Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə30/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   26   27   28   29   30   31   32   33   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
61
radıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini 
hakimiyyəti də  ələ keçirdilər. Bununla, mərkəzi hakimiyyət 
daha da qüvvətləndirildi. Şah sarayında Ali Məşvərət Məclisi və 
ya Ali Səltənət Şurası ("Məclisi-əla") fəaliyyət göstərirdi. Mər-
kəzi və yerli idarə orqanlarının işini tənzimləyən mükəmməl bir 
bürokratik sistem yaradılmışdı. Ölkə  ərazisindəki bütün məh-
kəmə  işlərinə Ali divan nəzarət edirdi. Səfəvi hökmdarlarının, 
xüsusən Şah Abbasın keçirdiyi islahatlar nəticəsində Səfəvilərin 
hərbi qüvvələri dünyanın  ən qüdrətli ordularından birinə çev-
rilmişdi. Səfəvilərin hakimiyyəti illərində bütün Yaxın və Orta 
Şərqdə Azərbaycan dilinin rolu daha da artdı. Səfəvi sarayına 
gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar, bir qayda 
olaraq, Azərbaycan dilində aparılırdı”.
1
  
Səfəvilər dövləti ilə bağlı İran tarixçilərinin ən çox saxta-
laşdırdıqları  məsələlərdən biri Səfəvilərin etnik kökü, şiəlik 
məzhəbinin dövlətin yaranmasında rolu ilə bağlıdır. Burada isə 
əsas məqsəd Səfəvilər sülaləsini nəyin hesabına olursa-olsun 
farslaşdırmaq və  İranlaşdırmaqdır. Görkəmli rus şərqşünası 
V.Bartold Səfəvilərin mənşəyi ilə bağlı  əminliklə bildirirdi ki, 
bu sülalənin başçısı  Səfiəddin və onun varisləri olan Ərdəbil 
şeyxləri  şübhəsiz  İran deyil, türk kökənlidirlər.
2
 Sovet  tarixçisi 
İ.Petruşevski də bu fikri təsdiq edir.
3
 Ə.Kəsrəvi, onun ardınca 
S.Rəhimzadə, N.Şeybani və başqaları Səfəvilər sülaləsinin türk 
deyil, kürd kökənli olması haqqında fərziyyəni müdafiə edirlər. 
M.C.Məşkur  Şah  İsmayıldan danışarkən onun türk olmadığını, 
ancaq hansı səbəblərdənsə (!) türkcə danışdığını və şeirlər yaz-
dığını, Azərbaycan tatarlarının türkcə danışdıqlarına baxmaya-
raq, təmiz İranlıların türkman və tatar irqləri ilə qarşığı olduğunu 
                                                 
1
 Mahmudov Y. Azərbaycan: qısa dövlətçilik tarixi, Bakı, Təhsil, 2005, 140 s. 
s.30-32 
2
 Бартольд И. Сочинения, е.2, ч.1, М, 1963, С.748  
3
 Петрушевский И.П. Государства Азербайдана в XV в. /Сборник статей 
по истории Азербайджана, вып. 1., Баку, 1949, с.205 


Eynulla Mədətli 
 
62
iddia edir.
1
 Səfəvilərin tarixinin görkəmli tədqiqatçısı O.Əfəndi-
yev ilkin mənbələrə, o cümlədən Səfəvilərin  şəcərəsi haqqında 
məlumatları özündə  əks etdirən yeganə  mənbə olan Təvəkkül 
ibn-İsmayıl ibn-Bəzzazın “Səffat  əs-səfa”  əsərinə  əsaslanaraq 
Səfəvilərin və ümumiyyətlə,  Ərdəbil  əhalisinin türk olduğunu 
sübut edir və göstərir ki, Səfəvilər sülaləsinin kürd və ya İran 
mənşəli olması haqqında hipoteza etibarlı mənbə məlumatlarına 
əsaslanmır,  Şeyx Səfiəddinin isə türk etnosuna mənsubluğu 
şübhə doğurmur.
2
  
Səfəvilər dövrü İran tarixşünaslığında Səfəvilər dövlətində 
Azərbaycan türk tayfalarının rolunu aşağı salmaqla onların fəa-
liyyətini və xidmətlərini arxa plana çəkməyə  cəhd göstərilir. 
Məsələn, N.Şeybani yazır ki, əslində  İranın siyasi birləşməsinə 
nail olmaq üçün türk tayfaları Şah İsmayılın əlində alət və vasitə 
idilər.
3
 İran tarixçilərinin bu qərəzli iddiaları Azərbaycan və bir 
sıra xarici tədqiqatçıların əsərlərində elmi şəkildə təkzib edilmiş 
və sübut edilmişdir ki, Qızılbaş tayfalarının səyləri və hərbi qüd-
rəti sayəsində gənc İsmayıl öz əsas rəqiblərinə qalib gələrək bö-
yük bir imperiya yaratmışdır. Tarixi mənbələr bizə  həmin tay-
faların və onların başçılarının adlarını saxlamışdır. Həmin mən-
bələr təsdiq edir ki, Səfəvilər dövlətində hakimiyyət türk tayfa 
birliklərinin əlində idi, əsas vəzifələr, vilayətlərin hakimləri on-
lardan təyin olunurdu. Hərbi komandanlıq və qoşunlar Qızılbaş 
tayfalarından və onların əmirlərindən təşkil olunurdu. Buna görə 
də, Azərbaycan tayfalarının ana dili – türk dili nəinki Səfəvilər 
sarayında, eləcə  də bütün İranda geniş yayılmış  və ümümişlək 
dilə çevrilmişdi. Bunu hətta türklərə mənfi münasibətini gizlət-
məyən Məhəmməd Cavad Məşkur da etiraf etməli olmuşdur. O, 
                                                 
1
 Məşkur. M.C. Nəzəri be tarix-e Azərbaycan, Tehran, 1349, s.242-243, 253 
2
 Эфендиев О. К освещению некоторых вопросов истории сефевидов в 
современной иранской историографии, c.130-131. 
3
 Şeybani N.M. Təşkil-e şahənşahi Səfəviyye, Ehyayi vəhdəti melli, Tehran, 
1346, s.246. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin