Nikolay Vasilyeviç Qoqol



Yüklə 36,9 Kb.
tarix22.11.2019
ölçüsü36,9 Kb.
#29656
qoqol

Nikolay Vasilyeviç Qoqol

Rus әdiblәrinin әn məşhur simalarından biri Nikolay Vasilyeviç Qoqoldur. O eyni zamanda yazıçı, şair, dramaturq, tənqidçi və publisistdir. Qoqol rus və ukrayna ədəbiyyatının klassiki hesab edilir. Qoqol 31 mart 1809-cu ildə Poltava quberniyasında, Soroçi qәsәbәsindә anadan olub. Atası Malorusiyanın xırda mülkәdarlarından biri, anası isә evdar bir qadın idi. Qoqol Rusiya tarixinin çox ağır, mürəkkəb, ziddiyyətli bir dövründə, ölkədə qatı irticanın hökm sürdüyü, hər cür mütərəqqi-demokratik meyllərin, azadlıq ideallarının dəhşətli dərəcədə  təqib olunduğu, boğulduğu bir zamanda yaşayıb- yaratmışdır.



1829- cildə məktəbdə yazdığı uzun “Qanc Kuxelqarten”romantik şeirini kitab şəklində V.Alov adı altında dərc etdirib. Şeiri ciddi tənqidə məruz qaldığından sonra o satışda olan bütün nüsxələri alıb yandırmağa çalışmışdır. Bu əsər yandırılan birincisi olsa da, yeganə deyildir. 1830- cu ildə Oteçestvenniy zapiski” jurnalında Qoqolun ilk müvəffəqiyyətli və ciddi əsəri olan “İvan Kupala ərəfəsində gecə” adlı povesti dərc edilir. Bu əsər ilə özünün bədii yaradıcılıq istedadını göstərən gənc yazıçı, yavaş-yavaş tanınmağa başlayır, ədəbi mühitə qədəm qoyur, dövrün görkəmli yazıçıları və jurnalistlərinə yaxınlaşır. O zaman onu “Soroçenskaya yarmarka” və “May gecəsi” əsərləri işıq üzü görür. 1831- 1832-ci illərdə iki cilddə nəşr olunmuş hekayələr toplusu, ona cox böyük uğur gətirmişdir.  Qoqolun cap olunmuş hekayələri “Dikanka axşamları” adlı əsərini ərsəyə gətirdi. Süjetə görə, kitabda olan hekayələri bir topluya "pasichnik Rudy Panko" yığıb və çap etmişdir. “Dikanka axşamları” hekayələr toplusunun birinci cildinə “İvan Kupala ərəfəsində gecə”, “Soroçenskaya yarmarka”, “May gecəsi və ya suda boğulmuş qadın”, «İtmiş sənəd», ikinci cilddə isə  “Milad bayramı gecəsi”, “Dəhşətli intiqam”, “İvan Fyodoroviç Şponka və onun xalası, “Tilsimlənmiş yer” adlı povestləri daxil idi. “Dikanka yaxınlığındakı xutorun axşamları” povestlərinin çoxunun mövzu və sujeti Ukrayna həyatından və Ukrayna folklorundan, xalq rəvayətlərindən, nağıl və əfsanələrdən alınmışdı. Insanı heyrətə salan gözəl təbiət təsvirləri, Ukraynanın cazibəli may gecələri, Dnepr sahillərinin  gözəl mənzərələri, bunlarla birlikdə köhnə məişət qalıqları, artıq unudulmağa başlanan adət-ənənələrin təsviri bu povestlərdə əsas yer tuturdu. Insanı həyata, yaşamağa, yeniliyə, mübarizəyə səsləyən incə, fərəhli bir komizm  bu əsərlərdə xüsusi yer tutur.

Bu dövrdə Avropada məşhurlaşmış romantizm Qoqola təsir etməyə bilməzdi, yazıçı hekayələrində dərin xəyala, təxəyyülə dalmışdır, öz qəhrəmanlarını romantik planda açmış, romantik boyalarla səciyyələndirmişdir. Ancaq yazıçı eyni zamanda real həyatın hadisələrinə, xalq məişətinin canlı və maraqlı lövhələrinə, ictimai varlığın ziddiyyətlərinə biganə qalmamışdır. Ukrayna həyatının əvvəllər görünməmiş təsvirini, adət-ənənələrini, xalq folklorunu canlandıran hekayələr sözsüz ki, Puşkində böyük təəssurat yaratmışdır. Puşkin bir məktubunda Qoqolun hekayələri haqqında bağlı belə yazmışdı:
“Dikanka axşamları”nı indi oxuyub bitirdim. Hekayələr məni təəccübləndirdi. Çox təbii və içdən bir sevinc var, bəzi hissələri isə çox duyğulu idi. Bu növ əsərlər bizim ədəbiyyatımızda o qədər yenidir ki, üzərimdəki təsiri hələ də keçməyib. Deyilənə görə, kitab çap olunan zaman nəşriyyatdakılar gülməkdən dayana bilmirmiş”.

 Eyni zamanda insanda qəhrəmanlıq, fədakarlıq, alicənablıq kimi keyfiyyətlərin təsviri; bir tərəfdən tərbiyəvi əhəmiyyəti olan fərəhli sevgi macəraları, dostluqda və məhəbbətdə səmimiyyət, sədaqət, o biri tərəfdən hiyləgərlik, paxıllıq, xudpəsəndlik, şöhrətpərəstlik kimi mənfi əxlaqi vərdişlərin tənqidi bu povestlərin demək olar ki, hamısında özünü göstərirdi. Belinski Qoqol əsərlərinin yüksək tərbiyyəvi əhəmiyyətindən və təsirindən ruhlanaraq yazırdı:“Ağıldan bəla”dan sonra mən rus dilində elə bir əsər tanımıram ki,  Qoqolun povestləri qədər özünün təmiz əxlaqiliyi  ilə fərqlənsin, xasiyyət və əxlaqa qüvvətli və nəcib təsir buraxmış olsun. Ah... belə əxlaqın qarşısında mən həmişə diz çökməyə hazıram!..”.

Qoqolun ilk povestlərinin dərin təhlilini vermiş Belinskinin daha sonrakı qeydlərindən bəzi məqamlar: “Qoqol öz yaradıcılığına hələ yenicə başlamışdır. Demək, bizim vəzifəmiz onun bu ilk çıxışı və onun gələcək üçün verdiyi ümidlər haqqında öz mülahizəmizi bildirməkdir. Bu ümidlər böyükdür, çünki cənab Qoqol qeyri-adi, qüvvətli və yüksək bir istedada malikdir... O, Puşkinin qoyub getdiyi yerə keçəcəkdir”.

1835-ci ildə Qoqolun daha iki toplusu işıq üzü görür “Arabeski”, sonra isə “Mirqorod”. Bu toplulara 1830-1834-cü illərdə çap olunmuş məqalələr və yeni çap olunmuş əsərlər daxil edilmişdilər. Məhz bu zaman Qoqolun ədəbi şöhrəti danılmaz oldu.

Mirqorod toplusuna “Viy” , “Taras Bulba”, “Köhnə dünya mülkədarları”, “İvan İvanoviçlə İvan Nikiforoviçin savaşması” daxil edilmişdir.

“Köhnə dünya mülkədarları” və İvan İvanoviçlə İvan Nikiforoviçin savaşması” kimi povestlər məhdud, bayağı mülkədar həyatını, Rusiyanın ucqar yerlərində ölümə bərabər bir güzəran keçirən “avaraları” oxucunun gözləri qarşısında təbii boyalarla canlandırırdı. Bu “avaralar” bütün dünyadan bixəbər yaşayan, gün ərzində yeyib-içməkdən başqa özgə bir işi olmayan Afanasi İvanoviçlərdən, Pulxeriya İvanovlardan, İvan Nikiforoviçlərdən ibarətdir. Yazıçı bu cür yaramaz  adamları istehza ilə “Mirqorodun bəzəyi və şərəfi” deyə təqdim edir. Bunlar o adamlardır ki, yağlı xörək, pampuşka və kompot haqqında uzun-uzadı söhbət etməkdən başqa bir şey qanmırlar. Bunlar yay günü boğaza qədər hovuza, suyun içinə girib, yanlarına samovar qoydurur, çay içirlər. Bunlar yedikləri qovunun tumlarını bir kağıza yığıb üstündə yazırlar ki, bu qovun filan vaxtda yeyilmişdir, yaxud həmin gün qonaqları olmuşsa, onu da əlavə edirlər ki, bu qovun yeyildiyi zaman filankəs də bizdə idi.

“Mirqorod” toplusuna daxil olan “Taras Bulba” tarixi-romantik qəhrəmanlıq povestində Ukrayna xalqının xarici işğalçılara qarşı apardığı mübarizəsi parlaq surətdə əks olunmuşdur. Bu povest yalnız rus ədəbiyyatında deyil, ümumən dünya ədəbiyyatında tarixi-qəhrəmanlıq eposunun gözəl, nadir nümunələrindən  biri hesab edilir. Qoqol Zaporojye kazaklarını xarakterizə edərkən onların  cəsarət, mərdlik, alicənablıq, fədakarlıq və vətənpərvərlik kimi keyfiyyətlərini sevə-sevə təqdim edirdi. O yazırdı: “Düşmənə qarşı silah qaldırarkən kazak ya ölməli, ya da qalib gəlməlidir”.

Taras Bulba”nın ilk variantı 1835-ci ildə “Mirqorod” kitabında çap olunmuşdu. Lakin Qoqol sonralar onun üzərində 10 il işləyib, əsəri daha da təkmilləşdirmişdi. Yazıçı bu povestdə Ukrayna xalqının azadlıq uğrundakı böyük mübarizəsini əks etdirmişdi. Əsərdə yerli istismarçılarla xalq kütlələri arasındakı toqquşmaları göstərən real səhnələr  az deyildir. Qoqolun zaporojyeli qəhrəmanları “Qoy rus torpağı əbədi çiçəklənsin!”-deyə vuruşur və vətən yolunda canlarını qurban verirlər.

Əsərin baş qəhrəmanı Taras, onun oğlulları Ostap, Andrey və başqa kazaklar bu gün də bizim üçün ən əziz, ən nümunəvi insan -həqiqi vətəndaş surətləridir. Povestdən bir daha aydın olur  ki, özündən dəfələrələ güclü olan düşmən qarşısından  belə, kazak heç  bir vaxt qaçmaz, heç bir fəlakət, heç bir bəla, heç bir əzabdan qorxmayaraq, kazak Ana yurduna, yoldaşına, dostuna xəyanət etməyəcəkdir.

Qoqol kazakların tipik xüsusiyyətlərini , qəhrəman sifətlərini toplayıb, parlaq bir surətdə Taras Bulba və onun mərd oğlu Ostap obrazlarında tərənnüm etmişdir. Yoldaşlıq hissini izah edərək, Taras Bulba deyir: “Yoldaşlıqdan daha müqəddəs hiss yoxdur. Ata öz balasını sevir, ana öz balasını sevir, uşaq öz ata və anasını sevir; lakin qardaşlarım, bu, mən dediyim deyildir. Heyvan da öz balasını sevir, ancaq qanla yox, ruhla yaxınlaşmağı bircə insan bacarır.O biri ölkələrdə də yoldaşlıq olmuşdur, amma rus torpağındakı yoldaşlıq heç bir yerdə olmamışdır...Yox, qardaşlarım, rus qəlbi sevə bildiyi kimi, əql ilə, ya başqa bir şeylə sevməyi demirəm, Allah verdiyi, səndə olan hər bir şey ilə sevməyi... yox, bu cürə heç kəs sevə bilməz”. 

Yoldaşlığı bu qədər yüksək və müqəddəs tutan yalnız Taras deyildir. Qoca kazak Bovdyuq da yoldaşlığı kazaklar üçün ən vacib vəzifə və borc bilir: “Kazakın birinci borcu və namusu yoldaşlığı qorumaqdır. Nə qədər ki, mən yaşayıram, qardaşlarım, ömrümdə eşitməmişəm ki, kazak öz yoldaşını bir yerdə atsın, ya da onu satsın”.

Taras Bulba öz yoldaşlarını başına yığaraq, düşmənə əsir düşmüş kazakları xilas etməyi tapşırır: “Bəs biz nəyik? Sizin hamınızdan xəbər alıram: yoldaşını fəlakətdə atan, onun bir köpək kimi qürbətdə itib getməyinə razı olan adam necə kazakdır?”.

  Yoldaş üçün canından keçən qəhrəman kazaklar bütün varlığı ilə vətənini sevir, onun yolunda hər cür bəlalara, hər cür əzablara qatlaşır, ölümə belə razı olurlar.

Taras Bulba üçün vətənindən əziz heç bir şey yoxdur. Buna görə də o, Ana yurduna xəyanət edib, düşmən qızına aşiq olan, onun  gözəlliyinə satılan oğlu Andreyi bir an belə tərəddüd etmədən öz əli ilə, vətən adından, atalıq haqqı ilə öldürür. Qızğın vuruşma gedən zaman Taras Bulba, düşmənin zəngin və əlvan libası ilə geyinmiş, düşmən silahı ilə silahlanmış, düşmən atını minmiş oğlu Andreyi meşənin kənarına çəkir və atının cilovundan yapışıb, yerə düşməyini əmr edir.

Məğrur atanın bu sərt əmri qarşısında Andrey bütün iradəsini itirir, dinməz-söyləməz atından yerə düşür.

Qoqol ata-bala arasındakı, oğulun həyatının son dəqiqələrini yaşayan bu dəhşətli səhnəni sadə və kəskin sözlərlə təsvir edir:

-Xəyanət? Dinə xəyanət? Özününkülərə xəyanət?Dayan! Atdan düş!

Bir uşaq mütiliyi ilə Andrey atdan düşdü və ölü kimi Tarasın qabağında dayandı.

-Dur, tərpənmə! Mən səni əkmişəm, mən də səni öldürəcəyəm!

Bunu deyib, Taras bir addım geri çəkildi və çiynindən tüfəngini aldı. Andrey kətan kimi ağarmışdı.

Tarasın tüfəngi açıldı.

...Andreyin başı əyildi, səssiz-səmirsiz  otun üstünə sərildi...

Taras oğlunu sinəsindən vurur və “ Artıq məhv oldu, həm də şərəfsiz, alçaq bir it kimi məhv oldu!”-deyir.

Tarasın o biri oğlu Ostapı düşmənlər dar ağacından asırlar.

               Vuruşda üç ölümcül yara almış kazak Balaban yoldaşlarına müraciətlə deyir: “Yoldaşlarım, mənə belə gəlir ki, mən yaxşı ölümlə ölürəm: yeddisini doğradım, doqquzunu nizəmlə deşdim, xeylisini atımın ayağı altında tapdalatdım, neçəsini güllə ilə öldürdüyümü heç özüm də bilmirəm. Qoy rus torpağı daima çiçəklənsin!”.

Düşmənlə vuruşmada eyni fikri  Bovdyuq da söyləyir. Ürəyi güllə ilə parçalanmış qoca kazak, son nəfəsində bu sözlərlə canını təslim edir: “Dünyadan getməyimə yanmıram. Tanrı hər kəsə bu cür ölümü qismət eləsin! Qoy rus torpağı həmişə şərəfli olsun!

               Öz inadı nəticəsində  düşmənə əsir düşmüş Taras Bulbanı ağaca bağlayıb, ayaqları altında od qalayırlar. Qoqol yazır:

               “Od artıq alışmış, yüksəlirdi və alov onun ayaqlarını yalayır, ağacı bürüyürdü...Lakin Yer üzündə elə bir atəş, əzab, elə bir qüvvə tapılarmı ki, rus qüvvəsinə üstün gəlsin?!”.



1834-1835-ci illərdə tarixlə məşğul olmağa başlayan Qoqol Peterburq Universitetinin tarix professoru olmaq üçün çalışıb. Böyük Ukrayna tarixi yazmağa başlayan yazıçı orta əsrlər tarixi ilə bağlı bir sıra məqalələr hazırlayıb. Lakin bu iş üçün elmi qaynaqları zəif idi. Buna görə də 1835-ci ildə universitetdən uzaqlaşaraq özünü ancaq ədəbiyyata həsr edib. Artıq nə məmurluq, nə də professorluq deyil, yalnız ədəbiyyatla məşğul olmaq istəyirdi. Yazıçının sonrakı əsərlərində də romantika özünü büruzə verirdi. O hələ də əsərlərində fövqəltəbii qüvvələrə, metafizik hadisələrə yer verirdi. Amma bunlar daha çox hekayələrini çatdırmaq üçün bir vasitə idi. Əsərlərinin təməlində isə ən kiçik detala qədər enən realizm var idi. Artıq Qoqolun əsəri həyatın aynası idi. Təkcə Ukrayna həyatının deyil, Peterburqun da. Qoqolun hekayələrində, komediyalarında artıq yalnız ferma bəylərini deyil, şəhərli tacirləri, sənətkarları, məmurları da görmək mümkün idi.

1834-1835-ci illərdə tarixlə məşğul olmağa başlayan Qoqol Peterburq Universitetinin tarix professoru olmaq üçün çalışıb. Böyük Ukraynanın tarixini yazmağa başlayan yazıçı orta əsrlər tarixi ilə bağlı bir sıra məqalələr hazırlayır. Lakin bu iş üçün elmi qaynaqları zəif idi. Buna görə də 1835-ci ildə universitetdən uzaqlaşaraq özünü ancaq ədəbiyyata həsr edib. Artıq nə məmurluq, nə də professorluq deyil, yalnız ədəbiyyatla məşğul olmaq istəyirdi. Yazıçının sonrakı əsərlərində də romantika özünü büruzə verirdi. O hələ də əsərlərində fövqəltəbii qüvvələrə, metafizik hadisələrə yer verirdi. Amma bunlar daha çox hekayələrini çatdırmaq üçün bir vasitə idi. Əsərlərinin təməlində isə ən kiçik detala qədər enən realizm var idi. Artıq Qoqolun əsəri həyatın aynası idi. Təkcə Ukrayna həyatının deyil, Peterburqun da. Qoqolun hekayələrində, komediyalarında artıq yalnız ferma bəylərini deyil, şəhərli tacirləri, sənətkarları, məmurları da görmək mümkün idi.

Qoqol ən böyük əsərlərini bu vasitə ilə yaradırdı. Peterburqda yaxından gördüyü pul, mövqe ehtirası, ictimai bərabərsizlik kimi problemlər “Peterburq hekayələri”ndə özünü göstərib. Kitabdakı ilk hekayə “Nevski bulvarı” 1834-cü ildə yazılıb. Topludakı ən gözəl hekayə sayılan “Kaput” 1839-1840-cı illərdə yazılıb. Bu hekayələrlə Qoqol rus ədəbiyyatında yeni bir cığır açıb. Cəmiyyətin aşağı təbəqələrində yaşayan insanlara qarşı dərin sevgi bu cığırın əsas xüsusiyyətidir.
Qoqol o illərdə yenə də teatr işləri ilə məşğul olub. 1842-ci ildə çap olunan “Evlənmə” adlı pyesinə 1833-cü ildə başlayıb.

Qoqolun “Müfəttiş” əsəri  komediyanın  klassik  nümunəsidir. Ədib dram əsəri yazan yazıçıya hər  şeydən  əvvəl, həyatı  düzgün  göstərməyi  təlqin  edir  və  özünün  məşhur  “Tamaşadan sonra”  adlı  əsərində  yazır  ki, komediya  bizim ictimai  həyatımızın  əksi  və  aynası olmalıdır. Yazıçı  özünün  bu bədii  formuluna  ilk öncə  özü riayət edir. Nikolay Vasilyeviç “Müfəttiş”ində    özünün  qeyd  etdiyi  kimi, Rusiyada  olan bütün çirkin hadisələri; insandan  ən çox  ədalət  tələb olunduğu yerlərdə və hallarda baş verən bütün ədalətsizlikləri bir yerə toplamağı və onların hamısına birdən gülməyi qərara alır. Təsadüfi deyildi ki, o zaman Qoqolun  bu əsərindəki  öldürücü  satirasından qorxuya düşən  senzura  “Müfəttiş”in tamaşaya  qoyulmasını qadağan etmişdi. 1835-ci ildə yazılıb qurtarmış olan bu  komediyanın səhnəyə  qoyulmasına yalnız 1836-cı ildə icazə verilmişdi.

Bu  ölməz  əsər  öz dövrü üçün son dərəcə böyük bir əhəmiyyətə malik idi. Rus yazıçı, filosof və pedaqoqu Aleksandr İvanoviç  Gertsenin təbirincə desək, “Müfəttiş” komediyasında  Qoqol  özünün  müasiri olan Rusiyanın  “xəstəlik tarixi”ni vermişdi.

Belinski  Qoqola yazdığı  məşhur  məktubunda I Nikolay dövründəki çar  Rusiyasını  belə  xarakterizə  edirdi: “...Rusiya müdhiş səhnələrlə dolu olan bir məmləkətdir. Bu məmləkətdə  nəinki şəxsiyyət, vicdan və mülkiyyəti qoruyan bir amil, hətta polis qanun-qaydası da yoxdur; burada yalnız  mənsəb  sahibi, oğru və quldurlardan ibarət böyük zümrələr vardır”. “Müfəttiş” komediyasında  I Nikolay mütləqiyyətinin  eybəcər  şəkilə saldığı çar  Rusiyasındakı  həmin  dəhşətli  səhnələrin bədii və son dərəcə sarsıdıcı təsviri verilmişdi. Əsərin  əsas  surətlərindən biri olan  Xlestakov  Peterburq  dəftərxanalarının birində  xidmət  edən kiçik bir çinovnikdir. Çox da böyük rütbə  sahibi  deyildir, sadəcə  cızma-qara ilə məşğuldur. İşə  əsla  can yandırmır. Qulluq eləməkdənsə, küçələrdə  boş-boş  gəzməyə, qumar oynamağa  daha  çox həvəskardır. Pulu oldu, keyf edir, qumar oynayır, var-yoxdan  çıxdıqda isə paltarlarını  satmaq üçün nökəri Osipi bazara göndərir.

Xlestakovu fırıldaqçı hesab etmək düzgün olmazdı. Lakin onun özündən də kütbeyin olan və rüşvətə öyrənmiş  əyalət  çinovnikləri onu Peterburqdan  gəlmiş müfəttiş hesab etdikləri üçün şöhrətpərəst  Xlestakov özünü böyük və yüksək bir rütbə  sahibi  kimi göstərmək arzusuna düşür. Məzmunsuz  və  zəif iradəli Xlestakov, bir az içki qəbul edən kimi sərxoş olur, özünü   öyür  və olmazın yalanlar uydurur. Yalanları onu daha çox məst  edir. Artıq o, özü də paytaxtın böyük, bəlkə də lap birinci adamı olduğuna inanmağa  başlayır. Bu cəhətdən Xlestakovun çinovniklər qarşısında öyündüyü səhnə özü - özünü xarakterizə etmək üçün daha təbiidir. O, burada  rabitəsiz  və qırıq-qırıq danışaraq deyir: “...Yaxşı-yaxşı aktrisalarla  tanışam...Mən də cürbəcür məzhəkələr yazıram...Puşkinlə  lap dostam...Evimdə  bal  gecələri düzəldirəm...Stolun üstündə yeddi yüz manatlıq bir qarpız, qazandakı sup düz Parisdən gəmi ilə gəlir...Mən hələ yuxudan durmamışdan ... qəbul  otağıma  baxmaq  maraqlıdır; qraflar, knyazlar yığılıb arı kimi vızıldaşırlar...Mənə məktub  göndərəndə,  üstünə “əlahəzrət” yazırlar...Məndən lap dövlət şurası da qorxur...Saraya hər gün gedirəm...Məni elə günü sabah feldmarşal edərlər...” və s.

“Gizli müfəttiş”dən canlarına qorxu düşmüş əyalət çinovnikləri  də bu yalançının  sayıqlamalarına inanırlar. Xlestakov eyni zamanda əxlaqdan kənar  adamdır. O, bələdiyyə rəisinin qızını almaq istəyir, eyni zamanda qızın anasını  da xoşlayır. “Anası da pis deyil”- deyir. O, ucuz və süni iltifatlar göstərib, qəribə və anlaşılmaz ifadələr işlədərək (“Xanım qız, ürəkdən arzu edirəm ki, sizin yaylığınız olum və zanbaq boynunuza sarılım”), Mariya Antonovnanın qarşısında diz çökür, “məhəbbətini” ona bildirir. Bir az keçmədən qızın anasının ayaqlarına  düşüb  “Mən sizə aşiq olmuşam...”- deyir.



Peterburqdakı dostuna yazdığı məktub  Xlestakovun  iç üzünü bir daha tanıtdırır: “Əzizim Tryapiçkin, tələsirəm ki, mənim başıma nə qəribə işlər gəldiyini sənə xəbər verim...Peterburq görkəmimə və paltarıma görə bütün şəhər  məni  general - qubernatora oxşatdı. İndi  mən  bələdiyyə  rəisinin evində yaşayıram. Keyf çəkirəm, onun arvadı və qızı ilə mazaqlaşıram...İndi iş lap ayrı cürdür. Hamı mənə nə qədər istəsəm, borc verir...”. Xlestakov  obrazı  özü - özlüyündə puç  bir şey olsa da, bu obraz müəllifə  öz  ideyalarını  ifadə  etməkdə  əsas vasitədir. Anton  Antonoviç  Skvoznik-Dmuxanovski  şəhər  idarəsinin rəisidir. “Müfəttiş” komediyasında verilmiş  ən gülünc, ən zərərli tipdir. Qoqol, I Nikolay dövrü üsul - idarəsinin bütün çürüklüyünü, eybəcərliyini, çinovniklərin  azğınlıq, rüşvətxorluq, riyakarlıq və şəhər əhalisi ilə kobud rəftarını - bir sözlə, dövrün hakim təbəqələrinə  xas olan bütün murdar sifətləri bu obrazda heyranedici sənətkarlıq istedadı ilə ümumiləşdirə bilmişdir. Buna görə  də Anton Antonoviçin xarakteri, dünyagörüşü və davranışı üzərində xüsusi dayanmaq istəyirəm. Qoqol  qeyd edir ki, Anton Antonoviç  vəzifələrdə qocalmış rüşvətxordur. Siması  kobuddur  və üzünün cizgiləri  kəskindir. Bütün kobud ruhlu adamlar kimi o da qorxudan sevincə, alçaqlıqdan təkəbbür hissinə sürətlə keçir. Onun idarə etdiyi şəhərdə heç bir qayda - qanun, səliqə-səhman və təmizlik yoxdur. Xəstəxanada  xəstələrə  pis  baxılır. Onlar ac və çirkli saxlanılır. Məhkəmənin  qəbul  otağında, şikayətçilər yığılan yerdə xidmətçilərin  saxladıqları qaz  və qaz balaları  əl - ayağa  dolaşır. Poçt vasitəsilə  göndərilən məktublar  açlılıb  oxunur. Şəhərin  hər  yeri zibilli və kirlidir. Anton  Antonoviç  kobud, qaba, eyni zamanda  yaltaq  və alçaq adamdır. Bu cizgilər onun əsas sifətlərindəndir. O, özündən  kiçik  qüvvə hiss etdikdə  zalımlaşır, tabeçiliyində olanlarla çox kobud və qaba rəftar edir . Xlestakovu  müfəttiş hesab  etdikdə, ona yaltaqlanır, qarşısında əyilir, nökərinə xidmət  edir və rüşvət verir. Qızını Xlestakova  verib, “böyük bir adamla” qohum  olandan sonra  isə  şirin xəyallar  içində  Peterburqa köçməyə hazırlaşır. General  paqonlarını çiyninə vurmağa tələsən  Anton  Antonoviç, şikayətçilərlə  olduqca  pis  rəftar  edir və onlara tez - tez  ədəbsiz  söyüşlər söyür.

Şəhər hakimi  Anton  Antonoviçin rüşvətxorluğu, mədəniyyətsizliyi, kütbeyinliyi və  riyakarlığı göz önündədir. Yazıçı çox real və canlı yaratdığı  bu obraz  vasitəsilə I Nikolay dövründə uzaq əyalətlərdə “rəhbərlik” edən şəhər  çinovniklərinin  real  tipini yaratmışdır. Beləliklə, komediyada  digər çinovniklər - məhkəmə  sədri, məktəblər nəzarətçisi, xeyriyyə müəssisələri  rəisi, poçt  müdiri; şəhər  mülkədarları - Dobçinski, Bobçinski,  qadın  surətlərindən  Anna  Andreyevna   və onun qızı Mariya Antonovna  və  Osip  obrazı  xarakterizə  edilir. Bu obrazlar ayrı - ayrılıqda  təqdim  olunduqca, çar  Rusiyasını içəridən  yeyən  və onu ölümə  sürükləyən  necə  deyərlər, irinli  yaralar  üzə  çıxır. Beləliklə, biz Qoqolun  müasiri  olan  dövrün “xəstəlik tarixi”ni  oxuyuruq, Nikolay Rusiyasının  zülm  və  istibdad  dünyasına,  əsarət,  hərcmərclik, ədalətsizlik  və ictimai bərabərsizliyə  nifrət edirik.

“Müfəttiş” komediyası 1836-cı ilin aprel ayında Peterburqun Aleksandrinski Teatrında, həmin ilin mayında isə Moskvada, Kiçik Teatrda tamaşaya  qoyulandan sonra çox  böyük  hay-küyə səbəb oldu. Adi bir əyalət məmurundan  tutmuş çar Nikolayın özünə qədər bütün təhkimçi çar Rusiyası bu gülüşə hədəf olmuşdu. Deyilənə görə, əsərin tamaşalarından birində çar Nikolayın özü də iştirak etmiş və qəhqəhə çəkib gülmüşdür. Sonra isə etiraf etmişdir ki, burada hamının özünə görə payı vardır, mənim payıma düşən isə daha çoxdur.

O  zaman  Moskva  teatrında  Anton  Antonoviç rolunu rus səhnəsinin böyük sənətkarı  Mixail  Semyonoviç  Şepkin ifa edirmiş. Müasirlərinin yazdıqlarına  görə,  bir dəfə  Şepkin  bələdiyyə  rəisinin  son monoloqundan  “Nəyə gülürsünüz? Öz - özünüzə  gülürsünüz?!”- sözləri ilə səhnədəki  artistlərə  müraciət  etmək  əvəzinə, açıq şəkildə tamaşaçılara xitab etmişdir. Tamaşa salonunda oturanların isə yarısından çoxu böyük mülkədarlar  və çar çinovnikləri imiş.

“Əsərdə nə üçün heç  bir müsbət  obraz  yoxdur?” sualına da Qoqol aydın və  konkret cavab vermişdi: “Vardır! Bu, namuslu, alicənab şəxs -gülüşdür!” Rusiyada  gördüyü  bütün  çirkinliklərə  gülə-gülə  “atəş açan” Qoqol, gülüşü obraz  səviyyəsinə  qaldırmışdı. L.N.Tolstoy  həyat həqiqətini özünün  əsl  müsbət  qəhrəmanı  hesab  etdiyi kimi, Qoqol da sağlam və ürəkdən qopan  gülüşü, öldürücü  qəhqəhəni  özünün  müsbət  qəhrəmanı, “alicənab şəxs” adlandırırdı.

Nikolay Vasilyeviçin öz komediyasına epiqraf kimi seçdiyi məşhur  “Üzün əyridirsə, güzgünü nahaq  yerə sındırma” xalq məsəli də “Müfəttiş”in geniş və ümumiləşdirilmiş ictimai mənasını göstərirdi.



N. V. Qoqol öz yaradıcılığı ilə rus klassik realizminin həqiqi inkişafına təkan verirdi. Xalqa xidmət etmək məqsədilə  həyata atılmış və A. S. Puşkin tərəfindən tərbiyə edilmiş Qoqol, öz əsərlərində dövrünün çirkinliklərini  təsvir  etməyə  bilməzdi.  Qoqol mütləqiyyət Rusiyasının bütün zillətlərini çəkinmədən ifşa edən, hər addımda öz xalqının taleyinə acıyan, vətəni  ilə nəfəs alan, qəlbi ucsuz - bucaqsız Rusiyanın mütləqiyyətin qanlı pəncəsindən xilas olması arzusu ilə çırpınan vətənpərvər bir yazıçı idi.

  Qoqolun “Ölü canlar”ı dövrü üçün son dərəcə böyük əhəmiyyətə malik bir əsər idi. Bu əsər Gertsenin qeyd etdiyi kimi, çar  Rusiyasını möhkəm sarsıtdı. Yazıçının əsərdə ustalıqla təsvir etdiyi Manilov, Karoboçka, Nozdrev, Sabakeviç, Plyuşkin, Çinikov kimi mülkədar sürətlərinə biz ona qədər olan heç bir yazıçının əsərində təsadüf etmirik. “Ölü canlar”da Qoqol hakim siniflərin həyat və adətlərini “Müfəttiş”də olduğundan daha dərin və daha ətraflı bir şəkildə təsvir etmişdi.

Puşkin dostunun yaradıcılığından vəcdə gəlməkdə idi: “Ölü canlar”da  Qoqol qəti olaraq  malorus elementlərindən ayrıldı və sözün geniş mənasında rus milli yazarına çevrildi: oxucu onun bu əsərinin hər sözünü oxuyarkən deyə bilər ki: “Burada rus ruhu var, rus nəfəsi vardır”.

 “Mübaliğəsiz demək olar ki, “Ölü canlar” süstlüyə qapılmış müasir rus ədəbiyyatını canlandırdı”- deyə Belinski Puşkinin sözlərini təsdiq edirdi.  



Qoqolun yazdıqlarından: “İlk  mətbu əsərlərimdə nəzərə  çarpan şən əhval - ruhiyyənin əsas səbəbi  müəyyən mənəvi  ehtiyacımla  bağlı idi. Məndə özümə aydın olmayan kədərəqapılma halları görürdülər ki, bu da ola bilsin xəstə vəziyyətimdən irəli gəlirdi. Özümü əyləndirmək üçün bacardığım qədər gülməli  əhvalatlar  düşünüb uydururdum. Lakin Puşkin məni  məcbur  etdi ki, bu məsələyə  ciddi  baxım. O, çoxdan  idi  məni  böyük əsərlər yazmağa həvəsləndirirdi. Nəhayət, bir dəfə ona bir səhnə oxudum; bu, Puşkini indiyə qədər oxuduqlarımın  hamısından  çox  valeh etdi  və sonra  mənə dedi: “Necə ola bilər?.. Bu cür bacarığın ola, özün də böyük əsər yazmağa cəhd göstərməyəsən! Bu, günahdır!”. Sonra o, mənə Servantesi misal çəkdi: “Servantes bir sıra çox gözəl povestlər yazsa da, “Don Kixot”u qələmə almasaydı, yazıçılar arasında indi tutduğu yeri heç zaman tutmayacaqdı”. Bütün  bunlardan sonra Puşkin poema səpkisində bir şey yazmaq istədiyi və özünün dediyinə görə, məndən başqa heç kəsə verməyəcəyi bir süjeti mənə verdi. Bu, “Ölü canlar”ın süjeti idi. 

Qoqol özünün “Ölü canlar” əsəri haqqında məktublarından birində yazır ki, “Ölü canlar”ın ilk fəsillərini Puşkinə oxuyub bitirəndə o, qüssəli bir səslə dedi: “Pərvərdigara, bizim Rusiya nə qədər ürəkdarıxdırandır!” 

Qoqol İtaliyada  olduğu zaman “Ölü canlar” üzərində  gərgin işləməyə başlayır. Eyni  bir  fəsli yazıçı dönə - dönə təshih  edib dəyişdirir, yenidən köçürür, sonra  onu da kənara qoyub, yeni bir variant yaradır.



Üç  illik ayrılıqdan  sonra yazıçı Rusiyaya qayıdır. “Ölü canlar”ın ilk altı  fəslini  dostlarına  oxuyur. Romanın həyatiliyi və orijinal obrazları hamını  heyran  edir. Bu əsər üzərində işini davam  etdirməklə bərabər, Nikolay Vasilyeviç “Evlənmə” adlı yeni bir komediya üzərində də çalışır.

“Ölü canlar”ın çapdan çıxması mürtəce dairələrin “Müfəttiş”dən daha çox  hiddətlənməsinə  səbəb olur. Gertsenin qeyd etdiyi kimi, bu əsər bütün Rusiyanı  lərzəyə  salır. Çarizmin nökəri olan qaragüruhçu ədəbiyyatçılar yenidən  Qoqola hücuma keçirlər. Bunun əksinə olaraq, “Ölü canlar”ın çapdan  çıxması rus cəmiyyətinin qabaqcıl simaları üçün fərəhli hadisəyə çevrilir. Müəllifin  özü bu əsərinə müstəsna əhəmiyyət verirdi. O, burada bütün Rusiyanı bitkin şəkildə, geniş epik planda təsvir etmək, həmçinin onun gələcək inkişaf yolunu da işıqlandırmaq fikrində idi. Qoqol Jukovskiyə məktubunda yazırdı: “Əsərim böyük və genişdir, həm də tez yazılıb qurtarmayacaqdır. Hələ çox-çox  yeni təbəqələr  və cürbəcür  ağalar  mənim əleyhimə  üsyan  qaldıracaqlar. Lakin nə etməliyəm? Taleyin hökmü ilə mən öz həmvətənlərimlə düşmənçilik etməliyəm.



 Qoqolun yaratdığı əsərlər nəinki yazıçının təsvir etdiyi və artıq indi mövcud olmayan keçmiş rus gerçəkliyini  ifşa edirdi, hətta zəmanəmizdə  də dünyanın bütün müasir Manilovlarının, Xlestakovlarının, Bobçinsklərinin, Dobçinsklərinin və başqa obrazlarının xarakter və hərəkətlərində istismarçı cəmiyyətləri rüsvay etməkdədir.

Boş xəyallara qapılan, avara və  tənbəl  Manilov, kütbeyin, yırtıcı qolçomaq  Sobakeviç, yalançı, davakar və  kefcil Nozdryov, insan simasını itirmiş  xəsis və  murdar  Plyuşkin... Bunlar  kimi  mənəviyyatsız, yaramaz, ləyaqətsiz  və  məsləksiz  adamlar  milyonlarla  təhkimli  kəndlilərin  zalım, iyrənc  və  yırtıcı ağalarıdır. Yazıq  kəndlilər  öz dözülməz,  zülm dolu əməkləri  ilə onların  puç və tüfeyli  həyatlarını  təmin etməyə, onları necə deyərlər, “donuz kimi bəsləməyə” məcburdurlar.

“Ölü canlar”ın qəhrəmanı Çiçikov Rusiyanın bir çox şəhərini dolaşır və hiylə ilə zəngin olmağa başlayır. Qoqol bu mövzu ilə bağlı belə yazırdı: “Puşkin “Ölü canlar”ın mövzusunun mənə çox uyğun olduğunu düşündüyünü bildirib. Onun sözlərinə görə, bu, mənə Çiçikov ilə birlikdə bütün Rusiyanı gəzmək və bir çox insanı canlandırmaq fürsətini verəcək”. Qoqol bu əsərə ömrünün on yeddi ilini sərf etdi.  Bu hadisə fransızların russiyadan qovulmasından bir gədər sonra baş verib. Pavel İvanoviç Çiçikov (o nə qoca, nə də çox cavandır,nə dolu, nə də kli, arıqdır,görünüşü xoşdur) adlı orta təbəqə nümayəndəsi, NN adlı quberniya şəhərinə gələrək, mehmanxanada nökərdən mehmanxananın yiyəsi haqqında və gəlirləri haqqında, bölgələr və onların vəziyyəti, şəhər məmurları, varlı torpaq mülkiyyətçilər haqqında öyrənməyə çalışır. O həttda bölgələrdə yayılan xəstliklə də maraqlandı. Çiçikov ziyafət zamanı bir çox məmurları və mülkədarlrı özünə heyran edir. Ziyafətdən sonra Pavel İvanoviç Çiçikov, özünün usta fırıldaqçılığını həyata keçirərək əyalət zadəganlarını ziyarət edir. Bu, bizə "bütün izzəti ilə" "diri ölüləri" görmək imkanı verir.  Çiçikov mülkədarla görüşə gedərkən onun karetası xanımların əyləşdiyi kolyaska ilə toqquşur, atları bir-birindən ayırmaq olmur, yaxınlıqdakı kəndlilər hadisə yerinə tökülüşüb gəlirlər. Kolyaskada oturan xanımların içində yeniyetmə, olduqca gözəl bir qız var, Çiçikovun yerinə başqası olsaydı, hər şeyi unudar, qızın heyrətamiz gözəlliyi önündə donub qalardı. Çiçikov isə dərhal onun kim olmasıyla, atasının mülkədarmı, ya dövlət qulluğunda çalışan bir məmurmu olmasıyla maraqlanır. “Əgər bu qıza ikicə yüz min cehiz verilsə, o, çox yağlı bir tikə ola bilərdi”.

Çiçikovun ziyarət etdiyi ilk şəxs torpaq sahibi Manilovdur. Manilovun xoşagəlməz zövqü arxasında, fikir dayazlığı, hərəkətsizliyi, boş danışması, ailəyə və kəndlilərə qarşı saxta bir sevgi dayanır. Amma Manilov özünü savadlı, nəcib sayır. Qoqol mülkədarların mahiyyətini onları əhatə edən mühitin təsviri ilə ifadə edir. Manilovun evinin təsvir: illər əvvəl həyat yoldaşı cehiz gətirdiyi mebelin bir hissəsi hələ də ağ parça ilə örtülmüşdü, kabinetində masnın üstündə eyni səhifədə iki ildir açılan tozlu bir kitab və s. Manilovun boş xəyallara qapılan, avara və  tənbəl olduğunu aydın göstərir. Çiçikov Manilovdan asnlıqla ölü canları alır.

Çiçikovun ziyarət etdiyi ikinci mülkədar Nastasya Petrovna Koroboçka olur. Koroboçkanı satdığı malların qiymətindən başqa heç nə maraqlandırmırdı. Onun maraq dairəsində olmayan bir şey, onun üçün mövcud deyildir. Ölü canları satdıqdan sonra oları ucuz satığından qorxur.

Çiçikov növbəti mülkədar Sobakeviçin mülkiyyətinə gedəndə, yolda Nozdrev ilə qarşılaşır.  İlk baxışdan Nozdrev canlı və aktiv insan kimi görünür, amma əslində yalançı, davakar və  kefcildir.  Onun heyrətamiz enerjisi yalnız əyləncəli və mənasız işlərə yönəldilmişdir. Mülkədarlardan yalnız Nozdrev ölü canların alma səbəbini Çiçikovdan öyrənmək istəyir. Çiçikov ailə qurmaq istədiyini söylədi , yalnız nişanlısının atası 200 kəndlisi olmayan birinə qızını vermək istəmədiyini demişdir. Nozdrev Çiçkov söylədiyinə inanmır. O ölü canları satmayacağını deyir və qumar oynamağa təklif edir. Uduzduğu halda oları Çiçikova verəcəyini söyləyir. Oyun bitməmiş kapitan Nozdrevu ödənilməmiş qumar borclarına görə həbs edir.

 Çiçikov yolunda növbəti mülkədar Sobakeviçdir. Sobakeviç belə təsvir olunur: “Sanki onun bədənində heç ruh yox idi, varsa da lazımi yerində deyildi”. Onun haqqında görün nə yazır: “Elə adamlar var ki, onlar dünyada bir əşya kimi deyil, əşya üzərində olan xırdaca bir nöqtə, ya ləkə kimi yaşayırlar”. Bu mülkədar Çiçikovun niyyətini duyan kimi dərhal onunla razılaşır, ölüləri ona satmaqla özü bundan nəqədər qazanacağı haqda düşünür. Sobakeviç ölü canları haqqında deyir: „Siz niyə xəsislik edirsiniz? Mən doğrudan da baha deməmişəm! Ayrı bir dələduz sizi aldadar, sizə adam əvəzinə yaramaz bir şey satar; amma mənim satdığım adamların hamısı qoz ləpəsi kimi seçmədir: bəzisi əsnaf qismindən olmasa da lap sağlam mujikdir“. O, bütün personajlar arasında ən işgüzar və məsuliyyətli torpaq sahibi kimi görünür .

Çiçikovun ziyarət etdiyi axırıncı mülkədar Plyuşkindir. Mülkədarlar içində xəsisliyin bariz nümunəsi məhz Plyuşkindir. Qoqol yazır ki, Çiçikov onu bu geyimdə kilsə qarşısında görmüş olsaydı, yəqin ki, çıxarıb ona bir qara quruş verərdi. Amma o, dilənçi deyildi, mülkədar idi. Bu adamın əyin-başı kimi içi də çürümüşdü, arvadı və qızı ölmüş, bir qızı kiməsə qoşulub qaçmış, oğlu qumara qurşanmış Pluşkin hər cəhətdən səfalətin dibinə yuvarlanmış bir adamdır, amma mülkədardır, mindən çox kəndlisi var, təsərrüfatı gəlir gətirir, ona töycü verirlər.

Əsərin sonunda məmurlar bir araya yığılıb məşvərət edirdilər və güman edirdilər ki, Çiçikov adadan qaçmış Napoleondur. Nozdrevin fantastik yalanları Çiçikovun kimliyini açmaq əvəzinə işi daha da dolaşığa salırdı. Onu gah qəlp pul kəsən dələduz, gah casus, gah da qubernatorun qızını qaçırmaq istəyən hərif hesab edirdilər. Amma heç kəs Çiçikovun əslində kim olduğunu müəyyən edə bilmirdi. Qoqol əsərinə yaxşı qəhrəman seçməməyini belə izah edirdi: “çünki yaxşı adamı ata döndəriblər və elə bir yazıçı yoxdur ki, atılıb onun belinə minməsin. Daha bəsdir, vaxt çatıb, alçaq adamı da arabaya qoşmaq lazımdır”. Bu alçaq adam da Çiçikovdur. O Rusiyanın kəndlərini gəzərək, ona kəndlilərin "ölü canlarını" satacaq torpaq mülkiyyətçiləri tapmağa çalışır. Oxucu yalnız əsərin axırında onun hiyləgər planını öyrənir. Çiçikov ölü canları aldıqdan sonra layiqli kredit üçün banka girov qoymaq istəyirdi. 

Əsərin adının mahiyyəti "Ölü ruhlar" , Çiçikov tərəfindən satın alınan vəfat etmiş kəndlilərin ruhları deməkdir. Lakin daha çox dərəcədə ölü canlar əsərdə o dövrdə Rusiyaya xas olan yerli zadəganlardı.



"Ölü canlar" cəmiyyətin sosial mərtəbələrini, korrupsiyalaşmış idarəetmə aparatını, rüşvətxor məmurları, xudbin və axmaq mülkədarları, ictimai haqsızlıqları, mənəvi deqradasiyanı, ən əsası isə həqiqi mənada ölməyin nə olduğunu göstərən ideal ədəbi əsər olub, hər bir insanın təfəkküründə tamamilə

yaradıcılığını itirdiyini demək olar.

Puşkinin ölümündən sonra Qoqolun məşhurluğu daha da artıb. Bu maraq Qoqolda liderlik hissi yaradıb və özündə cəmiyyəti dəyişdirmək, insanlara yol göstərmək istəyi formalaşdırmışdı. Bu dövrdə yazıçının köhnə
Bu dövrdə Qoqolun dinə qarşı münasibəti daha da yüksəlib, əvvəllər tənqid etdiyi kilsəni artıq tərifləməyə başlayıb. Bu davranış pərəstişkarlarının reaksiyasını çəkib, ancaq o, bu reaksiyalara dini şərhlər verib, Tanrının könlünü almaq üçün ona daha da yaxınlaşmağa qərar verib.
1848-ci ildə müqəddəs torpaqları ziyarət etmək üçün Fələstinə gedib. Moskvaya geri dönən Qoqol orada Matvey Konstantinovski adlı rahibin təsiri ilə 1852-ci ildə “Ölü canlar” romanının ikinci hissəsinin əlyazmalarını yandıraraq məhv edib.
Bu hərəkətindən 10 gün sonra, 21 fevralda (bəzi mənbələrdə 4 mart) 43 yaşında Moskvada vəfat edib.
Yüklə 36,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin