Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə26/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   22   23   24   25   26   27   28   29   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
53
landırılmadığını, adətən Arran, Şirvan, Qafqaz kimi göstərildi-
yini iddia edirlər.  
S.Burnaşev 1793-cü ildə Kurskda çap etdirdiyi «Описа-
ние  областей  Адребижанских  в  Персии  и  их  политическое 
состояние» adlı 27 səhifəlik kitabçasında o zaman müstəqil 
xanlıqlardan ibarət olan və yalnız nominal surətdə İran dövlətinə 
tabe hesab edilən Azərbaycan vilayətlərini birər-birər qısaca təsvir 
edərək onların mərkəzi  şəhərləri olan Bakı, Quba, Nuxa, Şirvan, 
Gəncə,  Şuşa, Naxçıvan, Təbriz, Marağa, Urmiya, Xoy, Ərdəbil, 
Meşgin və sair haqqında qısa məlumat vermişdir (Gürcü çarı II 
İraklinin (1762-1798) yanında Rusiya dövlətinin səlahiyyətli nü-
mayəndəsi, rus zabiti, polkovnik Burnaşev 1786-cı ildə  həmin 
əsəri yazmış və 1793-cü ildə Kurskda çap etdirmişdir – E.M.).
1
 
Fransız səyyahı Jan Şarden də (XVII əsr) Azərbaycanın 
hüdudlarından danışarkən göstərirdi ki, “Azərbaycan Səfəvi im-
periyasının ən böyük əyalətlərindən biridir. Şərqdən Xəzər dənizi 
və Hirkanla, cənubdan Part əyaləti ilə, qərb tərəfdən yuxarı  İrə-
vanla və Araz çayı ilə, şimaldan isə Dağıstanla həmsərhəddir”.
2
 
Qafqazda rus qoşunlarının baş komandanı Sisianov impe-
rator I Aleksandra göndərdiyi raportda (12 mart 1803-cü il) Qa-
rabağ xanı  İbrahimXəlil xanı  və b. nəzərdə tutaraq yazmışdı: 
“Azərbaycan xanlarının böyük hissəsinin açıqdan-açığa  İran 
müstəbid idarəsindən zəhləsi gedir”.
3
 Gəncə  şəhərinin işğalı 
günlərində isə, 1804-cü il yanvarın 3-də Sisianov qraf Voronso-
                                                 
1
 Описание областей Адребижанских в Персии и их политического сос-
тояния сделанное пребывающим при его Высочестве царя Карталинс-
ком  и  Кахетинском  Ираклия  Темуразовиче  полковником koвалером 
Бурнашовым в Тифлисе в 1786 г., Курск, 1793; Tağıyeva Ş., Göstərilən 
əsəri, s.120-121  
2
 Jan  Şarden. Səyahətnamə: cənab kovaler Şardenin Səfəvilərə  və  Şərqin 
digər yerlərinə  səyahətləri (fransız dilindən tərcümə, ön söz və  şərhlər 
Vaqif Aslanındır). Bakı, 1994, s.68 
3
 Aktı Kavkazskoi Arxeoqrafiçeskoi komissii (sonra: AKAK), II cild, sənəd 
1216 ; Köçərli T. Qarabağ: Yalan və Həqiqət, Bakı, 1997, s.19. 


Eynulla Mədətli 
 
54
va yazırdı: “Asiyalıların basılmaz saydıqları Gəncə qalası bütün 
Azərbaycanı vahimədə saxlayır”.
1
 Hər iki halda Sisianov heç 
şübhəsiz, konkret olaraq Şimali Azərbaycanı, geniş mənada isə 
şimallı-cənublu bütün Azərbaycanı  nəzərdə tutmuşdu.
2
 Gəncə-
nin zəbt olunması münasibətilə Rusiya imperatoru I Aleksandr 
1804-cü il fevralın 5-də Sisianova “Ali reskript” göndərmişdi. 
Reskriptdə Sisianova tapşırılmışdı ki, İran  şahının “diqqətini 
Azərbaycandan (mətndə: “Adzerbeydjan” - E.M.) və Xəzər də-
nizinin qərb sahilindəki vilayətlərdən”
3
 yayındırsın. Heç şübhə-
siz ki, burada da ilk növbədə Şimali Azərbaycan nəzərdə tutul-
muşdur. İ.V.Qudoviç 1808-ci il martın 7-də Peterburqa məlumat 
verirdi: “Farslar özləri etiraf edirlər ki, Azərbaycanın indi Rusi-
ya hakimiyyəti altında olan hissəsi həmişə İrana etibarsız olub”.
4
 
1843-cü ildə  “Журнал  Министерства  народного  образова-
ния” “Azərbaycan ləhcəsinin elastik və xoşavaz” olmasını vur-
ğulamışdı. Mirzə Kazım bəy 1853-cü ildə Peterburq Universiteti 
Şərq dilləri fakültəsinin açılışında izah etmişdi: “Adərbican-tatar 
dili Rusiyanın Cənubi Qafqaz ərazilərində işlədilən türk ləhcəsi-
dir. Bu dil ölkənin (Adərbican) öz adı ilə adlanır. Təbriz (Tav-
riz) şəhəri bu ölkənin paytaxtı hesab olunurdu”.
5
  
Hətta A.Berje 1867-ci ildə  Аlmaniyada «Əşari-şüərayi-
Azərbaycan» (Аzərbaycan  şairlərinin  şeirləri) adında kitab da 
nəşr etdirmiş, həmin kitabda həm Şimali Azərbaycanın, həm də 
Cənubi Azərbaycanın şairlərinin şeirləri toplanmışdır.
6
 
                                                 
1
 AKAK, II cild, sənəd s.592. 
2
Köçərli T.Qarabağ: Yalan və həqiqət, Bakı, 1997, s.19. 
3
Aktı Kavkazskoi Arxeoqrafiçeskoi komissii (sonra: AKAK), II cild, c.594. 
4
 Присоединение восточной Армении к России. Сборник документов, т. 
I, Ераван, 1972, s.442 
5
 Mirza Kazembek. İzbrannıe proizvedenin. Bakı, 1985, s.355, 418; Köçərli 
T.Qarabağ: Yalan və həqiqət, Bakı, 1997, s.20. 
6
 Köçərli T. Erməni saxtakarlığı, Bakı, 2001, s.7 Köçərli T.Qarabağ: Yalan 
və həqiqət, s.19 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin