Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə27/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   23   24   25   26   27   28   29   30   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
55
İran  şahzadəsi Bəhmən Mirzə Qacar 1871-ci ildə  Şuşada 
yazdığı “Şükürname-yi şahənşahi” (“Şahənşaha şükürnamə”) adlı 
əsərində  Səfəvi  şahı Sultan Hüseynin (1694-1722) ölümündən 
sonra Təbrizin, Naxçıvanın,  İrəvanın, Gəncənin,  Şirvanın və 
Azərbaycanın başqa vilayətlərinin Osmanlıların hücumuna məruz 
qaldığını qeyd edir.
1
 Göründüyü  kimi,  şahzadə Arazdan quzey-
dəki və güneydəki torpaqları bir-birindən ayrı  təsəvvür etmir və 
onların hamısının Azərbaycanın tərkib hissəsi olduğunu bildirir. 
“İran Azərbaycanı” və “Rusiya Azərbaycanı”, yaxud “Qaf-
qaz Azərbaycanı” tarixi-coğrafi anlayışları XIX əsrin əvvəllərin-
dən “icad” olunmuşdur. Elə o vaxtlardan da, hətta Muğan düzü 
“İran Muğanı” və “Rusiya Muğanı”na, Astara “İran Astarası” və 
“Rusiya Astarası”na (“Astareyi-İran”, “Astareyi-Rus”), Culfa 
“İran Culfası” və ”Rusiya Culfasına” bölünmüşdür.
2
 
1918-ci ilin mayına – Azərbaycan Xalq Cümhuriyyətinin 
müstəqilliyinin elan olunmasına qədər Bakı bolşeviklərinin lideri 
Stepan Şaumyan öz çıxışlarında dəfələrlə Azərbaycan sözünü iş-
lətmişdir. Onu isə Azərbaycan dövlətçiliyinə xidmət etməkdə gü-
nahlandırmaq gülünc olardı. Məsələn, 1917-ci il dekabrında o, çı-
xışlarının birində “rus əskəri Gürcüstanın, Ermənistanın, Azər-
baycanın muxtariyyəti əleyhinə deyildir” deyə vurğulamışdı.
3
  
Beləliklə, yuxarıda qeyd etdiyimiz tarixi mənbələr guya 
«Azərbaycan» termininin Şimali Azərbaycana yalnız 1918-ci il-
də, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından sonra 
tətbiq edilməsi haqqında  İran, erməni və  bəzi rus tarixçilərinin 
iddialarını tamamilə təkzib edir. 
“Azərbaycan” terminin etimologiyası da maraqlıdır. Ət-Tə-
bərinin (838-923) fikrincə, “pəhləvi dilində atəşə “azər” deyilərdi 
və ibadət edilən atəşin ən böyüyü burada olduğundan məmləkətə 
əcəmlər Azərbaycan demişlər”.
4
 Fransız səyyahı Jan Şarden 
                                                 
1
 Bəhmən Mirzə Qacar. Şükürname-yi şahənşahi. Bakı, 1999, s.37. 
2
 Köçərli T.Qarabağ: Yalan və Həqiqət, Bakı, 1997, s.15  
3
“Бакинский Рабочий”, 1917, 9 dekabr 
4
 Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992, s.9 


Eynulla Mədətli 
 
56
yazır ki, farslar deyirlər ki, bu əyalət Azərbaycan, yəni “od yeri” 
və ya “od ölkəsi adlanmışdır”.
1
 Əksər mütəxəssislər Azərbaycan 
adını Odlar yurdu kimi mənalandırırlar. Digər versiyalar da var. 
Məsələn, XIV əsr müəllifi Fəzlullah Rəşidəddin Azərbaycan adı-
nın yaranmasını  əfsanəvi Oğuz xanla əlaqələndirir: Oğuzxan 
Azərbaycanı aldıqdan sonra “əmr edir ki, hərə bir ətək torpaq 
gətirərək təpə yapsınlar. Böyük bir təpə yaranır. Təpənin adına 
Azərbaynan dedilər”.
2
 F.Rəşidəddinə görə, “Azər” türkcə yüksək 
deməkdir, “baynan” varlıların, uluların yeri mənasındadır.
3
 Elxa-
nilər dövlətinin vəziri, tarixçi Fəzlullah Rəşidəddinin rəhbərliyi 
altında tərtib olunmuş “Came ət-təvarix” (“Tarixlər məcmusu”) 
adlı sanballı əsərin “Oğuznamə” hissəsində “Azərbaycan” adının 
türkcə izah olunması bəzi İran tarixçilərinin heç xoşuna gəlmir. 
Məsələn, adını çəkdiyimiz B.Ə.Əhmədiyan “Azərbaycan” sözü-
nün bütün dünyada mötəbər mənbə kimi qəbul edilən “Came ət-
təvarix”  əsərində Azərbaycan türkcəsində izahına “ağılsız və 
əsassız  əfsanə” kimi yanaşır.
4
 Ona  görə  də B.Ə.  Əhmədiyan 
“Azərbaycan” sözünü farslaşdırmağa və onu “Qolpayeqan”, 
“Vərtəpatekan” kimi yer adları ilə müqayisə etməyə cəhd edir.
5
 
İran tarixçisi Cəmaləddin Fətihi “Azərbaycan” adının 23 
əsrlik tarixi olduğunu qeyd edir. Səid Nəfisinin fikrincə, “Atro-
patena” eramızın II əsrindən etibarən “Azərbaygan” adlanmışdır 
... Eramızın V əsrindən etibarən Suriya yazıçıları onu Azərbay-
can adlandırmışlar. Bu söz ərəb dilində Azərbaycan və sonra isə 
Azərbican olmuşdur.”
6
  
                                                 
1
 Jan Şardən. Səyahətnamə, s.68 
2
 Рашид  ад-дин  Ф.  Огузнаме  (перевод  с  персидского,  предисловие,  ком-
ментарии,  примечания  и  указатели  Р.М.Шукюровой).  Баку, 1987, s.41; 
Azərbaycan tarixi üzrə qaynaqlar (S.Əliyarov və Y.Mahmudovun redaktəsi 
ilə). Bakı, 1989, s.38. 
3
 Yenə orada. 
4
 Əhmədiyan B.Ə. Rəvabet-e  İran və Comhuri-ye Azərbaycan (negah-e 
azəriha be İran). Tehran, 1384, s.21 
5
 Yenə orada. 
6
 Fazili A. Azərbaycanın qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında, 
Bakı, 1984, s.92 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin