Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə35/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   31   32   33   34   35   36   37   38   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
71
təsdiq etmək üçün yenə  də yuxarıda adları  çəkilmiş  İran 
tarixçilərinin qeyri-elmi metodlarından (faktların saxtalaşdırıl-
ması  və onların irəli sürdükləri müddəalara uyğunlaşdırılması, 
uyğun olmayan faktların isə üzündən sükutla keçilməsi, mən-
bələrə qeyri-tarixi yanaşma və s.) istifadə edir və belə nəticəyə 
gəlir ki, Azərbaycan Respublikasının tabeliyində olan indiki 
ərazi Azərbaycan adlandırılmamışdır … İranın qədim tarixi-coğ-
rafi mənbələri də sübut edir ki, həmin ərazilər Arranın bir hissə-
si olmuşdur. Sovet və eləcə də müasir Azərbaycan Respublikası-
nın tarixçi və coğrafiyaçılarına da yaxşı məlumdur ki, Araz ça-
yının  şimalına Azərbaycan adının qoyulması yanlış, qondarma 
və  əsassız bir işdir”.
1
 Bu  müddəaları ilə B.Ə.Əhmədiyan da 
sələfləri kimi Azərbaycan xalqının etnik birliyini inkar etmək 
məqsədi güdür. Arazın şimalında və ya cənubunda yaşamaların-
dan asılı olmayaraq, Azərbaycan türkləri tarix boyu vahid bir 
etno-mədəni mühiti qərarlaşdırmışlar. B.Ə.Əhmədiyanın müxtə-
lif coğrafi adları misal gətirməklə məsələni qəlizləşdirmək cəhdi 
Azərbaycan türklərinin qədim zamanlardan yaşadıqları əraziləri 
bir-birinə qarşı qoymaq, Arazın hər iki tayındakı Azərbaycan 
ellərini bir-birinə yadlaşdırmaq istəyinin bariz ifadəsidir.
2
 Yuxa-
rıda qeyd etdiyimiz kimi, müxtəlif dillərdə yazılmış çoxsaylı ta-
rixi qaynaqlar təsdiq edir ki, Azərbaycan türklərinin Arazın hər 
iki tayında yaşadıqları ərazilər yüzilliklər ərzində “Azərbaycan” 
istilahı adı altında tanınmışdır. 
“Əsnadi əz rəvabət-ə İran ba məntəğe-ye Qəfqaz. Dəftər-e 
motalaat-e seyasi və beynəlmeləli” adlı kitabda da Şimal Azər-
baycanın tarixi və coğrafiyası kobud şəkildə saxtalaşdırılır. 
İ.Rzaya istinad edilən əsərdə iddia edilir ki, albanların mənşəyi 
(nejad-irqi) və dili Xəzərin sahilində sakin olan gürcülər və 
Qafqazın dağlıq hissəsində yaşayanlarla eynidirlər (?). Onların 
                                                 
1
 Yenə orada, s.16-17. 
2
Gasumov Kh, Musaly N. A Fact of the Falsification of Azerbaijans Histo-
rical Geography and Statehood History, p. 92. 


Eynulla Mədətli 
 
72
hamısı Yavəsi qövmlərinə mənsub olanlardır və belə şöhrət qa-
zanmışlar.
1
 Əsərdə İran tarixçilərinin Azərbaycanın adı ilə bağlı 
yanlış fikirləri təkrar edilir və qeyd edilir ki, 1911-ci ildə Ar-
randa Müsavat partiyası fəaliyyətə başladı və bu partiya 1918-ci 
ildə Arran və Şirvanı saxta Azərbaycan adı ilə adlandırdı. 1920-
ci ilin 28 aprelində bolşeviklər Bakını  işğal edib Azərbaycan 
SSR yarandığını elan etdilər.
2
 
Cavad Heyət bu “tarixçilərə” layiqli cavab verərək yaz-
mışdır: “Belə bir iddianın yeniliyi yoxdur. 60 il bundan öncə də-
fələrlə Ə.Kəsrəvi, onun tərəfdarları və havadarları bu məsələyə 
toxunmuşdur. Keçmişdə onların müddəalarını qəbul etmək üçün 
siyasi mühit əlverişli olduğu üçün bu qərəzli və yanlış iddialar 
get-gedə bir çoxlarının  şüuruna yol tapmışdır. Məsələn,  İnayə-
tullah Rza keçmiş kommunistlərdən, Tudə partiyasının üst kadr-
larından olmuş və uzun illər Moskva radiosunda müxbir və dik-
tor işlədikdən sonra İrana qayıtmış,  Şahənşah sarayının dəstəyi 
ilə Tehranda səltənət kitabxanasına müşavir və müavin təyin 
edildikdən sonra «Azərbaycan və Arran (Qafqaz Albaniyası)» 
adlı kitab yazmış, bu barədə qələmini işə salmışdır».
3
 
Eyni fikri Turəc Atabəyi də irəli sürərək qeyd edir ki, keç-
mişdə Azərbaycan Sovet Sosialist Respublikası, indi isə Azər-
baycan Respublikası adlanan ərazi qədim Azərbaycanın coğrafi 
sərhədləri daxilində olmamışdır və Araz çayının  şimal hissəsi 
«Arran» adlandırılmışdır.
4
 
Turəc Atabəyi elmi rəhbəri Yervand Abrahamyanın təsiri 
ilə orta əsrlərə aid bəzi qaynaqlarda ona sərf edən faktlara söy-
                                                 
1
 Əsnadi əz rəvabət-ə İran ba məntəğe-ye Qəfqaz. Dəftər-e momalaat-e seyasi 
və beynəlmeləli, Tehran, 1372., s.53. 
2
 Əsnadi əz rəvabət-ə İran ba məntəğe-ye Qəfqaz. Dəftər-e momalaat-e seyasi 
və beynəlmeləli, Tehran, 1372, s.60. 
3
 Doktor Cavad Heyət. Dər bare-ye məqale-ye «Azərbaycan koca əst? 
«Varlıq» dərgisi, 1990-cı il oktyabr-noyabr, № 78-3, № 7-3, s. 25-38. 
4
 Atabəyi T. Azərbaycan dər  İrane moaser. Tərcüme-ye Məhəmməd Kərim 
Eşraqi. Tehran, 1376 (1997), çape əvvəl. s.20. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin