Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə31/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   27   28   29   30   31   32   33   34   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
63
qeyd edirdi ki, Səfəvilər dövründə türk dili fars dili üzərində 
üstünlük qazanmışdı, Qızılbaş tayfalarının təsiri və qüdrəti altın-
da olan Azərbaycanda, hər yerdə türk dili işlənirdi.
1
 Səfəvilər 
Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin birbaşa varisləri idilər, 
həmin dövlətləri yaratmış türk tayfaları ilə  Səfəvilər dövlətinin 
əsasını qoymuş tayfalar arasında genetik qohumluq əlaqələri 
mövcud idi. H.Mikluxo-Maklay və İ.Petruşevski hər üç dövləti 
yaratmış tayfaların (Baharlı, Qaramanlı, Cəyirli, Bayat, Alpaut, 
Qacar, Zülqədərli və b.) oğuz mənşəli Azərbaycan tayfaları ol-
duqlarını, sonralar bu tayfaların qızılbaş (türkman) adı ilə tanın-
dıqlarını  və onların dilinin Azərbaycan dili olduğunu təsdiqlə-
yirlər.
2
 Əslində bəzi İran tarixçiləri də Səfəvilər dövlətinin Azər-
baycan türklərinin yaratdıqları dövlət olduğunu dolayısı yolla da 
olsa etiraf edirlər. Nəsrulla Fəlsəfi qəbul edir ki, “Şah  İsmayıl 
ana tərəfdən Həsən bəy Türkman Ağqoyunlunun (Uzun Həsə-
nin) nəvəsi idi və o, özünü Ağqoyunlu sülaləsinin qanuni varisi 
hesab edirdi...İsmayıl hətta taxta çıxdıqdan sonra da millətin iki 
əsası olan İran mənşəyinə və dilinə nifrət edirdi. Osmanlı impe-
riyasında və Hindistanda şirin fars dilinin siyasət və kübarlıq dili 
olduğu bir dövrdə  İsmayıl türk dilini İran sarayının rəsmi dili 
etmişdi. Hətta o, şeirlərini müstəsna olaraq türk dilində yazırdı 
və bu yad dil Səfəvilər sarayında elə geniş yayılmışdı ki, bu dil 
sülalənin sonuna qədər sarayın rəsmi dili olaraq qalmışdı.
3
 
N.Fəlsəfi etiraf etməli olmuşdu ki, “şübhəsiz, türk hökumətlərini 
yıxmaqla və vahid dövlət yaratmaqla Şah İsmayıl İranın milli və 
                                                 
1
 Məşkur M.C. Nəzəri be tarix-e Azərbaycan, Tehran, 1349, s.243. 
2
 Миклухо-Маклай  Н.Д.  Шиизм  и  его  социальное  лицо  в  Иране  на  ру-
беже XV-XVI вв.//  Сборник  «Памяти  академика  И.Ю.Крачковского», 
Л., 1958, с.224;  Петрушевский  И.П.  Ислам  в  Иране  в VII-XV вв.,  Л., 
1966, с.366. 
3
 Fəlsəfi N. Zendeganiye şah Abbas-e əvvəl. Celd-e əvvəl, müqəddəmat-e 
səltənət əz vəladət ta padşahi., Tehran, 1334, s.169, İqtibas gətirilir: Эфен-
диев  О.  К  освещению  некоторых вопросов  истории  сефевидов  в  сов-
ременной иранской историографии, c.135 


Eynulla Mədətli 
 
64
siyasi birliyini bərpa etmək məqsədi güdmürdü.. Beləliklə, mən-
şəyinə və dilinə görə türk olan tayfalar İranın hər yerində köklü 
farsdilli İranlılar üzərində hökmran oldular... Səfəvilər dövlətini 
çox zaman Qızılbaşlar dövləti (məmləkəti-Qızılbaş) adlandırırdı-
lar... Nəcibliyinə  və kübarlılığına görə öz türk mənşəyini qızıl-
başlar yerli xalqdan yüksək tuturdular və onları (İranlıları) təhqi-
ramiz  şəkildə tat və tacik adlandırırdılar”.
1
 Əlbəttə, N.Fəlsəfi 
İran tarixçilərinin guya Azərbaycanda köklü əhalinin farsdili ol-
ması haqqında yanlış fikirlərini təkrarlasa da türk tayfalarının 
Səfəvilər dövlətində aparıcı rol oynadıqlarını, bütün İrana hakim 
olduqlarını və hərbi və mülki vəzifələri əllərində cəmləşdirdik-
lərini, Səfəvilərin  İranlılara həqarətli münasibət bəslədiklərini, 
və ən nəhayət, Səfəvi dövlətinin heç də İranın milli dövləti ol-
madığını etiraf etməli olur. 
İran tarixçiləri  əvvəlki dövrlər kimi XVIII-XIX əsrin  əv-
vəllərində Azərbaycan  ərazisində baş vermiş tarixi hadisələri 
bəsitləşdirərək, xanlıqlar formasında təşəkkül tapmış Azərbay-
can dövlətlərinin müstəqilliyini inkar edirlər. Bunun bariz nü-
munəsini biz Məhəmməd Kazımın, Hadi Hidayətin və başqala-
rının  əsərlərində görürük.
2
 H.Dəlilinin yazdığı kimi, İran tarix-
çiləri XVIII əsr hadisələrindən bəhs edərkən İran sərkərdələrinin 
fəaliyyətindən,  Şiraz,  İsfahan, Astrabad, Gilan, Mazandaran və 
İranın sair vilayətlərində baş verən hadisələr haqqında uzun-uza-
dı məlumat verdikləri halda, Azərbaycanın görkəmli şəxsiyyət-
ləri, o cümlədən Haçı Çələbi xan, Pənahəli xan Cavanşir, İbra-
him xan, Fətəli xan Əfşar, Qubalı Fətəli xan, Dünbülü Nəcəfqu-
lu xan və başqalarının şəxsiyyəti və fəaliyyətlərindən lazımı qə-
dər yazmırlar.
3
 İran tarixçiləri Nadir şahın hakimiyyətinin dev-
rilməsindən sonra da Azərbaycanın hər iki ərazisinin İran dövlə-
                                                 
1
 Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti, s.36. 
2
 Kazım M. Nameye Aləm-ara-yi Nadiri, I cild, Moskva, 1960; Hadi Hidayət. 
Tarix-e Zəndiyye, cild-e əvvəl, Tehran, 1334. 
3
 Dəlili H.Ə. XVIII əsr Azərbaycan tarixi haqqında bəzi müsir İran tarix-
çilərinin qeyri-elmi münasibətlərinə dair, s.189-190. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin