Fənn: Siyasi təhlil və tənqidi təfəkkür Mövzü: Siyasi təhlildə əsas anlayışlar



Yüklə 6,91 Kb.
tarix27.12.2023
ölçüsü6,91 Kb.
#200507

Fənn: Siyasi təhlil və tənqidi təfəkkür
Mövzü: Siyasi təhlildə əsas anlayışlar
Siyasi təhlilin obyekti, idarəetmə təsiri ilə xarakterizə olunan məlumatların yığımı və emal edilməsinin yekunudur. Tam idarəetmə sosial, siyasi, iqtisadi və başqa posesləri əhatə edir. Bu idarəetmədə müxtəlif metodlar, diaqnozlar, təhlil və seçimlərdən istifadə olunur.
Siyasi təhlil zamanı siyasi problemlərin aşağıdakı xarakterik xüsusiyyətlərini qeyd edirlər:
siyasi problemlərin aydın təyinatı olmur;
onların düzgünlüyü təcrübə ilə sübut oluna bilmir;
heç bir problemin həlli gözlənilən nəticənin əldə olunmasına zəmanət vermir;
çox nadir hallarda problemin həlli eyni zamanda onun ən yaxşı variantı və ucuz başa gələni olur;
problemin həlli ictimai rifahla çətin ölçülür;
problemin həllinin ədalətli olmasını obyektiv ölçmək mümkün deyil.
Siyasi təhlil alternativ nəticələrdən istifadə edərək problemin həllinə yol tapa bilir. Siyasi təhlilin əsasən iki növü vardır:
- Deskreptiv (əsaslandırılmış) təhlil – bu təhlil ya əvvəlki tarixi qərarları, ya da cari qərarların təhlilini nəzərdə tutur.
- Perspektiv (mütərəqqi) təhlil - təklif olunan siyasi alternativin mümkün nəticələri deməkdir. Bu təhlil növü iki yerə, yəni proqnoz və mütərəqqi təhlillərə bölünür.
Deskreptiv çox hallarda perspektiv təhlilin tərkib hissəsi olur. Siyasi proqramlar barədə qərar qəbul olunması üçün monitorinq və qiymətləndirmə keçirilir. Perspektiv təhlilin əsas məqsədi kompleks problemləri eyniləşdirmək; problemin kəmiyyət və keyfiyyət göstəricilərini müqayisə etmək; əldə edilən məlumatları qərar qəbul edən şəxslərə aydın formada çatdırmaqdan ibarətdir.

Siyasi təhlilinin əsas anlayışları

  • Müqayisəli (komparativ). Formal məntiq nöqteyinəzərindən hər bir müqayisə iki ya bir neçə hadisə və təzahürlərin oxşar, yaxud fərqli əlamətlərinin müəyyən edilməsinə yönəldilən hərəkətdir. Siyasətdə müqayisəli metod ilk növbədə müxtəlif ölkə, xalq və dövrlərin siyasi həyatının ümumi əlamətlərinin açılmasına istiqamətlənir. Amma o, yalnız bununla məhdudlaşdırıla bilməz, çünki siyasətdə biz xüsusilə mürəkkəb olan sistemlərlə rastlaşırıq. Buna görə də müqayisəli metod siyasi sistem və rejimlərin yalnız oxşar əlamətlərini deyil, onların fərqli, spesifik cəhətlərini də üzə çıxarmalıdır. Makrosiyasi tədqiqatlarda çox geniş istifadə edilən metodlar sırasına müqayisəli-keyfiyyət metodları, o cümlədən müqayisəli-sistemli təhlil daxildir.

Struktur-funksional. T. Parsons, M. Levi və R. Mertonun adları ilə bağlı olan həmin metod siyasəti elementlərin uzlaşdırılmış qarşılıqlı təsiri kimi qiymətləndirir. Bu elementlər siyasətin mürəkkəb strukturunu təşkil edir və ictimai tam çərçivəsində onun müəyyən funksiyalarının yerinə yetirilməsini şərtləndirir. Struktur-funksional təhlilin məqsədi müəyyən sistemin öz əsas funksional vəzifələrinə zərər gətirmədən uyğunlaşdırıla biləcək dəyişikliklərin kəmiyyət qiymətləndirilməsindən ibarətdir. Həmin metod sistemin saxlanma və tənzimlənmə üsullarının tədqiqi üçün məqsədəuyğundur, lakin onun maksimal səmərəsi siyasi sistemlərin müqayisəli təhlilində özünü büruzə verir. Struktur-funksional metod nəinki siyasi sistemin quruluşu və daxili formasının açılmasına, eyni zamanda onun hər bir elementinin funksiyasının təsvir edilməsinə imkan verir.
Qruplar nəzəriyyəsi. A. Bentli, E. R. Herrinq və D. Trumen siyasətin əslində qruplar mübarizəsi olması ideyasını irəli sürmüşlər. D. Trumenin nəzəriyyəsinə görə siyasətdə ən mühüm mənafe birliyi deyil, qrup üzvlərinin bölüşdüyü görüşlər əsasında həmin qrupun daxilindəki qarşılıqlı əlaqədir ki, o, qrup maraqlarının izahının əsas vasitəsidir. Qrup və maraqlar ayrılmazdır. Siyasətdə qərarların qəbul edilməsi təşkilatlanmış qrupların fəaliyyətinin nəticəsidir. Siyasi reallıq həmişə qruplar arasında hakimiyyət və nüfuz uğrunda aparılan daimi mübarizəyə bağlıdır. Beləliklə, qruplar siyasi fəaliyyət və proseslərə önəmli təsir göstərir və bu təsir mütləq öyrənilməlidir.
Siyasi monitorinq - hər hansı siyasi təzahürün vəziyyətinin və inkişafının müşahidəsi, qiymətləndirilməsi və proqnozudur. Monitorinq (təqibetmə) birdəfəlik tədqiqi yox, öyrənilən obyekti inkişafda təhlil etməyə imkan verən izləmənin müəyyən ardıcıllığını nəzərdə tutur. Monitorinq obyekti siyasi partiyalar, hərəkətlər və onların liderləri, siyasi hadisələr, o cümlədən siyasi münaqişələr, seçki kampaniyaları və s. ola bilər. Siyasi monitorinq müxtəlif metodikalardan istifadəni nəzərdə tutur. Məsələn, siyasi partiyaların reytinqini izləmək üçün sorğu, anketləşmə və ekspert qiymətləndirmədən istifadə etmək məqsədəuyğundur. Monitorinqin təşkilində kompleks yanaşma isə ən yaxşı nəticə verir. Kompüter texnologiyalarının istifadəsi zamanı tədqiqat imkanları qat-qat artır.
DİQQƏTİNİZƏ GÖRƏ
MİNNƏTDARAM!
Yüklə 6,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin