Az ərbaycan



Yüklə 388,98 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix06.09.2017
ölçüsü388,98 Kb.
#29060
  1   2   3   4

AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

QISA İCMAL 

Konstitusiyaya 

əsasən Azərbaycan prezident üsuli-idarəsi olan respublikadır. Qanunvericilik 

s

əlahiyyəti Milli Məclisə (Parlament) məxsusdur. Faktiki olaraq prezident hökumətin icraedici, 



qanunvericilik v

ə məhkəmə qanadları üzərində üstünlük təşkil etmişdir. 2010-cu ilin noyabr 

ayında Milli Məclisə keçirilmiş seçkilər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 

(AT


ƏT) demokratik seçkilərlə əlaqədar müəyyən etdiyi bir sıra əsas standartlara cavab 

verm


əmişdir. 50-dən çox siyasi partiyanın olmasına baxmayaraq prezidentin rəhbərlik etdiyi 

Yeni Az


ərbaycan Partiyası siyasi sistemdə üstünlük təşkil etmişdir. Ermənistanın dəstəyi ilə 

etnik erm

əni separatçıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi 

rayonu üz

ərində nəzarəti davam etdirmişdir. Bu ərazilərdə baş verənlər üzərində hökumətin hər 

hansı nəzarəti olmamışdır. Təhlükəsizlik qüvvələri mülki hakimiyyət orqanlarına hesabat 

vermişdir.      

İl ərzində insan haqları sahəsində baş vermiş ən mühüm problem ifadə, toplaşma və birləşmə 

azadlıqlarının məhdudlaşdırılması olmuşdur. Məsələn, il boyunca, xüsusən də yaz fəslində 

demokratik islahatların keçirilməsini və hökumətin istefasını tələb edən bir sıra siyasi etiraz 

aksiyaları zor tətbiq edilərək dağıdılmış və bu cür aksiyalarda iştirak etdiyinə görə 15 nəfər 

etirazçı 18 aydan üç il müddətinə qədər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İl 

ərzində Bakı şəhərində etiraz aksiyalarının keçirilməsi barədə edilmiş müraciətlərə dəfələrlə rədd 

cavabı verilmişdir. İnsan haqları sahəsində ikinci əhəmiyyətli problem ədalət məhkəməsinin 

t

əmin olunması ilə bağlı olmuşdur, belə ki, bu müddət ərzində icraedici qanadın məhkəmə 



üz

ərində güclü təsiri, ədalətli məhkəmənin təmin edilməməsi, siyasi motivlərə əsaslanan həbslər

müst

əqil vəkillərə qarşı görülən tədbirlərlə bağlı məlumatlar verilmiş, eləcə də polis və ya hərbi 



t

əcridxanalarda işgəncə və səlahiyyətdən sui-istifadə halları nəticəsində ən azı doqquz nəfər 

h

əyatını itirmişdir. Üçüncü əsas problemli sahə vətəndaşların əmlak hüquqlarının pozulması, o 



cüml

ədən şəxsi mülkiyyətin məcburi özgəninkiləşdirilməsi hüququ əsasında vətəndaşların 

yaşadıqları yerlərdən zorla çıxarılması, evlərinin uçurulması və qeyri-adekvat təzminatların 

verilm


əsi olmuşdur.  

İl ərzində insan haqları sahəsində baş vermiş digər problemlərə ümumilikdə həbsxana şəraitinin 

ağır və bəzi hallarda bu şəraitin insan həyatı üçün təhlükəli olması daxil olmuşdur. Xüsusilə də 

hökum


ət tərəfindən siyasi opponent hesab edilən fərdlərin əsassız həbsi, saxlanılması və istintaq 

t

əcridxanasında uzun müddət həbsdə saxlanılması halları davam etmişdir. Hökumət şəxsləri 



siyasi s

əbəblərə görə həbs etməyə davam etmişdir, baxmayaraq ki, il ərzində bu şəxslərdən 

b

əziləri hakimiyyət orqanları tərəfindən azad edilmişlər. Hökumət qeydiyyatdan keçməmiş bəzi 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

Müs


əlman və Xristian qruplarının dini azadlıqlarının məhdudlaşdırılmasını davam etdirmişdir. 

M

əhkəmə və hüquq mühafizə orqanları da daxil olmaqla geniş yayılmış korrupsiya mövcud 



olmuşdur. Qadınlara qarşı zorakılıq halları haqqında da məlumatlar verilmişdir. İnsan alveri bir 

problem kimi mövcudluğunu saxlamışdır.  

İnsan haqlarının pozulmasına yol vermiş əksər rəsmi şəxslərin məhkəməyə cəlb edilməsi və ya 

c

əzalandırılması üçün hökumət addım atmamışdır. Cəzasızlıq bir problem olaraq qalmışdır. 



  

Bölm

ə 1. Şəxsiyyətin toxunulmazlığına hörmət, o cümlədən:  

a. H

əyatdan əsassız və ya qeyri-qanuni məhrumetmə  

İl ərzində hökumət və ya onun nümayəndələri tərəfindən hər hansı əsassız və ya qeyri-qanuni 

q

ətlin törədilməsi barədə məlumat verilməmişdir. Buna baxmayaraq insan haqlarının 



monitorinqini h

əyata keçirənlər tərəfindən verilən məlumata əsasən polis və ya hərbi 

t

əcridxanalarda ən azı doqquz nəfər həyatını itirmişdir.   



M

əsələn, 13 yanvar tarixdə Elvin Əsgərov Bakı şəhər Nizami Rayon Polis idarəsinin 

t

əcridxanasında vəfat etmişdir. Polisin verdiyi məlumata əsasən Əsgərov polisdən qaçarkən bir 



neç

ə dəfə yıxılıb aldığı zədələrdən keçinmişdir. Yerli qeyri-hökumət təşkilatları (QHT-lər) və 

Avropada T

əhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndələri zədələrin məhkəmə 

tibbi-ekspertiza t

ərəfindən çəkilmiş fotoşəkillərinə əsaslanaraq bu iddianın daha az inandırıcı 

olduğunu bildirmişlər. Əsgərovun ailəsi özlərinin şübhələrini irəli sürdükdən sonra, ailənin vəkili 

Xalid Bağırov polisə qarşı böhtan atdığına görə hökumətin təsiri altında olan Vəkillər 

K

ollegiyasından uzaqlaşdırılmışdır.     



28 avqust tarixd

ə Turac Zeynalov Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik 

Nazirliyinin t

əcridxanasında vəfat etmişdir. Əvvəlcə nazirlik iddia etmişdir ki, ölüm halı dəri 

x

ərçəngi ilə əlaqədar olmuşdur və onun sinəsində, arxa nahiyəsində və qarnındakı yanıqlar və 



z

ədələr aldığı şüa terapiyası nəticəsində yaranmışdır. Bu fikirlər QHT-lər tərəfindən şübhə altına 

alınmışdır. Zeynalovun yas mərasimində nümayiş edilmiş və 6 dekabr tarixdə internet vasitəsilə 

yayılmış video yazıda onun üzərində zorakılıq əlamətlərinin olduğu görünmüşdür.   

Erm

ənistanın dəstəyi ilə etnik erməni separatçıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 



onun 

ətrafındakı yeddi rayonu üzərində nəzarəti davam etdirmişdir. İl ərzində Dağlıq Qarabağ 

münaqişəsi nəticəsində hər iki tərəfi ayıran hərbiləşdirilmiş təmas xətti boyunca atışmalar davam 

etmişdir və hər iki tərəfdən çoxsaylı insan tələfatına səbəb olmuşdur. Təmas xəttində mülki 

şəxslər arasında baş vermiş tələfatlarla bağlı rəqəmlər təqdim edilməmişdir.      


AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

Orduda pis r

əftar halları geniş yayılmış və bəzən ölümlə nəticələnmişdir. Yerli insan haqlarının 

müdafi


əsi təşkilatlarının verdikləri məlumata əsasən il ərzində orduda ən azı 97 ölüm halı baş 

vermişdir, bunlardan 83-ü qeyri-döyüş ölüm hadisəsi olmuşdur, o cümlədən 17 əsgər öz hərbçi 

yoldaşları tərəfindən qətlə yetirilmişdir, 12 nəfər intihar etmişdir və doqquz nəfər isə naməlum 

şəraitdə həyatını itirmişdir.   



 

b. 

İtkin düşmə 

İl ərzində siyasi motivlər səbəbindən hər hansı itkin düşmə halı barədə məlumat verilməmişdir. 

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının verdiyi 

m

əlumata əsasən Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4046 nəfər Azərbaycan vətəndaşı itkin 



düşmüş şəxslər siyahısına daxil edilmişdir. Komitənin verdiyi digər məlumata əsasən üç nəfər 

Erm


ənistan hərbçisi və bir nəfər mülki şəxs Azərbaycan ərazisini tərk etmişdir. BMT-in 

Qaçqınların İşi üzrə Ali Komissarlığının (UNHCR) yerli nümayəndəliyi qeyd olunan üç nəfər 

h

ərbçini üçüncü ölkəyə yola salmışdır və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) isə mülki 



şəxsin Ermənistana qayıtmasını təmin etmişdir. Dövlət Komitəsi eyni zamanda BQXK-in 

vasit


əçiliyi altında bir nəfər Azərbaycan əsgərinin geri qaytarıldığı haqqında məlumat vermişdir.    

BQXK Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin işinin araşdırılmasını 

davam etdirmişdir və hökumətlə birlikdə itkin düşmüş şəxslərin vahid siyahısının hazırlanması 

üz

ərində çalışmışdır. İlin sonunda qohumları tərəfindən BQXK-yə axtarış üçün edilmiş 



müraci

ətlərə əsasən Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4603 nəfərin taleyi naməlum olaraq 

qalmışdır və BQXK-in Azərbaycandakı nümayəndəliyi Dağlıq Qarabağ da daxil olmaqla 4193 

halı nəzərdən keçirmişdir.     

BQXK h

ərbi və mülki əsirlərə xüsusi diqqət yetirməyə davam etmişdir və il ərzində onların 



beyn

əlxalq humanitar hüquq əsasında müdafiə olunmalarını təmin etmək məqsədilə hər ay onlara 

baş çəkmişdir. BQXK hərbi və mülki əsirlər və onların ailələri arasında Qırmızı Xaç vasitəsilə 

münt


əzəm məlumat mübadiləsini təmin etmişdir və onlara əlaqəni bərpa etməyə və bir-

birl


ərindən xəbər tutmağa yardım göstərmişdir. Hökumətin verdiyi məlumata əsasən BQXK bir 

n

əfər hərbi əsirin və bir nəfər mülki əsirin vətənə qaytarılmasına kömək etmişdir.    



c. 

İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan davranış yaxud cəza  

Konstitusiya v

ə cinayət məcəlləsi bu cür əməlləri qadağan edir və 10 ilədək azadlıqdan 

m

əhrumetmə cəzasını nəzərdə tutur. Buna baxmayaraq etibarlı mənbələrin verdikləri məlumata 



əsasən təhlükəsizlik qüvvələri saxlanılan şəxsləri etirafa vadar etmək məqsədilə döymüş, 

nümayişçiləri və jurnalistləri təhqir etmiş və hərbiçilər öz tabeçiliyində olanlara qarşı fiziki 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

t

əzyiq göstərmişlər. Məlumatlara əsasən bu cür pis rəftar hallarının əksəriyyəti saxlanılan şəxslər 



polis m

əntəqələrində olduqları müddətdə baş vermişdir və bir çox saxlanılanların bildirdiyinə 

əsasən onlara qarşı edilən təzyiqlər istintaq təcridxanalarına aparıldıqdan sonra dayandırılmışdır.     

Yerli 


insan haqları müşahidəçilərinin verdikləri məlumata əsasən təhlükəsizlik qüvvələri il 

ərzində təcridxanada olan 136 nəfərə işgəncə vermiş və ya pis rəftar etmişdir, 2010-cu illə 

müqayis

ədə bu rəqəm 169 nəfər təşkil etmişdir; ən azı doqquz nəfər şəxs təcridxanada həyatını 



itirmişdir (bax bölmə 1.a.). Cəzasızlıq problem olaraq qalmışdır. Verilən məlumatlara əsasən pis 

r

əftar olunduqlarını iddia edən saxlanılanların müstəqil məhkəmə tibbi ekspertizasına cəlb 



olunmasına qarşı dövlət orqanları de-fakto qadağa qoymuşdur və onların vəkillə təmin 

olunmalarını yubatmışdır.    

Demokratiya f

əalı Bəxtiyar Hacıyev 24 yanvar tarixdə hərbi xidmət keçməkdən boyun 

qaçırmaqda ittiham edilərək həbs olunmuşdur və verilən məlumata əsasən 4 mart tarixdə 

zaminliy


ə buraxılması müraciəti rədd edildikdən dərhal sonra o döyülmüş və zorlanma ilə 

h

ədələnmişdir (bax bölmə. 1.e.). “Human Rights Watch” (HRW) təşkilatının verdiyi məlumata 



əsasən Hacıyevin vəkili Elçin Namazov müdafiə etdiyi şəxslə 5 mart tarixdə keçirdiyi görüş 

zamanı onun boynunda açıq yara, göz nahiyəsində qançırlar və burnunda hematomanın  

olduğunu müşahidə etmişdir. Verilən məlumata əsasən Namazov bunun araşdırılması barədə Baş 

Prokurorluğa müraciət etmişdir və qeyd etmişdir ki, Hacıyevin vəziyyəti ilə bağlı tibbi hesabat 

saxlama m

ərkəzinin həkimi tərəfindən hazırlanmışdır. Ombudsmanın nümayəndələri 7 mart 

tarixd

ə Hacıyevə baş çəkmişlər və onun boyun nahiyəsində bir düym ölçüsündə sıyrıntı olduğu 



bar

ədə məlumat vermişlər. Ombudsman Aparatı zorakılıq halının araşdırılması barədə baş 

prokurora müraci

ət etmişdir. 18 mart tarixdə Baş Prokurorluqdan verilən cavaba əsasən hər hansı 

zorakılıq halının baş verdiyi təsdiqlənməmişdir və Prokurorluq bunu 5 dekabr tarixdə Ali 

M

əhkəmədə keçirilmiş dinləmədə də təkrarən qeyd etmişdir.   



Yerli müşahidəçilər il ərzində hərbi hissələrdə hədələmə və pis rəftar, o cümlədən fiziki və cinsi 

zorakılıq  hallarının geniş yayılması barədə məlumatlar vermişlər. Onlayn rejimdə fəaliyyət 

göst

ərən mənbələrin verdiyi məlumata əsəsən bir insident zamanı əsgər Zakir Quliyev 20 fevral 



tarixd

ə atəş açaraq altı nəfər yoldaşını qətlə yetirmiş və bundan sonra isə intihar etmişdir, bunun 

baş verməsinə səbəb əsgər yoldaşı Nurlan Suanverdiyevin ona qarşı olan pis rəftarı olmuşdur. 

M

ənbələrin istinad etdikləri prokurorun verdiyi bəyanata əsasən Quliyevin xidmət etdiyi hərbi 



hiss

ənin doqquz nəfər zabiti həbs edilmiş və barələrində Gəncə şəhər məhkəməsində ayrı-ayrı 

hallar üzr

ə zorakılıq və pis rəftar ittihamları ilə araşdırma aparılmışdır. Hərbi hissənin komandiri 

tutduğu vəzifəsindən kənarlaşdırılmışdır. Dövlət orqanları Suanverdiyevi rüşvət almaqda, digər 


AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

əsgərlərə qarşı zor tətbiq etməkdə və səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham etmişlər. 

İlin sonunda onun işi üzrə araşdırma hələ də davam etmişdir. İnsident nəticəsində qətlə yetirilmiş 

əsgərlərin valideynləri yazılı formada prezidentə müraciət edərək istintaqın ədalətsiz və qeyri-

şəffaf keçirilməsindən şikayət etmişlər. 

      


H

əbsxana və müvəqqəti saxlama təcridxanalarının şəraiti 

H

əbsxana şəraiti ağır olaraq qalmışdır və infrastrukturun təkmilləşdirilməsinin davam 



etdirilm

əsinə baxmayaraq bəzi həbsxanalardakı şərait həyat üçün təhlükəli olmuşdur. Çox sayda 

m

əhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin 



olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yoluxucu xəstəliklərin 

yayılması probleminə səbəb olmuşdur.  

H

əbsxanalarda olan məhbusların sayı təxminən 20 000 nəfər təşkil etmişdir. Bunlardan 13,5 faizi 



istintaq t

əcridxanalarında olmuşlar, 2,1 faizi isə qadınlardan ibarət olmuşdur. Həbsxana 

sistemind

ə zorlama halları barədə məlumatlar çox az hallarda verilmişdir.  

BQXK-ya 

əsasən hökumət yeni müəssisələr inşa etdirməklə və mövcud təcridxanaların 

müasirl

əşdirilməsini həyata keçirməklə təcridxanaların şəraitinin yaxşılaşdırılması istiqamətində 



mühüm addımlar atmışdır. İl ərzində Ədliyyə Nazirliyi BQXK tərəfindən başlanılmış 

t

əcridxanalarda vərəm xəstəliyinə qarşı mübarizə kampaniyasının həyata keçirilməsini öz üzərinə 



götürmüşdür və mütəxəssislər tərəfindən bu proqram regionda nümunəvi fəaliyyət kimi nəzərdən 

keçirilmişdir.  

İnfrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq əksər 

h

əbsxanalar Sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab 



verm

əmişlər. Dövlət orqanları məhbusların fiziki hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə 

üzvl

əri ilə görüşlərə məhdudiyyətlər qoymuşdur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak 



etm

ələri üçün çox az sayda imkanlar olmuşdur. Keçmiş məhbusların bildirdiyinə əsəsən 

göz

ətçilər məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırmışlar. Yerli və 



beyn

əlxalq müşahidəçilər Qobustan qapalı həbsxanasındakı şəraitin pis olması barədə 

m

əlumatları təqdim etməyə davam etmişlər.   



Ədliyyə Nazirliyinin verdiyi məlumata əsasən il ərzində 113 nəfər həbsdə olarkən həyatını 

itirmişdir və bu rəqəm 2010-cu ildə qeydə alınmış ölüm hallarından 106 nəfər çoxdur. Nazirliyin 

m

əlumatına əsasən 746 məhbus vərəm xəstəliyindən müalicə olunmuşdur, 2010-cu ildə bu 



göst

ərici 497 nəfər təşkil etmişdir. Həbsxana müəssisələrində baş verən ölüm hallarının 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

əksəriyyəti vərəm xəstəliyi ilə bağlı olmuşdur, lakin Ədliyyə Nazirliyinin məlumatına əsasən bu 

x

əstəlik səbəbindən baş verən ölüm halları azalmış və 24 nəfər təşkil etmişdir. Hökumətin 



verdiyi m

əlumata əsasən məhbuslar və saxlanılanlar arasında baş verən ölüm hallarının digər 

əsas səbəbləri xərçəng (13), QİÇS (6) və intihar (10) olmuşdur.    

Daxili İşlər Nazirliyi istintaq təcridxanasında baş vermiş iki intihar halı barədə məlumat 

vermişdir. Bu ölüm halları ilə əlaqədar dövlət orqanları üç zabiti, o cümlədən bir təcridxana 

əssisəsinin rəisini işindən azad etmiş və digər təcridxana müəssisəsinin rəisinə işində yol 



verdiyi s

əhlənkarlığa görə töhmət vermişdir.      

İstintaq təcridxanalarında kişilər və qadınlar bir yerdə saxlanılmışlar, lakin buna baxmayaraq 

hökm oxunduqdan sonra bütün qadınlar ayrıca həbsxanaya yerləşdirilmişlər. Yerli QHT 

müşahidəçilərinin verdikləri məlumata əsasən qadın məhbuslar kişi məhbuslara nisbətən daha 

yaxşı şəraitdə yaşamışlar, müşahidəçilər onlara daha tez-tez baş çəkmişlər və onların təlim və 

dig

ər fəaliyyətlərlə məşğul olmaq imkanları daha çox olmuşdur.     



Yetkinlik yaşına çatmayanların onlar üçün ayrılmış xüsusi müəssisələrdə saxlanılması nəzərdə 

tutulsa da, beyn

əlxalq müşahidəçilərin verdikləri məlumata əsasən bəzi uşaqlar böyüklərlə bir 

yerd


ə saxlanılmışlar. Məhbusların ailə üzvləri ilə görüşmək imkanları olmuşdur və onlara dini 

ayinl


ərə əməl etməyə icazə verilmişdir. Əksər məhbuslar məhkəmə orqanlarına və ombudsman 

aparatına hər hansı senzura olmadan şikayət müraciəti edə bildiklərini desələr də, yerli QHT-

l

ərin məlumatına əsasən ciddi rejimli həbsxanalarda olan məhbusların bəziləri məhkəmə 



orqanlarına şikayət etməkdə çətinlik çəkmişlər. Həbsxana rəhbərliyi müntəzəm olaraq 

m

əhbusların yazışmalarını oxumuşdur. Həbsxana uçot sistemi lazımi səviyyədə təşkil edilmişdir. 



İnsan hüquqları üzrə yerli ombudsman və Naxçıvan Muxtar Respublikasının ombudsmanı 

m

əhbuslar da daxil olmaqla müxtəlif insan haqlarının pozulması barədə şikayətlər qəbul etmişlər.    



Daxili İşlər Nazirliyinin 26 yanvar tarixdə açıqladığı məlumata əsasən nazirlik təcridxana 

əssisələrinin təmiri üçün 236 000 manat (295 000 ABŞ dolları) vəsait ayırmışdır. Nazirliyin 



verdiyi m

əlumata əsasən il ərzində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Bakı şəhərinin 

N

əsimi və Sabunçu rayonlarının polis idarələri, eləcə də Abşeron, Samux, Hacıqabul, Tovuz və 



Quba rayonlarının polis idarələri üçün yeni istintaq təcridxanaları inşa olunmuşdur. Nazirlik 

Bil


əcəri Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı şəhərinin Xətai, Binəqədi və Yasamal 

rayonlarının, eləcə də Ağdaş, Ağsu, Goranboy, Xocalı, Ucar, Biləsuvar, Bərdə, Qax, Qazax, 

Qobustan, Zaqatala, İmişli, Yevlax, Xızı, Cəlilabad, Şirvan, Saatlı, Qəbələ və Beyləqan 

rayonlarının istintaq təcridxanalarını təmir etdirmişdir. İlin sonunda Bakı şəhərinin Nəsimi 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

Rayon Polis İdarəsində, eləcə də Sumqayıt və Lənkəran polis idarələrində təmir-bərpa işləri 

davam etmişdir.     

Ədliyyə Nazirliyinin verdiyi məlumata əsasən il ərzində nazirlik 4, 8, 9, 12, 13, 14, 16 və 17 

saylı cəzaçəkmə müəssisələrini təmir etdirmişdir. Nazirliyin verdiyi digər məlumata əsasən 2, 5 

v

ə 16 saylı cəzaçəkmə müəssisələrində müalicə məntəqələri, xəstələrə qulluq məntəqələri 



yaradılmış və istilik sistemi çəkilmişdir. Eyni zamanda Bakı şəhər istintaq təcridxanasında 

doqquz blokdan beşinin inşasının yekunlaşdığı barədə məlumat verilmişdir. Nazirlik Şəki 

şəhərində qarışıq rejimli pentensiar müəssisənin inşasına başlamışdır.   

Hökum


ət beynəlxalq və yerli humanitar və insan haqlarının müdafiəsi qruplarının, o cümlədən 

BQXK, 


Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsinin (AŞİQAK), 

AT

ƏT, Avropa İttifaqının (üzv ölkələrin bəzilərinin nümayəndəliklərinin müşayiəti ilə) və 



İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin bəzi həbsxanalara səfərlər etməsinə icazə vermişdir. 

2009-cu ild

ən bəri Ədliyyə Nazirliyi İşgəncələrə Qarşı Azərbaycan Komitəsindən nazirliyin 

tabeçiliyind

ə olan müəssisələrə səfər etməzdən öncə bildiriş əldə etməyi tələb etmişdir, lakin 

Daxili İşlər Nazirliyi öz tabeçiliyində olan istintaq təcridxanalarına komitə üzvlərinin dərhal 

s

əfər etməsinə icazə verməyə davam etmişdir. BQXK-in Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 



saxlanılmış hərbi və mülki əsirlər, eləcə də Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli 

T

əhlükəsizlik Nazirliyinin tabeçiliyində olan müəssisələrdə saxlanılan şəxslərlə heç bir maneə 



olmadan görüşmək imkanı olmuşdur.        

İctimai Komitə kimi tanınan, hökumət və insan haqlarının müdafiəsi qruplarının birgə təmsil 

olunduqları həbsxanaların monitorinqi qrupu həbsxanalara səfər etmək imkanı əldə etmişdir, 

lakin bu, Pentensiar Xidm

ətə əvvəlcədən məlumat verməklə mümkün olmuşdur. Bununla belə, il 

ərzində verilən məlumatlara əsasən bəzi hallarda qrup üzvləri hətta əvvəlcədən məlumat versələr 

d

ə həbsxanalara səfər etməkdə çətinlik çəkmişlər. Bütün bunlara baxmayaraq Komitə 22 



monitorinq s

əfərini həyata keçirmiş və 369 məhbusa məsləhətlər vermişdir.    

 

d. 

Əsassız həbs yaxud saxlama 

Əsassız həbs və ya saxlama qanunla qadağan olunsa da, təcrübədə hökumət ümumilikdə bu 

qadağalara əməl etməmiş və cəzasızlıq problem olaraq qalmışdır.   

 

Polis v



ə təhlükəsizlik orqanlarının rolu 

AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri daxili təhlükəsizliyin təmin olunmasına 

cavabdehdirl

ər və birbaşa Prezidentə tabedirlər. Daxili İşlər Nazirliyi yerli polis qüvvələrinə 

n

əzarət edir və yerli mülki müdafiə qoşunları nazirliyin tabeçiliyindədir. Milli Təhlükəsizlik 



Nazirliyinin özünün ayrıca daxili təhlükəsizlik qüvvələri vardır.   

AT

ƏT-in Bakıdakı missiyasının verdiyi məlumata əsasən mart və aprel aylarında dinc şəraitdə 



keçirilmiş nümayişlərdə polis tərəfindən tətbiq edilmiş kütləyə nəzarət taktikası əvvəlki dövrlərlə 

müqayis


ədə “daha müvafiq, mütənasib və ölçülmüş” olmuşdur və ATƏT tərəfindən keçirilmiş 

t

əlimlərdə öyrədilmiş standartları əks etdirmişdir.    



T

əhlükəsizlik qüvvələri ümumilikdə cəzasız hərəkət edə bilsələr də, hökumət il ərzində Daxili 

İşlər Nazirliyinin 248 əməkdaşına qarşı tədbir görüldüyünü, 24 nəfərin tutduğu vəzifədən azad 

edildiyini, 10 n

əfərin rütbəsinin aşağı salındığını və 214 nəfərə qarşı digər intizam xarakterli 

c

əzalandırma tədbirlərinin görüldüyünü bildirmişdir. Nazirliyin verdiyi digər məlumata əsasən 



v

ətəndaşların hüquqlarını pozduğuna görə nazirliyin 175 nəfər əməkdaşı intizam məsuliyyətinə 

c

əlb edilmişdir.    



Ədliyyə Nazirliyinin verdiyi məlumata əsasən il ərzində vətəndaşların qanuni hüquqlarına maneə 

yaratdığına görə nazirliyin 474 nəfər əməkdaşı tənbeh edilmişdir. Nazirlik səkkiz hal üzrə 11 

n

əfər əməkdaşı barəsində istintaq aparılması üçün Baş Prokurorluğa müraciət etmişdir. İl ərzində 



doqquz n

əfər əməkdaş saxtakarlıqda, mənimsəmə və/ya səlahiyyətindən sui-istifadə etmə ilə 

ittiham edilmişdir və onlardan dördü barəsində hökm oxunmuşdur. İlin sonunda iki istintaq 

araşdırması davam etmişdir.    

H

ərbi Prokurorluq 2011-ci ildə Müdafiə Nazirliyinin 47 nəfər əməkdaşına qarşı 37 cinayət işinin 



açıldığını bildirmişdir. Eyni zamanda il ərzində 54 nəfər əməkdaş tabeçiliyində olanlara qarşı 

münasib


ətdə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə tənbeh edilmişdir. Bundan əlavə, Hərbi 

Prokurorluq 12 n

əfər hərbi əməkdaşa və hərbi komissarlığın bir nəfər mülki əməkdaşına qarşı 

ittiham ir

əli sürmüşdür. 

  


Yüklə 388,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin