Az ərbaycan


H əbs prosedurları və saxlama yerində rəftar



Yüklə 388,98 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix06.09.2017
ölçüsü388,98 Kb.
#29060
1   2   3   4

H

əbs prosedurları və saxlama yerində rəftar 

Qanuna 


əsasən saxlanılan, həbs edilən və ya hər hansı cinayətdə ittiham olunan şəxslərə onların 

hüquqları, həbs olunmalarının səbəbi dərhal izah edilməli və müvafiq hüquqi proseslə təmin 

olunmalıdırlar. Təcrübədə hökumət bu müddəalara əməl etməmişdir.    

Qanunda polis

ə həbs orderi olmadan hər hansı şəxsi 48 saat ərzində saxlamağa və dindirməyə 

icaz


ə verilir. Buna baxmayaraq həbs orderi olmadan polis vətəndaşları bir neçə gün saxlamışdır. 

AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

Hüquqşünasların bildirdiyinə əsasən bəzi hallarda hakimlər həbs orderini saxlanma halı baş 

verdikd

ən sonra vermişlər.       



Qüvv

ədə olan qanunvericiliyə uyğun olaraq hakimlər saxlanılan şəxslər barəsində 48 saat 

ərzində inzibati saxlama qərarı qəbul etmişlər, lakin bəzən bu şəxslər vəkillə təmin edilməmişlər. 

Yerli müşahidəçilərin bildirdiyinə görə 11 mart tarixdə siyasi islahatların keçirilməsinin tələb 

edildiyi birinci etiraz aksiyasında saxlanılmış səkkiz nəfərdən yeddisi yuxarıda qeyd olunan 

hallarla üzl

əşmişlər.  

“Amnesty İnterational” (Aİ) və “Human Rights Watch” (HRW) təşkilatlarının bildirdiyinə görə 

2 aprel tarixd

ə baş vermiş nümayişlərdən əvvəl və sonra saxlanılan şəxslər də bu hallarla 

üzl

əşmişlər. İnzibati saxlama müəssisələrində olan şəxslər istintaq təcridxanalarına yerləşdirilmiş 



v

ə bəlkə də 15 günə qədər burada saxlanılmışlar. Məsələn, insan haqları üzrə vəkil Vidadi 

İsgəndərov 17 aprel tarixdə keçirilən etiraz aksiyasına gedərkən yolda həbs edilmiş və bundan 

sonra N


əsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 15 günlük inzibati həbs cəzası 

çıxarılmışdır. 15 gündən sonra isə o, səsvermə hüququnun yerinə yetirilməsinə mane olmaqda və 

2010-cu il parlament seçkil

ərində seçki komissiyasının fəaliyyətinə müdaxilə etməkdə ittiham 

olunaraq bar

əsində çıxarılmış həbs müddəti üç ay uzadılaraq istintaq təcridxanasına 

köçürülmüşdür.  

Qanuna 


əsasən hər bir şəxsin saxlanıldığı andan etibarən vəkillə təmin olunmaq hüququ vardır. 

T

əcrübədə vəkil ilə təmin olunma, xüsusilə Bakı şəhərindən kənarda aşağı səviyyədə olmuşdur. 



Qanunla buna hüquqları olsa da, çox vaxt saxlanılan imkansız şəxslərin bu hüquqları təmin 

edilm


əmişdir. Ailə üzvlərinin verdikləri məlumata əsasən dövlət orqanları bəzi hallarda onların 

ail


ələri ilə görüşmələrini, xüsusilə istintaq təcridxanalarında məhdudlaşdırmışlar və müəyyən 

hallarda saxlanılan şəxslər barəsində informasiyanı gizlətmişlər. Bəzən ailə üzvlərinin saxlanılan 

qohumları barəsində hər hansı məlumat əldə etmələri bir neçə gün çəkmişdir.  

F

ərdi şəxslərin bəzən saxlanılanlara zamin durmalarına icazə verilməsinə, istintaq araşdırması 



za

manı onların azadlığa buraxılmasına nail olmalarına baxmayaraq rəsmi və təcrübədə tətbiq 

edil

ən zəminliyə buraxılma sistemi olmamışdır. Bundan əlavə bəzi hallarda dövlət orqanları 



istintaq m

ərhələsində müttəhimləri müstəqil şəkildə azad etmişlər. Bəzi hallarda siyasi cəhətdən 

şübhəli bilinən şəxslər polis nəzarəti altında bir neçə saat və ya bəzən bir neçə gün ətraf 

mühitd


ən təcrid olunmuş vəziyyətdə saxlanılmışlar.   

Əsassız həbs: İl ərzində əsassız, çox vaxt polisə qarşı müqavimət göstərməkdə yalandan ittiham 

olunmaqla baş verən həbs halları problem olaraq qalmışdır, bu xüsusilə yaz mövsümündə baş 

vermiş çoxsaylı dinc nümayişlərdə daha çox müşahidə edilmişdir. Həbs və saxlama qaydalarının 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

polis t


ərəfindən pozulması barədə də məlumatlar verilmişdir. Bu kimi hallar xüsusilə dinc siyasi 

nümayişlər keçirməyə cəhd göstərən müxalifət partiyalarının üzvlərinin polis tərəfindən 

saxlanılması zamanı baş vermişdir.  

İstintaq təcridxanalarında uzun müddət ərzində - 18 aya qədər saxlanma halları baş vermişdir. 

Baş prokuror müntəzəm şəkildə qanunla icazə verilən məhkəmədən əvvəl ilkin üç aylıq saxlama 

müdd


ətini istintaq başa çatana qədər sonradan bir neçə ay müddətinə uzatmışdır.     

Amnistiya: 28 may tarixd

ə Prezident bir neçə nəfəri, o cümlədən həbs edilmiş və bu həbsin bir 

çoxları tərəfindən siyasi motivlərə bağlı olduğu hesab edilən jurnalist Eynulla Fətullayevi və 

dövl

ətin şəxsi əmlakı məcburi özgəninkliləşdirmək hüququndan istifadə zamanı mülkiyyət 



sahibl

ərinə ödənilməli olan təzminatı mənimsəməkdə ittiham edilmiş Bakı şəhər İcra 

Hakimiyy

əti Başçısının keçmiş birinci müavini Eldəniz Lahıcovu əfv etmişdir.    

26 dekabr tarixd

ə Prezident QHT-lərin siyasi məhbuslar siyahısında olan üç məhbusu da əfv 

etmişdir, bunlar fevral ayında həbs edilmiş və 4 may tarixdə narkotik maddə saxladığına görə 

ittiham edil

ərək barəsində iki il altı ay müddətinə həbs qərarı çıxarılmış Cabbar Savalan, 1995-ci 

il qiyamında iştirak etdiyinə görə məhkum edilmiş keçmiş xüsusi təyinatlı polis dəstəsinin  

komandiri Nizami 

Şahmuradov və dövlət çevrilişində iştiraka görə ittiham edilmiş Bakı 

şəhərinin keçmiş prokurorunun sürücüsü Mehman Məmmədov olmuşdur. 

   


e. 

Ədalətli və açıq məhkəmə prosesinin aparılmasından imtina 

M

əhkəmə hakimiyyətinin qanunla müstəqil olması nəzərdə tutulsa da, təcrübədə hakimlər 



icraedici 

qanaddan ayrı, müstəqil fəaliyyət göstərməmişlər. Məhkəmə sistemi korrupsiyalaşmış 

v

ə səmərəsiz fəaliyyət göstərmişdir. Çıxarılmış hökmlər çox vaxt məhkəmə prosesində təqdim 



edilmiş dəlillərlə bağlı olmamışdır.   

Hakimiyy


ətin icraedici qanadı məhkəmə hakimiyyəti üzərində güclü təsir göstərməyə davam 

etmişdir. Hakimliyə namizədlərin imtahanını həyata keçirən Məhkəmə-Hüquq Şurası Ədliyyə 

Nazirliyinin n

əzarətində olmuşdur.  

Etibarlı mənbələrdən verilən məlumatlara əsasən hakimlər və prokurorlar xüsusilə beynəlxalq 

müşahidəçilərə maraqlı olan məhkəmə işləri zamanı prezident administrasiyasından və Ədliyyə 

Nazirliyind

ən göstərişlər almışlar. Etibarlı mənbələrin verdikləri digər məlumatlara əsasən 

hakiml

ər müntəzəm şəkildə rüşvət almışlar. Nazirliyin verdiyi məlumata əsasən Məhkəmə Şurası 



2011-ci ild

ə iki nəfər hakimi tutduğu vəzifəsindən azad etmiş, bir nəfəri digər bir vəzifəyə 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

keçirmiş və dörd nəfəri tənbeh etmişdir. Digər 17 nəfər hakimə qarşı isə müxtəlif formada daha 

yüngül  inzibati c

əza növləri tətbiq edilmişdir.   

“Human Rights Watch” t

əşkilatının verdiyi məlumata əsasən dövlət orqanları saxtalaşdırılmış 

m

əhkəmə prosesi zamanı seçkiyə müdaxilə ittihamını əsaslandıracaq kifayət qədər sübut 



olmadan v

ə İsgəndərovun vəkilinin onun müdafiəsi üçün təqdim etdiyi dəlilləri nəzərə almadan 

insan hüquqları üzrə vəkil Vidadi İsgəndərov barəsində hökm çıxarmışlar. İsgəndərovun vəkili 

Xalid Bağırov isə Elvin Əsgərovun işi ilə əlaqədar polisə qarşı böhtan atmaqda ittiham olunaraq 

v

əkillər kollegiyasından uzaqlaşdırılmışdır (bax bölmə 1.a.).    



M

əhkəmə prosedurları  

Qanun dövl

ət, kommersiya və ya peşəkar sirlər və yaxud məxfi, şəxsi və ya ailə məsələləri ilə 

bağlı olan işlər istisna olmaqla açıq məhkəmənin keçirilməsini nəzərdə tutur. Cinayət işlərində 

t

əqsirsizlik prezumpsiyası, eləcə də, müttəhimin dəlilləri nəzərdən keçirmək, şahidlərlə 



üzl

əşdirilmək və məhkəmə prosesində sübutlar təqdim etmək hüququ, imkansız müttəhimlərin 

m

əhkəmə tərəfindən təsdiq edilmiş vəkillə təmin olunmaq hüququ, müttəhimlərin və 



ittihamç

ıların vəsatət qaldırmaq hüquqları bütün bunlar qanunla nəzərdə tutulsa da təcrübədə bu 

müdd

əalara heç də həmişə əməl edilməmişdir. Təqsirsizlik prezumpsiyası açıq-aşkar pozulmasa 



da, ittiham olunan şəxsin qandallanaraq qıfıllanmış dəmir qəfəsdə məhkəmənin qarşısına 

çıxarılması bu hüququn dolayı yolla pozulmasına gətirib çıxartmışdır. Bununla belə İnsan 

H

üquqları üzrə Avropa Məhkəməsi (İHAM) tərəfindən 31 may tarixdə qəbul edilmiş və zorakılıq 



əməlində təqsirli bilinməyən müttəhimin qəfəsdə saxlanılmasının İnsan Hüquqları üzrə Avropa 

Konvensiyasının tələblərinə zidd olduğunu bildirən qərardan sonra dövlət orqanları bu 

t

əcrübənin davam etdirilməsini dayandırmışlar.         



Hakiml

ər çox vaxt hökmü açıq şəkildə oxumamışlar və ya onların qərarının arxasında dayanan 

s

əbəbləri bildirməmişlər ki, bu da müttəhimin onun barəsində çıxarılmış məhkəmə hökmünün 



s

əbəblərindən məlumatsız qalması ilə nəticələnmişdir.   

Andlılar məhkəməsindən istifadə edilməmişdir. Xarici və yerli müşahidəçilərin çox vaxt 

m

əhkəmə iclaslarında iştirak etmələrinə icazə verilməmişdir. Bəzi dinləmələrdə kiçik və 



oturacaqların sayı az olan məhkəmə otaqlarından istifadə edilməsi geniş ictimaiyyətin burada 

iştirakının qarşısını almışdır. Ümumilikdə məhkəmənin vaxtı və keçiriləcəyi yer barəsində 

informasiya t

əqdim edilmişdir, lakin buna baxmayaraq burada da bəzi istisnalar olmuşdur, 

xüsusil

ə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə.   



Dövl

ət ittihamçıları və müdafiə tərəfinin vəkillərinin bərabər statusunun konstitusiya ilə 

əyyən olunmasına baxmayaraq təcrübədə dövlət ittihamçılarının imtiyazları və hüquqları 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

müdafi


ə tərəfindən üstün olmuşdur. Hakimlər mülki işlərdə müdafiə tərəfinin vəkillərini “kifayət 

q

ədər səbəb olduğundan” işdən kənarlaşdırmaq hüquqlarını qoruyub saxlamışlar. Cinayət işləri 



üzr

ə məhkəmə prosesində maraqların toqquşması və ya müttəhimin vəkili dəyişmək barədə 

müraci

əti olarsa hakimlər müdafiə tərəfinin vəkillərini işdən kənarlaşdıra bilərlər. Hakimlər çox 



vaxt müdafi

ə tərəfinin vəkilinin qaldırdığı vəsatətləri, təqdim etdiyi şifahi bəyanatları və dəlilləri 

qiym

ətləndirərkən dövlət ittihamçılarının xeyrinə olan qərarlar qəbul etmişlər.  



Qanun cinay

ət işləri üzrə məhkəmə prosesində iştirakı ölkənin hökumətin təsiri altında olan 

V

əkillər Kollegiyasının (hüquqşünaslar assosiasiyası) üzvləri ilə məhdudlaşdırır. Kollegiyanın 



üzvl

əri olan vəkillərin sayı azaldılmışdır, belə ki, 2010 və 2009-cu illərdə üzvlərin sayı müvafiq 

olaraq 761 v

ə 783 olsa da, ilin sonunda bu rəqəm 738 təşkil etmişdir. Kollegiyanın üzvü olan 

v

əkillərin paytaxtdan kənarda fəaliyyət göstərməsi nisbətən dəyişməz olaraq qalmışdır və bu 



bütün v

əkillərin təxminən 26 faizini təşkil etmişdir. Paytaxt və ölkənin digər bölgələri arasında 

olan bu qeyri-

tarazlıq  onu göstərir ki, lisenziyalaşdırılmış hüquqi təmsilçilik imkanları Bakıdan 

k

ənarda məhdud olmuşdur.    



Qış fəslinin sonunda və yazın əvvəlində müxalifətin keçirdiyi dinc nümayişlərdə iştirak 

etdikl


ərinə görə həbs edilmiş və məhkəməyə cəlb edilmiş siyasi müttəhimləri təmsil etdiklərinə 

gör


ə il ərzində altı nəfər vəkilin lisenziyası Kollegiya tərəfindən ləğv edilmiş və ya onlar 

üzvlükd


ən çıxarılmışdır. Kollegiya lisenziyası ləğv edilmiş və ya kənarlaşdırılmış üç nəfərin – 

Osman Kazımov, Elçin Namazov və Xalid Bağırovun müdafiə vəkilləri üçün müəyyən olunmuş 

standartların tələblərinə əməl etmədiklərini bəyan etsə də, yerli QHT-lər və beynəlxalq təşkilatlar 

Kollegiyanın bu qərarının siyasi motivlərə söykəndiyini və qanuni şikayətlərə əsaslanmadığını 

bildirmişlər. Müşahidəçilər eyni zamanda Kollegiya tərəfindən vəkil Aslan İsmayılovun intizam 

m

əsuliyyətinə cəlb edilməsini  də siyasi motivlərlə bağlı olduğunu qeyd etmişlər. Digər vəkillər, 



o cüml

ədən Anar Qasımlı, Əsabəli Mustafayev və Ramiz Məmmədova Kollegiyanın rəyasət 

hey

əti tərəfindən təzyiq göstərildiyi bildirilsə də, rəyasət heyətinin verdiyi məlumata əsasən 



onlara qarşı hər hansı intizam cəzası tətbiq edilməmişdir. 

R

əyasət heyəti Kollegiyanın idarəedici orqanıdır və nizam-intizam komitəsi ilə birlikdə 



v

əkillərin lisenziyasını ləğv etmək və ya kənarlaşdırmaq səlahiyyəti vardır. Rəyasət heyəti 2004-

cü ild

ə beş illik müddətə seçilmişdir və bu müddət 2009-cu ildə başa çatmalı idi.   



Qeyri-qanuni yolla 

əldə edilmiş dəlillərin istifadəsi konstitusiya ilə qadağan edilir. Bəzi 

mütt

əhimlərin onlardan ifadələrin işgəncə və ya zor tətbiq etməklə alındığını iddia etmələrinə 



baxmayaraq m

əhkəmələr zor tətbiq olunduğuna əsaslanaraq məhkəmə iddialarını ləğv 

etm

əmişlər və zorakılığın baş verdiyini müəyyən etmək üçün hər hansı müstəqil məhkəmə 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

eks


pertizasını keçirməmişlər. Hakimlər çox vaxt polisin pis rəftarı ilə bağlı qaldırılmış iddialara 

m

əhəl qoymamışlar. İstintaq çox vaxt şübhəli bilinən şəxslərə qarşı fiziki dəlillərin toplanması 



deyil, 

əksinə etiraflar əldə etmək üzərində qurulmuşdur. Məhkəməyə çıxarılmış ağır cinayətlər 

çox vaxt ittihamnam

ənin oxunması ilə nəticələnmişdir, belə ki, ümumilikdə hakimlər yalnız 

minimum s

əviyyədə sübut tələb etmişlər və dövlət ittihamçıları ilə yaxından əməkdaşlıq etmişlər. 

Nadir hallarda, 

əgər hakim təqdim edilmiş sübutun müttəhim barəsində hökm çıxarılması üçün 

kifay

ət etmədiyini müəyyən etmişdirsə, bu zaman iş əlavə istintaq aparılması üçün prokurorluğa 



geri qaytarılmış və bu da dövlət ittihamçısına hökm çıxarılması üçün imkan yaratmışdır.       

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə və Ağır Cinayətlərə Dair Hərbi Məhkəmə istisna 

olmaqla m

əhkəmələr çox vaxt tərcüməçinin təmin olunmasını təşkil etməmişlər. Dinləmələr 

zamanı məhkəmələrin Ədliyyə Nazirliyi tərəfindən haqqı ödənilməklə tərcüməçilərlə müqavilə 

bağlamaq hüquqları vardır.  

M

əhkəmə prosesinin stenoqramı təqdim edilməmişdir, ifadə, tərəflərin şifahi çıxışları və 



m

əhkəmə qərarlarının qeydləri aparılmamışdır. Bunun əvəzində məhkəmə katibi bir qayda 

olaraq dağınıq qeydlər aparmış və qeydlərə nəyin daxil edilməsini özü müəyyən etmişdir.    

Ölk


ədə mülki hakimləri olan hərbi məhkəmə sistemi vardır. Müharibə və ya hərbi xidmətlə bağlı 

olan h


ər hansı cinayət işlərində qəbul edilmiş ilkin məhkəmə hökmü hərbi məhkəmə tərəfindən 

d

əyişməz olaraq saxlanılmışdır.   



 

Siyasi m

əhbuslar və saxlanılan şəxslər 

Yerli QHT-l

ərin bildirdiklərinə əsasən hökumət siyasi məhbusları həbsdə saxlamağa davam 

etmişdir, lakin bu rəqəm 27-65 arasında dəyişmişdir. Hökumət isə siyasi məhbusların 

saxlanıldığını inkar etmişdir. QHT-lər tərəfindən müəyyən edilmiş siyasi məhbusların sayına 

h

əmçinin əvvəlki illərdə həbs edilmiş şəxslər, belə ki, dövlət çevrilişinin təşkilində ittiham 



olunaraq 2005-ci ild

ə həbs edilmiş və sonradan rüşvətxorluqda günahkar bilinərək barələrində 

hökm çıxarılanlar da daxil edilmişdir.   

İl ərzində hökumət jurnalist Eynulla Fətullayevi azadlığa buraxmışdır. Digər tərəfdən isə dövlət 

orqanları “Amnesty İnternational” (Aİ) tərəfindən

 

“vicdan m



əhbusları” kimi təsvir edilən siyasi 

c

əhətdən fəal olan 17 nəfəri həbs etmiş, məhkəməyə cəlb etmiş və barələrində hökm 



oxunmuşdur.    

M

əsələn, 1990-cı ildə Sovet qoşunları tərəfindən Bakı şəhərində qətlə yetirilmiş 100-dən çox 



dinc sakinin xatir

əsini yad etmək məqsədilə 20 yanvar tarixdə təxminən 100 nəfər müxalifət 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

f

əalları yürüş keçirmişlər. Polislə olan qarşıdurmadan sonra fəallara şəhidlərin məzarlarına 



yaxınlaşmaq və üzərilərinə gül qoymağa icazə verilmişdir, lakin polis gənc fəallardan biri olan 

Cabbar Savalanın əlində saxladığı plakatı müsadirə etmişdir. Bir sıra ərəb ölkələrində 

demokratiya çağırışları ilə keçirilmiş nümayişlərdən sonra 4 fevral tarixdə Savalan özünün 

“facebook” sosial şəbəkəsindəki səhifəsində, eləcə də müxalifət qruplarından ibarət olan İctimai 

Palatanın “facebook” səhifəsində “qəzəb günü”nün keçirilməsinə çağırmışdır. 5 fevral tarixdə 

dövl


ət orqanları Savalanı həbs etmiş və 4 may tarixdə o, tiryək saxladığına görə ittiham edilərək 

iki il altı ay müddətinə azadlıqdan məhrum edilmişdir. Yerli və beynəlxalq müşahidəçilər 

Savalanın həbsinin siyasi motivlərlə bağlı olduğunu bildirmiş və onun barəsində çıxarılmış 

hökmün d


əlillərlə sübut olunmadığını qeyd etmişlər. Prezident Savalanı 26 dekabr tarixdə əfv 

etmişdir.   

Bir çoxları tərəfindən siyasi motivlərə söykəndiyi hesab olunan digər bir halda gənc fəal və 

parlament seçkil

ərində müstəqil namizəd Bəxtiyar Hacıyev 11 mart tarixdə etiraz aksiyalarının 

t

əşkil olunması üçün internet vasitəsilə çağırışlar etdikdən sonra 24 yanvar tarixdə həbs edilmiş, 



v

ə 4 mart tarixdə onun zaminliyə çıxmaq barədə müraciəti rədd edilmişdir. Hacıyev hərbi xidmət 

keçm

əkdən yayındığına görə 18 may tarixdə iki il azadlıqdan məhrum edilmişdir. O, konstitusiya 



il

ə icazə verilən alternativ hərbi xidmət keçmək üçün müraciət etmişdir. Hökumət yönümlü Lider 

Televiziyası iyun və iyul aylarında Harvard Universitetinin məzunu olan Hacıyevin nüfuzdan 

salınmasına yönəlmiş kampaniya keçirmişdir və onun vətənpərvərliyini və həqiqətən də Harvard 

Universitetinin m

əzunu olub-olmadığını şübhə altına almışdır. Hacıyevin ailəsi və onun keçmiş 

əllimləri bu kampaniyaya qarşı etirazlarını bildirmişlər.         



Aİ təşkilatının “vicdan məhbusları” arasında olan digər ictimai xadimlər sırasına Musavat 

Partiyasının rəsmisi Arif Hacılı, insan haqları üzrə vəkil və parlament seçkilərində keçmiş 

namiz

əd Vidadi İsgəndərov və Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan Sahib 



K

ərimov da daxil edilmişdir.   

Müxalif

ət qəzetlərinin yazdıqları məlumatlara əsasən yaz mövsümündə keçirilmiş nümayişlər 



zamanı polis 11 mart tarixdə planlaşdırılmış nümayişlərdən bir neçə gün əvvəl ən azı on bir fəalı 

inzibati qaydada saxl

amış, eləcə də 11 mart tarixdə 26 nəfər, 12 mart tarixdə 64 nəfər 

saxlanılmışdır. Bundan əlavə 2 aprel tarixə planlaşdırılmış nümayişdən dörd gün əvvəl 13 nəfər, 

2 aprel tarixd

ə 112 nəfər və 17 aprel tarixdə 64 nəfər polis tərəfindən saxlanılmışdır. İnzibati 

qaydada saxlanılma altı gündən 15 günə qədər davam etmişdir. Mart və aprel aylarında 

keçirilmiş nümayişlərdə iştirak etmiş 350 nəfərdən çox digər şəxslər polis tərəfindən qısa 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

müdd


ətə saxlanılmış və onlara qarşı hər hansı ittiham irəli sürülmədən həmin gün azad 

edilmişlər.       



İnsan haqları üzrə regional məhkəmələrin çıxartdıqları qərarlar  

V

ətəndaşların insan haqları ilə bağlı olan işlər üzrə Ali Məhkəmənin çıxartdığı birinci qərardan 



sonrak

ı altı ay ərzində məhkəmənin qərarından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə 

(İHAM) şikayət etmək hüquqları vardır. Vətəndaşlar bu hüquqlarından tez-tez istifadə etməyə 

davam etmişlər. İlin sonunda ölkə üzrə İHAM tərəfindən baxılması gözlənilən 100 müraciət 

olmuşdur.      

İl ərzində İHAM tərəfindən çıxarılmış doqquz hökmdə İnsan Hüquqları üzrə Avropa 

Konvensiyasına əsasən dövlətin üzərinə götürdüyü öhdəliklərin pozulduğu qeyd edilmişdir. 

Hökum


ətin İHAM tərəfindən qəbul edilmiş qərarlara əməl etməsi qarışıq olmuşdur. 2010-cu ilin 

aprel ayında İHAM tərəfindən qəbul edilmiş qərarda jurnalist Eynulla Fətullayevin həbsinin 

onun ifad

ə azadlığını pozduğu qeyd edilmişdir və onun dərhal azadlığa buraxılmasına göstəriş 

verilmişdir. Hökumət Fətullayevi 26 may tarixdə, İHAM-ın qərarından bir ildən çox vaxt 

keçdikd


ən sonra azad etmişdir. Qərardan 16 ay keçdikdən sonra, hökumət İHAM tərəfindən 

əyyən edilmiş 27 000 manat (33 750 ABŞ dolları) təzminatı 8 avqust tarixdə Fətullayevə 



öd

əmişdir.    

Dig

ər bir halda, istintaq təcridxanasındakı saxlanılma müddətindən şikayət etmiş keçmiş iqtisadi 



inkişaf naziri Fərhad Əliyevin müraciətinə əsasən İHAM tərəfindən 2010-cu ilin noyabrında 

onun xeyrin

ə qərar qəbul edilmişdir. Öz qərarında məhkəmə, qeyri-maddi zərər və hüquqi 

xidm


ət üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi məqsədilə hökumətdən bu qərarın son 

müdd


əti olan 9 fevral tarixə qədər üç ay ərzində Əliyevə maliyyə təzminatının ödənilməsini tələb 

etmişdir. İlin sonunda hökumət məhkəmənin qərarını yerinə yetirməmişdir. Əliyev dövlət 

çevrilişinin təşkilində ittiham edilərək 2005-ci ildə həbs edilmiş, lakin korrupsiyada günahkar 

bilin


ərək barəsində hökm oxunmuşdur. 

   


Mülki m

əhkəmə prosedurları və müdafiə üsulları 

Mülki işlər üzrə məhkəmədə müstəqil və bitərəf andlıların iştirakı qanunla nəzərdə tutulmayıb, 

h

ər bir məhkəmə prosesində qərarlar hakim tərəfindən verilir. Mülki işlər üzrə birinci dinləmədə 



rayon m

əhkəmələrinin mühakimə hüququ vardır, apelyasiya şikayətlərinə əvvəlcə Apelyasiya 

M

əhkəməsi və sonradan isə Ali Məhkəmə tərəfindən baxılır. Vətəndaşların insan haqlarının 



pozulmasının qarşısının alınması və bu cür pozuntular nəticəsində dəymiş zərərin əvəzinin 

öd

ənilməsi üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Cinayət işləri ilə əlaqədar olaraq 



Yüklə 388,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin