Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə41/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   37   38   39   40   41   42   43   44   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
85
nün “Ulcaytunun tarixi” əsərinin
1
 demək olar ki, hər səhifəsində 
beş-on türk sözü işlətmişdir ki, onların əksəriyyəti hələ indi də 
bizim dilimizin lüğət tərkibini təşkil edir.  
Ə.Kəsrəvi türklərin məhz monqolların zamanında kütləvi 
surətdə Azərbaycana gəlmələri, həmin dövrdə artıb çoxalmaları 
barəsində  İran tarixçilərinin iddialarına münasibət bildirərək 
yazır: “Biz deyə bilmərik ki, monqolların zamanında Azərbay-
canda türklərin sayı artdı, belə bir iddia üçün əlimizdə elə bir də-
lil yoxdur».
2
 Ə.Kəsrəvi bu fikrində tamamilə haqlıdır, ona görə 
ki, monqolların işğalından  əsrlərlə  əvvəl  İran və Azərbaycan 
ərazisində  səlcuqların zamanında Azərbaycanda və Anadoluda 
artıq uzun müddətdən bəri oturaqlaşmış oğuz türkləri ilə yanaşı, 
Xəzər dənizinin şimalından və Qafqazdan gələn qıpçaq türkləri 
də çox idi və türk dili bölgənin əsas ünsiyyət vasitəsi idi. Lakin, 
burada bir xüsus da nəzərə alınmalıdır ki, həm Avropa, həm də 
islam tarixçilərinin də  təsdiq etdiyi kimi, monqol qoşunlarının 
yarısından çoxunu türklər (o zamandan etibarən ruslar həmin 
türkləri «tatar» adlandırırdılar və rus tarixçiliyində tatar-monqol 
ifadəsi işlədilir – E.M.) təşkil edirdilər və qoşun böyüklərinin 
böyük  əksəriyyəti də türklər idi. Monqolların hakimiyyəti illə-
rində iki milyondan çox türkün İrana gəldiyi və əsasən də Azər-
baycanda yerləşdiyi barəsində  məlumatlar vardır. XIV əsrdə 
Təbrizə gəlmiş İbn Bətutə və İbn Fəzlullah-əl-Öməri Təbriz əha-
lisinin türkdilli olduğunu yazırdılar.
3
 
Ə.Kəsrəvi yazır ki, türk dilinin Azərbaycanda yayılması 
Qaraqoyunlu və  Ağqoyunlu dövlətləri zamanında genişləndi, 
Səfəvilər zamanında isə ən yüksək nöqtəsinə yetişdi, ondan son-
ra isə durğunluq və geriləmə baş verdi. O, qeyd edir ki, I Şah İs-
mayıl və I Şah Təhmasib zamanında türk dili fars dili ilə yanaşı, 
ikinci yerdə dururdu. I Şah Abbasın hakimiyyətə gəlişindən və 
                                                 
1
 Kaşani Ə. Tarix-i Ulcaytu. Tehran , 1348. 
2
 Kəsrəvi Ə. Azəri ya zəban-e bastan-e Azərbaycan, s.18. 
3
 Cavad Heyət. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda, s.503 


Eynulla Mədətli 
 
86
ölkənin paytaxtının İsfahana köçürülməsindən sonra türk dili öz 
əvvəlki mövqeyini itirdi. Amma son zamanlarda Məşrutə hərə-
katının başlanması  və ölkədə  vətənpərvərlik hisslərinin güclən-
məsi gedişində türk dili geriləmədi». O, haqlı olaraq qeyd edirdi 
ki, «Məşrutə hərəkatı azadlıq hərəkatı idi, xalqın dilini kəsməyə 
xidmət etmirdi».
1
 Rza  şahın hakimiyyətə  gəlməsi, məşrutənin 
buraxılması  və ifrat fars millətçiliyinin güclənməsi türk dilinin 
inkişafını yenidən dayandırdı. 
Qeyd edilməlidir ki, Ə.Kəsrəvinin «azəri» dilinin mövcud-
luğu iddiasını sübut etmək üçün adıçəkilən kitabında təqdim 
etdiyi mətn və şer nümunələrinin Azərbaycan türklərinin dili ilə 
əlaqəsi yoxdur, bunlar heç farsdillilər tərəfindən də başa düşül-
mür. Çünki o, tat, talış dialektlərindən gətirdiyi nümunələri 
«azəri» olaraq nişan verir. Cavad Heyət haqlı olaraq vurğula-
mışdır ki, tədqiqatçı və dilçi iddiasında olan Ə.Kəsrəvi bir dilçi 
alim kimi yox, peşəkar bir siyasətçi kimi çıxış edir, öz dəlillərini 
qatıb-qarışdırır və bu yolla fikirlərini qəbul etdirməyə çalışır. 
Məsələn, müxtəlif dialektləri “azəri dili” adlandırmaqla, onları 
fars dili ilə eyniləşdirir. Belə qənaətə gəlir ki, milyonlarla azər-
baycanlının və  İranlının dili olan türk dili məhv olub sıradan 
çıxmaqdadır. Onun fikrincə, bu dildən imtina edilməli, o, fars 
dili ilə əvəz edilməlidir.
2
  
Ə.Kəsrəvinin belə yanlış və elmi əsası olmayan «yenilik-
lərindən» çox misallar gətirmək olar. Lakin təəssüflə qeyd etmə-
liyik ki, onun tərəfindən əsası qoyulmuş Azərbaycan türklərinin 
soykökü və türk dili tarixinin saxtalaşdırılması  ənənəsi ondan 
sonra gələn, hətta indi də  fəaliyyət göstərən tədqiqatçılar tə-
rəfindən davam etdirilmişdir.
3
  
                                                 
1
 Kəsrəvi Ə. Azəri ya zəban-e bastan-e Azərbaycan, s.19-20. 
2
 Cavad Heyət. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda, s.506. 
3
 Zəka Y. Karvənd-e  Ə.Kəsrəvi. Məcmueye 78 resale və qoftar əz  Əhməd 
Kəsrəvi,Tehran, 1352; Reza İ. Azərbaycan - əz kuhəntərin əyyam ta emruz. 
Təbriz, Enteşarat-e Mərd-e Emruz, 1367.  



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin