Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə32/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   28   29   30   31   32   33   34   35   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
65
tinin mərkəzi hakimiyyətinin tabeliyində olduğunu iddia edirlər. 
Halbuki, Nadir şahın ölümündən Kərim xan Zəndin hakimiyyə-
tinə gəlməsinə qədər 13 il ərzində İranın özündə hər hansı mər-
kəzləşdirilmiş dövlətdən söhbət belə gedə bilməzdi. Əslində Kə-
rim xan Zəndin dövründə  və onun ölümündən sonra da Azər-
baycan ərazisindəki dövlətlər (xanlıqlar) tam müstəqil daxili və 
xarici siyasət aparırdılar.  
Paniranizm mövqeyində duraraq Azərbaycanın etnik və si-
yasi tarixinə, tarixi coğrafiyasını saxtalaşdıran İran tarixçilərinin 
qeyri-obyektiv fikirlərinə qarşı  İranın azərbaycanlı ziyalıları da 
çıxış edirlər. 
Teymur Pirhaşimi 1985-ci ildə «Varlıq» dərgisinin iyun-
iyul tarixli 3-4-cü sayında fars dilində nəşr etdirdiyi “Arran vila-
yəti  əst  əz Azərbaycan” (“Arran Azərbaycan vilayətidir”) 
başlıqlı  məqaləsində yazmışdır: “Bu kitablarda yazılanların 
yeniliyi yoxdur, çox da qədim deyildir, bu mübahisə xüsusi 
nəzərlər  əsasında 50 il bundan öncə başlayıb və başlıqlarının 
müxtəlif olmasına baxmayaraq, möhtəvaları birdir. Məqsədləri, 
əsasən, üç hədəfi təlqin etməkdir: 1. Araz çayının şimal və cənu-
bunda sakin əhalinin dili bir olmamışdır. 2. Arazın şimalındakı 
ərazi “Arran” adlanmış və heç vaxt “Azərbaycan” adlanmamış-
dır. 3. Araz çayının şimal və cənubunda sakin əhali soykökü və 
etnik cəhətdən bir olmamışdır. Sonra məqalə müəllifi yazır ki, 
birinci və üçüncü hədəf barədə deməliyəm ki, hamı bilir ki, Araz 
çayının şimal və cənub hissəsində sakin əhalinin soykökü və dili 
birdir. Bunu isbat etmək üçün dəlil və məntiqə ehtiyac yoxdur. 
Bu gün bütün dünyada bir nəfər tapılmaz ki, Arazın  şimal və 
cənubunda sakin əhalinin dil və soykökünün bir olmasını inkar 
etmiş olsun. Arranın Azərbaycan olub-olmaması barədə deməli-
yəm ki, aran isti yer deməkdir. Bu gün də deyirlər ki, el aran-
dadır və ya el arandan qayıdıb, yaylağa gəldi”.
1
 Azərbaycanda 
                                                 
1
 Pirhaşimi T. Arran vilayəti əst əz Azərbaycan. «Varlıq» dərgisi, 1985, № 3-
4, s. 54. 


Eynulla Mədətli 
 
66
isti yer Aran adlanır. Onun əsas hissəsi Muğan düzüdür ki, onun 
bir hissəsi Arazın  şimalında, digər hissəsi cənubunda yerləşir. 
Meşgin, Astara, Lənkəran da Arran hesab olunur. T.Pirhaşimi 
sonra yazır: “Arazı Azərbaycanın  şimal sərhədi, cənubunu isə 
Arranın son sərhədi hesab etmək düzgün deyildir. Necə ki, bu 
gün Zayandərud çayı  İsfahanın ortasından keçir. Araz çayı da 
onların arasından keçir. Türkmançay müqaviləsindən sonra bir 
şəhərin yarısı cənubda, digər yarısı Arazın şimalında qaldı. Bir 
əsrdən artıq bu yerlərin əhalisi öz qohumları ilə gəl-get edirdilər 
və bir-biri ilə qohum olurdular və heç bir rəsmi icazə almağa 
ehtiyac yox idi. Yalnız Rza şahın hakimiyyəti dövründə bu ba-
rədə çətinliklər törədildi və sərhədlər bağladıldı”.
1
  
Doktor Cavad Heyət «Varlıq» dərgisinin 1990-cı il ok-
tyabr-noyabr tarixli sayında Cəlal Mətininin “Azərbaycan hara-
dır?” başlığı altında fars dilində yazdığı məqalədə Cəlal Mətini 
və  İnayətullah Rza kimi «tarixçilərə» tutarlı cavab vermişdir. 
Çünki Cəlal Mətini də Amerikada yaşayan İran təbəələrinin ora-
da nəşr etdirdikləri “Məcəlle-ye İranşenasi” adlı dərginin 1989-
cu il tarixli üçüncü sayında “Azərbaycan haradır?” adlı fars 
dilində yazdığı  məqalədə Azərbaycanın  şimal hissəsini Arran 
adlandırmışdır. Cavad Heyət yazır ki, həmin məqalənin məzmu-
nu digər şovinistlər və irqçilərin yazıları kimi qərəzlidir və tarixi 
vaqiyyətlərlə heç bir əlaqəsi yoxdur. Cəlal Mətini də öz məqalə-
sində sübut etməyə çalışmışdır ki, guya Arazın şimal ərazisi heç 
vaxt Azərbaycan olmamış, yalnız 1918-ci ildə siyasi məqsədlər 
baxımından Osmanlı pantürkist hökumətinin köməkliyi ilə  iş 
başına gətirilmiş Azərbaycan Xalq Cümhuriyyəti dövləti tərəfin-
dən Osmanlı hökumətinin təzyiqi ilə Arazın  şimal hissəsini ilk 
dəfə “Azərbaycan” adlandırmışlar. Onların  əsas siyasi məqsədi 
sonralar Azərbaycanı birləşdirmək olmuşdur. İki il sonra Azər-
baycan Xalq Cümhuriyyəti hökuməti bolşevik hökumətinin qır-
                                                 
1
 Pirhaşimi T. Arran vilayəti əst əz Azərbaycan. «Varlıq» dərgisi, 1985, № 3-
4, s. 55. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin