Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə23/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   19   20   21   22   23   24   25   26   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
47
tə rast gəlirik; burada belə deyilir: “Azərbaycan qədimdən türk-
lərin əlində olan bir ölkədir”.
1
  
Z.Bünyadov  əl-Yaqubidən iqtibas gətirir: “Bəzən Arranı 
da Azərbaycana daxil edirdilər və o zaman bu "Yuxarı Azərbay-
can" [Azərbaycan  əl-Ülya] adlanırdı.
2
 Həmin müəllif Bərdənin 
və Beyləqanın adını “Azərbaycan mahalları” cərgəsində qeyd 
etmişdi. 
3
 Ərəblər çox vaxt üç ölkəni – Azərbaycan, Arran və 
Ərməniyəni bir inzibati vahiddə birləşdirərək, bir canişinlik ya-
radır və bunu bəzən "Ərməniyə", bəzən də "Azərbaycan" adlan-
dırırdılar. Bu halda Azərbaycan böyük ölkə olub, cənubunda 
Həmədan,  şimalında isə  Dərbənd yerləşirdi. Azərbaycanın hər 
tərəfini gəzib onun xəritəsini tərtib edən ibn Hövqəl Azərbay-
can, Arran və Ərməniyənin ümumi xəritəsini yaratmış və bunu 
"Azərbaycanın xəritəsi" adlandırmışdır. O, Xəzər dənizinin də 
xəritəsini çəkərək, bütün sahil ərazisini Dərbəndədək Azərbay-
can adlandırmışdır.
4
 Maraqlıdır ki, Yaqut Həməvi Naxçıvanı 
Azərbaycan şəhəri adlandırır və əlavə edirdi ki, bəziləri deyirlər 
o, Arran şəhəridir.
5
 Əl-Müqəddəsi Arran haqqında bu məlumatı 
verirdi: Arrana gəldikdə bu ərazi bütün vilayətin (Azərbaycan 
vilayətinin - Z.B.) üçdə birini təşkil edir və dəniz ilə Araz çayı 
arasında bir yarım cəzirəyə bənzəyir. Malik [Kür] çayı isə vila-
yəti uzununa iki yerə bölür. Onun paytaxtı  Bərdə,  şəhərləri isə 
bunlardır: Beyləqan,  Şəmkir, Cənzə, Baric, Şamaxı,  Şirvan, 
Bakı, Şabran, Bab ül-Əbvab, Lahican, Qəbələ, Şəki, Malazkerd 
və Tebla. Arranın tərkibinə Arsax, Şəki vilayəti və Sünik daxil 
idi
6
. Mirzə Camal Cavanşir göstərirdi ki, Qarabağ vilayəti Arran 
                                                 
1
 Bünyadov Z.Azərbaycan VII-IX əsrlərdə, Bakı, 1989, s.174 
2
 Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007, s.158. 
3
 Vəlixanlı N.M. IX–XII əsr  ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan 
haqqında. Bakı, 1974, s.34,41 
4
 Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007, s.158. 
5
 Yenə orada, s.159 
6
 Yenə orada. 


Eynulla Mədətli 
 
48
ölkəsinin bir hissəsidir: bu ölkəyə Kür və Araz çayları arasında 
olan vilayət və torpaqlar və bu torpaqlardakı Gəncə, Naxçıvan, 
Ordubad, Bərdə və Beyləqan şəhərləri daxil idi. 
1
 
XI  əsr müəllifi Mahmud Kaşğarinin «Divanü-lüqat-it-
türk» adlı əsərində Azərbadaqan adı ilə verilmiş xəritədə Azər-
baycan ölkəsinin hüdudu müasir dövrdə  hər iki Azərbaycanın 
hüdudu ilə  təxminən eynidir. Yəni Azərbaycan Gilan, İraqi- 
Əcəm, Kürdüstan və Qədim Xorasan arasında yerləşmişdir.
2
 
Ərəb tarixçisi əl-Kufi özünün “Kitab əl-fütuh” (“Fəthlər 
kitabı”)  əsərində VIII əsr  Ərəb–Xəzər müharibələrindən bəhs 
edərkən, Arazdan şimalda yerləşən  şəhərləri Azərbaycan 
ərazilərində lokallaşdırır: “Səid ibn Əmr  əl-Hərəşi Varsana
Beyləqana, Bərdəyə, Qəbələyə və Azərbaycanın başqa yerlərinə 
çaparlar göndərdi”.
3
 Həmin salnaməçi digər yerlərdə Beyləqanı, 
Bərdəni, Qazaxı, Naxçıvanı Azərbaycan  ərazisi kimi göstərir: 
“Xəlifə Azərbaycana Adiyyə ibn əl-Kindini təyin etdi. Adiyyə 
Azərbaycana gedib Beyləqanda düşərgə saldı”; “Əl-Haris ibn 
Əmr Azərbaycan ölkəsinə gedib Bərdədə yerləşdi”.
4
 “Mərvan 
Şamdan 120 minlik ordu ilə yola düşür və tezliklə Azərbaycana 
gələrək, Bərdədən 40 fərsəx və Tiflisdən 20 fərsəx aralı olan 
Qazax adlı  məntəqədə dayanır”.
5
 Ət-Təbərinin göstərilən  əsə-
                                                 
1
 Mirzə Camal Cavanşir. Qarabağ tarixi, s. 11.  
2
 Məhmud ben Huseyn ben Məhəmməd Kaşğarəri. Divan-e luğat ul-türk, 
tərcüme, tənzim və  tərtib dr. Seyyid Məhəmməd Dəbirsiyagi, Tehran, 
Daneşgah-e Ulum-e ensani və motalaat-e Fərhəngi, 1375, s. 42. 
3
 Orta  əsr  ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar (ön söz: 
F.Əsədov; tərcümə edənlər: Z.Bünyadov, C.İskəndərli, H.Əkbərov, S.Sü-
leymanova, E.Ağayeva). Bakı, 2005., s.43 
4
 Orta  əsr  ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar (ön söz: 
F.Əsədov; tərcümə edənlər: Z.Bünyadov, C.İskəndərli, H.Əkbərov, S.Sü-
leymanova, E.Ağayeva). Bakı, 2005., s.23 
5
 Orta  əsr  ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar (ön söz: 
F.Əsədov; tərcümə edənlər: Z.Bünyadov, C.İskəndərli, H.Əkbərov, S.Sü-
leymanova, E.Ağayeva). Bakı, 2005., s.59 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin