Qafqazda-Krasnodar yaxınlığında İl adlı Mustye düşərgəsinin aşkar edilməsi



Yüklə 39,81 Kb.
tarix23.10.2019
ölçüsü39,81 Kb.
#29414
DMANİSİ ALT PALEOLİT DÜŞƏRGƏSİ

Qafqazda  daş  dövrü  abidələrinin  izlərinin  axtarışlarına  Tbilisi  ərazisində   keçirilmiş  V  Arxeoloji  Qurultayın  tədqiqat  işlərinə  hazırlıq  mərhələsində,  

1881-  ildə  başlanmışdır.  Lakin  Qafqazın  paleolit  dövrünün araşdırılmasının  

ilk  addımı  kimi  1898-ci  ildə  fransız  alimi  Cozef  de  Bay  tərəfindən  Şimali  

Qafqazda-Krasnodar  yaxınlığında  İl  adlı  Mustye düşərgəsinin aşkar edilməsi 

qəbul olunur.1

Paleolit dövrü abidələrinin Cənubi Qafqazda açılması isə bir qədər sonra, 

fransız alimi Jak de Morqanın Qərbi  Azərbaycan  ərazisinə  səfəri  ilə  əlaqələn-dirilir.  Ümumiyyətlə,  Qafqazın  paleolit  dövrü  abidələrini  araşdıran  arxeoloqla-rın  işini  dörd  əsas  mərhələyə bölmək olar:  
I mərhələ 

XIX əsrin sonlarından 1934-cü ilə qədərki dövrü əhatə edir və daha öncə aşkar

 olunmuş abidələrin tədqiqatı ilə xarakterizə olunur. 1925- ci ildə S.Zamyatn II 

düşərgəsində araşdırma işlərinə yenidən başlayır.

II  mərhələ  

1934-1941-i  illəri  əhatə  edir.  Bu  zaman  sovet  qafqazşünaslıq elminin təməli

 qoyulmaqda idi. Planlı axtarış işləri Qafqazın  Qara  dəniz  ətrafını  əhatə  edirdi  

və  bir  sıra  paleolit  abidələri  məhz  bu  mərhələdə aşkar edilmişdir. Məs., Soçi-Abxaz Qara dəniz ətrafı bölgəsində -  Yaştux, Qvard, Mustye dövrü abidələrindən-Oçamçire, Eşeri, Kelasuri və s.  S.N.Zamyatnin  tədqiqatlarının  əsas  nailiyyətlərindən  olan  Aşel  və  Mustye  dövrünə  aid  iki  abidə  Qərbi  Azərbaycanda  (indiki  Ermənistanda)  tədqiq olunmuşdur. 


III  mərhələ 

 1945-1955-ci  illəri  əhatə  edir.  Bu  mərhələni  səciyyələndirən ən əhəmiyyətli

 yenilik erkən paleolit abidələrinin və tədqiqat zamanı  qarşıya  çıxan  problemlərin həllinə  Milli  Qafqaz  elmi  mərkəzlərində  yetişmiş arxeoloq-alimlərin də cəlb 

olunması idi. 

III mərhələdə əldə olunmuş böyük uğur - Qərbi Azərbaycan və cənubi Osetiya

Yaqub Məmmədov “ Dmanisi alt paleolit düşərgəsi” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)

ərazisində Aşel və Mustye  mədəniyyətinə  aid  edilən  abidələrin  yerləşdiyi  iki  böyük  rayonun  aşkar  edilməsi hesab olunur.  
IV  mərhələ  1955-ci  ildən  başlayaraq  günümüzə  qədər  davam  etməkdədir.

 Tədqiqatlar zamanı Aşel mədəniyyətini özündə təcəssüm etdirən çoxtəbəqəli ma- ğara-məskən aşkar edilmişdir. Bunlar  - Kudaro I, Kudaro III və Cənubi Osetiya

 bölgəsində yerləşən Tsona abidəsidir.  Hazırda  alt  paleolit  demək  olar ki, Qaf-qazın  bütün  bölgələrində  müəyyən olunmuşdur.   Cənubi Qafqazın ən mühüm

 abidələrindən olan Satanidar, Yerevan I,  Lusakert  I,  II  Azərbaycanınqərb  bölgəsində  - İrəvan ərazisində  yerləşir.  Abidədən  əldə  olunan  Mustye  dövrünə  aid  əmək  alətləri  Azıx,  Tağlar ma-

ğara düşərgələrindən  əldə  olunan  müxtəlif  inkişaf  dövrlərinin əmək alətləri ilə

 yaxın analogiya təşkil edir. Bu da yəqin ki, təsadüfi olmayıb Azıx mağarasının ilk sakinlərinin  tədricən  mağaranı  tərk  edərək  yüksək  yerlərdə  məskunlaşması ilə əlaqədar olmuşdur.  Satani-dar  (Qərbi  Azərbaycan - Şeytan  dərəsi)

 İndiki  Ermənistanın cənub-qərbində Araqaç dağının aşağı ətəklərində yerləşən

 bu abidədən keçən  yüzilliklərdə  xeyli  miqdarda  çaxmaqdaşı  və  bazaltdan  ha-

zırlanmış  əmək  alətləri  aşkar  edilmişdi.  Onların  içərisindən  1950-ci  ildə

 M.Z.Paniçkina  və  1954-cü ildə D.A.Sardaryan arxaik şel  dövrünə  aid əmək 

alətlərini scçərək  xüsusi bir qrupa aid etmişlər.Şell dövrü əmək alətlərinin çox pri-mitiv üsulla  kobud  şəkildə  hazırlanması,  məhdud  funksiyaları  daşımaları  baxı-mından Satani-dar abidəsi üçün elmdə bu günə qədər  aktuallığını  saxlayır.  
Qərbi  Gürcüstanın  mağara  tipli  düşərgələrinə  Kutaisi  yaxınlığındakı 
məşhur mağara aiddir. İlk dəfə bu mağara tipli düşərgə 1914-cü ildə Şmidt və 
L.Kozlovski  tərəfindən  öyrənilmişdir.  

1926-28-ci  illərdə  gürcü  alimi  Q.K.Nioradze  Çxerimel  çayı  sahilində yerləşən

Devis-Xvrali  mağarasını aşkar etmişdir. Bu dövrün abidələr qrupuna Mqvimevi-talvar tipli qayalıqlar və  Qərbi  Gürcüstanın  mağara  tipli  düşərgələrində  1916-1917-ci  illərdə  S.Krukovski tərəfindən aşkar edilən Kvadjila-Klde mağarası da

aiddir.1

Azərbaycan Arxeologiyası, 6 cilddə səh 23

Dmanisi  paleolit  düşərgəsi  Tbilisi  şəhərindən  90  km  aralı  olub Çavaxeti  dağlarında  yerləşir.  Abidədə  1980-cı  ildən  etibarən  arxeoloji qazıntı işləri


  aparılmışdır.  Mağarada  1991-2002-ci  illər  ərzində  aparılmış qazıntı işləri
zamanı  dörd  metrlik  çöküntü  qalıqları  üzə  çıxarılmış,  daş məmulatları ,paleoan

tropoloji  tapıntıları  qeydə  alınmışdır.  Abidədə  aparılan  kompleks arxeoloji tədqiqatlar nəticəsində 6 təbəqə qeydə alınmışdır. 

Beşinci təbəqədən qədim insana məxsus paleoantropoloji tapıntılar əldə olunmuşdur.  Tədqiqi  göstərir  ki,  Dmanisidən  tapılan  insan  sümükləri  Şərqi  Afrikanın  (Yava-Pitikanrop) qədim insan tapıntıları ilə yaxın analogiya təşkil edir və bu  
tapıntılar Homo habilisdən (kamil insan)  - Homo erektusa (dik gəzən insan) keçid  mərhələsinə  aid  olunur.  Dmanisi  düşərgəsindən  aşkar  olunmuş  qədim insan  

qalıqları  şərti  olaraq  Homo  Dmanisi  adlandırılmışdır.  Mağaradan qədim insan-lara aid dörd kəllə və dörd çənə qalığı aşkar edilmişdir. 

Dmanisi  rayonunda  aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  burada  qədim insanların 1,7-1,8 mln il bundan əvvəl məskunlaşması müəyyən edilmişdir.  Düşərgədə  qazıntı  işləri  arxeoloq  D.Lordkiparidzenin  rəhbərliyi  ilə  apa-rılmışdır.  Aparılan  arxeoloji  qazıntılar  zamanı  II,  III  və  V  təbəqədən  zəngin

 arxeoloji materiallar  tapılmışdır.  Maddi-mədəniyyət  qalıqları  içərisində  əsas yeri çay daşlarından hazırlanmış kobud  çapma  alətləri təşkil edir.  

İnsan növünün mənşəyinə dair bu zamana qədər aparılan tədqiqatlar tam qənaətbəxş deyil. Belə ki, Homoya münasibətdə “nə” xüsusunda razıla-şılsada, “necə” və “nə zaman” məsələlərində ümumi razılıq yoxdur. Son dövrlərə qədər əksər paleoantropoloqlar hesab edirdilər ki, “hara” sualının cavabı birmənalı Afrikadır. Lakin son bir neçə on illik ərzində Afrikadan kənarda iki məskənin – Gürcüstanda Dmanisi və Flores adasında Liang Bua-nın aşkar edilməsi, bu məsləyə də yenidən baxmağın zərurətini yaratdı.

Dmanisi alt paleolit məskəni Cənubi Qafqazda (41˚20’10”Ş və 44˚20’38”Ş), Gürcüstanın cənub – şərqində (Tiflis şəhərindən 85 km – cə-nub – qərbdə), Dmanisi vulkanik yaylasında, dəniz səviyyəsindən 881 m yüksəklikdə Masavera (Xram) və Pinesauri çayının qovuşması ilə yaranan burunda yerləşir (1 – 10432).

Dmanisidə 1930 – cu illərdən (1936 – cı ildən başlayaraq) aparılan qazıntılar əsasən abidənin tunc dövrü və orta əsrlər arxeologiyası ilə bağlı olmuşdur .

(L. Muskleşvili, V. Çaparidze). Lakin 1983 – 1987 – ci illərdə orta əsr şəhər hissəsində aparılan qazıntılar zamanı erkən pleystosen dövrü heyvan qalıqları (1983 – cü ildə aşkar olunan heyvan sümükləri arasında Prof. A. Vekua erkən pleystosen dövrü üçün xarakterik olan Dicerorhinus etruscus kərkədanının dişinin olduğunu müəyyən etmiş və arxeoloji materialların (1984 – cü ildə isə buradan dövr üçün xarakterik olan ilk daş alət-lər aşkar olunmuşdur. aşkarlanması ilə nəticələndi. Nəhayət burada 1991 – ci ildə Gürcüstan Milli Elmlər Akademiyası Arxeoloji Tədqiqat Mərkəzi və Alman Mərkəzi Muzeyinin birləşmiş ekspediyasının apardığı qazıntı za-manı çox yaxşı saxlanılmış hominid qalığı, D211 çənə aşkar olunmuşdur (Bütövlükdə 1990 – 2008 – ci illərdə aparılan qazıntılar nəticəsində əl-də olunan insan qalıqları Dmanisini ən zəngin Homo erectus məskənlərin-dən biri olduğunu təsdiq etmişdir. 1

Dmanisidə aparılan müasir tədqiqatlar Surix Universitetinin Antropo-logiya İnstitutu və Gürcüstan Milli Muzeyi arasında davam edən əməkdaşlı-ğa əsaslanır və Dmanisi layihəsi SNSF (İsveç Milli Elm Fondu) və SDF (İsveç İnkifaf və Əməkdaşlıq Agentliyi) tərəfindən yaradılan SCOPES (Şəqi Avropa və İsveçrə arasında Elmi Əməkdaşlıq) tədqiqat proqramı ilə mali-yələşdirilir.

Dmanisidə tarixdən əvvəlki dövr qazıntıları əsasən burunun mərkəzi hissəsində mərkəzləşmişdir. Təxminən 1,85 milyon il əvvəl bazalt lavasının Masavera çayı vadisinə tökülməsi ilə yaranan təbii bənd, keçmiş Pinazaure axını boyu müvəqqəti gölün qalxmasına səbəb olmuşdur. Daha sonra iki çay dərələr və müasir burun yaratmışdılar. Bununla belə, geomorfoloji çöküntü və geokimyəvi tarixlər Dmanisi çöküntülərinin qətiyyən göl mənşəli olma-dığını və müvəqqəti gölün Dmanisi erkən pleystosen yaşayış yerindən təx-minən 25 metr aşağıda mövcud olduğunu göstərdi.

Dmanisidə Masavera bazaltının üzərində yerləşən çöküntülər ar-qon/arqon ilə 1,85 milyon il əvvələ aid olunur. Dmanisinin çöküntü straqra-fiyası iki əsas

Əsədulla Qübrət oğlu Cəfərov Azərbaycanın ilk sakinləri Baki 2004 s 106

hissəyə – A və B ayrılır. Onların özü də bir neçə yarımhissə-dən ibarətdir. Masavera bazalt üzərində yerləşən A təbəqəsi (A1 – A4 ya-rımhissələri) B təbəqəsindən (B1 – B5 yarımhissələri) cüzi, qeyri müvafiq çöküntü ilə ayrılır. A təbəqəsinin A1 – A2 çöküntüləri 1.81 milyon il əvvələ aid olunur. Son Olduvay A təbəqəsi üzərində yerləşən erkən Matuyama B təbəqəsini təşkil edən suxurlar maqnit – biomaqnit və korrelyativ arqon – ar-qon ilə 1,77 milyon il əvvələ aid olduğu müəyyən olunmuşdur (5 – 10375).

Məskənin stratiqrafik öyrənilməsi göstərir ki, bütün insan qalıqları B təbəqəsindən əldə olunmuşdur . Masavera bazalt üzərində yerləşən A təbəqəsindən son dövrlərə qədər heç bir artefakt və ya insan qalığı aşkar olunmamışdır. Yalnız Dmanisinin M5 hissəsində sınaqların tamamlanması ilə daha qədim A təbəqəsində saxlanılan artefaktlar və heyvan sümük qalıq-larının aşkar olunması, Dmanisinin məskunlaşma tarixinin yuxarı Olduvay subkronuna aparıb çıxardır. M5 də aparılan qazıntılar nəticəsində ümumilik-də 122 daş artefakt aşkar olunmuşdur (49 – ədədi B təbəqəsindən, 73 – ədə-di A təbəqəsindən)

M5 ölçü vahidi Sahə 1 qazıntılarında 85 m qərbdə yerləşir. Dar geoloji xəndəyin (2m2) – sınaq vahidinin nəticələrinə görə Masavera bazaltı üzərində yerləşən çöküntülərin qalınlığı 6.2 m təşkil edir. Bu qalın çöküntü A1 – dən B5 – ə qədər adlandırılan doqquz stratiqrafik vahidə bölünür. Əsas qazıntı ərazisində olduğu kimi, M5 – də A təbəqəsi çöküntülərinin normal geomagnetik ziddiyyəti müşahidə olunur və yuxarı Olduvay subkronu, B təbəqəsi çöküntüləri isə erkən Yuxarı Matyuama kronu ilə əlaqə təşkil edir .

Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olur ki, ərazi son Ol-duvay subkronu zamanı məskunlaşmışdır (1.85 – 1.78 milyon il əvvəl). B təbəqəsi çöküntüləri tapıntıları Dmanisi məskunlaşma sahəsinin 1.77 milyon il əvvələ (Zemo Orozmani məskəni ilə stratiqrafik əlaqələrinə əsasən ən azı 1.76 milyon il əvvələ (7) çatır (1 – 10433).

Qədim Dmanisinin paleoenvironmental bərpası paleoantoloji və pa-leobotanik tarixə əsaslanır. Paleobotanik tarix orada iki rütubətlilik dövründə iki fərqli paleoenvironmentalın olduğunu göstərir. 1,77 milyon ildən əvvəlki dövr nəm və subtropik vəziyyətlə xarakterizə olunsa da bundan sonrakı daha qurudur .

Dmanisidə aşkar olunan heyvan qalıqları IV dövrün çox əvvəli üçün xarakterikdir və son Viallafrans fauna toplusu kimi ifadə olunur (təxminən 1.8 – 1.7 milyon il əvvələ aid olunur). Burada biomüxtəliflik çox yüksək olmuş, 45 onurğalı növü müəyyən olunmuşdur (3 sürünən, 3 quş və 38 mə-məli). Onların arasında maral və at xüsusilə çoxdur. Yırtıcılar nəzərəçarpa-çaq dərəcədə müxtəlifdir (14 növ), eləcə də otyeyənlər – bir qrup antiloplar, keçilər, qoyun və iri buynuzlu mal qara (7 növ) var. Dmanisi fauna siyahı-sında 2.1 – 2.5 milyon il əvvəl Gürcüstanın digər ərazilərində yaşamış hey-vanların inkişaf etmiş formalarını da görmək olar.

İnsan təkamül tarixində 2.5 – 2 milyon il əvvəl vacib mərhələdir. Bu dövrdə insanlar ilk daş alətlər düzəltməyə və ondan istifadə etməyə başla-mışlar. Bu zamana qədər Dmanisidə bütün geoloji təbəqələrədən 8 mindən çox daş artefaktlar aşkar olunmuşdur.

Daş alətlər 40 müxtəlif materialdan düzəldilmişdir. Onların petroqra-fik təhlili insanların Masavera və Pinezauri çaylarının vadilərindən olan çay daşı və çınqıllardan və eləcə də təbaşir qayaları qırıqları hissələrindən istifa-də etdiklərini göstərir.

Dmanisi daş alətləri Olduvay məskənindən və Avrasiyadan aşkar olunmuş artefaktlarla bənzərdir. Lakin öz materiallarından istifadənin çoxluğu onun özünəməxsusluğudur və bu xüsusiyyət onu digər məskəndən tamamilə fərqləndirir.

Daş materiallarının öyrənilməsi onların burada yaşayan əhali tərэfin-dən toplandığını və gətirildiyini göstərir.

Dmanisi dişlərinin mikro örtüyünün təhlili qeyd etməyə imkan verir ki, onların qidası Homo habilisdən daha zəngin olmuşdur və Homo erectus növünə xasdır .

Dmanisidə insan sümükləri ilə bərabər eyni dövrə aid müxtəlif iri (nəhəng ot yeyən) və xırda heyvanların sümüklərinin aşkar olunması artıq onların yaxşı ov etməyi bacardıqlarını və eyni zamanda nəhəng canlılardan müdafiə olunmaq qabiliyyətlərini göstərir.

1991–ci ildə Dmanisi alt paleolit düşərgəsində aparılan arxeoloji qa-zıntılar zamanı aşkar olunan çənə sümüyü (D211) stratiqrafik paleomaqnit tədqiqatlarla və qazıntı faunanın öyrənilməsi əsasında, təxminən 1 milyon 770 min il əvvələ aid olunmuşdur. Bu həmin dövrə qədər burada aşkar olu-nan ilk insan qalığı olsa da, hal–hazırda Dmanisidə ən azı beş fərdə məxsus 60–dan çox kəllə və postkranial sümük aşkar olunmuşdur .

Dmanisidə aparılan qazıntılar zamanı D211 çənədən əlavə 1999 cu il-də yaşlı bir insanın kəllə qutusu (D2280), orta yaşlı natamam kəllə (D2282/D211), kiçik gənc kəlləsi (D2700/D2735), 200 ci ildə dişsiz yaşlı kişiyə məxsus kəllə (D3444/D3900), nəhayət 2005–ci ildə sonuncu ən bütöv kəllə (D4500/D2600) aşkar olunmuşdur.

Ümümilikdə 1991–2005 ci illərdə Dmanisi məskənindən iki yeniyet-mə və üç yaşlı olmaqla beş kəllə aşkar olunmuşdur (üç kişi, iki qadın). Kəllə həcmi 545 sm3–775 sm3 arası dəyişir. Kəllələr Homo erectus kimi təsvir olunmuşdur (8; 9; 10; 11; 12; 13; 14). Bununla belə, böyük D2600 çənə və kiçik D4500 kəllə yeni növ Homo georgicus kimi təqdim olundu (15; 16; 17). Daha sonra bəzi alimlər tərəfindən kəllələrdən üçü Homo georgicusa aid olunmuşdur (18; 19). Qeyd etmək lazımdır ki, Homo georgicus homo erectusun lokal növlərindən və ya Homo habilis və Homo ergaster arasında keçid forması hesab olunur. 1

Bu zamana qədər qəbul olunmuş ümumi fikirlərə görə, bəzi Dmanisi kəllələri ayrı–ayrı növlərdən gəlmişdilər. Bununla belə, D. Lorkipanidzeyə görə Dmanisidən olan insan qalıqları tək qrupa məxsusdur, ola bilsin ki, hər hansı təbii hadisə nəticəsində məhv olmuşdurlar (20). Bu mümkündür am-ma, tarixi müəyyənləşdirmə üsullarının xətalılığına görə çətindir.

Müasir üç–ölçülü kompyuter proqramından istifadə, beş qədim Dmanisi kəllələri arasında “forma” müxtəlifliyinin beş yaşayan insan və ya şim-panze arasında aydın müşahidə olunandan çox olmadığını təsdiq edir.

Kəllələrin anatomik xüsusiyyətləri öyrənilən zaman müəyyən olunmuşdur ki, Dmanisi nümunəsi multipli növdən ibarətdir. Bu zamana qədər aşkar olunmuş

İradə Avşarova , Qənirə Pirquliyeva “ Qafqaz arxeologiyasi”

İradə Avşarova , Qənirə Pirquliyeva “ Qafqaz arxeologiyasi” kiçik və ibtidai xüsusiyyətləri ilə diqqət çəkən beş kəllə və postkranial sümüklərdə yaş və cinsi dimorfizmlə bağlı müxtəliflik olsa da eyni paleodemanın nümunələridirlər. Bütün beş Dmanisi kəlləsi vahid erkən Homo növünə aiddir. Dmanisi kəllələrinin çənələrinin morfoloji quruluşun-dakı fərq diş sistemi quruluşundan irəli gəlir.

Dmanisi qalıqlarının aşkar olunması Afrikadan kənarda ilk insanın yayılması haqqında müzakirələrin açılmasına zəmin yaratdı və insanın inki-şaf tarixinə yenidən baxmaq üçün əsas verdi. Dmanisidə Homo erectusun erkən pleystosendə tədricən məskunlaşması mühüm biocoğrafi hadisə ol-maqla bərabər, əsas bir təkamül nöqtəsi olmuşdur. Dmanisi insanlarının Ho-mo erectus daxilində yaranması və yayılması vəziyyəti geniş müzakirələrə yol açmışdır.

Uzun müddət ümumi qəbul olunmuş fikrə görə Afrikanı tərk edən ilk insanlar Australopithecuslardan morfoloji cəhətdən tamamilə fərqlənirdilər. Onlar daha çox müasir tropik adamına bənzəyən bədən formasına malik olmuşdurlar (hündürboylu, böyük–beyinləri olmuş) və yaxşı düzəldilmiş daş alətlərə malik idilər (artıq iki artefakt forması düzəldə bilirdilər), əks halda onlar Afrikadan kənara gedə bilməzdilər. Lakin Dmanisi erkən Pliostoesen məskənin aşkar olunması və öyrənilməsi bu yanaşmanın tamamilə doğru ol-madığını ortaya qoydu.

Dmanisinin zəngin insan qalıqları toplusu ən erkən üst Matuyama kro-nuna aid olunan (1.77 milyon il əvvəl) insanların sadə skelet cizgiləri ilə ki-çik beyinləri olduğunu aşkar etdi. Dmanisi adamının beyninin həcmi 545 – 775sm 3, boyu 145 – 166 sm, çəkisi 40– 50 kq olmuşdur. 1

Dmanisidən olan dəlillər Qafqazda insanların ilk yaranma tarixini (FAD – first appearance date) müəyyən etməyə imkan verirdi. Bu isə Afri-kadan kənarda insanların ən azı 1,85 milyon il əvvəl olduğunu göstərir. Dmanisi qalıqları aşkarlanmazdan əvvəl insanların Afrikadan yayılmasının bundan 1 milyon il əvvəl olduğu qeyd olunurdu. Bu material alimlərə insan-ların əcdadlarının Afrikadan kənara hərəkət etmələrinə və şimala doğru dünyanın digər hissələrinə yayılmalarına dair ən erkən dəlil vermişdir. Bu tapıntılar qədim insanların yayılma

Əsədulla Qübrət oğlu Cəfərov Azərbaycanın ilk sakinləri Baki 2004 s 107

oluna dair rəqabət aparan iki nəzəriyyədən birini – koldan daha çox ağac kimi şaxələnməni dəstəkləyir.

Qeyd etmək lazımdır ki, uzun illər boyu bəzi alimlər insanların daha çox bir gövdədən çıxan ağac budaqlarına bənzər bir və ya iki növdən yayıl-masını, digərləri isə prosesin daha çox müxtəlif zoğlu kola bənzədiyini və heç yerə yayılmadığı qənaətində olmuşdurlar. Hətta ikinci qrup alimlər Dmanisi tapıntılarına Cənubi Qafqaz regionunda təxminən iki milyon yaşı olan ayrıca növ kimi baxırlar və eyni nəticənin Afrika kimi başqa ərazilər-dən tapılan sümüklərlə bağlı olacağı ilə razılaşmırdılar.

Sadə kraniomandibulyar (kəllə – çənə) morfologiya, kiçik kəllə həcmi, orta bədən ölçüləri və postkranial xüsusiyyətlərin ibtidai mozaikliyi Dma-nisi məskənini Afrikadan olan geniş qazıntı qalıqlarına bağlayır. Lakin Kəl-lə qübbəsinin və əsasının xüsusiyyətlərinin müxtəlifliyi onların Şərqi Asiya-dan olan Homo erectusa yaxınlığını göstərir.

Ümumən qəbul olunmuşdur ki, Şərqi Afrikadan aşkar olunan qədim Homo erectus, Avroasiyaya yayılmazdan əvvəl orada yaranmışdır (çox gü-man ki, Homo hablisdən). Bu prespektivdən, Dmanisi insanları ən erkən miqrasiyanı təmsil edir və onların ibtidai xüsusiyyətləri yaşlarını və eləcə də onların yerli şəraitə uyğunlaşmasını əks edirir.

Bununla belə, Afrikada ən erkən Homo erectus – Koobi Foradan olan KNM – ER 3733 kəllənin geoloji yaşı 1,78 miyon, KNM – ER 2998 isə 1,87 milyon ildir (26 – 10376). Beləliklə, Dmanisidən olan tapıntılar göstə-rir ki, Homo erektusun Afrika daxilində və xaricdə ilk yaranma dövrü eynidir.

Bu isə göstərir ki, Cənubi Qafqazda Dmanisi insanlarından qabaq məskunlaşılmışdı. Dmanisidə ilk məskunlaşmanın dəqiq müəyyən olunmuş yaşı qeyd etməyə imkan verir ki, Avrasiya böyük ehtimal ki, Şərqi Afrika Homo erectus meydana çıxmamışdan əvvəl məskunlaşılmışdır.

Digər fərziyyəyə görə, qalıqların morfoloji müqayisəsi və geoxronoloji tapıntılar Homo erectus Asiyada inkişaf etmiş və daha sonra bu növün nü-mayəndələri qərbi Asiyadan Afrikaya və şərqə – Yava və Çinə doğru yayılmışdır, eləcədə Afrikaya (geriyə) yayılmışdırlar. Bu mülahizə zamanı düşünülür ki, Afrikadan Avrasiyaya yayılan ən erkən insan, Dmani-sinin sadə xüsusiyyətləri və yaxın qədimliyinə uyğundur. Bununla belə, er-kən Pliostoesendə insanların yayılması və məskunlaşması qərarını güclən-dirmək üçün Afrika və Avropanın qədim çöküntülərindən əlavə nümunələrə ehtiyacı var. 1

Beləliklə, yuxarıda deyilənlərdən bu qənaətə gəlmək olar ki, “Homo erectus” 2 milyon il əvvəl Afrikada yaranmış, daha sonra buradan 1,85 mil-yon il əvvəl Levante dəhlizindən (Afrikanı Avropaya birləşdirən nisbətən dar zolaq – dəhliz) Qafqaza gəlmiş və daha sonra Dmanisi kimi yerlərdən keçməklə 1,7 milyon il əvvəl Asiyanın cənubuna və Uzaq Şərqə qədər – Çi-nə və Yavaya qədər yayılmışdılar, bu əvvəl düşünüldüyündən daha tez baş vermişdir və bu “Homo erectus”u insan təkamülündə birinci “global oyun-çuya” çevirir.

Beləliklə, Dmanisi insanları bu günə qədər aşkar olunmuş Homo erek-tus növünün ən qədim növləri arasındadır, Afrikadan olan ən qədim insanlarının müasiridir və Avropa ərazisində məskunlaşan ən qədim Homo növü forması hesab olunur.

Liang Buadan aşkar olunan qalıqlar aşkar olunduqları adanın adına müvafiq olaraq Homo floresiensis adlandırılmışdır. Buradan olan doqquz fərdə məxsus skelet hissələri (bir skelet tam olmaqla) bərpa olunmuşdur. Onun boyunun hündürlyü 1,1 m, bədənin çəkisi 25 – 30 kq, beyninin həcmi 417 sm3 olmuşdur.

Dmanisi. Dmanisi paleolit düşərgəsi Tbilisi şəhərindən 90 km aralı olub Çavaxeti dağlarında yerləşir. Abidədə 1980-cı ildən etibarən arxeoloji qazıntı işləri aparılmışdır. Mağarada 1991-2002-ci illər ərzində aparılmış qazıntı işləri zamanı dörd metrlik çöküntü qalıqları üzə çıxarılmış, daş məmulatları, paleoantropoloji tapıntıları qeydə alınmışdır. Abidədə aparılan kompleks arxeoloji tədqiqatlar nəticəsində 6 təbəqə qeydə alınmışdır. Beşinci təbəqədən qədim insana məxsus paleoantropoloji tapıntılar əldə olunmuşdur.

Tədqiqi göstərir ki, Dmanisidən tapılan insan sümükləri Şərqi Afrikanın (Yava-Pitikanrop) qədim insan tapıntıları ilə yaxın analogiya təşkil edir və bu Yaqub Məmmədov “ Dmanisi alt paleolit düşərgəsi”

tapıntılar Homo habilisdən (kamil insan) - Homo erektusa (dik gəzən insan) keçid mərhələsinə aid olunur. Dmanisi düşərgəsindən aşkar olunmuş qədim insan qalıqları şərti olaraq Homo Dmanisi adlandırılmışdır. Mağaradan qədim insanlara aid dörd kəllə və dörd çənə qalığı aşkar edilmişdir. Dmanisi rayonunda aparılan kompleks elmi tədqiqatlar zamanı burada qədim insanların 1,7-1,8 mln il bundan əvvəl məskunlaşması müəyyən edilmişdir.

Düşərgədə qazıntı işləri arxeoloq D.Lordkiparidzenin rəhbərliyi ilə aparılmışdır. Aparılan arxeoloji qazıntılar zamanı II, III və V təbəqədən zəngin arxeoloji materiallar tapılmışdır. Maddi-mədəniyyət qalıqları içərisində əsas yeri çay daşlarından hazırlanmış kobud çapma alətləri təşkil edir.

Kudaro mağara düşərgələri Böyük Qafqaz dağları ərazisində Cənubi Osetiyanın Cav rayonunda, Adcori çayının sol sahilində yerləşir. Mağara dəniz səviyyəsindən 1600 metr yüksəklikdədir. Kudaro I mağarasının çöküntülərində altı mədəni təbəqə qeydə alınmışdır. Abidənin ilk təbəqəsi Aşel dövrünə aiddir. Abidənin V-VI təbəqələrindən Aşel dövrünə aid olan maddi mədəniyyət nümunələri tapılmışdır. Düşərgənin əmək alətləri kobud əl çapacaqları və qaşovlardan ibarətdir.

Kudaro III mağara düşərgəsi Kudaro I düşərgəsinin yaxınlığında olub, 7 mədəni təbəqədən ibarətdir. Abidənin II təbəqəsi mezolit, III-IV təbəqəsi Mustye, V-VI təbəqəsi isə Aşel dövrünə aid edilmişdir.

Abidədə 1955-1990-cı illər arasında V.P.Lyubinin rəhbərliyi ilə qazıntı işləri aparılmışdır.

Qafqazın paleolit düşərgələrindən biri də Tsona mağarasıdır. Mağara Cənubi Osetiya ərazisində olub, Kudaro mağara düşərgəsindən 5-6 km cənubda dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. Mağarada qazıntı işləri 1958-69-cu illər arası A.N.Kalandadzenin rəhbərliyi altında aparılmışdır. 1977-ci ildə isə bu abidədə qazıntı işlərinə D.M.Tuşabramişvili rəhbərlik etmişdir. Düşərgənin III-IV-V təbəqələrindən Mustye, VI-VII təbəqələrindən isə Aşel dövrünə aid maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur. Tsona mağara düşərgəsinin çöküntü qalıqlarının ümumi qalınlığı 16 m-ə bərabərdir. Abidədən arxeoloji qazıntılar zamanı daş məmulatları və fauna qalıqları əldə edilmişdir. Əmək alətləri içərisində əl çapacaqları və kobud çapma alətləri çoxluq təşkil edir.

Qafqazın üst paleolit dövrü düşərgələrindən biri də Axiştır mağarasıdır. Mağara Qara dənizin sahilində Soçi şəhərindən 15 km cənubda Mizimti çayının sol sahilində dəniz səviyyəsindən 300 m yüksəklikdə yerləşir. Mağara ilk dəfə 1936-cı ildə M.Z.Paniçkina tərəfindən qeydə alınmışdır. Abidədə 1937-1938-ci illərdə S.N.Zamyatnin rəhbərliyi altında qazıntı işləri aparılmışdır. Mağarada çöküntünün ümumi qalınlığı 6 m-dir. Abidənin çöküntülərində 7 mədəni təbəqə qeydə alınmışdır. III təbəqədən üst paleolit, aşağı təbəqədən isə Mustye mədəniyyətinə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Sonrakı dövrlərin qazıntıları bu abidədə daha 2 təbəqə - mezolit və eneolit dövrü təbəqələrini üzə çıxarmışdır. Abidədən 6 minə yaxın fauna qalıqları, 4 minə yaxın daş məmulatı aşkar olunmuşdur. Əldə olunan fauna qalıqlarının 90%-dən çoxunu mağara ayılarının sümükləri təşkil edir. Düşərgənin daş məmulatlarının əksəriyyəti çaxmaq daşından hazırlanmış alətlərdən ibarətdir.

Kep-Boğaz (və yaxud Apianca mağarası) Abxaziyanın Gülripş bölgəsinin Çebelda kəndindən 5 km cənubda, dəniz səviyyəsindən 450 m hündürlükdə Kodora çayının sağ sahilində və Apianca dağının şərq ətəklərinə yaxınlıqda yerləşir. Mağara 276 m2-lik bir sahəyə malikdir. Abidə 1940-cı ildə L.N.Solovyov tərəfindən aşkar edilmişdi. Mağaranın aşağı qatlarından tapılan ayrı-ayrı əmək alətləri mustye dövrünə aid edilir. Mağaranın araşdırılması müasir dövrümüzə qədər davam edir. Bununla belə, elmi nəşrlərdə mağaradan üst paleolit dövrünə aid xarakterik əmək alətlərinin tapılması haqqında məlumatlar mövcuddur. 1


  1. Yaqub Məmmədov “ Dmanisi alt paleolit düşərgəsi” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)

Mündəricat

1.Qafqazın  paleolit  dövrü  abidələrinin araşdırılma mərhələləri...........................1

2.Dmanisi paleolit  düşərgəsi  ................................................................................3
Ədəbiyyat siyahısı

1.Azərbaycan Arxeologiyası, 2014, cild 17, № 1, s. 9–18

2.İradə Avşarova , Qənirə Pirquliyeva “ Qafqaz arxeologiyasi”

3.Yaqub Məmmədov “ Dmanisi alt paleolit düşərgəsi” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)

4. Əsədulla Qübrət oğlu Cəfərov Azərbaycanın ilk sakinləri Baki 2004 s 106

5. Azərbaycan Arxeologiyası, 6 cilddə səh 23

Keçidlər :

http://www.dmanisi.ge/

http:// www.donsmaps.com/dmanisi.html

http://medeniyyet.az/page/news/12902/Tarixin-min-iller-oncesi-.html



http://anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_aprel2009/75927.htm


Yüklə 39,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin