Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə43/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   39   40   41   42   43   44   45   46   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
89
Təbriz əhalisinin ümumi dilinin azəri dili olduğunu qeyd edir.
1
 
Rəhimzədə  Səfəvi də  Səfəvilərin hakimiyyətinin ortalarına qə-
dər azəri dilinin Azərbaycanda və Qafqazda (!) ümumi danışıq 
dili olduğunu iddia edir.
2
 Əslində onlar azəri dilinin müstəqil dil 
olduğunu da inkar edərək onun fars dilinin bir qolu olduğunu 
iddia edirlər. Həmin müəlliflər Səfəvilər dövlətində Azərbaycan 
türk dilinin dövlət dili olduğunu, İmadəddin Nəsiminin, Qasimi-
nin, Xətainin, Həbibinin, Füzulinin, Məsihinin və bir çox başqa-
larının bu dildə yaratdıqlarını görmək istəmirlər. Rəhimzadə Sə-
fəvi Azərbaycan türk dilinin həmin dövrdə geniş yayılmasını 
XVI əsrdə vəba xəstəliyinin geniş yayılması, eləcə də Osmanlı-
Səfəvi müharibələri nəticəsində Azərbaycanda və Qafqazda 
azəri dilində danışan tayfaların qırılıb məhv olması ilə izah edə-
rək göstərir ki, bundan sonra azəri dilində danışan tayfaların bir 
hissəsi  İranın mərkəzi hissələrinə köçüb getdiyindən bu dil 
sıradan çıxmış  və XVI əsrin sonlarından başlayaraq türkdilli 
əhali Azərbaycana axışıb gəlmişdir. Buna görə də I Şah Abbas 
dövründə Azərbaycanda və Qafqazda türk dili ümumi dilə çev-
rilmişdir.
3
 Göründüyü kimi, R.Səfəvi Güney Azərbaycan  əra-
zisində müxtəlif dövrlərdə mövcud olmuş tarixi-etnik amilləri 
çox bəsit  şəkildə izah edərək yanlış  nəticələr çıxarır. Kütləvi 
xəstəlik və müharibələr dilinə baxmayaraq, bütün insanlara ciddi 
fəlakətlər gətirirdi. I Şah Abbasın köçürmə siyasətindən ən çox 
zərərçəkən elə  məhz azərbaycanlılar olmuş, bir çox türk tay-
faları Azərbaycan ərazisindən İranın mərkəzi əyalətlərinə köçü-
rülmüşdü. O ki qaldı azəri dilinin aqibətinə, bu dilin daşıyıcıları 
olan İrandilli kiçik etnik qrup hələ də Xalxal vilayətindəki kənd-
lərin  əhalisinin dili olaraq qalmaqdadır. Azərbaycanın hər iki 
hissəsində indiyədək bir neçə İrandilli və Qafqazdilli kiçik xalq 
yaşayır ki, onlar öz dillərini indiyədək qoruyub saxlayırlar.  
                                                 
1
 Fəlsəfi N. Zəndəqanii-ye Şah Abbase əvvəl, II cild, Tehran, 1334, s.20. 
2
 Rəhimzadə S. Şərhi cəncha və tarix-e zendəgani-ye  Şah  İsmayıl  əvvəl, 
Tehran, 1341, s.48. 
3
 Rəhimzadə S. Şərhi cəngha və tarix-e zendəgani-ye Şah İsmayıl əvvəl, s.48-49 


Eynulla Mədətli 
 
90
İranda türk etnik birliyinin mövcudluğunun inkar edilməsi 
xətti İran şahının “Mənim vətənə xidmətim”, “Ağ inqilab”, “Bö-
yük sivilizasiyaya doğru” kitablarında özünü aydın biruzə verir-
di. O zaman hakim dairələrin idoloji və milli siyasətinin əsasını 
“vahid İran milləti” konsepsiyasının müddəaları təşkil edirdi.
1
 
M.Əfşar-Yəzdi açıq şəkildə yazır ki, İranın müstəqilliyi və 
milli birliyi üçün vahid milli dil lazımdır. Ona görə də bu barədə 
əlimizə nə düşürsə, onu hər necə olursa olsun, çap və təbliğ et-
məliyik.
2
 
Əslində paniranizm mövqeyindən çıxış edən bu müəlliflə-
rin məqsədləri aydındır: Azərbaycan xalqının keçmişini arilərə 
bağlamaqla, onun dilini və milli varlığını inkar etmək. Bu ba-
xımdan C.Fəqihin fikirləri diqqəti cəlb edir: “İranlılar bütün ta-
rix boyu həmişə və bütün hallarda vahid hakimiyyətə və vahid 
mədəniyyətə malik olmuşlar.  Əhəmənilər dövründə  qədim fars 
dili, Parfianlar və Sasanilər dövründə orta fars dili, ondan sonra 
isə indiki fars dili İranın bütün məntəqələrində ümumi, rəsmi və 
ədəbi dil kimi tanınmışdır”. Onun nəzərincə, Azərbaycanda dü-
nənədək danışıq dili fars dilinə yaxın olmuş, bu gün isə yalnız 
“əvam”(təhsilsiz, sadə qara camaat mənasında – E.M) adamlar 
və ailə üzvləri adi həyatlarında başqa bir ləhcədə danışırlar. Son-
da o, belə nəticəyə gəlir ki, azərbaycanlılar bütün sahələrdə guya 
İranın digər əyalətləri ilə coğrafi, tarixi, dini, siyasi, ədəbi, irqi 
və dil birliklərini qoruyub saxlamışlar.
3
  
Əlbəttə, İranda bu şovinist nəzəriyyəyə qarşı kəskin çıxış 
edənlər də var idi. Onlardan biri olan T.Pirhaşimi “Varlıq” jur-
nalında (№7-8) fars dilində “Azərbaycan dili və  İranın milli bir-
liyi” adlı məqalə ilə çıxış edərək Əhməd Kəsrəvinin, Nasih Nateqin 
                                                 
1
 Nəsibzadə N. İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri). “Ay-
Ulduz” nəşriyyatı, 1997, s.81-87. 
2
 Sənceş-e pişrəft və əməlkərd bərnameyi omraniye həftsalaye dovvome İran, 
Tehran, 1359, 168 s; Nəsibzadə N. Göstərilən əsəri, s.84 
3
 Fəqih C. Göstərilən əsəri, s.205 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin