Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə2/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   2   3   4   5   6   7   8   9   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 
 
ÖN SÖZ 
 
Bu gün bir sıra İran tarixçiləri məqsədyönlü şəkildə Azər-
baycan tarixini qeyri-obyektiv şəkildə  təqdim etməkdə davam 
edirlər. 1918-ci ilin mayında tarixi Azərbaycan torpaqlarının 
vaxtilə çarlıq Rusiyası tərəfindən işğal edilmiş  hissəsində döv-
lətçiliyimiz dirçəldikdən sonra bu qism tarixçilərin Azərbaycan 
xalqının tarixi reallıqlarına birtərəfli yanaşmaları  və yanlış  də-
yərləndirmələri mütəmadi xarakter almışdı.  Şahlıq rejiminin 
hakim dairələri tərəfindən istiqamətləndirilən və şirnikləndirilən 
bəzi tarixçilər Azərbaycan tarixini saxtalaşdırmaq sahəsində xü-
susi fəallıq göstərməyə başlamışdılar. Yumşaq deyilsə, Azər-
baycan xalqının tarixi keçmişini saxtalaşdırmaq o zaman İranda 
sanki bir peşə sahəsinə çevrilmişdi. Nə  qədər ağır və  nə  qədər 
acı olsa da, bu da bir həqiqətdir ki, Azərbaycan xalqının qədim 
və zəngin tarixinə, onun əbədi həyat ağacının dərindən də dərin 
köklərinə xüsusi qəddarlıqla balta çalan Əhməd  Kəsrəvi və 
onun bir çox davamçıları  məhz  Azərbaycandan olan tədqiqat-
çılardır. 
Azərbaycan tarixini saxtalaşdırmaqda canfəşanlıq edən bu 
paniranist tarixçilər ilk mənbələrlə, real tarixi həqiqətlərlə he-
sablaşmadan Ərəb Xilafətinin süqutundan sonra Azərbaycan və 
İran torpaqlarını, habelə digər qonşu ölkələri idarə edən bütün 
türk-Azərbaycan sülalələrini, o cümlədən səfəviləri,  əfşarları, 
qacarları, bu sülalələrin görkəmli nümayəndələri olan Şah 
İsmayıl Xətaini,  Şah Təhmasib Səfəvini,  Şah Abbas Səfəvini, 
Nadir  şah  Əfşarı, Ağa Məhəmməd  şah Qacarı  və başqa Azər-
baycan-türk hökmdarlarını da İran-fars hökmdarları kimi qələmə 
verməkdən çəkinmirlər.  
Əsərdə qeyd olunur ki, müasir dünyanın reallıqları ilə he-
sablaşmayan bəzi İran siyasətçiləri vaxtı ilə Gülüstanda və Türk-


Eynulla Mədətli 
 
4
mançayda Rusiya imperiyası ilə bölüşdürülən tarixi Azərbaycan 
torpaqlarının  bir hissəsində müstəqil Azərbaycan dövlətinin ya-
ranmasından ehtiyatlanaraq real tarixin saxtalaşdırılmasında  ən 
primitiv,  ən gülünc metodlara əl atırdılar. Belə ki, İranın tərki-
bində olan Cənubi Azərbaycanın və İranın bir sıra vilayətlərinin 
ən qədim yerli əhalisi – aborigenləri olan Azərbaycan türkləri 
“sonradan türkləşmiş” “qədim irandilli” əhali kimi qələmə verilir, 
müasir Azərbaycan Respublikasının  ərazisi tarixi Azərbaycan 
torpağı deyil, guya, Azərbaycanla heç bir əlaqəsi olmayan “Ar-
ran” hesab edilir və s. Bu gün İran arxivləri və kitabxanalarında 
saxlanılan ilk mənbələrin təsdiq etdiyi tarixi reallıqları gözə al-
mayan bu şəxslərin məqsədi aydındır: guya İranın tərkibində 
olan Cənubi Azərbaycan tarixən İrana məxsus olan bir fars vila-
yəti olub; bu vilayətin aborigen əhalisi olan müasir azərbaycan-
lılar da qədim irandilli əhali imiş və sonradan türkləşiblər; o ki 
qaldı Arrana, bu ərazi də Azərbaycan türklərinə deyil, müxtəlif 
mənşədən olan çoxsaylı etnoslara məxsus imiş (?). 
Əsərdə müəllif əksər paniranist tarixçilərin Azərbaycan ta-
rixinin bütün dövrlərinə, xüsusilə  də XX əsrin  əvvəlləri tarixi 
məsələlərinə həsr olunmuş əsərlərini küll halında, həm də dərin-
dən təhlil edərək tariximizi saxtalaşdıranlara tutarlı elmi cavab 
vermişdir. Azərbaycan tarixçisinin bu qiymətli  əsərində  kəsrə-
viçiliyə, onun bütün təzahürlərinə  və müasir nümayəndələrinə 
qarşı olduqca kəskin və əsaslı elmi dəlillərlə bir cəbhə açılır.  
Giriş, dörd fəsil, nəticə və istifadə olunmuş  ədəbiyyat si-
yahısından ibarət olan tədqiqat işinin “Azərbaycan tarixi məsə-
lələrinə İran tarixşünaslığında ümumi baxış” adlanan birinci fəs-
lində  İran tarixşünaslığında Azərbaycanın tarixi coğrafiyası, 
dövlətçilik tarixi məsələləri, Azərbaycan xalqının, dilinin və mə-
dəniyyətinin təşəkkülü məsələlərinə münasibət tədqiq olunmuş 
və dövrün qaynaqlarından istifadə olunmaqla təhlil edilmişdir. 
Müəllif haqlı olaraq belə qənaətə gəlir ki, İran tarixşünas-
lığının antiazərbaycan və antitürk mövqeyi, Azərbaycanın tarixi 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin