AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
217
təşkilatı «Hərbi  şura» yaradaraq silahlı qüvvələrin hərbi 
cəhətdən təşkilini və nizam-intizam işlərini bu şuranın öhdəsinə 
qoydu. Təbrizin  Ərk qalasında olan silah anbarlarından bütün 
mücahidlər silahlandırıldılar. Hərbi  şura döyüşçüləri-fədailəri 
və mücahidləri 20-25 nəfərlik dəstələrə böldü. Hər dəstə özünə 
başçı seçirdi. Döyüşçüləri çörəklə  təmin etmək üçün Əmirxız 
və Xiyaban məhəllərində ancaq onlara xidmət edən çörək 
dükanları açıldı. 
Üsyanın idarə olunması  və davam etdirilməsi üçün pula, 
taxıla və silaha böyük ehtiyac var idi. Təbriz sosial-demokrat 
təşkilatının təşəbbüsü və Azərbaycan  əyalət  əncümanının 
göstərişi ilə  Təbrizdə  «İanə komisyonu» yaradıldı ki, 12 tacir 
və  hər məhəllədən 1 nümayəndənin daxil olduğu bu yardım 
komissiyası şəhərin varlılarından yardım toplayırdı. 
Tehranda çevriliş etmiş, bir çox başqa iri şəhərlərdə 
hücuma keçmiş irtica qüvvələrini və  Məhəmmədəli  şahı 
Təbrizin müqaviməti çox narahat edirdi. Buna görə 1908-ci ilin 
avqustunda buraya 40 min nəfərdən artıq silahlı qüvvə 
göndərildi. Sentyabrın 25-də  Təbriz üzərinə 2 günə  qədər 
davam edən hücum başlandı, lakin irtica qüvvələri heç bir uğur 
qazana bilməyərək oktyabrın 12-də  şəhəri tərk edib qaçmağa 
məcbur oldular. Hadisə  şah ordusu içərisində ruh düşkünlüyü 
yaratdı. Təbriz üsyançılarının qələbə  xəbəri tezliklə  İrana, 
Qafqaza və Avropanın bir çox ölkələrinə yayıldı. Paris, 
İstanbul, Nəcəf, Tiflis, Bakı  və digər mühüm şəhərlərdən 
Azərbaycan  əyalət  əncümanına, Səttarxanın ünvanına təbrik 
teleqramları göndərildi. Xalq Səttarxanı «Sərdar-e milli» 
Bağırxanı isə «Salar-e milli» adlandırdı, sonra isə  əyalət 
əncümanı bu adları rəsmiləşdirmək üçün qərar qəbul etdi.  
1907-ci ilin əvvəllərindən başlayaraq Təbriz üsyanının 
axırınadək Cənubi Azərbaycan  əyalət  əncümanı  Təbrizdə  və 
Cənubi Azərbaycanda ali hakimiyyət orqanı olduğu kimi, 1908-
ci il iyun ayından etibarən Təbrizdə yaranmış  hərbi  şura da 
VI mühazirə 
 
 
218
üsyanın silahlı qüvvələrinin baş idarə orqanı idi. 
Təbriz üsyanına ideya və təşkilati cəhətdən rəhbərlik edən 
sosial-demokrat təşkilatı (rəhbəri  Əli Müsyö) əksinqilabın 
Təbrizə qarşı daha güclü hücumlar hazırlamasından xəbərdar 
olduğu üçün şəhəri və inqilabı qorumaq məqsədilə hazırlıq işi 
aparırdı.  Şəhəri  ərzaq malları ilə  təmin etmək və ehtiyat 
hazırlamaq üçün əyalət  əncümanı xüsusi fədai dəstələri 
vasitəsilə vilayətlərdən çoxlu miqdarda taxıl və  ərzaq malları 
topladı. Geri çəkilən  əksinqilabi qüvvələr və onların qarətçi 
dəstələri isə  Cənubi Azərbaycan kəndlərini çapıb talayırdılar. 
Əyalət əncümanının göstərişi ilə Mərənd, Xoy, Salmas, Marağa 
və digər  şəhərlərə göndərilən fədai dəstələri tezliklə  həmin 
şəhərləri qaraguruhçu dəstələrdən azad etdilər. 
1909-cu ilin fevralına qədər Cənubi Azərbaycanın bütün 
qərb vilayətləri (Maku istisna olmaqla) inqilabçıların  əlinə 
keçdi. Azərbaycanın  şərq vilayətlərində  də  əksinqilaba qarşı 
etiraz güclənirdi. Lakin bütün bunlara baxmayaraq 
Məhəmmədəli şah İranın bütün əyalət və vilayətlərindən silahlı 
qüvvələr toplayır, Təbriz üzərinə göndərməkdə davam edirdi. 
1908-ci ilin dekabrında əksinqilab yenidən 40 min silahlı adam 
toplamışdı. 
 1909-cu il yanvarın axırlarında Təbriz  şəhəri yenidən 
mühasirəyə alındı. Fevral-mart aylarında Təbriz üzərinə 
əksinqilabın hücumu başladı, lakin bu hücumlar da inqilabçılar 
tərəfindən dəf edildi. Bununla belə mühasirədə olanlar aclıq və 
qıtlıqdan çox əziyyət çəkirdildər. Aprelin 14-də uzun müddət 
Marağa  şəhərinin qubernatoru olmuş  Səməd xanın qoşunları 
Təbrizə hücum etdilər, yenə  də müvəffəqiyyət  əldə edilmədi. 
Belə bir şəraitdə ingilislər və çar Rusiyası açıq müdaxiləyə  əl 
atdılar. Çar Rusiyası xarici konsulluqları  və  təbəələri müdafiə 
etmək və guya Təbrizə ərzaq daşınmasını təmin etmək bəhanəsi 
ilə aprelin 29-da öz qoşunlarını  Təbrizə yeritdi. Mayın 
əvvəllərindən etibarən rus ordusuTəbrizdə silahlı mücahidləri 

Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
219
tərksilah etməyə başladı. Rusiya təbəəsi olan Qafqaz 
inqilabçıları
*
 Cənubi Azərbaycandan çıxarıldılar və tezliklə öz 
vətənlərində  həbs edildilər. Təbriz sosial-demokrat təşkilatının 
və əyalət əncüməninin qərarına əsasən Səttarxan və hərbi şura 
rus qoşunları ilə hər cür toqquşmanı mücahidlərə qadağan etdi. 
Beləliklə, döyüşlər dayandırıldı. Təbriz üsyanı yatırıldı. 
Təbriz üsyanı  və Azərbaycandakı demokratik hərəkat 
bütün İranda inqilabi hərəkatın yenidən yüksəlişinə təkan verdi. 
Təbriz üsyanı  Rəşt və  İsfahanda üsyanların uğurla başa 
çatmasına, üsyançıların Tehran yürüşünə,eyni zamanda 
Məhəmmədəli  şahın hakimiyyətdən devrilməsinə

  və 
Konstitusiyanın bərpa olunmasına səbəb oldu. 
Fədailəri tərk-silah etmək məqsədiləTehranın rəsmi 
dairələri tərəfindən Səttar xan və Bağır xan 1910-cu il martın 
11-də paytaxta dəvət olündular.Azərbaycanda yenidən qan 
tökülməsinin qarşısını almaq məqsədilə ertəsi gün Təbrizdən 
çıxmağa razılıq verən Səttarxan və Bağırxan aprelin 15-də 
Tehrana çatdıqda məclis nümayəndələrindən ibarət böyük bir 
izdiham tərəfindən son dərəcə böyük hörmətlə qarşılandılar.O 
dövrün mətbuatının yazdığına görə, həmin vaxta qədər heç bir 
siyasi, ictimai xadim, heç bir ruhani və xarici qonaq, hətta şah 
belə  təntənə ilə qarşılanmamışdı. Tərksilah haqqında  əldə 
edilmiş razılığa baxmayaraq, Səttarxan və  ətrafındakılara 
Tehranda xaincəsinə basqın edildi. Avqustun 7-də 300 nəfərə 
yaxın silahlı  fədainin toplaşdığı Atabəy parkı  fədailərdən heç 
birinin gözləmədiyi halda 6 min nəfərlik müxtəlif silahlı 
                                                 
*
Бунлар Тифлис «Йардым комитяси», «Ъулфа ялагя комитяси»нин цзвляриндян 
бир чоху, щямчинин Н.Няриманов, Гулам Гяни оьлу, Мирзя Шапур Гяни оьлу вя 
диэярляри иди.  

16  ийул 1906-ъы  илдя  йцрцшдя  иштирак  етмиш  гцввялярин  башчылары-
нын  иштиракы  иля  Тещранда  кечмиш  парламент  нцмайяндяляриндян,  назир-
лярдян,  варлы  таъирлярдян,  ири  рущанилярдян  ибарят  йарадылмыш  «Али 
Мяълис»  Мящяммядяли  шащын  деврилдийини,  онун 14 йашлы  оьлу  Султан 
Ящмядин шащ елан олундуьуну елан етди. 
VI mühazirə 
 
 
220
dəstələr tərəfindən mühasirəyə alınaraq hər tərəfdən top atəşinə 
tutuldu. Fədailər özlərini müdafiə etməyə  məcbur oldular. Bu 
vuruşmada mücahidlərdən 18 nəfər həlak oldu, 40 nəfər, o 
cümlədən Səttarxan yaralandı, 300 nəfərə yaxın fədai həbsə 
alındı. Bununla da inqilabın son səngəri dağıdıldı. 
Səttarxan və Bağırxana Təbrizə qayıtmağa icazə 
verilmədi. Bu əslində sürgündə qalmaq demək idi. Bu xəyanət 
Azərbaycan xalqının dərin hiddətinə səbəb oldu. Lakin Cənubi 
Azərbaycanda yerləşən çar Rusiyasının qoşunları  əhalinin fəal 
çıxışına imkan vermədilər. Çar hökuməti Təbrizə yeni hərbi 
qüvvələr göndərməklə dekabrın 28-dək Təbriz fədailərinin 
müqavimətini qırdılar.  Ələ keçən fədailər və  Təbriz  əncümanı 
rəhbərlərinə divan tutuldu. 
 1910-cu ilin noyabr ayında Cənubi Azərbaycan xalq 
hərəkatının görkəmli başçılarından biri olan Əli Müsyö vəfat 
etdi. Çar hökuməti  əhalinin müqavimət  əzmini qırmaq 
məqsədilə Azərbaycan  əyalət  əncümanı binasını, Səttarxan, 
Bağırxan,  Əli Müsyö və bir çox hərəkat rəhbərlərinin evlərini 
dağıdıb xarabaya çevirdilər. Bütün Cənubi Azərbaycanda terror 
və irtica hökm sürməyə başladı. 
1905-1911-ci illər inqilabının yatırılması  nəticəsində çar 
Rusiyası  və  İngiltərə  tərəfindən  İranın, o cümlədən inqilabda 
mühüm rol oynamış  Cənubi Azərbaycanın  əsarət altına 
alınması  və istismarı qüvvətləndi. Lakin bütün bunlara 
baxmayaraq, 1905-1911-ci illər  İran inqilabı  və onun tərkib 
hissəsi olan Cənubi Azərbaycan hərəkatının böyük tarixi 
əhəmiyyəti oldu.  
1905-1911-ci illər  İran inqilabı ölkənin ictimai-iqtisadi 
inkişafı zəminində yetişən, vaxtilə Avropa ölkələrində baş ver-
miş burjua inqilablarından özünəməxsus cəhətləri ilə fərqlənən, 
Şərqin bir sıra asılı  və yarımmüstəmləkə ölkələrinə xas olan 
burjua inqilabı idi. Bu inqilabda mühüm rol oynayan Cənubi 
Azərbaycandakı  hərəkatın da bir neçə  fərqli və özünəməxsus 
cəhətləri vardır. Belə ki, bu üsyan ilk dəfə olaraq bütün İranda 

Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
221
və ümumiyyətlə  Şərq ölkələrində xalq hakimiyyətinin ilk 
rüşeymi olan inqilab əncümanları yaratmış oldu. Bu xüsusiyyət 
Cənubi Azərbaycan hərəkatının hərəkətverici qüvvələrində 
demokratik qüvvələrin rolunun daha güclü olmasının nəticəsi 
idi. İnqilabın dərinliyi və geniş kütlələri əhatə etməsi cəhətdən 
Azərbaycandakı  hərəkat, xüsusilə  Təbriz üsyanı burjua-
demokratik inqilabı səviyyəsinə yüksələ bildi. 
Cənubi Azərbaycandakı  hərəkatın daha bir xüsusiyyəti 
burada çıxışlara vahid siyasi rəhbərliyin «İctimaiyune-amiyun» 
(sosial-demokrat) təşkilatının mövcud olmasında idi.  
Nəhayət, Cənubi Azərbaycan hərəkatı dünya ictimaiy-
yətinin diqqət və  rəğbətini qazanmış  Səttarxan və Bağırxan 
kimi inqilab sərkədələrini yetişdirdi. 
 
 
Ədəbiyyat 
1.
 
Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). Bakı: 1985. 
2.
 
Həsənov N. Oyanmış Təbriz və Səttarxan. Bakı: 1986. 
3.
 
Иванов М.С. Иранская революция 1905-1911 гг. М.: 1957. 
4.
 
Tadeusz Svietoshovski. Rusiya və Azərbaycan. Sərhədyanı bölgə 
keçid dövründə. Bakı: 2000. 
5.
 
XX əsr Azərbaycan tarixi. Bakı: 2004. 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
221
Ə.Ə.Şahverdiyev 
V.R.Nəbiyev 
 
VII. AZƏRBAYCAN  
BİRİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ 
 
1.
 
Müharibənin başlanma səbəbləri  
2.
 
Şimali Azərbaycanın insan resurslarının və iqtisadiyyatının 
Rusiyanın tərkib hissəsi kimi müharibəyə cəlb olunması.  
3.
 
Müharibə edən dövlətlərin planlarında «erməni məsələsi» 
və Azərbaycan  
4.
 
Antanta və Dördlər blokuna daxil olan dövlətlərin Azər-
baycan siyasəti.  
5.
 
Cənubi Azərbacyan Birinci dünya müharibəsi illərində  
6.
 
Oktyabr çevrilişindən sonra Sovet Rusiyasının Azərbay-
canla bağlı siyasəti 
7.
 
Müharibənin ikinci mərhələsində Bakı nefti uğrunda gedən 
mübarizə.  
8.
 
Birinci Dünya müharibəsi illərində Naxçıvanda yaranmış 
siyasi vəziyyət. 
 
1.Müharibənin başlanma səbəbləri 
 
Avstriya vəliəhddinin öldürülməsi Birinci Dünya mü-
haribəsinin başlanması üçün əsas səbəb ola bilməzdi. Çünki 
Avropa tarixində dövlət adamlarına sui-qəsd faktı istənilən 
qədərdir. Belə olan halda Avropada müharibələrin sayı-hesabı 
olmazdı. Müharibənin başlıca səbəbləri  İngiltərə  və Fransanın 
Almaniya və onun müttəfiqləri arasında kəskin ziddiyyətlər, iki 
hərbi-siyasi blok arasında qarşıdurma və Balkanlar uğrunda 
alman-slavyan qarşıdurması idi.  
1914-cü il iyul ayının 15-də Avstriya-Macarıstan 
Serbiyaya müharibə elan etdi. Serblərin müttəfiqi olan çar 
VII mühazirə 
 
 
222
Rusiyası bu hadisəyə biganə qalmayaraq, ümumi səfərbərlik 
elan etdi. Buna cavab olaraq iyulun 19-da Almaniya Rusiyaya, 
iyulun 21-də isə Fransaya müharibə elan etdi. Almaniyanın 
Belçikanın neytral mövqe tutduğuna baxmayaraq onu işğal 
etməsi iyul ayının 22-də  İngiltərənin Almaniyaya müharibə 
elan etməsinə gətirib çıxartdı. 
1914-cü il avqust ayının 10-da Yaponiya Almaniyaya 
müharibə elan etdi. Region dövlətlərinin heç biri tək-tək mü-
haribə aparmaq istəmirdi. Ona görə  hərbi-siyasi blok halında 
müharibəyə cəlb olan dövlətin hər birinin özəl iqtisadi və siyasi 
məqsədi var idi. 
Birinci Dünya müharibəsi illərində Azərbaycan möv-
zusuna aydınlıq gətirmək üçün üç mühüm məsələ ön plana 
çəkilməlidir. 
Birincisi, Cənubi Qafqaz regionunda Azərbaycanın geo-
siyasi mövqeyinə aydınlıq gətirmək lazımdır. Beynəlxalq 
münasibətlər sistemində  işlənən «geopolitika» sözü, yunan 
sözü olub iki hissədən ibarətdi. Geo-yer, politikos-hər nə varsa 
dövlətlə bağlıdır və s. mənasını verir.  
Hər bir dövlətin xarici siyasəti bir sıra coğrafi amillərlə 
müəyyən olunur. Ona görə də, Azərbaycanın coğrafi mövqeyi, 
eləcə  də  zəngin təbii sərvətləri daimi dünyanın aparıcı 
dövlətlərinin diqqət mərkəzində olmuşdur. 
İkincisi, 1914-1918-ci ildə  Cənubi Qafqazda «erməni 
məsələsi»nin ön plana keçməsi və müsəlman-türk regionları 
üçün yaratdığı  təhlükə ilə bağlıdır. Belə ki, Birinci Dünya 
müharibəsinin başlanması ilə regionda ictimai-siyasi 
proseslərin müsbət yöndə inkişafına mane olan «erməni 
məsələsi» Azərbaycan üçün də təsirsiz ötüşmədi. 
Bəzi dövlətlər öz maraqlarına uyğun olaraq ermənilərin 
Cənubi Qafqazda dinc müsəlman-türk əhaliyə qarşı törətdikləri 
vəhşiliklərə dəstək verdilər.  
Üçüncüsü, Birinci Dünya müharibəsində  iştirak edən döv-

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
223
lətlərin hər birinin Azərbaycana dair müəyyən niyyətləri var idi. 
Rusiyada bolşeviklərin hakimiyyətə  gəlməsi ilə beynəl-
xalq münasibətlərdə yeni mərhələ başlanmış oldu.  
Azərbaycan zəngin və mühüm geosiyasi bir region olaraq 
İran, Osmanlı və Rusiya dövlətləri ilə həmsərhəd idi. Şərqdə – 
Xəzər, Qərbdə – Gürcüstanla əhatə olunan Azərbaycanın 
beynəlxalq yükdaşımaları  həyata keçirmək üçün Bakı kimi 
əlverişli dəniz limanı var idi.  
Azərbaycan  əlverişli coğrafı  şəraiti, xammal ehtiyatları  və 
mühüm geostrateji mövqeyi ilə seçilən bir ölkə idi. 1917-ci ildə 
Azərbaycan  ərazisi (Cənubi və  Şimali Azərbaycan ilə birlikdə – 
Ə.Ş.) 200,5 min kv.km. olmaqla Cənubi Qafqazın ümumi əra-
zisindən böyük idi. Azərbaycan Avropa dövlətləri ilə Şərq ölkələri 
arasında körpü rolunu oynamaqla dünyanın mühüm ticarət 
yollarının kəsişməsində yerləşirdi.  Şimali Azərbaycanda Bakı-
Novorossiysk, Bakı-Batum, Cənubi Azərbaycanda isə  Təbriz-
Bursa-İstanbul və s. kimi ticarət yolları beynəlxalq iqtisadi 
əlaqələrin arteriyasını təşkil edirdi. 
Azərbaycan həm də Cənubi Qafqazın əsas energetika bazası 
idi. Oktyabr çevrilişinə  qədər Bakı nefti Rusiyanın  əsas enerji 
mənbəyi olduğundan bolşeviklər onun itirilməsi faktı ilə heç cür 
razılaşmaq istəmirdi. Digər tərəfdən başqa güclü dövlətlər də 
ciddi-cəhdlə Bakı neftini ələ keçirməyə çalışırdı.  
Oktyabr çevrilişindən sonra Birinci Dünya müharibəsində 
iştirak edən dövlətlərin planında Bakı neftini ələ keçirmək 
başlıca məqsəd daşıyırdı. Eyni zamanda, Azərbaycan Rusiya, 
İran, Osmanlı ilə yanaşı, digər güclü dövlətlər üçün hərbi-siyasi 
əhəmiyyətə malik bir region idi. Azərbaycan  ərazisi Yaxın və 
Orta Asiyaya çıxmaq üçün əlverişli çoğrafı imkanları ilə yanaşı, 
həmçinin müdafiə xarkterli əhəmiyyət kəsb edirdi. 
 
VII mühazirə 
 
 
224
2. Şimali Azərbaycanın insan resurslarının və 
iqtisadiyyatının Rusiyanın tərkib hissəsi kimi müharibəyə 
cəlb olunması 
 
Müharibə böyük dövlətlərin ərazisində yaşayan xalqların, 
o cümlədən Azərbaycan xalqının da iqtisadi və siyasi həyatına 
öz mənfi təsirini göstərdi.  
Birinci Dünya müharibəsi Azərbaycan iqtisadiyyatına 
güclü zərbə endirmiş,  əhalinin vəziyyətini son dərəcə 
pisləşdirmişdi. 
Müharibənin ilk günlərindən Rusiyanın HDD (Hərbi 
Dəniz Donanması) neft yanacağına olan tələbatı artmışdı. Əgər 
rus donanması 1913-cü ildə 250 min pud yanacaq almışdısa, 
1916-cı ildə donanma 18 mln pud mazut və 0,8 mln pud 
müxtəlif neft məhsulları almışdı. 
1916-cı il may ayından, 1917-ci il may ayına kimi 
Rusiyanın HDD 20 mln pud müxtəlif neft məhsulları almışdı. 
Rusiyanın hərbi donanması üçün benzin, kerosin, mazut 
məhsullarının daşınmasını kontrakta uyğun olan «Nobel qar-
daşları» şirkəti həyata keçirdi. 
Ümumiyyətlə, istər müharibə  ərəfəsində, istərsə  də 
müharibə zamanı Bakı nefti Rusiya Hərbi Dəniz Donanmasının 
təhcizatında aparıcı rol oynadı. 
Çar hökuməti bəy nəslindən olan şəxslərin orduya gö-
türülməsinə yol verirdi. Onların bəziləri hərbi məktəblərdə 
təhsil aldıqdan sonra rus ordusunda zabitlik edir və müxtəlif 
cəbhələrdə döyüş əməliyyatında iştirak edirdi. 
Rus ordusunun görkəmli generalları  Səməd bəy 
Mehmandarov,  Əliağa  Şıxlinski, Hüseynxan Naxçıvanski və 
başqları onların sırasına daxil idi. 
Topçu general S.Mehmandarov almanları  dəfələrlə ciddi 
məğlubiyyətə  uğratmış istedadlı  sərkərdə idi. 21-ci piyada 
diviziyasının komandiri olan S.Mehmandarov 1914-cü ilin 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
225
Lodz  əməliyyatı zamanı xüsusilə  fərqlənmişdi; o, rus qoşun 
hissələrini mühasirəyə salmaq istəyən alman generalı Ma-
kenzinin planlarını puça çıxarmışdı. Bundan sonra II Qafqaz 
ordu korpusunun komandiri təyin olunan S.Mehmandarov, 
müharibənin sonlarına yaxın ordu komandiri vəzifəsinə kimi 
yüksəldi. 
General-leytenant  Ə.Şıxlinski rus ordusunda topçuluq 
işinin ən mahir ustalarından biri hesab olunur. 
Birinci Dünya müharibəsi illərində o bir sıra ali 
komandanlıq vəzifələrini tutmuşdu. Müharibənin ilk günlərində 
Peterburqun toplarla müdafiə olunması ona tapşırılmışdı. 
1915-ci ildə Ə.Şıxlinski Ali Baş Komandanın qərargahında 
topçuluq işləri üzrə general vəzifəsinə, sonra Qərb cəbhəsinin 
topçu qoşunları  rəisi, müharibənin sonlarına yaxın isə 10-cu 
ordunun komandanı vəzifəsinə təyin olunmuşdu. 
Çar hökuməti tərəfindən ali sərkərdə ordenləri ilə  təltif 
olunmuş bu generallardan əlavə, 1914-1917-ci illərdə rus ordusu 
sıralarında 200-ə qədər azərbaycanlı zabit qulluq edirdi. 
Birinci Dünya müharibəsi zamanı rus ordusunda 
azərbaycanlılardan ibarət kiçik bir süvari dəstə var idi. Bu 
şuşalılardan təşkil edilmiş  və «Qafqaz yerli süvari 
diviziyasının» tərkibinə daxil olan «Tatar süvari alayı» 
adlanırdı. Çar generalları və rus şovinistləri tərəfindən bu alay 
«vəhşi diviziya» adlanırdı. Hansı ki, bu alayın əsgər və zabitləri 
sonralar Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Milli 
Ordusunun ilk müjdəçiləri oldular. 
Müharibə neft sənayesinin inkişafına təsirsiz ötüşmədi. 
Neft çıxarma və neftayırma sahəsində sürətli geriləmə mü-
şahidə olunurdu. 
Müharibə illərində Azərbaycanın kənd təsərrüfatı da 
böhran keçirirdi. Çar hökuməti azərbaycanlıları orduya ça-
ğırmadığından  əhali işçi qüvvəsi kimi başqa işlərə  cəlb 
olunurdu. 1915-ci il iyunun 15-də çar hökumətinin verdiyi 
VII mühazirə 
 
 
226
fərmana görə 23 yaşına qədər olan gənclər müharibə ilə 
əlaqədar olan işlərə  səfərbərliyə alınırdı. Bunun nəticəsində 
Azərbaycanın ən çox əmək qabiliyyətli kənd əhalisinin 30 faizi 
təsərrüfatdan ayrılaraq arxa işlərinə cəlb olunmuşdu. 
Bu isə  kənd təsərrüfatında ciddi şəkildə  işçi qüvvəsi 
çatışmazlığı yaradırdı. 
Bundan başqa, çar hökuməti tərəfindən 1916-cı ildə qo-
yulmuş xüsusi hərbi vergi də kənd təsərrüfatını iflasa uğradırdı. 
Müharibə təsərrüfatın bütün sahələrində geriləməyə səbəb 
oldu. 
Birinci Dünya müharibəsinin birinci dövründə döyüş 
cəbhəsindən biri də Qafqaz cəbhəsi idi. Azərbaycan rus-türk 
Qafqaz hərbi teatrı ilə bağlı idi. Hərbi  əməliyyatlar birbaşa 
Azərbaycan  ərazisində aparılmasa da, müharibə aparan 
tərəflərin strateji planlarında əsas yeri tuturdu. 
Alman-türk hərbi qərargahının Qafqaz cəbhəsi üçün 
hazırladığı döyüş planı birbaşa Xəzər hövzəsinə, xüsusən də 
Bakı neftinə sahib olmaq idi. 
Qafqaz cəbhəsində  hərbi  əməliyyatlar davamlı deyildi. 
1915 və 1916-cı illər arasında demək olar ki, cəbhədə daha çox 
sakitilik hökm sürmüşdür. 
Bütövlükdə müharibənin birinci dövründə Qafqaz 
cəbhəsində dörd iri əməliyyat keçirilmişdir. 
Bunlardan birincisi Sarıqamış, ikincisi Alaşkert, üçüncüsü 
Oqnut və nəhayət, Muş əməliyatı idi. 
 
3. Müharibə edən dövlətlərin planlarında  
«erməni məsələsi» və Azərbaycan 
 
Qeyd etmək lazımdır ki, erməni məsələsi XIX əsrin 
axırlarına yaxın öz inkişafının yeni fazasına daxil oldu. Bu 
dövrdən başlayaraq Daşnaksütyun partiyası ermənilərin mülki 
  mədəni maraqlarını müdafiə etmək devizi altında öz 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
227
fəaliyyətini Cənubi Qafqazda daha da gücləndırdi. Ermənı 
məsələsinin Cənubi Qafqaza keçirilməsi ilə diyarın əsrlər boyu 
sülh və  həmrəylik  şəraitində yaşayan xalqları  dəhşətli 
fəlakətlərlə üzləşməli oldu. Çünki daşnakların Cənubi Qafqaza 
gəlməsinə  qədər bütün xalqlar burada tam əmin-amanlıq 
şəraitində yaşamışdı. Daşnakların gəlişinə qədər dinc əhali heç 
bir zaman milli zəmində qanlı toqquşmaların nə olduğunu 
bilmirdi. Daşnaklar Cənubi Qafqazda yaşayan ermənilər 
arasında öz terrorçuluq hərəkətlərini təşkil və  təbliğ etməklə 
regionu bütünlüklə erməni  ərazisinə çevirmək istəyirdi.
 
Ona 
görə  də ermənilər birinci dünya müharibəsində yaranmış 
beynəlxalq vəziyyətdən istifadə edərək məqsədlərini 
reallaşdırmağa başladı. Onlar birinci dünya müharibəsində 
iştirak edən dövlətlərlə gizli danışıqlar apararaq Osmanlı 
dövləlinə  və Azərbaycan  əhalisinə qarşı hazırladıqları  məkrli 
planlarını  həyata keçirməyə çalışırdı. Digər tərəfdən isə 
Antanta və Dördlər  İttifaqına daxil olan dövlətlər də 
Azərbaycan neftinə sahib olmaq üçün «erməni məsələsi»ndən 
öz istəklərinə uyğun  şəkildə  bəhrələnməyə çalışırdı. Bu 
baxımdan müharibə aparan dövlətlərin planlarına uyğun olaraq 
Azərbaycanda «erməni məsələsi»nə xüsusi diqqət yetirildi. 
Onlar yaxşı  dərk edirdi ki, həm Cənubi Qafqaz, həm də 
Osmanlı dövləti  ərazisində yaşayan ermənilərdən müəyyən 
şərtlərlə istifadə edə bilərlər. Antanta dövlətləri ermənilərdən 
iki istiqamətdə istifadə etmək niyyətində idi: birincisi, Osmanlı 
ərazisində yaşayan ermənilərə azadlıq və muxtariyyət vəd 
etməklə, onları Osmanlıya qarşı qaldırmaq; ikincisi, Rusiya 
ermənilərindən rus Qafqaz Ordusunda istifadə etməklə 
Osmanlıdakı yeddi vilayətə və Kilikiyaya muxtariyyət vermək. 
Dördlər  İttifaqı, xüsusən Almaniya da ermənipərəst 
mövqe nümayiş etdirirdi. Almaniya layihəsinə görə Osmanlı 
dövləti  ərazisində yaşayan ermənilərin vəziyyətini yaxşılaş-
dırmaq üçün islahatlar və digər tədbirlər, o cümlədən Rusiya 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin