Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə47/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   43   44   45   46   47   48   49   50   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
97
cavab verməyə cəhd göstərmişdir: 1. Azərbaycanlılar bir millət 
və ya etnik qrupdur? 2. Sadəliklə özünü millət adlandıran əhali-
nin bir hissəsi milli muxtariyyətdən faydalana bilərmi? Onlar 
müstəqil ölkə, dövlət yarada bilərmi? 3. Türklər millətdir ya üm-
mət? 4. İranlılar bir ümmət, bir millət, ya əhalidir? 
Müəllifin fikrincə, «azərbaycanlı» məfhumu etnik qrup 
əvəzinə millət adlandırılmışdır. Sonra Turəc Atabəki belə bir 
sual irəli sürür: əhalinin bir dəstəsi sadəliklə özünü millət adlan-
dırırsa, muxtarlıq hüququndan istifadə edə bilərmi və ya müs-
təqil bir ölkə təşkil edə bilərmi? Əgər cavab mənfi olsa, ayrıca 
bir millətin təşkili üçün hansı meyarlar lazımdır? 
Müəllif öz siyasi məqsədinə nail olmaq üçün azərbaycanlı-
ları millət deyil, etnik qrup, həm də eyni dindən olan əhalini 
millət və ümmət adlandırmışdır. Bundan başqa, müəllif millət 
ilə  rəiyyəti sinonim kimi hesab edir. Halbuki rəiyyət müxtəlif 
millətlərin tərkibindən ibarətdir. Müəllifin  əsas məqsədi  İranda 
müxtəlif millətlərin deyil, İran millətinin sakin olmasını iddia 
etməkdir. O yazır: «Rza şah dövründə İranda yeni dövlət və mil-
lət əmələ gəldi. Azərbaycanlılar da, etnik qrup kimi İranda sakin 
digər etnik qruplarla İran millətini təşkil etdilər».
1
 
Azərbaycan türklərinin tarixinin və dilinin saxtalaşdırıldığı 
son nəşrlərdən biri İranın ali ruhani rəhbəri Seyyid Əli Xamene-
yinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Velayətinin 
Azərbaycanın qədim tarixinə dair kitabıdır.
2
 Azərbaycanda  İs-
lamdan öncəki dövrün tarixini əhatə edən 176 səhifəlik kitabda 
“Azərbaycanın adı”, “Azərbaycan şəhərləri və bölgələrinin tari-
xi”, “Azəri dili”, “Azərilərin dini” və “Qədim Azərbaycanın iq-
tisadiyyatı” başlıqları altında bölmələr yer almışdır. Tehranın 
Əmir Kəbir nəşriyyatı tərəfindən nəşr edilən bu kitabın ana xət-
tini pan-İranist təbliğatları, yəni bugünkü Azərbaycan əhalisinin 
türk deyil, bəlkə türkdilli olması və qədim İran dillərindən olan 
                                                 
1
 Atabəyi T. Azərbaycan dər İrane moaser, s.22 
2
 Yenə orada. 


Eynulla Mədətli 
 
98
azəri  dilinin türk tayfalarının hücumu nəticəsində aradan get-
məsinin təlqin edilməsi təşkil edir. Müəllif ön sözündə bu kitabı 
yazmaqda  əsas məqsədinin  İran yurdunun  coğrafiya, tarix və 
mədəni xüsusiyyətlərini tanıtdırmaq hədəfi olduğunu vurğulayır: 
“Burada İran deyəndə, İranın mədəniyyət və tarixi həyatında bu 
ölkənin parçaları olan bütün ərazi qəsd edilir, yəni həm bu gün 
İranın siyasi coğrafiyasında yerləşən torpaqlar, həm də tarixin 
enişli-yoxuşlu dövrlərində İrandan ayrılan ərazi”.
1
 Qeyd edək ki, 
Ə. Ə. Velayəti İranın anti-türk mövqeyində dayanan siyasətçilə-
rindən biri kimi tanınır. 
Müasir  İranda  şah rejiminin milli siyasəti bəzi modifika-
siyalarla demək olar ki, davam etməkdədir. Azərbaycan türk di-
lini fars dilinin bir ləhcəsi saymaqda davam edən  İslam höku-
mətinin siyasi və ideoloji dairələri Azərbaycan dilinin inkişafına 
mümkün dərəcədə mane olmağa çalışır, bu dildə  təhsilə  və 
tədrisə imkan vermirlər. Radio, televiziya verilişlərinin, mətbuat 
orqanlarının Azərbaycan dilində olan materialları isə qəsdən elə 
təşkil edilir ki, bu dilin fars dilinin korlanmış bir qolu olması 
haqqında fikirləri təsdiq etsin. Doğrudan da həmin verilişləri iz-
ləyən, qəzet materiallarını oxuyan insan bu dilin əsil Azərbay-
can türk dili olduğuna  əsla inanmaz. Halbuki, İranın  Şimali 
Azərbaycana televiziya-radio kanalları ilə yayımlanan təbliğat 
verilişlərində kifayət qədər səlis azərbaycancadan istifadə olu-
nur.  İran tarixçilərinin Azərbaycan xalqının tarixi və dili ilə 
bağlı qeyri-elmi iddiaları istər  şah rejiminin, istərsə  də  İslam 
Respublikası hökumətinin rəsmi milli siyasəti ilə üst-üstə düşür.  
İran tarixçiləri Azərbaycan türklərinin özünəməxsus milli 
mədəniyyətini də inkar edərək, bu mədəniyyəti lokal mədəniy-
yət hesab edir, onu böyük İran mədəniyyətindən kənarda təsəv-
vür etmir. Əlbəttə, türk və İran xalqlarının uzun əsrlər boyu bir-
likdə yaşamaları onların mədəniyyətlərinin, ədəbiyyatlarının bir-
                                                 
1
 Velayəti Ə.Ə. Azərbaycan: dər dövran-e piş əz eslam. Tehran, Əmir Kəbir, 
1382, s. 5. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin