Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə39/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   35   36   37   38   39   40   41   42   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
81
dia edərək, Nizamini, Xəqanini və Azərbaycan  ədəbiyyatının 
klassikləri olan başqa  şairləri fars ədəbiyyatının ustaları adlan-
dırmaqla bütövlükdə Azərbaycan mədəniyyəti və  ədəbiyyatını 
inkar etmək yolunu tuturdu.Onun fikrincə, milli mədəniyyət və 
ədəbiyyat yalnız milli dildə yaşayıb inkişaf edə bilər.  
Digər bir tədqiqatçı Xanlari M.Minəvinin fikirlərini müda-
fiə edərək İran xalqları arasındakı tarixi və irqi ziddiyyətləri ara-
dan qaldırmaq üçün müxtəlif ləhcələrdə danışanlara fars dilini 
təlim etməyi məsləhət görürdü.
1
  
Əlbəttə, həmin dövrdə İranda nəşr olunan mətbuat orqan-
larının heç də hamısı bu millətçi ideyaları dəstəkləmirdi. “Ovqat”, 
“Ebrət”, “Peyk-e solh”, “Şive”, “Çelengər”, “Babək”və başqa 
qəzet və jurnallarda İranda yaşayan xalqların milli haqqlarını mü-
dafiə edən məqalələr də  işıq üzü görürdü. Məsələn, “Çelengər” 
qəzetində Azərbaycan xalqının mədəniyyəti, incəsənəti və  ədə-
biyyatı təbliğ edilir, “Koroğlu” dastanının qolları, Azərbaycan di-
lində mahnılar, şeirlər qəzetin səhifələrində dərc edilirdi. “Babək” 
qəzetində (25 aban 1331-ci il) hətta “dilimizi, beş milyonluq azər-
baycanlıların dilini azad buraxın!” şüarı irəli sürülmüşdü.
2
 
Keçən əsrin 70-ci illərində, İslam inqilabı ərəfəsində İran 
mətbuatında hakim millətçiliyi təbliğ edən, qeyri-fars xalqlara 
qarşı ayrı-seçkilik siyasətini dəstəkləyən fikirlər yenidən baş 
qaldırmışdı. Bu fikirləri təbliğ edənlər arasında  Ələsgər Frasi-
yun, Pərviz Luşani kimi müəlliflər də var idi ki, onlar öz yazıla-
rında azərbaycanlı və digər xalqları zorla farslaşdırmaq ideyası-
nı təbliğ edirdilər. Ə.Frasiyun açıq şəkildə yazırdı ki, xırda dillər 
və xırda təfəkkürlər (İranın qeyri-fars xalqları nəzərdə tutulur – 
E.M.) vasitəsilə qalib millətə çevrilmək olmaz. Bunun üçün fars 
dili bütün İran xalqları üçün ana dili olmalıdır.
3
  
                                                 
1
 Xanləri. Zəban və mellət, “Soxən” jurnalı, azər və dey 1325, №67. 
2
 Əliyev M.M. Bəzi İran mətbuat orqanları səhifələrində Azərbaycan xalqı və 
onun mənşəyi məsələləri, s.209-210. 
3
 Əliyev M.M. Bəzi İran mətbuat orqanları səhifələrində Azərbaycan xalqı və 
onun mənşəyi məsələləri, s.211. 


Eynulla Mədətli 
 
82
Təbii ki, rəsmi siyasətin bu yönəldici tələblərini tarixşü-
naslıq elmi fəaliyyət üçün rəhbər tuturdu. Bu istiqamətdə ilk 
addımlar artıq qeyd olunduğu kimi, 1920-ci illərdə Ə.Kəsrəvi tə-
rəfindən atılmışdı. İranda Pəhləvi dil siyasətinə xidmət edən, özü-
nəməxsus tədqiqatları və iddiaları ilə fərqlənən Əhməd Kəsrəvi-
nin tarix, ədəbiyyat, dilçilik, fəlsəfə, mədəniyyət, siyasət, cəmiy-
yət, din, məzhəb, hüquq, iqtisad və başqa mövzulardakı əsərləri 
daim diqqət mərkəzindədir və  İran tədqiqatçılarının vaxtaşırı 
müraciət etdikləri mənbədir. Onun irançılıq, millətçilik, dinçilik 
və dövlətçilik düşüncələri yenilikçi olsa da tamamilə ziddiyyətli 
idi. Məsələn, o ölkədə şiə-sünni məzhəbçiliyini aradan qaldırıb 
vahid islami məzhəbə - “pak dinə” nail olmağa çağırır, eyni za-
manda  İranda milli, mədəni və dil ayrılıqlarını ləğv edib vahid 
İranlı mənsubiyyətinə, vahid dilə sahib olmağı zəruri sayırdı.  
Qeyd edilməlidir ki, Ə.Kəsrəvinin  İranda nəşr olunan ki-
tablarında Azərbaycan türklərinin tarixinə, dil və mənəviyyatına 
tamamilə  fərqli və  qərəzli münasibətin  şahidi oluruq. Görünür, 
Ə.Kəsrəvi qeyri-farslara qarşı yeridilən şahlıq siyasətinə xidmət 
göstərməyə çalışmışdır. Bu baxımdan onun “Azəri, yaxud Azər-
baycanın qədim dili” kitabı xüsusi araşdırılmağa möhtacdır.
1
 
Azərbaycan türkcəsinin bir sıra Avropa fikir adamları tərəfindən 
“azəri” kimi adlandırmasına münasibət bildirən Ə.Kəsrəvi XIII 
əsrin  ərəb coğrafiyaçısı Yaqut Həməvinin “Mucəmül-buldan” 
əsərindən Azərbaycanla bağlı sitat gətirir: “Yarımdilləri var və 
bu “yarımdil” “azəri” adlanır. Bu dili onların özlərindən savayı 
anlayan yoxdur”. Elmi əsası olmayan bu sitatdan sonra o “azəri” 
dilini fars dilinin bir qolu hesab etdiyini qeyd edir. Heç bir mən-
bəyə  və sübuta əsaslanmadan aşağıdakı  nəticəyə  gəlir ki, hicri 
tarixinin ilk əsrlərinədək Azərbaycan  əhalisi “ariyan”, yaxud 
“ari” olub, xalqın dili isə fars dilinin kökündən yaranmış dildən 
başqa bir şey olmayıb”.
2
 
                                                 
1
 Kəsrəvi  Ə. Azəri ya zəban-e bastan-e Azərbaycan. Tehran, Enteşarat-e 
muəssise-ye mətbuati-ye Şərğ, 1309, s. 114. 
2
 Kəsrəvi Ə. Azəri ya zəban-e bastan-e Azərbaycan, s. 9-10. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin