Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə38/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   34   35   36   37   38   39   40   41   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
79
tarixçilərinin hücumları geniş vüsət aldı. Bu zaman əsas məqsəd
“vahid millət” şüarı altında İranda yaşayan bütün qeyri-fars mil-
lətlərin, xüsusən sayca ölkənin ikinci əhalisi sayılan Azərbaycan 
türklərinin mədəniyyətini və dilini farslaşdırmaq idi. Bu məqsə-
di reallaşdırmaq üçün İranda iki cərəyan mövcud idi: birinci cə-
rəyanın tərəfdarları radikal üsullardan istifadə etməklə azərbay-
canlı  əhalini öz ana torpaqlarından deportasiya edərək  İranın 
daxili və cənub əyalətlərində yerləşdirməyi, ölkədə fars dilindən 
başqa digər dillərdə danışmağı qadağan etməyi təklif edirdilərsə 
(bu fikirlər başlıca olaraq “Ayənde” jurnalında təbliğ olunurdu - 
E.M.), ikinci cərəyanın tərəfdarları (Həsən Tağızadə  və onun 
məsləkdaşları – E.M.) türk və digər dillərin istifadə dairəsini 
məhdudlaşdırmaq, məktəblərdə tədrisin yalnız fars dilində apa-
rılması yolu ilə türk və digər dillərin sıradan çıxmasına nail ol-
mağa çalışırdılar. H.Tağızadə, K.İranşəhr, Şəfəq Rzazadə, Mah-
mud Orfan, Rəhimzadə  Səfəvi, Mirzə Mahmudxan,, Əli Cəva-
hürül Kəlam və başqaları “Ayənde”, “Namey-e təcəddod”, “Şə-
fəq-e çorx”, “İranşəhr”, “Pərçəm”, “Tufan-e həftegi”, “Soxən”, 
“Daneş” kimi mürtəce qəzet və jurnallarda məqalələrlə  çıxış 
edərək Azərbaycan dilini, onun tarixini saxtalaşdırır, azərbay-
canlıları qədim farsdilli xalq hesab edərək, onların guya əvvəllər 
fars dilinin pəhləvi, fars, dəri, azəri ləhcələrində danışdıqlarını, 
yalnız monqol-tatar yürüşlərindən sonra türk dilini qəbul etdik-
lərini iddia edirdilər.
1
 Bu müəlliflər arasında Şəfəq Rzazadə xü-
susilə fərqlənirdi. O, hələ 1924-cü ildə “Nameyi təcəddod” jur-
nalında yazırdı ki, azərbaycanlıların mənşəyi ari irqindən olub, 
                                                 
1
 Rəhimzadə S. Nofuz-e İran dər Şərq, “Şəfəq-e sorx” jurnalı, sale çəharom, 
№427; “İranşəhr” jurnalı,  əvvəli azər 1302; Orfan M. Zəban-e farsi dər 
Torkestan, “Ayənde” jurnalı, tir 1304, №1; “Tufan-e həftegi”, 1307, 3 
mehr;  Əliyev M.M. Bəzi İran mətbuat orqanları  səhifələrində Azərbaycan 
xalqı  və onun mənşəyi məsələləri. /Azərbaycanın tarix və  mədəniyyətinin 
burjua saxtalaşdırıcılarına qarşı, Bakı, Elm, 1978, s.205-211, s.205-206 


Eynulla Mədətli 
 
80
onlar qədim fars dilində danışırmışlar.
1
 
Güney Azərbaycanda XX əsrin 40-cı illərində mill hərəkat 
süquta uğradıldıqdan sonra İranda Azərbaycan xalqına, onun 
mənşəyinə tarixinə, dilinə qarşı hücumlar daha da genişləndi. 
Elə  həmin  Ş.Rzazadə “Radio İran” jurnalında azərbaycanlılar 
haqqında  əvvəlki qərəzli fikirlərini təkrar edərək onların dil və 
irq baxımından  İranlı, fars olduqlarını, üç min il ərzində  İran 
bayrağı altında birləşdiklərini bildirirdi. Azərbaycan türklərinin 
milli-azadlıq mübarizəsindən rahatsız olan Ş. Rzazadə 1940-cı 
illər Pişəvəri hərəkatını nəzərdə tutaraq yazırdı ki, İran Azərbay-
canının xaricilər tərəfindən istila olunmasına səbəb türk dili ol-
muşdur. Onlar (Sovet hökuməti – E.M.) Azərbaycan üçün ədə-
biyyat və tarix uydurub, yeni bir millət yaratdılar. Bununla onlar 
Azərbaycanı İrandan ayırmaq istəyirdilər.
2
 O, yenə də Azərbay-
can türk dilinin müstəqilliyinə qarşı çıxış edərək, azərbaycanlıla-
rın əvvəlki dilinin fars dili olduğunu, sonuncunun ölkədə yeganə 
ədəbi dil olduğunu iddia edirdi.  
Keçən  əsrin 40-60-cı illərində bu mürtəce mövqeni Əmir 
Əhmədi, İsa Şəhabi, Davud Pirniya, Mohit Təbətəbai, Məhəm-
mədhəsən Gənc, Ələkbər Rizvan, Moctəba Minəvi və başqaları 
müdafiə edirdilər. Moctəba Minəvi “Soxən” jurnalının azər 
1330-cu il, 3-cü nömrəsindəki məqaləsində Azərbaycan türkcə-
sinin varlığını inkar edərək yazırdı: “İran əhalisinin bir qismini 
türk, bir qismini ərəb və bir qismini də farsdilli xalq adlandır-
maq olmaz. Bütün İran xalqı üçün vahid milli fars dili, fars ruhu 
və ədəbiyyatı var. Digər xalqlar yalnız fars dili ilə mənəvi qida 
ala bilərlər”.
3
 O, Azərbaycan türkcəsinin ədəbi dil olmadığını id-
                                                 
1
 Rzazadə Ş. “Türk mütəfəkkirinin fikrincə. “Nameyi tacəddod”, 8, 15, 17, dey 
1303;  Əliyev M.M. Bəzi  İran mətbuat orqanları  səhifələrində Azərbaycan 
xalqı və onun mənşəyi məsələləri, s.206. 
2
 Əliyev M.M. Bəzi İran mətbuat orqanları səhifələrində Azərbaycan xalqı və 
onun mənşəyi məsələləri, s.206-207. 
3
 Əliyev M.M. Bəzi İran mətbuat orqanları səhifələrində Azərbaycan xalqı və 
onun mənşəyi məsələləri, s.208. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin