AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   2   3   4   5   6   7   8   9   10   ...   43

Rusiya ilə İran arasında danısıqlar. Türkmənçay mü-
qaviləsi.  Gələcək sulh müqaviləsinin başlıca muddəaları artıq 
1826-cı il sentyabrın 16-da Rusiyanın ayrıca bir "Bəyan-
naməsı»ndə bildirılmişdi. 
Yermolovun və Menşikovun bir ay sonra Rusiya Xarici 
İşlər naziri qraf K.V.Nesselrodeyə  təqdim etdikləri yazılı 
təklifləri də  nəzərə alınmaqla barış  və ticarət müqaviləsinin 
lahiyəsi hazırlanmışdı. Gələcək müqavilənin  şərtləri haqqında 
çar fərmanı 1827-ci il mayın 24-də  Cəlaloğlu yanındakı rus 
düşərgəsinə gətirildi. Rus komandanlığı danışıq aparmaq üçün 
tam hazır idi. 
Qaraziədin danışıqlarında A.S.Qriboyedov İran məmur-
larının təxəyyülünə təsir göstərmək fikri ilə bildirdi ki, biz irəli 
gedib Azərbaycana sahib olaraq bu geniş vilayətin 
müstəqilliyini təmin edəcəyik. 
Noyabr ayının 6-da Dehkarqanda danışıqlar yenidən 
başladı. Təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar yanvarın 
7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Rus qoşunları irəli 
atıldı. Yanvarın 28-də Urmiya, fevralın 8-də  Ərdəbil tutuldu. 
Müqavilənin bağlanması sürətləndi. Fevralın 9-dan 10-na keçən 
gecə  Təbriz yaxınlığında Türkmənçay kəndində müqavilə 
imzalandı. 
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Gülüstan 
müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanmış, 
təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi. 
Birinci maddə ilə  tərəflər arasında  əbədi barış elan 
olunurdu. Müqavilə İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya 
keçdiyini (III maddə) təsbit edir, sərhədləri ayırır (IV maddə), 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
71 
İranın Rusiyaya iyirmi milyon gümüş rubl təzminat ödəyəcəyi 
bildirilirdi (II maddə). Abbas Mirzənin vəliəhd kimi 
tanınmasına ayrıca yer verilir (VII maddə), Xəzər dənizində 
yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq 
edilirdi (VIII maddə). X maddə ticarət konsulluqları 
açılmasından, XI maddə qarşılıqlı olaraq savaş ilə dayan-
dırılmış  işlərin bərpasından bəhs edirdi. XII, XIV, XV 
maddələr iki ölkə arasında  əhalinin hərəkəti və başqa məsə-
lələrə toxunurdu. XV maddə ermənilərin İrandan Transqafqaza 
köçürülməsi (müqavilədə konkret deyilməsə də, ümumi razılıq 
belə olmuşdu) ilə bağlı idi. Sonuncu maddə barış haqqında 
yerlərə bilgi verilməsi, onun ratifikasiyası  məsələlərinə 
toxunurdu. 
Müqavilə Rusiya tərəfindən 1828-ci ilin martında, Qa-
carlar tərəfindən iyul ayında ratifikasiya edildi. 
Türkmənçay müqaviləsi XIX yüzillikdə  İranın  İngiltərə, 
Fransa, Rusiya və Türkiyə ilə bağladığı müqavilələr içərisində 
ən ağırı idi. Bu müqavilə İranı Rusiyadan asılı duruma gətirirdi. 
1828-1829-cu illər Rusiya-Türkiyə savaşı. Çarlıq Rusiyası 
İranla savaşı qazandıqdan sonra işğalçılıq istəklərinin yeni 
nöqtəsinə keçdi. Qafqazın Qara dəniz sahillərini  ələ keçirməyə 
başladı. Rusiya taxılının demək olar üçdə ikisi Qara dənizdən 
ixrac olunurdu. Yaxın  Şərqə Rusiya mallarının göndərilməsi də 
genişlənmişdi. Satış üçün Asiyaya mal çıxarılması 1802-1827-ci 
illər arasında 3,3 faizdən 30,4 faizə qalxmışdı. Qafqazın Qara 
dəniz sahiilərinin, Cənub-qərbi Gürcüstan bölgələrinin  ələ 
keçirilməsi və bunun strateji əhəmiyyəti də nəzərə alınırdı. Rusiya 
Qafqazda öz ağalığını bərqərar etmək və möhkəmləndirmək üçün 
çox əlverişli imkan bulmuşdu. 
Buna görə  İran ilə savaşı başa vuran kimi Rusiya aprel 
ayında Türkiyəyə savaş elan etdi. Müharibə Balkanlarda və 
Qafqazda gedirdi. Qafqazda gedən döyüşlər çox önəmli yer 
tuturdu. 
I mühazirə
 
 
 
72
İlkin Qafqaz döyüşlərində türklərin hücum planları po-
zuldu. Ruslar Qafqazın Qara dəniz qalalarını, onun cənub-qərb 
bölgələrini tutdular. Anadolu ordusuna güclü zərbə vuruldu. 
1829-cu ilin qış və yazında Axalsıx və Bayazitdə, Liman, Diqur 
altında və Quzey Qafqazda Osmanlı ordusunun əks hücumu baş 
tutmadı. Rusiyanın güney müdafiə  xəttini yarmaq ümidləri 
doğrulmadı. Rus ordusu öz xeyrtnə dönüş yaratdı. Türklərin 
Anadolu birləşməsi dağıdıldı, bəzi şəhərlər tutuldu. 1829-cu ilin 
sentyabrında 
Ədirnə müqaviləsi imzalandı. Rusiya 
Transqafqazın işğalının hüquqi baxımdan tanınmasına nail oldu. 
Qara dəniz sahillərini, Axalsix vilayətini Axalsıx və Axalkalaki 
şəhərlərini də birgə ələ keçirdi. 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
73 
TÜRKMƏNÇAY MÜQAVİLƏSİNİN MƏTNİ 
 
I maddə 
Bütün Rusiya İmperatoru həzrətləri və  İran  şahı  həzrətləri 
arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların döv-
lətləri və qarşılıqlı surətdə  təbəələri arasında bundan sonra 
əbədi sülh, dostluq və tam razılıq olacaqdır. 
 
II maddə 
Bütün Rusiya imperatoru həzrətləri və  İran  şahı  həzrətləri 
hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında 
baş vermiş və indi xoşbəxtlikdən qurtarmış savaş ilə Gülüstan 
traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; 
onlar göstərilən Gülüstan traktatını Rusiya və  İran arasında 
yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətləri qurmalı 
və  təsdiq etməli olan indiki şərtlər və  qərarlarla  əvəz etməyi 
zəruri hesab etdilər. 
 
III maddə 
İran  şahı  həzrətləri öz adından və öz vərəsələri və varisləri 
adından Arazın o tayı  və bu tayı üzrə  İrəvan xanlığını  və 
Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyətinə 
güzəşt edir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırki mü-
qavilənin imzalanmasından sayılmaqla altı aydan gec olma-
yaraq, yuxarıda adları çəkilən hər iki xanlığın idarə edilməsinə 
aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə 
verməyi vəd edir. 
 
IV maddə 
Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət 
arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: sərhəd xətti 
Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən 
aralıda düz istiqamətə ən yaxın nöqtədən başlayaraq o dağların 
zirvəsindən keçir; buradan maillik üzrə kiçik Araratın cənub 
I mühazirə
 
 
 
74
tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra 
sərhəd xətti o çayın axarı üzrə  Şərur qarşısında onun Araza 
töküldüyü yerədək davam edlr; bu məntəqədən Abbasabad 
qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın 
Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım 
ağac, yeni 3 1/2 Rusiya versti enində bütün istiqamətlərdə 
dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün 
məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki 
ay  ərzində  ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o 
yerdən, göstərilən dövrənin  şərq tərəfdən Arazın sahilinə 
birləşdiyi yerdən başlayaraq bir daha o cayın yatağı ilə 
Yeddibulaq bərəsinədək gedir; buradan İran torpaqları Araz 
çayının yatagı üzrə 3 ağac, yəni 21 Rusiya versti uzanacaqdır; 
sonra sərhəd Muğan düzü vasitəsi ilə Bolqarçayadək, iki kiçicik 
Adınabazar və Sarıqamış çaylarının birləşməsindən 3 ağac, 
yəni 21 verst aşagıda olan torpaqlara gedir; sərhəd buradan Bol-
qarçayın sol sahili ilə yuxarı, adları çəkilən kiçik Adınabazar və 
Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar 
çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, 
buradan isə Cikoir yüksəkliyinin zirvəsindək elə davam edir ki
o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya 
məxsus olacaqdır; İran tərəfə axan bütün sular isə İrana məxsus 
olacaqdır. Burada iki dövlət arasındakı  sərhəd dağ zirvələrilə 
müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə 
doğru enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enişi isə 
İrana məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talış 
Ərş dairəsindən ayrılan dağlar üzrə  Qəmərkuhun zirvəsinədək 
keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda 
Adınabazarın yuxarı axarı  və Cikoir zirvəsi arasındakı sahə 
haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil 
edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh 
olunan qaydalara aramsız  əməl etməklə  Qəmərkuhun zir-
vəsindən Zuvand və  Ərş dairələrini ayrılan dağ silsiləsi üzrə 
Velgic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
75 
çəkilən dağın zirvəsindən  əks tərəfdə yerləşən hissəsi istisna 
olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət 
arasındakı  sərhəd xətti su axınının yuxarıda qeyd olunan 
qaydalarına daima uyğun olaraq, Velgic dairəsi sərhədindən 
Kloputanın zirvəsi və Velgic dairəsindəki dağların baş silsiləsi 
üzrə Astara çayının  şimal mənbəyinədək, buradan o çayın 
yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam 
edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan 
sərhəd xətti qurtarır. 
 
V maddə 
İran  şahı  həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz 
səmimi dostluğuna sübut olaraq, bu maddə ilə həm öz adından, 
həm də öz vərəsələri və  İran taxt-tacının varisləri adından, 
yuxarıda göstərilən sərhəd xətti arasında, Qafqaz sıra dağları  və 
Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün 
adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün 
köçəri və başqa xalqların  əbədi zamanadək Rusiya imperiyasına 
məxsus olduğunu təntənə ilə tanıyır. 
 
VI maddə 
İran  şahı  həzrətləri hər iki dövlət arasında yaranmış savaş ilə 
Rusiya imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya 
təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət  əlaməti 
olaraq, onların  əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə 
götürür. Müqaviləyə qoşulan hər iki yüksək tərəf o mükafatın 
məbləğini on kurur tümən raicə, ya iyirmi milyon gümüş manat 
qərarlaşdırmış, onun vaxtı, ödəniş qaydası  və  təminatı sözbə-
söz hazırkı Traktata daxil edilə biləcək qüvvəyə malik olan 
xüsusi müqavilədə qərarlaşdırılmışdır. 
 
VII maddə 
İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzəni öz 
vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan 
I mühazirə
 
 
 
76
kimi, Bütün Rusiya imperatoru həzrətləri İran şahı həzrətlərinə 
öz dostluq münasibətlərini və bu varislik qaydasının təsdiqinə 
kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan 
sonra sahzadə Abbas Mirzə  həzrətlərinin simasında  İran taxt-
tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə 
onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür. 
 
VIII maddə 
Rusiya tacir gəmiləri,  əvvəlki qayda üzrə, Xəzər dənizində  və 
onun sahilləri boyunca azad üzmək və bununla bərabər onlara 
yaxınlaşmaq hüququna malikdir; gəmi qəzası hallarında İranda 
onlara hər cür kömək edilməlidir. Bu üsulla İran ticarət 
gəmilərinə  də  Xəzər dənizində  əvvəlki qayda ilə üzmək və 
Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi 
qəzası hallarında onlara qarşılıqlı surətdə  hər cür vəsaitlə 
kömək göstərilməlidir. Hərbi gəmilərə  gəldikdə isə, qədimdə 
olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi 
gəmilər Xəzər dənizində üzə bilər; bu səbəbdən də  əvvəlki 
müstəsna hüquq indi də onlara verilir və  təsdiq edilir ki, 
Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində  hərbi 
gəmiləri ola bilməz. 
 
IX maddə 
Bütün Rusiya imperatoru həzrətləri və  İran  şahı  həzrətləri hər 
vasitə ilə onlar arasında bu qədər xoşbəxtliklə bərpa olunmuş sülh 
və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların 
icrası və ya daimi qalmaq üçün bu və ya o biri dövlətə göndərilən 
yüksək sarayların (hökumətlərin – Red.) səfirlərinin, nazirlərinin 
və işlər müvəkkillərinin, onların dərəcəsinə, razılığa gələn yüksək 
tərəflərin  şərəfinə, onları birləşdirən səmimi dostluğa və yerli 
adətlərə uyğun olaraq, ehtiramla və (hər birinin) ayrılıqda qəbul 
edilməsini qarşılıqlı surətdə rəva bilirlər. Xüsusi protokol ilə bu və 
ya o biri tərəfin  əməl etməsi üçün bu məzmunda mərasim 
qərarlaşdırılacaqdır. 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
77 
 
X maddə 
Bütün Rusiya imperatoru həzrətləri və  İran  şahı  həzrətləri hər 
iki dövlət arasında ticarət  əlaqələrinin bərpa olunmasını  və 
genişlənməsini sülhün bərqərar olmasının  ən başlıca xeyirxah 
nəticələrindən blri saydıqları üçün, tam qarşılıqlı razılıq 
əsasında hökm verdilər ki, ticarətə hamilik edil-məsinə  və 
qarşılıqlı surətdə  təbəələrin təhlükəsizliyinə aid olan bütün 
sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı 
surətdə müvəkkillər tərəfindən bağlanacaq bu sülh 
müqaviləsinin eyni güclü hissəsi sayılmalı olan və ona əlavə 
edilən ayrıca Akt ilə izah etsinlər. İran şahı həzrətləri, qabaqlar 
olduğu kimi, Rusiyaya ticarətin xeyrinə  tələb olunan hər yerə 
konsullar və ticarət agentləri təyin etmək hüququ verir və 
öhdəsinə götürür ki, hər birinln müəyyəti on nəfərdən çox 
olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz 
rütbələrinə verilmiş  şan-şövkət və üstünlüklərdən istifadə 
etsinlər. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran 
şahı həzrətlərinin konsul və ya ticarət agentlərinə münasibətdə 
tam qarşılıqlığa  əməl etməyə  vəd verir. İran hökumətinin 
Rusiya agentinə  və ya konsuluna əsaslı  şikayəti olarsa, Rusiya 
naziri (səfiri – Red.) və ya şah həzrətləri sarayı yanında işlər 
müvəkkili, ya da onların bilavasitə  rəisi öz mülahizəsinə  əsasən 
günahkarı vəzifəsindən uzaqlaşdıra və onu müvəqqəti olaraq digər 
şəxsə həvalə edə bilər. 
 
XI maddə 
Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və savaş ilə dayan-
dırılmış başqa işlər sülh bağlandıqdan sonra ədalətlə  bərpa 
olunacaq və  həll ediləcəkdir. Qarşılıqlı surətdə  təbəələrin öz 
aralarında bu və ya o biri hökumətin xəzinəsinə müqavilə 
təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir. 
 
XII maddə 
I mühazirə
 
 
 
78
Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin 
ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır; onlardan 
Arazın hər iki tərəfindən tərpənməyən əmlaka malik olanlarına 
üç il vaxt verilməlidir ki, onlar bu müddət  ərzində onu azad 
surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru 
həzrətləri, ona aidiyyatı olduğuna görə, keçmiş  İrəvan sərdarı 
Hüseyn xanı, onun qardaşı  Həsən xanı  və keçmiş Naxçıvan 
hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir. 
 
XIII maddə 
Axırıncı  və ya bundan qabaqkı savaşın gedişində  əsir alınmış 
hər iki tərəfin bütün hərbi  əsirləri, bununla bərabər hər iki 
hökumətin nə vaxtsa qarşılıqlı  əsir düşmüş  təbəələri azad 
edilməli və dörd ay ərzində qaytarılmalıdır; onlar həyati azuqə 
və digər tələbatlarla təmin ediiməli və onları  qəbul etmək və 
sonrakı yaşayış yerinə yollamağa sərəncam vermək üçün hər iki 
tərəfdən ayrılmış komissarlara verməkdən ötrü Abbasabada 
göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər iki 
tərəfdən  əsir düşmüş, lakin olduqları yerin uzaqlığına və ya 
başqa bir səbəbə  və ya vəziyyətə görə göstərilən müddətə 
qaytarıla bilməyəcək bütün hərbi əsirlərə, habelə Rusiya və İran 
təbəələrinə də bu yolla yanaşacaqlar. Hər iki dövlət belələrinin 
hər bir vaxt tələb edilməsində özünə  dəqiq və qeyri-məhdud 
hüquq verir və öhdəsinə götürür ki, onlar aşkar edildikdə və ya 
onlar haqqında tələblər alındıqda qarşılıqlı surətdə onları (bir-
birinə) qaytarsınlar. 
 
XIV maddə 
Razılığa gələn yüksək tərəflərdən heç biri axırıncı savaşın 
başlanmasınadək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş 
olan satqınların və  fərarilərin verilməsini tələb etməyəcəkdir. 
İran hökuməti, bu qaçqınlardan bəzilərinin və onların köhnə 
həmvətənlərinin və ya hakimiyyəti altında olanların arasında 
qərəzli  əlaqələrdən qarşılıqlı surətdə baş verə biləcək zərərli 
nəticələrin qarşısını almaq üçün öhdəsinə götürür ki, indi və ya 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
79 
sonralar Rusiya hökumətinin adbaad göstərdiyi adamların 
Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının və Qızıl 
Üzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı 
hüduddakı öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün 
Rusiya imperatoru həzrətləri öz tərəfindən  İran qaçqınlarının 
Qarabağ  və Naxçıvan xanlıqlarında və  İrəvan xanlığının Araz 
çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya 
yaşamasına (hər hansı) bir qərarda icazə verməyəcəyini vəd 
edir. Lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə daşıyan və 
ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, 
nəslhət və gizli əlaqələri ilə keçmişdə onların idarəsində və ya 
hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə  zərərli təsir 
göstərə bilən xan, bəy və dini rəislər və ya mollalara qarşı bu 
şərtin gücü var və olacaqdır. Ümumiyyətlə, hər iki dövlətin 
sakinlərinə  gəldikdə isə razılığa gələn yüksək tərəflər qərara 
alır ki, hər iki tərəfin bir dövlətdən o birinə keçmiş  və ya 
bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə 
verdiyi hər yerdə yurd sala və yaşaya bilər. 
 
XV maddə 
Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən 
hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış savaşda 
törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək 
kimi xeyirli, xilasedici niyyətlə  hərəkət edərək, Azərbaycan 
adlanan vilayətin bütün əhalisi-nə  və  məmurlarına büsbütün və 
tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı 
olmayaraq onlardan heç kəs öz hərəkətinə və ya savaş ərzində və 
ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman 
davranışına görə  təqibə, dini əqidəsinə görə  təhqirə  məruz 
qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən 
başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst 
keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan 
onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük 
və vergi qoyulmadan daşınan mülkiyyətini aparmaq və satmaq 
üçün bir il vaxt verilir. Daşınmayan mülkə  gəldikdə isə onun 
I mühazirə
 
 
 
80
satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik 
müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik 
müddət başa çatanadək məhkəmə  cəzası düşən günah və ya 
cinayət işləmiş adamlara şamil edilmir. 
 
XVI maddə 
Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı 
surətdə  təxirə salınmadan təcili olaraq, hərbi  əməliyyatların 
kəsilməsi haqqında bütün yerlərə  xəbər və lazımi fərman 
göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər 
iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli 
möhürləri ilə  təsdiq edilmiş  və qarşılıqlı olaraq bir-birinə 
verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru həzrətləri 
və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifikasiya edilməli 
və onların imzaladığı ratifikaslya mətnləri təntənəli şəkildə hər 
iki tərəfin müvəkkilləri tərəfindən dörd ay ərzində  və ya 
mümkün olduqca daha tez dəyişdirilməlidir. Bu müqavilə 
fevral ayının 10-da, İsanın anadan olmasının 1828-ci ilində 
Türkmənçay kəndində bağlanmışdır. Əslinə qol çəkmişlər: İvan 
Paskeviç, A. Obrezkov. 
 
Ədəbiyyat 
1.
 
Abdullayev M.Q. Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə 
Şimali Azərbaycanda aqrar münasibətlər XIX əsrin 40-cı illərinə 
qədər. Bakı, 2005. 
2.
 
Babayev A.Q. Rusiyaya qoşulmaq ərəfəsində. Bakı, 1988 
3.
 
Sadıqov H. XIX əsrin  əvvəllərində Rusiyanın xarici siyasətində 
Qafqaz problemi // Azərbaycan EA-nın xəbərləri. Tarix, fəlsəfə 
və hüquq ser., 1990, №3, s.28-25 
4.
 
Qarabağnamələr. I. və II kitablar. Bakı, 1982-1992 
5.
 
Şükürov K. Azərbaycanın bölüşdürülməsi (Gülüstan və Türk-
mənçay müqavilələri haqqında) // Kitablar aləmində. 1990, №3, 
s.20-29 
6.
 
Yenə onun: Türkmənçay -1828, Bakı: 2006 
7.
 
Абдуллаев  Г.Б.  Азербайджан  в  ХVIII  веке  в  взаимоот-
ношения его с Россией. Баку, 1965 
8.
 
Абдуллаев Г.Б. Из истории северо-восточного Азербайджана 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
81 
в 60-70-х гг. ХVIII века. Баку, 1958 
9.
 
Абдуллаев М.К. Аграрная политика царизма в Азербайджане 
в первой трети ХIХ в. АКД., Баку, 1989 
10.
 
Алиев  С.М.  Междоусобные  войны  и  борьба  за  верховную 
власть в Иране после распада империи Надир шаха. // Иран. 
История и культура в средние века и в новое время. М.: 1980 
11.
 
Алияров С.С. Алиева Ф.М. Георгиевский трактат в контексте 
внешнеполитического  положения  Азербайджана // Роль  ра-
бочих  организаций  в  развитии  революционного  движения  в 
Азербайджана. Баку: 1984, с.75-83 
12.
 
Асадов Ф.С. История Талышского ханства и его связи с Рос-
сией / АКД., Баку, 1966 
13.
 
Джафаров  А.П.  Присоединение  Ширванского  ханства  Рос-
сии и восстановления города Шемахи. АКД., Баку: 1955 
14.
 
Ибрагимбейли  Х.П.  Россия  и  Азербайджан  в  первой  трети 
ХIХ в. М.: 1969, гл.1 
15.
 
Искендеров  М.С.  Бакинская  ханства  и  его  присоединение  к 
России. АКД., 1983 
16.
 
Магомедов Н.А. Экономическое развитие Дербентского хан-
ства в ХVIII АКД., Нальчик: 1985 
17.
 
Мильман  А.Ш.  Политической  строй  Азербайджана  завое-
ваний (первая треть ХIХ в.) АКД., Баку: 1992 
18.
 
Минасазов  Г.  Сто  лет  одной  революции.  Азерб.  Восстания. 
1826г. Баку: 1930 
19.
 
Muradəliyeva Elmira. Azərbaycan milli şüurunun qatlarında 
Rusiya işğalı // Məhəmməd  Əmin Rəsulzadə  və ictimai-siyasi 
ideallar. Bakı: 2005. 
20.
 
Мустафаев Дж.М. Северные ханства Азербайджана и России 
(конец ХVII нач. ХIХ в. Баку: 1989 
21.
 
Петрушевский  И.П.  Система  русского  колониального  уп-
равления в Азербайджане впервой половине ХIХ в. // Коло-
ниальная  политика  Российского  царизма  в  Азербайджан  в 
20-60-х годах ХIХ в. 1., М.-Л.: 1936 
22.
 
Семенов Л.С. Россия и международные отношения на Сред-
нем Востоке в 20-х годах ХIХ в. Л.: 1963 
23.
 
Трактат,  заключенный  в  Туркменчае 10 февраля 1828 г. // 
Юзефович  Т.П.  Договоры  России  с  Востоком. (Azərbaycan 
tarixi üzrə qaynaqlar) 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin