Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə54/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   50   51   52   53   54   55   56   57   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

II FƏSİL 
 
 CƏNUBİ AZƏRBAYCANDA 1905-1911- Cİ İLLƏR 
MİLLİ-DEMOKRATİK HƏRƏKATI İRAN 
TARİXÇİLƏRİNİN ƏSƏRLƏRİNDƏ 
 
Cənubi Azərbaycanda milli oyanış, demokratik və milli 
hərəkatın meydana gəlməsi və inkişafı, bu mütərəqqi prosesin 
genişlənərək bütün İrana yayılması keçən əsrin 20-ci illərindən 
etibarən  İran tarixçilərinin vaxtaşırı müraciət etdiyi bir mövzu 
olmuşdur. Həmin məsələlərin tədqiqi və dəyərləndirilməsi günü-
müzdə də davam etməkdədir. Güneydə demokratik hərəkatın ilk 
mərhələsini 1905-1911-ci illər Məşrutə hərəkatı təşkil edir.  
1905-1911-ci illərdə Qacarlar dövlətində baş vermiş inqi-
labi hadisələr öz tarixi əhəmiyyətinə görə XX əsrin əvvəllərində 
Yaxın və Orta Şərqdə  ən böyük antifeodal və antiimperialist 
xalq hərəkatı olub Asiyanın digər ölkələrinə  də inqilabi təsir 
göstərmişdir. (Məşrutə inqilabı haqqında  ətraflı bax
1
).  İnqilab 
konstitusiyanın – məşrutənin elan edilməsi və Asiya ölkələrində 
ilk və uzun müddət davam etmiş parlamentin – məclisin yaradıl-
masına gətirib çıxarmışdı. Məşrutə hərəkatı İranda patriarxal qu-
ruluşu laxlatmaqla yanaşı İranda xarici dövlətlərin ağalığına qar-
şı milli mübarizənin də genişlənməsinə səbəb olmuşdu. 
Buna görə də Məşrutə hərəkatı bütün dünya tarixçilərinin 
həmişə diqqət yetirdikləri tarixi problemlərindən biri olmuş  və 
olaraq qalmaqdadır.  İranda və  Cənubi Azərbaycanda Məşrutə 
hərəkatının tarixi İran tarixçilərinin də daim diqqət mərkəzində 
olmuşdur. Cənubi Azərbaycanda Məşrutə  hərəkatının gedişi 
                                                 
1
 Иванов М.С. Иранская революция 1905-1911 гг., М.: 1957; Mustafayev 
V. Cənubi Azərbaycan. Milli Şüur (20 ci əsrin birinci yarısında), Bakı, 1998. 
Алиев С.М. История Ирана. ХХ век, М.:, Ин-т Востоковедения РАН: 
Крафт+, 2004, с.57-71. (648 с.) 


 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
113
haqqında ilk əsər 1908-1909-cu illər Təbriz üsyanının iştirakçısı 
olmuş Məhəmməd Bağır Vicueyi tərəfindən yazılmışdır.
1
 Onun 
“Azərbaycan inqilabının və Təbriz üsyanını tarixi” əsərində hə-
min hadisələrin xronoloji təsviri verilmişdir.  
Göstərilən mövzunun ilk və bütün dövrlər üçün istiqamət-
verici tədqiqatçısı, İran tarixşünaslığının “xaç atası” (kursiv bi-
zimdir – E.M.) Seyid Əhməd Kəsrəvi Təbrizi olmuşdur.
2
 İran ta-
rixşünaslığında Məşrutə  hərəkatının tarixinin araşdırılmasında 
Ə.Kəsrəvinin geniş və çoxcəhətli diapozona malik olan tədqiqat-
ları mühüm yer tutur. Onun “İran məşrutə inqilabının tarixi” adlı 
3 cildlik əsərinin
3
 mühüm hissəsi Cənubi Azərbaycanda inqilabi 
hadisələrə həsr edilmişdir. Ə.Kəsrəvinin kitabında Azərbaycan-
da həmin dövrdə baş vermiş hadisələr haqqında çoxlu faktiki və 
sənədli materiallar vardır.  
Hər bir inqilabi hərəkatda olduğu kimi, Məşrutə hərəkatı-
nın da hərəkətverici qüvvələri haqqında məsələ mühüm əhəmiy-
yət kəsb edən mövzudur. Buna görə təsadüfi deyildir ki, Ə.Kəs-
rəvi də əsərində birinci növbədə bu məsələyə diqqət yetirmişdir. 
O, inqilabın birinci mərhələsindən danışarkən  əsərinin “Giriş” 
hissəsində göstərir ki, əvvəlcə inqilaba xalqın bütün nümayəndə-
ləri – tacirlər, ruhanilər, sənətkarlar,  şəhər və  kənd yoxsulları 
qoşulmuşdular. Lakin bu təbəqələrin mənafeləri uyğun gəlmədi-
yindən hansı  mərhələdəsə onlar ayrılmalı idilər.
4
 Ə.Kəsrəvi ru-
hanilərin inqilabda roluna qiymət verərkən göstərir ki, əvvəlcə 
nüfuzlu ruhanilərin bir hissəsi xalq arasında şəriətin və şiə idea-
                                                 
1
Vicueyi M.B.Tarix-e enğelab-e Azərbaycan və bəlvaye Təbriz, Təbriz, 1908.  
2
Kəsrəvi  Ə. Tarix-e hicdəh sale-ye Azərbaycan ya sərneveşt-e qordan və 
delİran. celd-e əvvəl və celd-e dovvom, Tehran, Əmir Kəbir, çap-e nohom 
2537; Kəsrəvi Ə. Tarix-e məşrute-ye İran. celd-e əvvəl və celd-e dovvom, 
çape çahardəhom, Tehran, Əmir Kəbir 2537; Kəsrəvi  Ə. Qiyam-e Şeyx 
Məhəmməd Xiyabani. Məhəmmədəli Humayun Katuzianın redaktəsi və 
müqəddiməsi ilə, Tehran, Nəşr-e Mərkəz, 1376. 
3
 Kəsrəvi Ə. Təbrizi. Tarix-e məşruteye İran, 3 ciliddə,Tehran, 1940-1944 
4
 Kəsrəvi Ə. Tarix-e məşruteye İran, s. 245. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin