Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə46/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   42   43   44   45   46   47   48   49   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
95
rincə, həmin kitabda «Şimali Azərbaycan» və «Cənubi Azərbay-
can» kimi coğrafi istilahlar işlətməklə siyasi məqsədlər güdül-
müş  və Araz çayının hər iki tərəfində yerləşmiş  İran Azərbay-
canı ilə indiki Azərbaycan Respublikası adlanan Azərbaycanın 
vahidliyini sübut etməyə çalışmışlar.
1
 
Turac Atabəyi də  sələfləri  Əhməd Kəsrəvi,  İnayətullah 
Rza və başqaları kimi türkdilli tayfaların yalnız XI əsrdə Azər-
baycan  ərazisinə daxil olduğunu iddia edərək yazır: «İki min 
çadırdan ibarət ilk oğuz dəstələri 1020-ci ildə Azərbaycana daxil 
olub Rəvvadi Vəhsudan tərəfindən qarşılandılar. 1044-cü ildə 
isə yenidən beş min türkman Diyarbəkir və Ermənistan yolu ilə 
Mesopotamiyadan Azərbaycana daxil olub Xoy şəhərini ələ ke-
çirdilər. Bu yeni gəlmələrin özləri ilə Azərbaycana gətirdikləri 
dil, cənub-qərbi oğuz türklərinin dilindən ibarət idi və Azərbay-
can türklər tərəfindən işğal olunmamışdan qabaq yerli əhalinin 
danışdığı azəri dilinin yerini tutdu və Azərbaycanda müsəllət bir 
dilə çevrildi.
2
 Müəllif, hətta XVI əsrdə belə türk dilinin Azər-
baycanda geniş yayılması  nəticəsində azəri dilindən nadir hal-
larda əsər və izlər qaldığını yazır.
3
 
Qulamrza Quşçi «Varlıq» dərgisinin 1994-cü il oktyabr-
dekabr tarixli sayında dərc etdirdiyi «Zəbane torki və tork zəba-
nene İran» («Türk dili və İran türkdilliləri») adlı məqaləsində ilk 
türkdillilərin Azərbaycana mühacirət etməsini miladdan qabaq 
VII əsrdə sakların Azərbaycana köçməsi ilə əlaqələndirir. Müəl-
lif yazır ki, Əhəmənilər dövləti təşkil olunandan iki yüz il öncə, 
eramızdan əvvəl VII əsrdə türkdillilər Azərbaycana gəlmişdirlər. 
Miladi IV-V əsrlərdə isə Hun türkləri Azərbaycandakı sak tay-
faları ilə birləşir. Bulqar, xəzər, ağacəri, sabir və digər türkdilli 
etnik dəstələr də Azərbaycanda  əski türklərə  əlavə olundular. 
Sağurilər 460-cı ildə  Xəzər dənizinin qərb sahillərində Sasani-
                                                 
1
 Atabəyi T. Azərbaycan dər İrane moaser, s.20 
2
 Atabəyi T. Azərbaycan dər İrane moaser, s. 22. 
3
 Atabəyi T. Azərbaycan dər İrane moaser, s. 22. 


Eynulla Mədətli 
 
96
lərlə döyüşdülər... Azərbaycanda münbit və yüksək məhsul ve-
rən torpaqların və yaşıllıqların mövcud olması  nəticəsində  qə-
dimlərdə Azərbaycanda sakin olmuş türkdilli tayfalara, həmin 
əraziyə mühacirət etmiş xeyli türkdilli tayfalar da qoşuldular. 
Bundan  əlavə  bəzi tədqiqatçılara görə  şumerlər də türkdilli ol-
muşlar və onların beş min il bundan öncə Orta Asiyadan (indiki 
Qərbi Türküstandan) İrana, xüsusilə Azərbaycana gəlmələri eh-
timalı  həqiqətə yaxındır.  Əksər tarixi sənədlərdə Azərbaycan 
türklərin ərazisi kimi göstərilmişdir. Azərbaycanın şimal və cə-
nubunda, Xəzərin qərbində türklərin böyük tayfası olan Xəzər 
türklərindən əlavə peçeneq, qıpçaq, oğuz və türkmənlər ilk türk-
dilli Qəznəvi dövlətinin təşkili ilə  İrana axışıb gəldilər. Azər-
baycandan əlavə Xəzərin şərq sahilləri və Xorasan da türkdillilə-
rin məskəninə çevrildi. Bir sözlə, Qəznəvilərin təşkil etdiyi ilk 
türkdilli dövlətdən Qacarlar dövrünə  qədər türkdillilər min il 
geniş İran ərazisində hökmranlıq etmişlər...
1
 
Cavad Heyət «Varlıq» dərgisinin 1993-cü il yanvar-mart 
tarixli sayında «Azərbaycanın türkləşməsi və Azəri türkcəsinin 
təşəkkülü» adlı məqaləsində Azərbaycan alimlərindən Ə.Dəmir-
çizadə, Tofiq Hacıyev, Nizami Xudiyev, Aydın Məmmədov, 
Mahmud İsmayılovun, Türkiyə alimi Osman Tunanın əsərlərinə 
istinadən belə bir nəticəyə  gəlmişdir ki, türklər Azərbaycanda, 
hətta miladdan öncə yaşamış, Azərbaycan xalqı III-VII əsrlərdə 
türkləşmiş  və VIII əsrdə Azərbaycan türk dili formalaşmışdır. 
Müəllifin yazdığına görə, hətta Şumer-türk sözlərinin qovşaq dil 
olması  nəticəsində  Şumer mədəniyyətinin təşəkkülündə türk 
etnosu bilavasitə və ya dolayı yol ilə iştirak etmişdir.
2
 
Turəc Atabəyi azərbaycanlıların bir millət olub, milli 
muxtariyyət hüququnu şübhə altına alaraq aşağıdakı suallara 
                                                 
1
 Quşçi Q. Zəban-e torki və tork zəbanane  İrani. «Varlıq» dərgisi, 1994, 
oktyabr-dekabr, № 94-3, s. 70. 
2
«Varlıq» dərgisi, 1993, yanvar-mart, № 87, s. 8-10; Doktor Cavad Heyət. 
Azəri türkcəsinin tarixinə bir baxış. «Varlıq» dərgisi, 1979, aprel, 1 sayı, s. 
20-21 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin