Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


Azərbaycan xalqının, dilinin və mədəniyyətinin



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə37/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   33   34   35   36   37   38   39   40   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

1.2. Azərbaycan xalqının, dilinin və mədəniyyətinin 
təşəkkülü məsələləri 
 
Müasir  İran tarixşünaslığında  əsas meyillərindən biri də 
Azərbaycan xalqının mənşəyinin saxtalaşdırılması, onun müs-
təqil inkişafını, avtoxton xarakterini inkar etmək, mədəniyyətini 
və dilini İranın ümumi tarixində və mədəniyyətində, fars dilində 
əritmək cəhdləridir. Paniranizm mövqeyindən çıxış edən bir sıra 
İran tarixçiləri Azərbaycan millətinin mövcudluğunu,  Şimali 
Azərbaycanda yaşayan azərbaycanlılarla Cənubi Azərbaycanda 
yaşayan azərbaycanlılar arasında hər hansı etnik-milli birliyi 
şübhə altına salır, bununla da cənubda yaşayan azərbaycanlılara 
qarşı  İranda yeridilən ayrı-seçkilik və assimilyasiya siyasətinə 
bir növ haqq qazandırmağa çalışırlar. 
Azərbaycan türklərinin tarixinə, dilinə, mədəniyyətinə mü-
nasibətdə  İran tarixşünaslığında mövcud olan bu şovinist-mil-
lətçi baxışların ilk konturları hələ XIX əsrin sonu - XX əsrin ilk 
illərində özünü göstərməyə başlamışdır. Bunu həmin dövrdə 
Azərbaycan türklərinin milli kimlik şüurunun inkişafına, milli 
                                                 
1
 Sərdariniya S. Nəqde yek noqte əz yek ketab. Ərran vilayəti  əst  əz Azər-
baycan, s. 38. 


 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
77
hüquqları  uğrunda mübarizəsinə fars millətçilərinin mənfi  əks-
reaksiyası kimi səciyyələndirmək olar. Xüsusən, 1918-ci ildə 
Quzey Azərbaycanda müstəqil və modern dövlətin yaradılması, 
Güney Azərbaycanda isə  Ş.M.Xiyabani hərəkatı  İranda Azər-
baycan türklərinə qarşı qərəzli və şovinist meyillərin güclənmə-
sinə güclü təkan vermişdi.  
İranda Qacarlar dövlətinin həm daxili səbəblərdən, həm də 
ölkədə maraqları toqquşan beynəlxalq güclərin amansız rəqabəti 
üzündən tamamilə zəifləməsi nəticəsində 1925-ci ildə hakimiy-
yətə gətirilən Rza xan ilk gündən qondarma “Pəhləvi” soyadını 
götürərək Azərbaycan türklərinə  və türk dilinə qarşı  təzyiqlərə 
başladı, İranın bütövlüyünü, Sasanilər zamanındakı kimi ariyaçı-
lıq ruhunu canlandırmaq, “bir millət - bir dil” varlığına nail ol-
maq üçün ölkənin ikinci böyük dili olan türkcənin və digər dillə-
rin – ərəb, kürd və başqa dillərin sıxışdırılması və qadağan edil-
məsi dövlət siyasətinə çevrildi. Əslində peşəkar hərbi xidmətçi
yoxsul türk Dadaş bəyin oğlu Rza xanın Pəhləvilərlə heç bir əla-
qəsi yox idi və həyata keçirdiyi tədbirlər öz hakimiyyətini qoru-
yub saxlamaq və daha da möhkəmləndirmək üçün idi.
1
 Əvvəllər 
İran  şahının rusların köməyi ilə yaratdığı kazak briqadasında 
pulemyotçu kimi hərbi xidmətə başlayan, ölkədəki şahlıq rejimi-
nə qarşı davamlı baş qaldıran qiyam və ixtişaşların yatırılmasın-
da amansızlıqla iştirak edən və polkovnik rütbəsinədək qalxan 
Rza xan ingilislərin diqqətini cəlb etmiş, onların əli ilə baş vəzir
eyni zamanda müdafiə naziri və silahlı qüvvələrin baş komanda-
nı vəzifələrinə, sonra isə İran şahlığına gətirilmişdi.
2
 Tacqoyma 
mərasimində artıq süqut edən Qacarlar nəslindən olan bir zadə-
gan xanım onu tac oğrusu adlandırmış, Rza şah halını pozmadan 
cavab vermişdi ki, o tac oğrusu deyildir, sadəcə  şahlıq tacını 
ayaqlar altına düşdüyü yerdən qaldırmışdır. 
                                                 
1
 Алиев  С. История  Ирана. XX век.  Москва,  Институт  Востоковедения 
РАН, «Kraft+», 2004, с.539 
2
 Atabəyi T. Azərbaycan dər İran-e moaser, s.157.  


Eynulla Mədətli 
 
78
Bir tərəfdən, təhsilli olmasa da, XX əsrin reallıqlarını an-
layan Rza şah ölkəsində maarif və  mədəniyyətin inkişafı üçın 
qonşu Türkiyə Respublikasında Mustafa Kamal Atatürkün həya-
ta keçirdiyi islahatlara bənzər islahatlar aparılmasının zəruriliyi-
ni başa düşərək o dövrün savadsız  İranı üçün müəyyən fəaliy-
yətlər göstərir, məktəblər açdırır, müxtəlif kurslar təşkil elətdirir, 
digər tərəfdən təhsil nazirliyinə tapşırıq verirdi ki, Azərbaycanın 
məktəblərində  nəinki dərs prosesində, hətta tənəffüslərdə belə 
türk dilində (Azərbaycan türkcəsi) danışmaq qadağan edilsin. 
İranda Azərbaycan türklərinin ana dilinə hüquq verilməsi ilə 
əlaqədar davamlı  tələblər edildiyi bir zamanda xalqın bu haqlı 
təbii istəyini heç olmasa qismən həll etmək  əvəzinə, Rza şah 
azərbaycanlıları aşağılayan şəkildə yüksək məmurlarına belə bir 
göstəriş vermişdi - elə edin ki, Azərbaycan kişiləri fars qadınları 
ilə daha çox evlənsinlər və  nəticədə onların övladları türklərin 
hər zaman tələb etdiyi kimi “ana dilində” danışsınlar. Təhsilin 
yalnız fars dilində həyata keçirilməsi həmçinin bu dili bilməyən 
milyonlarla Azərbaycan türklərini savadsızlıqda saxlayırdı.  
Belə bir xoş olmayan siyasi tərcümeyi-hala malik Rza şah 
Pəhləvinin farsların ariya “irqindən” olduğu, ona görə də bütün 
ölkə farslaşdırılmalı və fars dili tənha dil olaraq İran “millətinin” 
vəhdətinə xidmət etməli, digər millətlər, dillər və mədəniyyətlər 
aradan qaldırılmalıdır – siyasi xətti İran tarixşünaslığında da za-
man-zaman bir qərəzli metodologiya formalaşdırdı.  İrandakı 
fars olmayan xalqları, xüsusilə  də türkləri, onların dillərini və 
mədəniyyətlərini aşağılamaq, bu xalqların gəlmə olduqlarını, 
dillərinin də fars dilindən törədiyini “elmi” şəkildə  əsaslandır-
maq şahlıq siyasətinə xidmət edən bir sıra ideoloqların meydana 
çıxmasına rəvac verdi. Bu zərərli yanaşma xətti 1979-cu ildə 
şahlıq rejiminin yıxılmasına qədər məhz bu şəkildə davam etdi-
rildi və  hər zaman da haqqını  tələb edən xalqların müqaviməti 
ilə rastlaşdı. 
Keçən əsrin 20-30-cu illərində İranda Azərbaycan xalqının 
tarixinə, dilinə, mədəniyyətinə qarşı fars millətçi ideoloqlarının, 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin