Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə29/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   25   26   27   28   29   30   31   32   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
59
edirlər. O, Azərbaycanın hüdudları haqqında da yanlış hökmlər 
verərək Azərbaycan məfhumunun yalnız İran Azərbaycanına aid 
edildiyini, Arazdan şimaldakı ərazilərin – Aran, Şirvan, Muğan 
və s. isə Azərbaycan deyil, İran mədəniyyətinin və İran ləhcələ-
rinin geniş yayıldığı qonşu bölgələr olduğunu iddia edir.
1
 Lakin 
iki səhifədən sonra müəllif özü özünü təkzib edərək kitabın 76-
cı  səhifəsində qeyd edir ki, “Arran ari irqindən olan tayfaların 
məskəni və Azərbaycanın vilayətlərindən biri olmuşdur”.
2
 Mü-
əllif  əsərinin altıncı  fəslində Azərbaycanın məşhur  şairlərindən 
bəhs edir və bu zaman Qətran Təbrizinin, Əbülüla Gəncəvinin, 
Xaqani Şirvaninin, Mücirəddin Beyləqaninin, Nizami Gəncəvi-
nin həyat və yaradıcılığı haqqında məlumatlar verir. Göründüyü 
kimi, Qətran Təbrizi istisna olmaqla qeyd olunan şairlərin hamı-
sı Şimali Azərbaycanda doğulmuş, yaşayıb-yaratmışlar.
3
 
İran tarixşünaslığı Azərbaycan dövlətçilik tarixinin mü-
hüm səhifəsini təşkil edən Səfəvi dövlətini Azərbaycan xalqın-
dan ayırmaq üçün xüsusi canfəşənlıq göstərir. İndiyədək İran ta-
rixşünaslığı və ona əsaslanan bəzi Qərb, Rusiya tarixçiləri Səfə-
vilər dövlətini İranın milli dövləti kimi qələmə verirlər. Əhməd 
Tacbəxş, Rəhimzadə  Səfəvi, Nizaməddin Mənuçehr  Şeybani, 
Məhəmməd Cavad Məşkur, Cəbətiyan, Əbdülhüseyn Nəvai
4
 və 
başqalarına görə VII əsrdə Sasani imperiyasının süqutundan 
sonra farslar öz milli dövlətini itirmiş və yalnız Səfəvilər impe-
                                                 
1
 Fəqih C. Aturparakan və nehzət-e ədəbi, Tehran, 1346, s.9, 73-74. 
2
 Fəqih C. Aturparakan və nehzət-e ədəbi, Tehran, 1346, s.76. 
3
 Musəvi T.M. Cəmaləddin Fəqihin “Aturpatakan və nehzət-e  ədəbi  əsəri 
haqqında, s.163-164. 
4
 İqbal Aştyani A. Tarix-e mofəssəl-e  İran, bekuşeşe Məhəmməd Dəbirsə-
yaqi. Tehran, 1320; Tacbəxş Ə. İran dar zaman-e Səfəviyye, Təbriz, 1340; 
Rəhimzade Səfəvi.  Şərhi cəngə  və tarix-i zəndəgani  şah  İsmayıl Səfəvi, 
Tehran, 1341; Şeybani N.M. Təşkil-i şahənşahi Səfəviyyə, Ehyayi vəhdəti 
melli, Tehran, 1346; Məşkur M.C. Nəzəri beqarix-i Azərbaycan, Tehran, 
1349; Səbətiyan Z. Əsnad və nəmehayi tarix-e dövreye Səfəviyye, Tehran, 
1342; Nəvai  Ə.  Şah  İsmayıl Səfəvi.  Əsnad və müqatibat-i tarixi ba yad-
daştha-i təfsili, Tehran, 1347. 


Eynulla Mədətli 
 
60
riyasının yaranması ilə onlar yenidən milli dövlətçiliyini bərpa 
etmişlər. Bu tarixçilərin nəzərincə, Səfəvilər sülaləsi mənşəcə 
İran (ari) sülaləsi olaraq İranı yenidən birləşdirmişdir. Məlum 
olduğu kimi, Ərəb xilafətinin süqutundan sonra İran və  ətraf 
coğrafiyada yaranmış dövlətlərin demək olar ki, hamısı türk 
mənşəli idilər. Bu isə müasir İran tarixçilərini bir qədər narahat 
etdiyindən onlar Səfəvilər dövlətinin yaranmasını Fars milli 
dövlətçiliyinə qayıdış nöqtəsi kimi qəbul etdirməyə çalışırlar. 
Bu dövlətin banisi Şah İsmayılı isə İranı türk hökmranlığından 
azad etmiş, İranı əvvəlki sərhədlərində birləşdirmiş və farsların 
milli dövlətini yaratmış bir şəxs kimi qələmə verirlər.
1
 Halbuki, 
Azərbaycan və bir sıra dünya alimləri öz əsərlərində  Səfəvilər 
dövlətinin yaranmasında və fəaliyyət göstərməsində Azərbaycan 
tayfa birliklərinin əsas rol oynadığını, bu dövlətin əslində Azər-
baycan dövləti olduğunu tam sübut etmişlər ( Bu barədə ətraflı 
bax:
2
). Azərbaycanın görkəmli tarixçisi Yaqub Mahmudov 
“Azərbaycan: qısa dövlətçilik tarixi” kitabında Səfəvilər dövləti-
nin yaranması ilə Azərbaycan dövlətçiliyinin özünün tarixi təka-
mülündə yeni mərhələyə  qədəm qoyduğunu bildirir. O, Uzun 
Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin ba-
basının başladığı  işi başa çatdırdığını,  şimallı-cənublu bütün 
Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi-
yini qeyd edir: “Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdi-
rilmiş Azərbaycan dövləti - Səfəvi dövləti idi. Səfəvilərin haki-
miyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi, mədəniyyəti 
daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi. Şah İs-
mayıl,  Şah Təhmasib,  Şah Abbas və digər Səfəvi hökmdarları-
nın həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət 
nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli im-
periyalarından birinə çevrildi. Geniş ərazili Səfəvi imperiyasını 
idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi ya-
                                                 
1
 Rəhimzade Səfəvi.  Şərhi cəngi və tarix-i zəndəgani  şah  İsmaayıl Səfəvi, 
Tehran, 1341, s.264-265. 
2
 Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti, Bakı, “Şərq-Qərb”, 2007, 344 s. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin