Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar



Yüklə 315,16 Kb.
Pdf görüntüsü
tarix06.02.2017
ölçüsü315,16 Kb.
#7743

 

 

5



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4  

 

Humanitar 

elmlər seriyası    

2010 

 

 

 

DİLÇİLİK 

 

KRIM-TATAR DİLİNDƏ OĞUZ XÜSUSİYYƏTLƏRİ 

 

M.Ə.MƏMMƏDOV 

Bakı Dövlət Universiteti 

mamedov2010@mail.ru 

 

Məqalədə Krım-tatar dilinin oğuz mənşəli fonetik və morfoloji xüsusiyyətləri Azərbay-



can  ədəbi  dili  və  şivələri  ilə  müqayisə  olunmuşdur.  Araşdırmadan aydın  olur  ki,  Krım-tatar 

dili qıpçaq dillərinə daxil olsa da, bu dilin formalaşmasında oğuz tayfalarının dilləri həlledici 

rol oynamışdır. 

 

Krım-tatar dili qədim tarixə, zəngin fonetik, qrammatik quruluşa və lüğət tər-



kibinə  malik  müasir  türk  ədəbi  dillərindən  biridir.  Krım-tatarları  hazırda  Krım  ya-

rımadasında,  Orta  Asiyada  (Özbəkistan,  Qazaxıstan)  Tatarıstan,  Ruminiya,  Rusiya, 

Bolqarıstan, Türkmənistan və Türkiyədə məskunlaşmışlar. Son statistik məlumatlara 

görə, onların sayı 3,5 milyona yaxındır. 

Bu dilin tədqiqinə XX yüzilliyin əvvəllərindən başlanmışdır. Krım-tatar dilinin 

qrammatikasını ilk dəfə İ.Qaspiralı yazmışdır. Türkoloqlardan A.Samoyloviç, B.Bo-

qorodimski, B.Çobanzadə və b. bu dilin tədqiqi ilə məşğul olmuşlar.

*

Krım-tatar  dilində 1928-ci  ilə  qədər  ərəb  əlifbasından, 1928-1938-ci  illərdə 



latın əlifbasından, 1939-cu ildən hal-hazıra kimi rus qrafikalı əlifbadan istifadə olu-

nur.  Krım  yarımadasında  yaşayan  tatarlar 1992-ci  ildə  yenidən  latın  əlifbasına 

keçmək  barədə  qərar  qəbul  etmişlər.  Yeni  əlifbada 31 hərf  vardır.  Bunlardan 8-i 

saitləri, 23-ü samit səsləri ifadə edir. Kiril əlifbasından fərqli olaraq, burada ё, ц, дж, 



щ, ь, э, ю, я hərf və işarələri əlifbadan çıxarılmışdır. Latın qrafikalı əlifba krım-tatar 

dilinin  fonetik  sisteminə  uyğunlaşdırılmış,  velyar  ŋ  və  H(h)  səslərinin  dildəki  rolu 

nəzərə alınaraq, əlifbaya daxil edilmişdir. 

Krım-tatar  dilinin  türk  dilləri  arasında  mövqeyi  türkoloqlar  tərəfindən  müxtəlif 

şəkildə  müəyyənləşdirilmişdir.  Coğrafi  mövqeyinə  və  əsas  dil  xüsusiyyətlərinə  görə, 

V.V.Radlov,  Y.Nemet,  Q.Ramstedt,  M.Rəsənin,  L.Ligeti,  T.Banquoğlu  və  b.  bu  dili 

oğuz qrupuna – Azərbaycan dili ilə bir qrupa daxil etmişlər. Türkoloqların əksəriyyəti, 

o cümlədən də N.A.Baskakov, V.Şott, T.Təkin, Q.Menqes, F.Zeynalov və b. Krım-ta-

tar  dilini  qıpçaq  dillərinin  sırasına  aid  edirlər.  Bu  dilin  əsasını  qıpçaq-oğuz  xüsusiy-

yətləri  təşkil  etsə  də,  karlıq  elementləri  də  müəyyən  yer  tutur.  Türkologiyada  oğuz 

xüsusiyyətlərinin  Türkiyə  türkcəsinin,  karlıq  əlamətlərinin  özbək  dilinin  təsiri  ilə 

                                                 

*

 Гаспринский И. Грамматика крымско-татарского языка. 1909; Самойлович А. Опыт краткой 



крымско-татарской  грамматики, 1916; Чобанзаде  Б.  Кърым  татар  ильтий  сарфы.  Акъмесджид, 

1925; Богородицкий В. Этюды по татарскому языкознанию, Казань, 1933. 



 

 

6



sonradan yaranması ilə bağlı fikirlər söylənilir. 

Krım  tatarları  Orta  Asiyaya  sürgün  edilənə  qədər  onların  iki  dialekti  var  idi: 

şimal  və  cənub  dialektləri.  Şimal  dialektində  qıpçaq,  cənub  dialektində  isə  oğuz 

xüsusiyyətləri  üstünlük  təşkil  edirdi (2, 154). Hazırda  Krım-tatar  dilinin  üç  dialekti 

vardır: 1) qıpçaq-noqay və ya şimal dialekti; 2) qıpçaq-kuman və ya orta yol dialekti; 

3) qıpçaq-oğuz və ya cənub dialekti (6, 8). Ədəbi dilin koyne dialekti orta yol və ya 

Bağçasaray dialektidir. 

Azərbaycan və Krım-tatar dilləri arasında ümumi xüsusiyyətlər həm ədəbi dil, 

həm  də  dialekt  səviyyəsində  özünü  göstərir.  Müasir  Krım-tatar  dilində  əflifbada  [ə

səsi yoxdur. Bu səsin mövqeyində [e] səsi işlənir. «Tarixən Krım-tatarların dilində [e

səsi yalnız söz köklərində, şəkilçilərdə  isə  [ə] səsi işlənmişdir:  məs.: menda, bizlar, 

yerda və s. (6, 9). Söz əvvəlində p, t, k samitləri b, d, g samitləri ilə əvəzlənir. Eyni 

zamanda  söz  əvvəlində  b,  d,  q  samitləri  geniş  işləkliyə  malikdir:  məs.:  basma, 



bekmez, dam, demir, gemi və s. 

Velyar ŋ səsi Krım-tatar dilində fonematik məna kəsb etdiyindən əlifbada xü-

susi işarəsi vardır. Bu dildə velyar ŋ səsi sözün ortasında və sonunda işlənir. İkinci 

şəxs  mənsubiyyət  şəkilçili  isimlər  hallanma  prosesində  üçüncü  şəxsdən  velyar  n 

səsinin  vasitəsilə  fərqlənir.  Oğuz  dillərində,  o  cümlədən  də  Azərbaycan  dilində 

tarixən bu səs  mövcud olmuş, hazırda dialekt səviyyəsinə enmiş və qərb ləhcəsində 

qorunub saxlanmışdır. 

[w] səsi  Krım-tatar  sözlərində  intervokal  mövqedə  və  söz  sonunda  dodaqlanan 

saitlərdən sonra işlənir; məs.: suw, oquw, quwus, suwarmaq (6, 48). QoШадodaq, sonor 

və novlu [w] səsi Azərbaycan ədəbi dilində v foneminin variasiyası kimi sözün ortasında 

və sonunda müşahidə edilir; məs.: həwəs, dəwə, bütöw və s. (1, 114). 

Bu  səs  qədimdən  türk  dillərində  mövcud  olmuşdur.  M.Kaşğarı  [w] səsinin 

oğuzlara deyil, digər türklərə aid olmasını xüsusi qeyd etmişdir: «Türklərin əw dediyi 

şeyə oğuzlar əv deyirlər. Türklər ova aw, oğuzlar isə av deyirlər (5, 106). 

Hazırda qoШадodaq [w] səsi Azərbaycan dilinin Zaqatala şivəsində və Kərkük 

türkmanlarının dilində mühafizə olunur; məs.: war, watan, ew, dawşan və s. Hər iki 

dildə [w] səsi müstəqil fonem kimi deyil, v samitinin variantı kimi fəaliyyət göstərir. 

Azərbaycan  və  Krım-tatar  dillərində  fonetik  hadisələrin  eyni  tipləri  işləkdir: 



günnər-kunner,  xannar-xannar  (assimilyasiya);  qaşdı,  köşdü  (Azərb.) – zelze-

le>zenzele (k.t.) (dissimilyasiya); əmoğlu, ikinci (Azərb.) – noldı (k.t.) (səsdüşümü); 

burun-burnu,  boyun-boynu,  qoyun-qoynu//  koynu  (Azərb;  k.-t.) (qapalı  saitlərin 

düşməsi);  istəkan,  şıkaf,  dövür  (Azərb.)  –  urum,  urus,  pılan  (k.-t) (səsartımı);  təc-



rübə>tərcümə,  tərcümə>təcrümə,  məşhur>məhşur  (Azərb.) – oqrenmek>orqenmek, 

bayram>baryam, sünnet>üsnet (k.-t.) (səslərin yerdəyişməsi) və s. 

Samit  səslər  türk  dillərində  müxtəlif  şəkildə  təzahür  edir.  Qıpçaq  dillərində 

karlaşma hadisəsi, oğuz dillərində isə cingiltiləşmə hadisəsi güclüdür. Krım-tatar dili 

üçün karlaşma hadisəsi xarakterik olsa da, oğuz dillərində olduğu kimi cingiltiləşmə 

elementləri də müşahidə olunur (k~q, t~d, b~m): qemi, qol «göl», qizli, dört, dinle, 

bin, burun, boynuz və s. 

Krım-tatar dilində on bir nitq hissəsi vardır. Bunlardan 6-sı əsas (isim, sifət, say, 

əvəzlik, fel, zərf), 5-i köməkçi nitq hissəsidir (qoşma, bağlayıcı, ədat, köməkçi adlar, nida 

və təqlidi sözlər). İsmə xas olan kateqoriyalar kəmiyyət, hal, mənsubiyyət və xəbərlikdir. 



 

 

7



Xəbərlik kateqoriyası həm adları, həm də felləri əhatə edir. 

 Kəmiyyət kateqoriyasının əsas ifadə vasitəsi -lar



2

 şəkilçisidir. Bundan əlavə, -



lar  morfemi  Azərbaycan  dilindəki – gil  şəkilçisinin  funksiyasını  da  yerinə  yetirir; 

məs.: Aydarlar «Heydər, onun ailəsi və dostları», Nirimanlar. «Nəriman və dostları» 

və  s.  Bu  xüsusiyyət  Azərbaycan  dilinin  Dərbənd  və  Tabasaran  şivələrində  geniş 

yayılmışdır;  məs.:  Mən  getmişdim  Bahadurrara  və  s. -gil  morfeminin  əvəzinə  -lar 

şəkilçisinin  topluluq  bildirməsi  oğuz  dilləri  ilə  müqayisədə  qıpçaq  dillərində  geniş 

areala  malikdir.  Lakin  bu  xüsusiyyət  türk,  türkmən,  uyğur  və  özbək  dillərində  də 

mövcuddur. 

Hal  kateqoriyasında  yiyəlik  və  təsirlik  hallarda  yalnız tam  formaların  (-nin, -



ni

2

),  yönlük-istiqamət  halında  -qa, -ka  formalarının,  yerlik  və  çıxışlıq  hallarda  kar 



variantlı şəkilçilərin işlənməsi qıpçaq xüsusiyyətlərinin üstünlüyünü göstərir. 

Mənsubiyyət  kateqoriyasının  qrammatik  vasitələri  oğuz  dilləri  ilə  eyniyyət 

təşkil  edir;  məs:  babam,  baban,  babası,  babamız,  babanız,  babası//babaları  və  s. 

Mənsubiyyətin  analitik  forması  da  bu  dildə  müşahidə  olunur;  məs.:  sizin  köy,  bizim 



adam, sizin balalar və s. Bu xüsusiyyət Azərbaycan danışıq dilində məhdud dairədə 

(bizim küçə, sizin məhəllə), Dərbənd, Balakən, Qax, Cəlilabad, Lerik, Şəki və Təbriz 

şivələrində geniş yayılmışdır. 

Bu,  türk  dillərinə  xas  olan  qədim  xüsusiyyətdir.  Qədim  yazılı  abidələrdə-

Orxon-Yenisey kitabələrində  (bizin  sü,  menin  er), «Dədə  Qorqud  kitabı»nda (bizim 

el),  M.Kaşğarinin  «Divanı»nda  (bizin  ev)  da  işlənmiş,  müasir  dövrdə  karaiim, 

qaqauz,  qumuq,  başqırd,  çuvaş,  xakas,  türk,  qaraçay-balkar  və  türkmən  dilinin 

dialektlərində I və II şəxslərdə mühafizə olunmuşdur. 

Mənsubiyyət  şəkilçili  isimlərin  hallanması  oğuz  dillərinə  uyğun  şəkildə  mey-

dana çıxır. Oğuz dillərində, eləcə də Azərbaycan dilindəki hallanma forması eynidir; 

məs.: babamın, babama, babamı, babamda, babamdan və s. Krım-tatar dilində oğuz 

dillərində olduğu kimi, III şəxsdə bitişdirici ŋ ünsüründən istifadə olunur: babasında, 

babasından və s. Karlıq dilləri istisna olmaqla, digər müasir türk dillərində və onların 

şivələrində mənsubiyyətli hallanmada məkani hallardan əvvəl - ŋ ünsürü işlənir. Bu 

xüsusiyyət tarixən Orxon-Yenisey (oğlınta, yaşına), uyğur yazılı abidələrində (tenqri 

oğlanınqa),  M.Kaşğarinin  «Divanı»nda  (közin-de,  oğlundan)  və  digər  yazılı  abi-

dələrdə mövcud olmuş, müasir dövrdə hər iki ədəbi dildə normalaşmışdır. 

Hər iki dildə üçüncü şəxs mənsubiyyət şəkilçili isimlər təsirlik halda ‐ŋ şəkil-

çisi qəbul edir; məs.: anasın, kardaşın, aşın «yeməyin» (krım-tatar), atasın, babasın, 

başın, nəvəsin (Azərb.) Bu xüsusiyyət Azərbaycan ədəbi dilində deyil, danışıq dilində 

və şivələrin əksəriyyətində geniş fəallığa malikdir. Türkoloji ədəbiyyatda - ŋ şəkilçisi 

təsirlik  halın  qədim  forması  hesab  olunur.  Hazırda  qıpçaq  dillərində,  Tuva,  sarı 

uyğur,  şor  dillərində  və  Qaraqalpaq,  türkmən,  qumuq,  türk  dillərinin  dialektlərində 

tarixi işləkliyini saxlamışdır. Yaxılı  mənbələrin və müasir şivələrin materiallarından 

aydın  olur  ki,  qədim  -in

2

  şəkilçisi  tarixən  yiyəlik  və  təsirlik  halların  funksiyasını 

yerinə yetirmişdir. Hal formalarının diferensiallaşması prosesində - ŋ şəkilçisi təsirlik 

halı bildirmək funksiyasını bəzi ədəbi dillərdə itirmiş, şivələrdə fəallığını saxlamışdır. 

Azərbaycan  dilindən  fərqli  olaraq,  Krım-tatar  dilində  qrammatik  şəkilçilərin 

əksəriyyəti ikivariantlıdır. Şəkilçilərin damaq variantı dodaq variantının mövqeyində 



 

 

8



işlənir.  Bəzi  şəkilçilərin  damaq  variantının  üstünlüyü  (hal,  mənsubiyyət  və  şəxs 

şəkilçilərində) şimal-şərq ləhcəsi üçün səciyyəvidir. 

Krım-tatar və Azərbaycan dillərində əvəzliyin məna növləri forma və semantik 

baxımdan oxşardır: şəxs əvəzlikləri (men, sen, o, biz, siz, olar), işarə (bu, o, şu, mına, 

anna  «ona»,  mınavi

bytun,  cümle,  er  er  bir),  qeyri-müəyyən  (biri,  birevi,  bir  kimse,  kimdir,  nedir,  bazı, 



kimi, kimisi), inkar (iç, iç kimse// iç birisi// iç kimse, iç bir şey), sual (kim, ne, neday, 

anqi,  kaysi)  və  s.  Şəxs  əvəzlikləri  hallanarkən  Azərbaycan  ədəbi  dili  və  şivələri  ilə 

oxşar  formalar  özünü  göstərir.  Birinci  şəxs  əvəzlikləri  yiyəlik  halda  mənim,  bizim 

şəklində,  yönlük  halda  mana//  bana,  sana,  ona  formalarında  işlənir.  Krım-tatar 

dilinin  cənub  dialektində  şəxs  əvəzlikləri  yönlük  halda  ma:,  sa:,  şimal  dialektində 

maqa, saqa, oqa şəklində istifadə olunur. Əvəzliyin bu formaları Azərbaycan dilinin 

qərb ləhcəsində, şimal-qərb şivələrində (ma:, sa:), Zaqatala, Qax və ayrım şivələrində 

(maqa, saqa) müşahidə olunur. 

Krım-tatar  dilinin  cənub  şivələrində  bu,  u,  «o»  işarə  əvəzlikləri  abu<  ha  bu



avu<ha u şəklində təzahür edir. Abu əvəzliyi «Azərbaycan dilinin şimal-qərb, Dərbənd və 

Tabasaran  şivələrində  habu//habı//havı//havu  variantlarında  çox  yaxındakı,  gözlə  görünə 

bilən varlığı göstərmək, nişan vermək üçün işlədilməklə bərabər, ondan haqqında danışılan 

və gələcəkdə olacaq hadisəni, əşyanı, varlığı, əlaməti və s. bildirmək üçün istifadə edilir. 

Məsələn: habu meniŋ qız mağa çox komak eliyir (4, 93). 

Azərbaycan  dilində  olduğu  kimi,  Krım  –tatar  dilində  də  inkar  fellər-ma



2

 

şəkilçisinin vasitəsilə, bacarıq felləri-a,e feli bağlama şəkilçisi ilə bil felinin köməyi 



ilə əmələ gəlir; məs.: ata bil, ala bil və s. Bacarıq fellərinin inkarı –alma, -ama, -eme 

felləri ilə düzəlir; məs.: atalma// atama, alama və s. 

Şəxs şəkilçiləri iki şəkildə təzahür edir: 1) felin şühudi keçmiş zamanı və şərt 

şəkli ilə işlənənlər: aldım, aldın, aldı, aldık. aldız, aldılar; 2) felin digər şəkillərində 

işlənənlər: alırım, alırsın, alır, alırmız, alırsız// alırsınız, alırlar və s. 

Göründüyü kimi, Azərbaycan dilindən fərqli olaraq, Krım-tatar dilində II şəxs 

təkdə -sın

2

, I şəxs cəmdə -mız



2

 şəkilçiləri işlənir. Azərbaycan dilində və şivələrində I 

şəxs cəmdə -mız

2

 şəkilçisi qeydə alınmamışdır, lakin tarixən yazılı abidələrdə 2 forma 

(-q, -k  və  -mız)  işlənmişdir.  XVIII yüzildən  başlayaraq  ədəbi  dildə  -q, -k  şəkilçisi 

normalaşmışdır.  II  şəxs  təkdə  –sın  şəkilçisi  Gədəbəy  və  Qax  (İlisu  kənd  şivəsi) 

şivələrində fəal işlənməkdədir. 

Türk  dillərində  II  şəxs  təkdə  şəkilçinin  həm  açıq  saitli,  həm  də  qapalı  saitli 

variantları  (-san, -sın)  mövcuddur. -San  şəkilçisi  Qaraqalpaq,  qumuq,  Tuva,  özbək, 

uyğur dillərində, -sın



4

 forması isə müasir türk, qazax, karaim, qırğız, noqay və Baraba 

tatarlarının dilində eyni vəzifə daşımaqdadır. Ümumtürk arealında –san

2

 şəkilçisi ilə 



müqayisədə  qapalı  variant  üstünlük  təşkil  edir.  N.Hacıyeva  -sın  izoqlossunun 

innovasiya mərkəzinin Orta Asiya türklərinin yayıldığı zonanın olması qənaətindədir 

(3, 178). Orta Asiyada özbək və Qaraqalpaq dilləri istisna olmaqla, oğuz və qıpçaq 

mənşəli türk dillərində –sın şəkilçisi işlənir. Bu şəkilçinin ayrılıqda oğuz və qüpçaq 

xüsusiyyəti  olmasını  müasir  dil  faktları  ilə  təsdiqləmək  çətindir.  Bunu  oğuz-qıpçaq 

dilinin qədim xüsusiyyəti kimi Orta Asiyadan yayıldığını güman etmək olar. 

Krım-tatar dilində I şəxs təkdə də şəxs əlamətinin qapalı variantının -ım işlən-

məsinə rast gəlinir: men insanım. –ım şəkilçisi Azərbaycan dilinin ayrım şivəsində I 



 

 

9



şəxs  təkin  əsas  ifadə  vasitəsidir.  Bu  şəkilçinin  işlənməsinə  görə,  Krım-tatar  dili 

qaqauz, türk, türkmən və şor dilləri ilə bir qrupda birləşir.  

Şəxs  şəkilçilərinin  işlənməməsi  Krım-tatar  danışıq  dilində  qeydə  alınmışdır: 

men briqadir. Bu xüsusiyyət Azərbaycan dilinin Qax, Borçalı və Göyçay (Potu kənd 

şivəsi) şivələrində hər 3 şəxsdə özünü göstərir: men çoban, sen çoban, ho çoban, biz 

çoban, siz çoban, holar çoban (Qax) və s. Şəxs şəkilçilərinin işlənməməsi türk dillə-

rində  Orxon-Yenisey  dövründən  arxaikləşməyə  başlasa  da,  müasir  dövrdə  tatar  və 

qaqauz  dillərində  məhdud  arealda,  sarı-uyğur,  salar  dillərində  və  özbək  dilinin 

dialektlərində geniş yayılmışdır. 

Apardırdığımız araşdırmalardan bir daha aydın olur ki, Krım-tatar dilinin oğuz 

xüsusiyyətləri Azərbaycan ədəbi dili və ya şivələri ilə eyniyyət təşkil edir. Bu xüsu-

siyyətlərin  bir  qismi  tarixən  Türkiyə  türkcəsinin  təsiri  ilə  yaransa  da,  əksəriyyəti  ta 

qədimdən  hər  iki  dildə  möhkəmlənmişdir.  Bir  sözlə,  Krım-tatar  dilinin  formalaş-

masında qıpçaq dilləri ilə yanaşı, oğuz dilləri də həlledici rol oynamışdır. 

 

ƏDƏBİYYAT 

1.

 



Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 1984, 392 s.  

2.

 



Баскаков Н.А. Тюркские языки. М.:Восточная литература, 1960, 243 с. 

3.

 



Гаджиева Н.З. Тюркоязычные ареалы Кавказа. М.: Наука, 1979, 263 с. 

4.

 



İslamov M. Türk dillərində əvəzliklər. Bakı: Elm, 1986, 204 s. 

5.

 



Kaşğari M. Divani lugat-it-türk (tərtib edən Ramiz Əskər). I c., Bakı: Ozan, 2006, 512 s. 

6.

 



Усеинов К. Ганиева Э, Сейдаметова Н. Къырым татар тили. Симфереполь: Къырымдево-

къувпеднешир, 2008, 208 с.

 

 

ОСОБЕННОСТИ ПРОЯВЛЕНИЯ ОГУЗСКИХ ЭЛЕМЕНТОВ  



В ЯЗЫКЕ ТЮРКСКИХ ТАТАР 

 

М.А.МАМЕДОВ 

 

РЕЗЮМЕ 

 

В  статье  приводятся  общие  сведения  о  крымско-татарском языке  и  истории  его 

развития, уточняется место этого языка в семье тюркских, даётся сравнительный анализ 

фонетических  и  морфологических  явлений  огузского  происхождения  с  азербайджанс-

ким языком и диалектами. 

В  результате  исследования  можно  сделать  следующее  заключение:  хотя  крымс-

ко-татарский язык и относится к половецкой группе, тем не менее, решающую роль в 

его формирование сыграл язык огузских племён. 

 

OGHUZ FEATURES IN THE CRIMEAN-TATAR LANGUAGE 

 

M.A.MAMMADOV 

 

SUMMARY 

 

The article deals with the Crimean-Tatar language and history of its development, its 



position in the family of Turkic language and presents the comparative analysis of phonetic and 

morphological phenomena of Oghuz origin with the Azerbaijani language and dialects.  

As a result of the research we come to the following conclusion: though the Crimean -

Tatar language also refers to the Polovistan group, the language of Oghuz tribes was of key 

importance in its formation. 


 

 

10



 

Yüklə 315,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin