Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə40/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   36   37   38   39   40   41   42   43   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
83
Kitabının “İlk türklər Azərbaycanda” bölümündə Ə.Kəsrə-
vi yazır: “ilk türk dəstələrinin Azərbaycana mühacirət etməsi 
Sultan Mahmud Qəznəvi zamanında baş verdi”. Sonra isə qeyd 
dir ki, “araşdırmalarımızdan bilirik ki, türki (türk dili - E.M.) 
Azərbaycana səlcuqlar zamanı türk ellərinin bura köçməsi yolu 
ilə  gəlmişdir.
1
 O,  tarixi  mənbələrin türk xalqları olan hunların, 
sabirlərin, xəzərlərin və bulqarların miladi tarixi ilə IV-V əsrlər-
də Azərbaycana gəldiklərini təsdiqləyən məlumatlarına göz yu-
mur. Sasanilər hakimiyyəti zamanı da (III-VII əsrlər) İran ərazi-
sinə Göytürk tayfalarından ibarət olan türk tayfaları gəlmişdilər 
və hökmdar Ənuşirəvanın fərmanı ilə onlar Azərbaycanda məs-
kunlaşdırılmışdı. Bu məlumatları  İranda Sasanilər dövründən 
bəhs edən «Ənuşirəvanın xatirələri» mənbəyinə istinad edən Ca-
vad Heyət yuxarıda adı çəkilən kitabında
2
 şərh etmişdir. 
Ə.Kəsrəvi Həmdullah Qəzvinin “Nüzhət əl-qülub” əsərinə 
istinad edərək belə hökm verir ki, guya Elxani hökmdarı  Əbu 
Səidin vəfatına qədər (1335) Azərbaycan  şəhərlərində türklər 
yaşamamışdır. Guya həmin tarixdən sonra türkdilli tayfalar iğti-
şaşlardan istifadə edərək Azərbaycana hücum etmiş  və burada 
məskunlaşmağa başlamışlar. Məhz bu dövrdən azəri dili sıxışdı-
rılır, türk dili rəvac tapırdı.
3
 Halbuki,  H.Qəzvininin həmin  əsə-
rində türk əhalinin yaşadığı şəhər və vilayətlərin adları çəkilir ki, 
bunların sırasında Xoy, Miyanə, Gərmrud, Təsuc, Marağa, Kə-
leybər, Xalxal, Firuzabad və başqları var idi.
4
 Bu, Ə.Kəsrəvinin 
və tərəfdarlarının əksinə olaraq Azərbaycanda hələ xeyli əvvəl-
lər türklərin yaşadığını göstərir və onların dilləri azəri dili deyil, 
Azərbaycan türk dili idi. Onların  əsas dəlillərindən biri Xətib 
Təbrizinin Bağdadda öz həmyerlisi ilə guya azəri dilində danış-
                                                 
1
 Kəsrəvi Ə. Azəri ya zəban-e bastan-e Azərbaycan, s. 15. 
2
 Cavad Heyət. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda. Bakı, “Elm və 
təhsil”, 2011. 
3
 Kəsrəvi Ə. Azəri ya zəbane.., s.23-24. 
4
 Həmdullah Qəzvini. Nüzhət əl-qülub, Tehran, 1336, s.92-100. 


Eynulla Mədətli 
 
84
ması iddiasıdır.  Əslində isə  Xətib Təbrizi onunla azəri dilində 
deyil, Azərbaycan dilində danışmışdır. Bu məsələyə münasibəti-
ni bildirən Azərbaycan tarixçisi S.Onullahi yazır ki, bu əhvalatı 
Yaqut Həməvi  Əs-Səmaninin “Kitabi əl-Ənsab”  əsərindən gö-
türmüş, oradakı “Azərbaycanca danışdım” cümləsini yanlış ola-
raq “azəri dilində danışdım” kimi qeyd etmişdir.
1
 S.Onullahi hə-
min məqaləsində  Əs-Səmaninin  əsərindəki hissənin mətnini və 
tərcüməsini də vermişdi.
2
 Y.Həməvinin səhvindən istifadə edən 
İran alimləri Xətib Təbrizinin öz həmyerlisi ilə azəri dilində da-
nışdığını  və bununla da XI əsrdə Azərbaycan  əhalisinin dilinin 
azəri dili olduğunu ortaya atmışlar. S.Onullahi azəri dili haqqın-
da təsəvvür yaranması üçün bu dildən bir neçə nümunə  də 
vermiş, XI əsrdə yaşamış  Qətran Təbrizinin “Divan”ında azəri 
dilində bir kəlmə belə olmadığını,  əksinə fars dilində yazdığı 
şeirlərində çoxlu azərbaycanca sözlər işlətdiyini göstərmişdir. 
S.Onullahi Fələki  Şirvaninin,  Əfzələddin Xəqani  Şirvaninin, 
Mücirəddin Beyləqanini, Nizami Gəncəvinin, Zülfüqar Şirvani-
nin  şeirlərindəki Azərbaycan sözlərindən də xeyli nümunələr 
gətirir.
3
 S.Onullahi  XIII-XIV  əsrlərdə yaşamış  və fars dilində 
əsərlər yaratmış tarixçilərin (Hinduşah Naxçıvani, Məhəmməd 
ər-Ravəndi, Əta Məlik Cüveyni, Rəşidəddin, Əbülqasim Kaşani, 
Fəzullah  Şirazi, Abdulla Şirazi)  əsərlərində çoxlu sayda azər-
baycanca sözlər, söz birləşmələri, atalar sözləri, zərbi-məsəllər, 
toponimlər, şəxs adları üzə çıxarmışdır.
4
 Hətta X əsrdə Xorasan-
da yaşamış Firdovsinin “Şahnamə” əsərində belə biz müasir dil-
də işlətdiyimiz türk sözlərinə rast gəlirik. Əbülqasm Kaşani özü-
                                                 
1
 Onullahi S.M. İran burjua alimlərinin əsərlərində Azərbaycan dili tarixinin 
saxtalaşdırılması, s.144. 
2
 Onullahi S.M. İran burjua alimlərinin əsərlərində Azərbaycan dili tarixinin 
saxtalaşdırılması, s.145-146. 
3
Onullahi S.M. İran burjua alimlərinin  əsərlərində Azərbaycan dili tarixinin 
saxtalaşdırılması, s.147-149, 149-150. 
4
 Onullahi S.M. İran burjua alimlərinin əsərlərində Azərbaycan dili tarixinin 
saxtalaşdırılması, s.150-155. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin