Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə36/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   32   33   34   35   36   37   38   39   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
73
kəndiyi halda, eyni məxəzlərdə bir sıra faktlara göz yummuşdur. 
Məsələn, müəllif Hüseyn ibn Xələf Təbrizinin 1652-ci ildə 
yazıb sona çatdırdığı «Bürhane qate» əsərinə istinad edərək 
yazır: «Bürhane qate» əsərində Araz istilahı belə izah edilir: 
«Məşhur çay adıdır ki, Tiflisin kənarından və Azərbaycan ilə 
Arran arasından keçir».
1
 Halbuki,  «Bürhane  qate»  əsərində 
Arran sözü qarşısında yazılıbdır: «Azərbaycanın bir vilayətinin 
adıdır ki, Gəncə və Bərdə onun şəhərlərindəndir».
2
 
Görkəmli alim Məhəmməd Tağı Zehtabi də «Varlıq» dər-
gisinin 76-77-ci sayında «Azərbaycan koca əst?» (Azərbaycan 
haradır?) başlığı altında dərc etdirdiyi tutarlı məqaləsində ərəb-
dilli və sair məxəzlərə  əsaslanaraq Arazın  şimal hissəsini «Ar-
ran» adlandıran «alimlərə» əsaslı cavab vermişdir.
3
 
Amerikada yaşayan, təbrizli tədqiqatçı  Əhməd Füruğ 
«Varlıq» dərgisində çap etdirdiyi «Azərbaycan və İran» başlığı 
altında məktubunda Arazın  şimal hissəsinin Arran deyil, Azər-
baycan adlandırılması barədə bir neçə fakt göstərmişdir. Məktub 
müəllifi Nəsirəddin şahın dövründə yazılmış «Həqayiqul əxbar-
e Nasiri» adlı əsərə istinadən yazır ki, Şuşa qalasının Ağa Mə-
həmməd xan tərəfindən işğal edilməsi belə  şərh edilmişdir: 
«Rusiya  şahənşahı, günəş taclı II Yekaterina axirət dünyasına 
köçdükdən sonra rus qoşunu qayıtdı. Xaqani şəhid Ağa Məhəm-
məd xan Şuşa qalasını  ələ keçirmək üçün Azərbaycana yollan-
dı». Sonra məktub müəllifi yazır: «Şuşanın Azərbaycan ərazisin-
də olduğunu hələ o vaxt bilirdilər. Yoxsa yazardılar ki, Şuşanı 
ələ keçirmək üçün Arrana getdi».
4
 
                                                 
1
 Atabəyi T. Azərbaycan dər İrane moaser, s.21 
2
 Doktor Cavad Heyət. Dər bare-ye məqale-ye «Azərbaycan koca əst?» 
məqaləsi, s. 26 
3
 Zehtabi M.T. «Azərbaycan koca əst?» «Varlıq» dərgisi, 1989, № 3. 
4
 Furuğ  Ə. Azərbaycan və  İran. «Varlıq» dərgisi; Tarixi Qaçar (Həqayiq-ül 
əxbare Nasiri) təlife Məhəmməd Cəfər Xurmuçi. Be kuşeşe Hüseyn Xədice 
əz enteşarate ketabfüruşi-ye Zəvvar. Tehran, s.9. 


Eynulla Mədətli 
 
74
Əmir Teymurun dilindən yazılan «Mənəm Teymure cə-
hanqoşa» adlı  əsərdə yazılır: «Mən Toxtamışın Qıpçaq  ərazisi 
soltanı olduğunu bilirdim. О, Qaf dağının o tərəfində yerləşmiş-
di. Mən Azərbaycandan onun ölkəsinə getmək üçün Qaf dağın-
dan keçməli idim. Qaf Azərbaycan ilə  Qıpçaq  ərazisi arasında 
yerləşir». Yenə Əmir Teymur Suriyanı işğal etdikdən sonra Qa-
car elinin Suriyadan Türküstana köçürülməsi barədə fərman ve-
rir. Lakin Qacar eli Azərbaycana gəlib çatdıqda Gəncə  və  İrə-
vanda sakin olurlar. Məktub müəllifi təbrizli doktor Əhməd Fü-
ruğ yazır: «Bu faktdan məlum olur ki, Gəncə  və  İrəvan Azər-
baycan şəhərləri idi. Yoxsa deməliydi ki, Arrana çatacaq İrəvan 
və Gəncədə sakin oldular»
1

Səməd Sərdariniya Tehranda fars dilində  nəşr olunan 
«Ayine-ye pejuheş» adlı dərginin 1997-ci il avqust-sentyabr ta-
rixli 3-cü sayında «Nəqd-e yek noqte əz yek ketab. Ərran vila-
yəti əst əz Azərbaycan» («Bir kitabın incə məsələsinə bir tənqid. 
Arran Azərbaycan vilayətidir») başlığı altında yazdığı  məqalə-
sində Qulamrza Qolizəvarənin fars dilində yazıb çap etdirdiyi 
«Mərkəzi Asiyanın siyasi və tarixi coğrafiyası» adlı əsərinə ca-
vab olaraq yazmışdır: «Arazın  şimalı, Azərbaycan Respublika-
sının həqiqi və tarixi adı Azərbaycan olmuş  və olmaqdadır». 
Qum Elmiyyə Hovzəsinin islami təbliğat dəftərinin nəşriyyəsi 
olan həmin kitabın 187-ci səhifəsində deyilir: «İslamiyyət döv-
ründə Arran adlanan bölgə rusların siyasi təhriki ilə təhrif olu-
naraq, coğrafi adlar əksinə adlanmışdır. Halbuki, bu məntəqə 
Zaqafqaziyada Kür ilə Araz çayı arasında yerləşir. Müəllif Kür 
ilə Araz çayı arasındakı bölgəni Arran adlandırmışdır. Səməd 
Sərdariniya yazır ki, əslində, Arran vilayəti Həmdulla Qəzviniyə 
əsasən Kür ilə Araz çayı arasında yerləşmişdir. Lakin Arranın 
Araz çayı ilə Xəzər dənizi arasında yerləşdiyi qeyd edilməmiş-
dir. Halbuki Azərbaycan Respublikası Arrandan əlavə  Şirvan, 
                                                 
1
 Füruğ Ə. Azərbaycan və İran. «Varlıq» dərgisi, s. 11. 


 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
75
Muğan, Talış və sair əraziləri də əhatə edir. Əslində, həmin mən-
təqə, yəni Araz ilə Kür çayı arasında yerləşmiş ərazi İslamiyyət 
dövründə Arran adlanmış, XIII əsrdə Qarabağ adı ilə əvəz edil-
mişdir. Mirzə Məhəmməd xan Qəzvininin yazdığı kimi bir neçə 
dəfə adı dəyişdirilib və Arran yerinə Qarabağ deyilmişdir. Hal-
hazırda Qarabağ Azərbaycan Respublikası vilayətlərindən biri-
dir. XVII əsr müəllifi Məhəmmədhüseyn ibn Xələf Təbrizi 
1633-1634-cü illərdə Hindistanda yazmış olduğu «Bürhan-i Qa-
te» adlı lüğətnaməsində «Arran» haqqında yazır: «Arran Azər-
baycanda bir vilayətin adıdır. Gəncə  və  Bərdə orada yerləşir». 
Mirzə  Səmianın 1724-1725-ci illərdə yazdığı «Təzkirət-əl-mu-
luk» əsərində Azərbaycan əyaləti dörd bəylərbəylikdən - Təbriz, 
Çuxursəd (indiki Ermənistan ərazisi - red.), Qarabağ və Şirvan-
dan ibarət olmuşdur. Sonra Səməd Sərdariniya yazır: «Tarixi sə-
nədlərə  əsasən nəinki keçmiş Arran və indiki Qarabağ vilayəti 
Azərbaycan  əyalətinin bir hissəsi olub, həm də  İrəvan və onun 
ətraf bölgəsi olan Çuxursəd Azərbaycan vilayətlərindən biri 
olub və oranın əhalisi müsəlmanlardan ibarət olmuşdur».
1
 
Səməd Sərdariniya qeyd edir ki, «müxtəlif qaynaqlardan 
aldığımız sənədlər və  dəlillər təsdiq edir ki, Azərbaycan adı 
Azərbaycan Respublikasının həqiqi və tarixi adı olmuş  və ol-
maqdadır. Lakin elə bir şərait yaranmışdır ki, yenicə istiqlaliyyət 
əldə etmiş və əhalisi şiə məzhəbindən olan Azərbaycan Respub-
likası hər tərəfdən hücuma məruz qalmışdır və indi torpaqlarının 
20 faizindən çoxu Böyük Ermənistan xülyasında olan rəhmsiz 
qonşunun işğalı altındadır. Qulamrza Qolizəvarə də haqlı olaraq 
Azərbaycanı «Yaralı Respublika» adlandırmışdır. Belə  şəraitdə 
həqiqətdən uzaq bir müddəanın irəli sürülməsi yalnız islam 
düşmənlərinin xeyrinə  və müsəlmanların zərərinədir. Halbuki 
hazırda müsəlmanların daha çox birləşməsinə  və  həmrəyliyinə 
                                                 
1
Sərdariniya S. Nəqde yek noqte əz yek ketab. Ərran vilayəti  əst  əz Azər-
baycan. «Ayine-ye pejuheş» dərgisi, 1997, avqust-sentyabr, № 3, s. 36-37. 


Eynulla Mədətli 
 
76
ehtiyac vardır».
1
 
Beləliklə, İran tarixşünaslığı paniranizm nəzəriyyəsi möv-
qeyindən çıxış edərək Azərbaycan xalqının mənşəyini və tarixi-
ni, Azərbaycanın tarixi coğrafiyasını, dövlətçilik tarixini saxta-
laşdırmaqla  əslində müəyyən dairələrin millətçi-şovinist siya-
sətinə xidmət edirlər. Bu isə Azərbaycan və İran xalqlarının mə-
nafeyinə zidd olmaqla yanaşı, hər iki xalqın yaxınlaşmasında, 
onlar arasında bərabərhüquqlu münasibətlərin inkişafında ma-
raqlı olmayan qüvvələrin xeyrinədir.  
 
 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin