Məhkəmə ekspertizası anlayışı



Yüklə 15,95 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü15,95 Kb.
#35342
  1   2   3
Документ Microsoft Word


    1. Məhkəmə ekspertizası anlayışı

Məhkəmə ekspertizası - cinayət və mülki işlər üzrə faktiki məlumatların və halların müəyyən edilməsi məqsədilə cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada ekspertlər tərəfindən aparılan tədqiqatdır.

Qanunvericiliyə əsasən məhkəmə ekspertizasının aparılması üçün təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun qərərı, məhkəmənin isə qərardadı əsasdır. Bu o deməkdir ki, ekspertiza qeyd olunan şəxslərin şifahi göstərişinə əsasən aparıla bilməz.

Ekspertiza müvafiq ekspertiza idarələrinin ekspertləri tərəfindən, yaxud təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun və məhkəmənin təyin etdiyi digər mütəxəssislər tərəfindən keçirilə bilər. Çünki cinayət və mülki iş üzrə araşdırılması tələb olunan məsələlər müxtəlif elm, texnika, incəsənət və sənətkarlıq sahələrinə aid ola bilər ki, bunların da hamısını ekspertiza idarələrində birləşdirmək mümkün deyil. Ona görə cinayət-prosessual qanunvericiliyində ekspertizanın ekspert idarələrindən kənarda da keçirilməsi nəzərdə tutulmuşdur. Buradan belə nəticəyə gəlmək olar ki, ekspert qismində cinayət və mülki işlər üzrə icraat zamanı aydınlaşdırılmalı olan hallara dair xüsusi biliklərə malik şəxslər çıxış edə bilər.

Ekspert ona təqdim olunmuş maddi obyektlərin (izlər, zədələr, alətlər və obyektlər) tədqiqi zamanı özünün xüsusi bilindən istifadə edir.

Müstəntiqin dəvəti ilə ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasında iştirak edən mütəxəssis - məsləhətçi və köməkçi texniki funksiyasını yerinə yetirən bilikli şəxsdir. Lazım gəldikdə müstəntiq istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün müxtəlif sahədən olan mütəxəssisləri dəvət edə bilər.

Mütəxəssis iş üçün əhəmiyyətli olan izlərin və predmetlərin aşkar olunması, qeyd edilməsi və götürülməsində müstəntiqə köməklik göstərir və məsləhətlət verir. Lakin onun müstəqil hərəkət etməyə hüququ yoxdur. Bundan başqa mütəxəssisin verdiyi məsləhətlər ekspert rəyindən fərqli olaraq müstəqil prosessual sənəddə əks etdirilmir.

Ekspertin sərbəstliyi ondan irəli gəlir ki, o təyin edilmiş ekspertiza ilə əlaqədar məhkəmə-istintaq orqanlarından, sorğu göndərərək, çatışmayan məlumatları istəyə bilər. Bundan başqa o ekspertiza zamanı aşkar etdiyi, iş üçün əhəmiyyətləri faktları, onlar üzrə onun qarşısında suallar goyulmadığı halda belə rəydə əlavə olaraq əks etdirə bilər. Və nahayət, ekspertin əldə etdiyi nəticələr öz əksini xüsusi prosessual sənəddə - ekspert rəyində tapır. Ekspertin hüquq və vəzifələri, istintaq hərəkətlərində və məhkəmə prosesində iştirak qaydaları öz əksini Ədliyyə Nazirliyinin müvafiq Təlimatlarında və Cinayət-Prosessual Məcəlləsinin 97 maddəsində tapmışdır. Birdə ki, ekspert verdiyi rəyin obyektivliyinə görə qanunvericiliyə əsasən cinayət məsuliyyəti daşıyır.



    1. Yüklə 15,95 Kb.

      Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin