Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə25/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   21   22   23   24   25   26   27   28   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
51
məscid vardır. Deyirlər ki, onu Xızır tikdirmişdir – ona salam 
olsun! Oranın sakinləri qonaqpərvərdirlər”.
1
  
Elxanilər dövlətinin məşhur vəziri Fəzlullah Rəşidəddinin 
(1247-1318) yazışmalar toplusundan ibarət olan “Mükatibat-i 
Rəşidi” əsərindəki 36-cı sənəddə Arazdan cənubda yerləşən bir 
sıra ərazilərlə yanaşı, Araz çayının şimalındakı Naxçıvan, Qara-
bağ, Muğan, Arran və Şəki bölgələri “Azərbaycanın vilayət və 
naiblikləri” adı ilə xatırlanır. Həmin sənəddə  “Ərməniyyə” də 
Azərbaycanın tərkib hissəsi kimi nəzərdən keçirilir.
2
 
Səfəvi dövlətinin qulluğunda olmuş Mirzə  Məhəmməd 
Hüseyn Mustovfi XVIII yüzilin əvvəllərində “Təfsil-e  əsakir-e 
firuzi moasir-e Şah Sultan Hüseyn Səfəvi” (“Şah Sultan Hüseyn 
Səfəvi dövründə qalibiyyətli qoşunların təfsili”) adlı  əsərində 
yazırdı: “Azərbaycan Dərbəndə  qədərdir, onun bütün şəhərləri 
və kəndləri xəzinəyə 500 min tümən ödəməlidir”.
3
 
Şamlu tayfasının Bəydili (Biqdeli) oymağından olan Lüt-
fəli bəy Azər h.1174-1193-cü (m.1760/61-1779-cu) illər arasın-
da, fars dilində  tərtib etdiyi “Atəşkəde” təzkirəsində yazır ki, 
İndi bütün Şirvan, Muğan, Gürcüstan və  Ərmən Azərbaycana 
daxildir. O, əsərinin digər bir yerində  Gəncədən bəhs edərkən 
Azərbaycanın mötəbər  şəhərlərindən olan, xoş ab-havası ilə 
məşhurlaşan Gəncə deyə qeyd edir. 
Səfəvilər dövrünə aid olan və 1703-cü ildə Əlimərdan xan 
tərəfindən verilmiş  fərmanda Azərbaycanda olan Avropa xris-
tianlarının yaşadığı Azərbaycan vilayətləri sırasında Şirvan, Qara-
bağ, Təbriz, Naxçıvan və  Gəncənin adı  çəkilir. Həmin fərman 
1764-cü ilin aprel ayında Kərimxan Zənd tərəfindən təqribən eyni-
lə təkrar edilmişdir.
4
 XVII əsrə aid bir ensiklopedik lüğətdə Gəncə 
                                                 
1
 Аджаиб ад-дунья (Чудеса мира). Перевод с персидского Л.П.Смирно-
ва. Москва, 1993, s.190 
2
 Рашид ад-Дин. Переписка (перевод, введение и комментарий А.И.Фа-
линой). Москва, 1971, s.269-270 
3
 Историческая география Азербайджана. Баку, 1987, s.120 
4
 «Məcəlle-ye bərrəsiha-ye tarixi», 1967, № 2-4, s. 365-366; yenə  həmin 


Eynulla Mədətli 
 
52
və  Bərdənin daxil olduğu Arran Azərbaycanın bir vilayəti kimi 
göstərilir.
1
 Deməli, Azərbaycanın Həmədandan Dərbəndə  qədər 
uzanan coğrafi sərhədləri Sasanilər dövründən Səfəvilər dövrünə-
dək bütün orta əsrlər tarixi boyunca dəyişməz qalmış və bu gerçək-
lik bir sıra ilkin məxəzlərdə obyektiv surətdə öz əksini tapmışdır.
2
 
1737-ci ildə rus rezident Kaluşkin Nadir şahın öz qardaşı 
İbrahim xanın başçılığı altında Car-Balakənə qoşun dəstəsi gön-
dərdiyi barədə məlumat verərək yazırdı ki, İbrahim bəy yolboyu 
öz komandasına “bütün Azərbaycan tərəfdə: Şirvanda, Muğanda, 
Ərdəbildə,  İrəvanda, Gəncədə olan qoşunu” birləşdirir.
3
 Carlılar 
döyüşdə  İbrahim xanı yaraladıqdan sonra Qarabağ  bəylərbəyi 
qardaşı Hüseynqulu xana deyir: İbrahim xanı  dəhşətdən çıxar, 
allah eləməsin onun başına bir iş gəlsə, sabah bütün Azərbaycan 
məmləkəti Nadirin qəzəbinin qurbanı olar və od içində yanar.
4
 
Bunu  İran tarixçisi Məhəmməd Kazım da yazmışdır.  İbrahim 
xan öldürüldükdən sonra rus diplomat Peterburqa xəbər verir ki, 
İbrahim xanın darmadağın edilməsi ilə bütün Azərbaycanda, yə-
ni İrəvandan Dərbəndin özünə qədər heç yerdə qoşun yoxdur.
5
  
Erməni tarixçilərinin ardınca  İran tarixçiləri də 1918-ci 
ilədək Rusiyada nəşr edilmiş hər hansı sənəddə və tarixi ədəbiy-
yatda indiki Azərbaycan Respublikası ərazisinin Azərbaycan ad-
                                                                                                         
dərgi: 1967, № 5, s. 151-152.; Tağıyeva Ş., Göstərilən məqaləsi, s.120 
1
 Ebne-Xələf  əl-Təbrizi Məhəmməd Hoseyn Əlmotoxəlles be Bohran. 
Bhrane-qate, Təbriz, 1278, s.39; Tağıyeva Ş. Göstərilən məqaləsi, s.119 
2
 Gasumov Kh, Musaly N. A Fact of the Falsification of Azerbaijans 
Historical Geography and Statehood History. //Azerbaijan and Azerbaijanis. 
Baku: 2008, vol. 98, no.5-8, p. 91-95. 
3
Алиев Ф.М. Антииранские выступления и борьба против турецкой ок-
купации  в  Азербайджане  в  первой  половине  ХVII  века.  Баку, 1975, 
с.132. Историческая география Азербайджана. Баку, 1987, s.120. 
4
 Алиев Ф.М. Антииранские выступления и борьба против турецкой ок-
купации в Азербайджане в первой половине ХVII века, с.135. 
5
Алиев Ф.М. Антииранские выступления и борьба против турецкой ок-
купации в Азербайджане в первой половине ХVII века, с.137. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin