtisadi cəhətdən sərfəli 
olub-olmayacağını müəyyənləşdirmək üçün ötən  əsrin 70-ci 
III mühazirə 
 
 
126
illərində Yollar Nazirliyinin dəmir yolları departamenti Şimali 
Amerikanın neft sərvətlərini Abşeronun neft sərvətləri ilə 
müqayisə etmişdi. Bu müqayisə Abşeron yarımadasının böyük 
perspektivlərə malik olduğunu göstərdiyinə görə, onu misal 
göstərməyi lazım bilirik. 
Pensilvaniyada qazılmış 14.000 quyudan 3-4 mini iş-
ləyirdi. Abşeronda 100-dən az quyu qazılmışdı, onlardan 
təqribən 40-ı neft verirdi. Şimali Amerikada neft azı 1.500 fut 
dərinlikdən çıxarılırdı, Abşeron yanmadasında isə  işləyən 
quyuların dərinliyi 360 fut idi. Şimali Amerikada bir neft 
quyusunun orta gündəlik məhsuldarlığı 60 pud, Abşeronda 
1.000 puddan çox idi. Neftin hər pudu orta hesabla Şimali 
Amerikada 36,5 qəpiyə, Balaxanı sahəsində isə 3-4 qəpiyə 
satılırdı. 
Qeyd etmək lazımdır ki, Rusiya cəmiyyətində bu iri neft 
sənaye mərkəzlərinin - Amerika və Bakı neft sənayelərinin 
müqayisəsi müntəzəm surətdə aparılırdı. Məsələn, «Bakı neft 
sənayesinin...(1891-1915-ci illər  ərzində) xülasəsi» adlı illik 
nəşrində xarici ölkələrdə neft sənayesinə dair oçerklərin 
müntəzəm surətdə dərc olunduğu xüsusi bölmə vardı. Amerika 
neft sənayesi səciyyələndirilərkən qeyd edilirdi: orada əmək 
bölgüsü heyrətamiz sistemlə aparılır, Amerikada hasilat, emal 
və  nəqletmə sahələri çoxalaraq bir-birindən ayrılmışdır. Bakı 
sənayesində isə öz neftini çıxaran, emal edən və daşıyan 
fırmalar lap əvvəldən mövcud olmuşlar, üstəlik bu firmalar 
həmin sahələri tədriclə ələ keçirməmişlər, əzəl başdan neft çı-
xarmışlar, emal etmişlər, daşımışlar və satmışlar. «Xülasə»lərin 
tərtibçiləri istehsalın bu cür kompleks şəkildə üstünlüklərə 
malik olduğunu qeyd edərək, bildirirdilər ki, Bakının neft 
sənayesi müəssisələri daha güclü rəqabət aparmaq qabiliyyətinə 
malikdirlər. 
Lakin neftin nəqli üzərinə qayıdaq. İki dənizi – Xəzəri və 
Qara dənizi birləşdirən Bakı-Tiflis dəmir yolu açılandan sonra 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin