S. f ark və hüququn əsasları Mövzu: Ekologiya hüququnun anlayışı Müəllim: dos. Mirələm Ağa referat



Yüklə 23,49 Kb.
tarix14.10.2019
ölçüsü23,49 Kb.
#29343
növüReferat
Ekologiya

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN QƏRB UNİVERSİTETİ

Fənnin adı: S.F ARK və hüququn əsasları

Mövzu: Ekologiya hüququnun anlayışı

Müəllim: dos. Mirələm Ağa

REFERAT

Fakültə: Siyasi və ictimai elmlər

İxtisas: Beynəlxalq münasibətlər

Kurs: III

Qrup: 926

Tələbə: Mehdizadə Aydan


B A K I – 2 0 1 9



Mündəricat

  • Hüquq anlayışı və onun ekologiyada rolu

  • Hüquq demokratik cəmiyyət şəraitində

  • Dəniz mühitinin mühafizəsi

  • Dənizin canlı ehtiyatlarının mühafizəsi

  • Ətraf mühitin yoluxmadan mühafizəsi

  • Heyvan və bitki aləminin müdafiəsi

  • Ətraf mühitin müharibə dövründə qorunması

  • Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşkilatlar

  • Ədəbiyyat və istinadlar


Ekologiya hüququnun anlayışı

Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür.

Hüquq - cəmiyyətdə insanların münasibətini tənzimləyəli, mü­əyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan nor­maların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər norma­larla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasi­təsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı.

Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qanunları dövlət müəy­yənləşdirir, onların həyata keçirilməsini təmin edirdi.

Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır.

Hüquq demokratik cəmiyyət şəraitində:


  • dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir;

  • dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möh­kəmlənir;

  • müstəqil və güclü olan məhkəmə ilə birləşir.

Hüquqi dövlət haqqında təsadüfi təsəvvürlərin formalaşmasına Yunan və Romanın hüquqi ideyaları, antik demokratiyanın təcrübəsi xeyli təsir göstərmişdir.

Antik aləmdə ədalətli dövlət hakimiyyəti kimi simvolik olaraq hüquq və qüvvənin birləşməsini təmsil edən ilahə obrazı qanun və Suqi qaydada Femidada ifadə edilmişdir (gözlərdə sarğı, qılınc  ədalət tərəzisi ilə:) hamı üçün zəruri olan bərabər ölçüdə qa­nunçuluq ilahə tərəfindən mühafizə olunur.

«Hüquqi dövlət» termininin özü (almanca Rechtsstaat) XIX əs­rin birinci üçdə bir hissəsində ədəbiyyatda təsdiq edilmişdir.

Lakin hüquqi dövləti tərənnüm edən müxtəlif təlimlər Yeni dövrdə formalaşmağa başlamışdır. Onlar feodal özbaşınalığının tənqidi, humanizm ideyaları və insan hüquqları məcrasında inkişaf edirdi.



Hüquqi dövlətin ən vacib fərqləndirici əlamətlərinə qanunun aliliyi, fərdlərin hüquq və azadlığının reallığı, suveren dövlət haki­miyyətinin qanunvericilik, icra və məhkəməyə bölünməsi əsasında təşkili və fəaliyyəti daxildir.

Hüquq insan üçün əlverişli təbii şəraitin təmin edilməsində mü­əyyən rol oynaya bilər. Hüquqi dövlət şəraitində o, «cəmiyyət - təbiət» münasibətlərinə normativ, vacib səciyyə yetirə bilər.

Ekoloji münasibətlərin (o cümlədən ictimai) hüquq vasitəsilə tənzimlənməsi yeni əsaslandırılmış qanunların qəbulu ilə başlama­lıdır. Qanunçuluğun əsasını ölkə konstitusiyası təşkil edir. Beynəl­xalq normalara uyğun olaraq, konstitusiya ekoloji münasibətlərin tənzimlənməsində dövlətin ümumi yanaşmasını müəyyənləşdirir. Belə ki, dünyanın əksər ölkələrinin konstitusiyası BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş «İnsan hüquqlarının ümumi Bəyanna­məsi» və insan hüquqlarına dair başqa beynəlxalq sənədlərinin ideyalarını özündə ifadə edir.

İnsanın vətəndaşlıq və siyasi hüquqlarına dair BMT-nin 1976-cı ildə qəbul etdiyi Paktın mərkəzi yerini hər bir insanın inkişafı, ət­raf mühitin sağlam və ekoloji cəhətdən tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və bəşəriyyətin ümumi irsinə olan hüquqlar tu­tur. Həmin hüquqlar ayrı-ayrı ölkələrin konstitusiyasında dəyişik­liklərin edilməsinə təsir göstərir. Bu hüquqlar əsasında vətəndaşla­rın ekoloji hüquqları, təbii mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə haqqında konkret qanunçuluq təkmilləşdirilir.

Şəxsiyyətin ekoloji hüququnda ona bir tərəfdən təsərrüfat fəa­liyyətinin subyekti, təbii mühitə təsir göstərən, ona görə məsuliy­yət daşıyan, digər tərəfdən belə təsirin obyekti, ekoloji ziyanın qarşısını almaq, bərpa etmək hüququna malik kimi baxılır. Bu za­man vətəndaşların ətraf mühitə olan hüququ iki əsas vəziyyət ilə müəyyən olunur: ekoloji tərbiyə və təhsillə, ekoloji hüquqların dövlət təminatı ilə. Mövcud vəziyyət onunla şərtlənir ki, hər bir vətəndaş (ixtisasından asılı olmayaraq) ekoloji biliklərin'əsasını bilməlidir və işçiləri bu və ya digər vəzifəyə qoyduqda onun eko­loji hazırlığının səviyyəsini nəzərə almaq lazımdır.

Vətəndaşların ekoloji hüquqlarının dövlət təminatına vətəndaş­ların sığortası, dövlət və ictimai fondların yaradılması, təbii mühit üzərində nəzarət və müşahidə və s. daxildir.



Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır:

  • təbii mühitin vəziyyəti və onun mühafizəsi tədbirləri haqqın­da düzgün informasiyanın verilməsi haqqında sorğü etmək;

  • ekoloji cəhətdən ziyanlım obyektlərin yerləşdirilməsi, tikintisi, istismarı haqqında qərarların ləğv edilməsini tələb etmək

  • ekoloji qanun pozuntularına görə məsul və günahlar şəxlərin məsuliyyətə cəlb edilməsini tələb etmək

Ekologiya hüquqlarının əsasları - Ətraf təbii mühit insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusudur.
Ekologiya hüququ ümumi hüququn müstəqil sahəsi olub,təbiət və cəmiyyətin qarşılıqlı təsiri sahəsindəki münasibətləri tənzimləyir. Bu qarşılıqlı təsir bir tərəfdən təbii mühitin (təbii ehtiyatların) ayrı-ayrı komponentlərinin insan vasitəsilə istifadəsi,digər tərəfdən onun insan fəaliyyətinin zərərli nəticələrindən mühafizəsi kimi özünü büruzə verir.Odur ki, ekologiya hüququnun predmeti ətraf təbii mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi zamanı yaranan ictimai münasibətlər - ekoloji münasibətlərdir.
Yuxarıda deyilənləri nəzərə alaraq, ekologiya hüququnu ətraf təbii mühitn qorunması, artırılması və yaxşılaşdırılması mədsədi ilə təbiətin və cəmiyyətin qarşılıqlı təsiri sahəsində münasibətləri tənzimləyən hüquqi normaları sistemi kimi təyin etmək olar.
Cəmiyyətin ekoloji mənafeyinin əhəmiyyətini nəzərə alaraq, göstərilən münasibətlərə hüquqi təsir əsasən inzibati – hüquqi metodundan istifadə etməklə həyata keçirilir. Bununla yanaşı, bazar münasibətlərinin inkişafı şəraitində mülki-hüquqi metodun tətbiq edilməsi genişlənir. 
Ekolgiya hüququ bir-biri ilə qarşılıqlı əlaqədə olan elementlərdən – onun sistemini əmələ gətirən normalar, institutlar və yarımsahələrin toplusundan təşkil olunmuşdur. Ekologiya hüququ hüququn bir çox sahələri kimi Ümumi və Xüsusi hissəyə bölünür.
Ekologiya hüququnun ümumi hissəsi ekoloji münasibətlərin hüquqi tənzimlənməsinin ən ümumi əsasını təşkil edən əhəmiyyətə malik olan və onun vəzifələrini, prinsiplərini və obyektlərini müəyyən edən, dövlətin ekoloji funksiyasının hüquqi əsaslarını həyata keçirən, ətraf təbii mühitin mühafizəsi və təbiətdən istifadənin səmərəli iqtisadi mexanizminin təsiri, təbiətdən istifadə hüququ və təbii ehtiyatlara mülkiyyət hüququ, ekoloji hüquq pozuntularına görə məsuliyyəti və s. birləşdirənşdirən hüquqi normalar və institutlardır.
Xüsusi hissənin tərkibinə təbii ehtiyatların ayrı-ayrı növlərinin hüquqi rejimini qaydaya salan və öz növbəsində ekologiya hüququnun institutları və yarımsahələrini əmələ gətirən hüquqi normalar daxildir.
Ətraf mühitin mühafizəsi ekoloji hüququn normalarında nəzərdə tutulmuş rəhbər ideyalarla, müəyyən prinsiplərə uyğun olaraq həyata keçirilir.
Onların arasında mərkəzi yeri insanların həyat və sağlamlıqlarının mühafizəsinin üstünlüyü tutur. Azərbaycan Respublikasının Konstitusiyası və ekologiya qanunvericiliyində vətəndaşların həyat və sağlamlığı üçün rahat təbii ətraf mühit hüququ təsbit olunur və onun təmin olunmsının əsas zəmanəti müəyyənləşdirilir. Qanunvericilikdə Azərbaycan vətəndaşlarının istər fərdi qaydada, istərsə də ictimai ekoloji birliklər vasitəsilə həyata keçirilə bilən bir sıra digər ekoloji hüquq və ekoloji öhdəlikləri də nəzərdə tutulmuşdur.
Ekologiya hüququnun mənbələri adı altında onun xarici ifadə formaları anlaşılır.Onlara normativ hüquqi aktlar və normativ hüquqi müqavilələr aiddir.

4. Dəniz mühitinin mühafizəsi

     Dünya okeanının mühafizəsi məqsədilə bir sıra universal və regional müqavilələr qəbul edilmişdir.


Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası bu sahədə əsas beynəlxalq-hüquqi akt hesab edilə bilər. Konvensiyada birbaşa bəyan edilir ki, iştirakçı dövlətlər dəniz mühitini mühafizə etməli və qoruyub saxlamalıdırlar. Dövlətlər bütün zəruri tədbirləri görməlidirlər ki, onların yurisdiksiyası və nəzarəti altında həyata keçirilən fəaliyyət digər dövlətlərə və onların dəniz mühitinə zərər yetirməsin. Bu tədbirlərə aşağıdakılar daxildir: quruda yerləşən mənbələrdən, atmosferdən, gəmilərdən və dəniz dibinin və onun təkinin təbii ehtiyyatlaranın kəşfiyyatı və çıxarılması üçün istifadə olunan qurğulardan, zərərli və ya zəhərli maddələrin dənizə atılmamasına mümkün dərəcədə yol verilməməsi; dənizdə aparılan bütün işlərin təhlükəsizliyinin təmin edilməsi, qəzaların qarşısının alınması və fövqəladə situasiyaların aradan  qaldırılması və s. Müxtəlif mənbələrdən dəniz mühitinin çirklənməsinin qarşısını almaq, bu çirklənməni azaltmaq və nəzarətdə saxlamaq üçün dövlətlər müvafiq qanun və qaydalar qəbul etməlidirlər. Konvensiyada göstərilir ki, dəniz mühitinin qorunub saxlanması ilə bağlı öz beynəlxalq öhdəliklərini yerinə yetirməyən dövlət beynəlxalq hüquqa uyğun məsuliyyət daşıyır.
Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair 1973-cü il Beynəlxalq Konvensiyasında dənizin neftlə və gəmilərdə daşınan və ya onların istismarı prosesində yaranan digər maddələrlə çirklənməsinin qarşısının alınmasına dair texniki-hüquqi normalar təsbit olunmuşdur. Konvensiyanın qüvvəsi altına düşən gəmilər beynəlxalq şəhadətnaməyə malik olmalıdır. Konvensiya gəmilərin istismarı nəticəsində yaranan bütün növ zərərli maddələrlə dənizin çirklənməsinin qarşısının alınmasına dair vahid beynəlxalq standartlar müəyyən edir və bu bu standartları nəinki Konvensiya iştirakçılarına, habelə onu imzalamamış dövlətlərə şamil edir. 
Neftlə çirklənməyə gətirib çıxaran qəzalar zamanı açıq dənizdə müdaxiləyə dair 1969-cu il Konvensiyasında bu cür qəzaların ardan qaldırılması üzrə zəruri tədbirlər müəyyən edilmişdir. Konvensiyaya müvafiq olaraq, sahilyanı  dövlət qəzanı aradan qaldırmaq məqsədilə məcburiyyət tədbirlərinə əl ata bilər və sahilboyunun çirklənmə təhlükəsi olduqda, həmin gəmini batıra bilər.
Neftlə çirklənmədən dəyən zərərə görə mülki məsuliyyət haqqında 1992-ci il Beynəlxalq Konvensiyasında nəzərdə tutulmuşdur ki, gəminin sahibi çirklənmədən dəyən istənilən zərərə görə məsuliyyət daşıyır.
Neftlə çirklənmə hallarına hazırlığın təmin edilməsi, onunla mübarizə və əməkdaşlıq haqqında 1990-cı il Beynəlxalq Konvensiyası xəbərdaredici və preventiv tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Hər bir iştirakçı dövlət, onun bayrağı altında üzən gəmilərdə neftlə çırklənmə ilə mübarizə üzrə fövqəladə  tədbirlər planının olmasını təmin etməlidir.
Dənizin tullantılarla və digər materiallarla çırklənməsinin qarşısının alınması haqqında 1972-ci il Konvensiyası gəmilərdən, təyyarələrdən, platformalardan və digər konstruksiyalardan dənizə tullantıların və digər materialların atılmasını, bu materialların ayrılıqda və yə daşınma vasitələri ilə bir yerdə batırılmasını qadağan edir. Bu qadağandan istisnaya yalnız  “insanların həyatının və ya gəmilərin, təyyarələrin, platformaların təhlükəsizliyini təmin etmək üçün və yaxud fors-major hallarda” yol verilir. Konvensiyada dənizə atılması tamamilə qadağan edilmiş maddələrin siyahısı (xlor üzvi birləşmələr; civə; neft və onun qarışıqları; radioaktiv tullantılar və s.) verilmişdir.

 

5. Dənizin canlı ehtiyatlarının mühafizəsi

     Hazırda canlı dəniz ehtiyatlarının mühafizəsinə və balıqçılığın tənzimlənməsinə həsr olunmuş yüzdən artıq universal və regional müqavilə mövcuddur. Bu məsələ ilə bağlı əsas prinsip və mexanizmlər Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasında təsbit olunmuşdur. Konvensiya iştirakçı dövlətlərdən canlı ehtiyatların qorunub saxlanması üçün bütün zəruri tədbirlərin görülməsini tələb edir. Dövlətlər bu sahədə bir-biri ilə əməkdaşlıq etməli, müvafiq subregional və regional təşkilatlar vasitəsilə müəyyən ehtiyatların qorunub saxlanması və sayının artırılması üçün səy göstərməlidirlər. 
Bir çox konkret balıq növlərinin qorunub saxlanması və rasional istifadəsi məsələlərini nizama salmaq məqsədilə 1995-ci ildə Dəniz hüququ üzrə BMT Konvensiyasının müvafiq müddəalarının həyata keçirilməsi haqqında xüsusi Saziş bağlamışdır. Maddi normalardan başqa, Saziş beynəlxalq əməkdaşlıq mexanizmləri də nəzərdə tutulur. 
Dünya okeanının canlı ehtiyyatlarının mühafizəsi sahəsində bağlanmış digər müqavilələrə misal olaraq aşağıdakıları göstərmək olar: Atlantik okeanın şimal-qərb hissəsində balıqçılıq üzrə gələcək çoxtərəfli əməkdaşlıq haqqında 1978-ci il Konvensiyası; Antraktikanın canlı dəniz ehtiyyatlarının mühafizəsi haqqında 1980-cı il Konvensiyası və s. Bu və digər müqavilələrdə Dünya okeanının müvafiq akvotoriyasında canlı ehtiyyatların qorunub saxlanması ilə bağlı dövlətlərin öhdəlikləri müəyyən edilmiş, bu öhdəliklərin yerinə yetirilməsi üzərində milli və beynəlxalq nəzarət nəzərdə tutulmuşdur.

6. Ətraf mühitin radioaktiv yoluxmadan mühafizəsi

     Ətraf təbii mühitin radioaktiv maddələrlə çirklənmədən beynəlxalq-hüquqi mühafizəsi iki istiqamətdə həyata keçirilir: 1) nüvə, radioloji və neytron silahlarının sınağı və ya tətbiqinin qadağan edilməsi və ya məhdudlaşdırılması; 2) “dinc atom”un istifadəsi prosesində ortaya çıxan neqativ nəticələrin qaşısının alınması və ya aradan qaldırılması. 


Birinci istiqamətdə aşağıdakı mühüm tədbirlər həyata keçirilmişdir: üç mühitdə — atmosferdə, kosmik fəzada və su altında nüvə silahının sınağı qadağan edilmişdir (Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında 1963-cü il Müqaviləsi); nüvə silahının yayılması qadağan edilmişdir (Nüvə silahının yayılması haqqında 1968-ci il Müqaviləsi); nüvə silahının dəniz və okeanların dibində, Antarktikada və kosmosda yerləşdirilməsi qadağan edilmişdir (müvafiq olaraq, Nüvə silahının və kütləvi qırğın silahlarının digər növlərinin dəniz və okeanların dibində və onun təkində yerləşdirilməsinin qadağan edilməsi haqqında 1971-ci il Konvensiyası; Antarktikada haqqında 1959-cu il Müqaviləsi və Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsi); Afrikada, Antarktikada, Latın Amerikasında, Sakit okeanın cənub hissəsində və digər regionlarda nüvəsiz zonalar yaradılmışdır.
İkinci istiqamət üzrə qəbul olunmuş beynəlxalq sazişlərə misal olaraq aşağıdakıları göstərmək olar: Nüvə gəmilərinin məsuliyyəti haqqında 1962-ci il Beynəlxalq Konvensiyası; Nüvə materiallarının dəniz daşımaları sahəsində mülki məsuliyyət haqqında 1971-ci il Konvensiyası; Nüvə materiallarının fiziki müdafiəsi haqqında 1980-cı il Konvensiyası; Nüvə qəzası haqqında operativ xəbərvermə haqqında 1986-cı il Konvensiyası; Nüvə qəzası zamanı və ya radiasiya qəza vəziyyətində kömək haqqında 1986-cı il Konvensiyas.

7. Heyvan və bitki aləminin müdafiəsi

     Flora və faunanın beynəlxalq-hüquqi mühafizəsi bir neçə istiqamətdə aparılır:


a) bütövlükdə flora və faunanın mühafizəsi (məsələn, Fauna və floranın, onların təbii vəziyyətində qorunub saxlanması haqqında 1933-cü il Konvensiyası; Quşların mühafizəsi haqqında 1950-ci il Beynəlxalq Konvensiyası; Bitkilərin mühafizəsi haqqında 1951-ci il Beynəlxalq Konvensiyası);
b) balıqçılığın və dənizin digər canlı ehtiyatlarının ovunun nizama salınması (məsələn, Balina ovunun nizama salınmasına dair 1946-ci il Beynəlxalq Konvensiyası; Dünya sularında balıqçılıq haqqında 1958-ci il  Konvensiyası; Antarktikanın canlı dəniz  ehtiyatlarının mühafizəsi haqqında 1980-cı il Konvensiyası və s.);
c) konkret növlərin mühafizəsi (məsələn, Atlantik suitilərinin mühafizəsi haqqında 1972-cı il Konvensiyası; Ağ ayıların qorunub saxlanması haqqında 1973-cü il Sazişi və s.)
ç) yox olmaqda olan və ya nadir növlərin qorunması (məsələn, Vəhşi fauna və floranın yox olmaq təhlükəsi altında olan növləri ilə beynəlxalq ticarət haqqında 1973-cü il  Konvensiyası; Vəhşi heyvanların köçəri növlərinin mühafizəsi haqqında 1979-cu il Konvensiyası və s.).

8. Ətraf mühitin müharibə dövründə qorunması

     Özündə müharibə dövründə təbii mühitin qorunması ilə bağlı normalar ehtiva edən bir sıra beynəlxalq-hüquqi aktlar mövcuddur. Onlardan Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyasını; Müharibə qurbanlarınınmüdafiəsinə dair 1949-cu il CenevrəKonvensiyalarını; CenevrəKonvensiyalarına I Əlavə Protokolu; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyasını, Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında 1980-cı il Konvensiyasını göstərmək olar.


Məsələn, I Əlavə Protokolun 35-ci maddəsi ətraf mühitin mühafizəsi prinsipini təsbit edir və təbii mühitə genişmiqyaslı, uzunmuddətli və ciddi zərər yetirmək məqsədi düdən hərbi əməliyyatların aparılmasının metod və vasitəlrini qadağan edir. Ətraf mühitin hucum obyektinə çevrilməsi qadağan olunmuşdur.    
Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası iştirakçı dövlətlərin üzərinə aşağıdakı əsas öhdəlikləri qoyur: a) Yerin dinamika və sturukturunu, onun canlı aləmini, litosferi, hidrosferi, atmosferi və ya kosmosu qəsdən dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadəsinə yol verməmək; b) təbii mühiti dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə edilməsində digər dövlətlərə və ya qurumlara yardım etməmək; c) təbii mühiti dəyişikliyə uğradan vasitələrdın yalnız dinc məqsədlər üçün istifadə etmək; ç) bu Konvensiyaya zidd olan hər hansı fəaliyyətin qadağan olunması və qarşısının alınması istiqamətində istənilən qanuni tədbirləri görmək və s.
Adi silah növləri haqqında 1980-cı il Konvensiyasına əlavə olunmuş Yandırıcı silahların tətbiqinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında Protokolda (III Protokol) meşələrin və bitki örtüyünün digər növlərinin yandırıcı silahların tətbiqi ilə hücum obyektinə çevrilməsi qadağan olunmuşdur.

9. Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşkilatlar

     Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi, əsas etibarilə, BMT sistemində — həm BMT orqanları, həm də BMT-nin ixtisaslaşdırılmış təsisatları çərçivəsində həyata keçirilir. 


Baş Assambleya yanında Atom radiasiyasının təsiri üzrə Elmi Komitə, Kosmik fəzanın dinc məqsədlərlə istifadəsi üzrə Komitə kimi köməkçi orqanlar fəaliyyət göstərir.
EKOSOK təbiətin qorunmasının beynəlxalq məsələlərinə dair tədqiqatlar aparır, məruzələr tərtib edir və bu məsələlər üzrə Baş Assambleyaya, BMT üzvlərinə və müvafiq  ixtisaslaşdırılmış təsisatlara tövsiyələr verir. EKOSOK yanında Təbii ehtiyatlar üzrə Komitə fəaliyyət göstərir. 
YUNESKO “İnsan və biosfer” beynəlxalq proqramı işləyib hazırlamışdır və onun yerinə yetirilməsini əlaqələndirir. Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında 1972-ci il Konvensiyası bu təşkilat çərçivəsində işlənib hazırlanmışdır. YUNESKO-nun Hökumətlərarası okeanoqrafiya komissiyası dəniz mühitinin mühafizəsi ilə bağlı tədqiqatlar aparır və tövsiyələr hazırlayır. 
Ümumdünya səhiyyə təşkilatı atmosfer havasının çirklənməsi problemi ilə məşğul olur və dövlətlərin müvafiq qanunvericiliyini təhlil edir. 
Beynəlxalq dəniz təşkilatı dəniz mühitinin mühafizəsi məsələləri ilə məşğul olur, müvafiq konvensiyalar işləyib hazırlayır. 
Ərzaq və kənd təsərrufatı təşkilatı torpaqların, meşələri, suların, flora və faunanın mühafizəsi məsələləri ilə məşğul olur və bununla bağlı müvafiq konvensiya layihələri hazırlayır. 
Beynəlxalq mülki aviasiya təşkilatı ətraf mühitin aviasiya səs-küyündən mühafizəsi ilə bağlı texniki-hüquqi qaydalar işləyib hazırlayır. 
Atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE) insanı və ətraf mühitin radiasiyadan mühafizəsi proqramını həyata keçirir. 
Lakin BMT sistemində başlıca funksiyası ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı əlaqələndirmək olan xüsusi mexanizm mövcuddur: bu, 1972-ci ildə yaradılmış Ətraf mühit üzrə BMT Proqramıdır (YUNEP). YUNEP-in fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: a) ayrı-ayrı təbii obyeklərin mühafizəsi; b) təbiətə zərərli təsirin müxtəlif növləri ilə (məsələn, səhralaşma, çirklənmə və s. ilə) mübarizə; c) təbii ehtiyatların rasional istifadəsi; ç) beynəlxalq ekoloji standartların işlənib hazırlanması və s. YÜNEP-in dəstəyi ilə Aralıq dənizinin çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası, Dəniz mühitinin çirklənmədən qorunması haqqında 1978-ci il Küveyt regional Konvensiyası, Havanın uzaq məsafələrə transsərhəd çirklənməsi haqqında 1979-cu il Konvensiyası və digər mühüm beynəlxalq müqavilələr işlənib hazırlanmış və qəbul edilmişdir. 
YUNEP-in əsas orqanları bunlardır. İdarəetmə şurası (ali rəhbər orqan); başında İcraçı direktor dayanan Katiblik və Ətraf mühit fondu.

Ədəbiyyat və istinadlar

https://az.wikipedia.org/wiki/Ekologiya_h%C3%BCququ



http://nizami.cls.az/more/text/10402

https://kayzen.az/blog/int-huquq/9578/beyn%C9%99lxalq-ekologiya-h%C3%BCququ.html
Yüklə 23,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin