Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə33/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   29   30   31   32   33   34   35   36   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
67
mızı ordusu tərəfindən süquta uğradıldıqdan sonra yenə Azər-
baycan adı saxlanılmışdır. Cavad Heyət yazır ki, Cəlal Mətinin 
yazısında yenilik yoxdur. 60 il bundan öncə dəfələrlə bu məsələ 
Ə.Kəsrəvi və onun tərəfdarları  tərəfindən irəli sürülmüşdür. 
Keçmişdəki siyasi şərait həmin müddəanın qəbul olunmasına 
münasib olmuş və get-gedə bir çox təhsil görmüşlərin beyinləri-
nə yerimiş və nəhayət, qədim kommunistlərdən biri, hətta müha-
cirət dövründə Tudə partiyası rəhbərlərindən olmuş, bir çox illər 
Moskva radiosunda diktor işləmiş  və  İrana qayıtdıqdan sonra 
peşmançılıq çəkib, şahənşah sarayına söykənərək, səltənət kitab-
xanasına müşavir və müavin təyin edilmiş ağayi İnayətullah Rza 
«Azərbaycan, Arran və Albaniya» adlı kitab yazmışdır. Cəlal 
Mətini də Arazın o tayının adı barədə müddəalarında İnayətullah 
Rzanın kitabına istinad etmiş  və  bəzən də  təsdiqedici sənədlər 
kimi müxalif mənbələrdən istifadə etmişdir.
1
 
Sonra Cavad Heyət Arazın  şimal  ərazisinin Arran deyil
Azərbaycan adlandırılması barədə qaynaqlardan bir sıra faktlar 
gətirmişdir: 1059 il bundan öncə Samanilərin vəziri  Əbu  Əli 
Məhəmməd Bələmi tərəfindən tərcümə edilmiş Əbu Cəfər Mə-
həmməd İbn Cərir ət-Təbərinin (838-923) «Tarix-i Təbəri» əsəri 
doktor Cavad Məşkur tərəfindən 1958-ci ildə Tehranda çap 
edilmişdir. Həmin kitabda «Azərbaycan və  Dərbəndin fəthi» 
başlığı altında yazıda deyilir: «Ömər ibn əl-Xəttab Nəim ibn 
Məqrənə məktub göndərmişdi ki, Səmak ibn Hərsibəni Azərbay-
cana göndər.  О, da İsmət ibn Fərqəd və Abdullanı oraya gön-
dərmişdi. Əcəmlərin atəşgahları orada idi və atəşə pəhləvi dilin-
də «Azər» deyirdilər. Ona görə Azərbaycan adlandırırlar ki, əs-
lində, əcəmin atəşi orada idi və ona pərəstiş edirdilər. Azərbay-
canın ilk sərhədi Həmədandan başlayır, sonra Əbhər və Zəncə-
nadan keçib, sonu xəzərlər Dərbəndinə çatır. Bu arada nə qədər 
şəhər vardır, hamısını Azərbayqan adlandırırlar... Bütün o yol-
                                                 
1
 Doktor Cavad Heyət. Dər bare-ye məqale-ye Azərbaycan kocast (neveşte-
ye ağaye Cəlal Mətini). «Varlıq», 1990, oktyabr-noyabr, № 78-3, s. 26. 


Eynulla Mədətli 
 
68
lara Əbvab deyirlər. Azərbaycanın sonunadək yollardır ki, ora-
dan xəzərlər ölkəsinə gedirlər. Bəzisi su və  bəzisi quru yol ilə 
gedirlər...». Sonra «Tarix-i Təbəri» də deyilir ki, «bu torpaqların 
hamısı türklərin əlində idi». Bundan başqa hicri III əsr tarixçisi 
Yəqubinin «Əl-Buldan» əsərində deyilir: «Azərbaycanın sərhə-
dini Ərzincandan Vərsana və Arazın o tərəfi, o cümlədən Beylə-
qan və  Bərdə  şəhərlərini Yuxarı Azərbaycan biliblər». 956-cı 
ildə vəfat etmiş «Müruc əz-Zəhəb» əsərinin müəllifi Məsudi Ar-
randan danışarkən onu «Əl-Ran min bilali Azərbaycan» (Aran 
Azərbaycanın vilayətidir) adlandırmışdır. 
Tanınmış ərəb tarixçisi İbn əl-Əsir (1160-1233) «Əl-Kami 
fit-tarix» əsərində Arranı Azərbaycanın bir hissəsi hesab etmiş-
dir. Həmdullah Qəzvininin 1340-cı ildə yazdığı «Nüzhət-əl- qü-
lub»  əsərində deyilir: «Azərbaycanın sərhədi  İraqi-Əcəm vila-
yətləri, Muğan, Gürcüstan və Ermənistana bitişikdir.  Şəhərləri: 
Təbriz, Ucan, Gəsgər, Naxçıvan, Əcnan, Ordubad, Azad və Ma-
kuyədir». 1898-ci ildə İstanbulda nəşr edilmiş Şəmsəddin Sami-
nin «Qamus ul-elam» əsərində  şair Nizaminin doğulduğu yer 
«Azərbaycanın Gəncə qəsəbəsi» kimi qeyd edilmişdir. 
Cavad Heyət bu faktları gətirdikdən sonra yazır: «Xarvar-
dan bir ovuc hesab edilən yuxarıda gətirdiyimiz tarixi sənədlər-
dən belə nəticə alırıq ki, Arazın şimal torpaqları heç olmazsa is-
lamiyyətdən sonra Azərbaycanın tərkib hissəsi olub və hər ikisi 
bir siyasi və coğrafi vahid hesab olunubdur. Onların bir-biri ilə 
siyasi, iqtisadi, mədəni və etnik bağlılıqları olmuşdur. Bu vəziy-
yət XI əsrdə  səlcuqilərin Mavərəünnəhr və Xorasandan gəlib 
yerli Azərbaycan və Arran hökumətlərini süquta uğradana qədər 
davam etdi və  dərhal Arran Azərbaycana birləşdi...».
1
 Cavad 
Heyət Mirzə Kazımbəyin 1846-cı ildə Qazan Universiteti tərə-
findən nəşr edilmiş «Türk dillərinin tətbiqi qrammatikası» əsər-
lərinə istinad edərək belə bir elmi nəticəyə gəlmişdir ki, islamiy-
                                                 
1
 Doktor Cavad Heyət. Dər bare-ye məqale-ye Azərbaycan kocast (neveşte-
ye ağaye Cəlal Mətini). «Varlıq», 1990, oktyabr-noyabr, № 78-3, s. 27-28. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin