Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə19/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   15   16   17   18   19   20   21   22   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
39
diyini, maddi məhkumiyyətin bütün açısını daddığını yazır, əvvəl-
ki idarə zamanında gördüyü mənəvi əsarətini bir din və yaxın bir 
ruh təsirilə pək də sezməyib getdikcə farslaşan Azərbaycan türkü 
bu dəfə  də ruslaşdırmaq siyasətinə  məruz qaldığını, Azərbaycan 
türkünün oyanmaq zamanının gəldiyini bildirir və göstərirdi ki, 
malik olduğumuz müasir ədəbiyyat, mütəəddid mətbuat, zəngin 
teatr, parlaq musiqi, mütəşəbbüs tüccar, gözü açıq fəhlə, siyasi 
firqə, mühərrir, aktyor, mühəndis, memar, hüquqşünas kimi sinif-
lər, qadın və kişi məktəbləri və sair bu kimi müəssisatımızla biz, 
məhkum ikən artıq hakim olmaya namizəd bir millət olmuşuq.
1
  
Qeyd etmək lazımdır ki, İran tarixşünaslığında və ictimai 
fikrində Azərbaycanın tarixi coğrafiyası və dövlətçilik tarixi mə-
sələlərinin saxtalaşdırılması  xətti sonrakı dövrlərdə  də davam 
etdirilmişdir. Bu saxtalaşdırılma, əsasən, iki istiqamətdə aparılır: 
1)  İran tarixşünalığında “Azərbaycan” istilahının yalnız  İranın 
şimal əyalətlərinə aid olduğu, Araz çayından şimaldakı torpaqla-
rın heç zaman Azərbaycan adlanmadığı, indiki Azərbaycan 
Respublikasının ərazisinin tarix boyu, əsasən, Arran, Muğan və 
Şirvan kimi coğrafi adlar daşıdığı iddia olunur; 2) Azərbaycan 
türklərinin dövlətçilik ənənələrinin, onların İranın, ümumiyyətlə, 
regionun siyasi tarixində oynadıqları rolun inkar edilməsinə 
cəhdlər göstərilir ki, bu da bütövlükdə  İran tarixşünaslığında 
paniranizm nəzəriyyəsinin ana xəttini təşkil edir. 
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma-
sından son dövrlərə qədər siyasi məqsədlər və qərəz üzündən İra-
nın bəzi tarixçiləri Araz çayının şimal hissəsini Arran, cənub his-
səsini isə Azərbaycan adlandırmaqla xalqımızın vahid soy, vahid 
dil, vahid din, vahid adət-ənənəyə malik olduğunu inkar etməyə 
cəhd göstərirlər. Xüsusən də, 1925-ci ildə Rza şah hakimiyyətə 
gəldikdən sonra İranda ali irqin üstünlüyü və İran millətçiliyi isti-
qamətində təbliğat daha da genişləndi. Bununla yanaşı, İran əhali-
sinin üçdə bir hissəsindən çoxunu təşkil edən azərbaycanlıların 
                                                 
1
“İstiqlal” məcmuəsi, 1919, 28 may, №1; Rəsulzadə M.Ə. Əsərləri. V cild, s.326 


Eynulla Mədətli 
 
40
farslaşdırılması, doğma ana dillərindən məhrum edilməsi siyasəti-
nə keçildi, onların soykökünü və tarixini təhrif etmək meyilləri 
gücləndi. Belə bir şəraitdə Seyid Əhməd Kəsrəvinin «Azəri ya 
zəbane bastaniye Azərbayqan»  əsəri çapdan çıxdı.
1
 Əhməd 
Kəsrəvi Seyid Qasım Təbrizi oğlu 1890-cı il sentyabrın 30-da 
Təbrizdə ruhani ailəsində anadan olmuşdur. Təbrizin qədim 
mədrəsəsində ərəb dili və ədəbiyyatını, elmlərin əsasını öyrənmiş, 
sonra Təbrizdəki Amerika məktəbini bitirmiş, elə orada da dərs 
demişdir. Xristian müəllimlərlə yanaşı çalışmış, ingilis dilini də 
mükəmməl öyrənmişdir. Həmin vaxtlar demokrat partiyasına da-
xil olmuş, Tehrana gələrək  ədliyyə sistemində çalışmağa başla-
mışdır. Xuzistan əyalətinin ədliyyə rəisi olmuş, məhkəmə orqan-
larında yüksək vəzifələrdə işləmişdir, lakin həmin nazirliyin rəh-
bərliyi ilə ixtilaflarına görə istefa vermiş, ömrünün sonuna kimi 
vəkillik etmişdir. 1934-1942-ci illərdə “Peyman” jurnalını  nəşr 
etmiş, sonra “Bayraq” qəzetini çap etdirmişdir. O, eyni zamanda 
müəllimliklə məşğul olmuşdur. Ə.Kəsrəvi İranın bir çox ədib, şair 
və ürfan sahiblərini kəskin tənqid etdiyinə, həm də başqalarından 
fərqli olan xüsusi əqidəyə malik olduğuna görə  təqib olunmuş, 
onun ustad (professor) vəzifəsinə keçməsinə imkan verilməmiş-
dir. 1946-cı ildə  məhkəmə salonunda vəkillik vəzifəsini yerinə 
yetirdiyi vaxt qətlə yetirilmişdir (Ə.Kəsrəvinin həyat və yaradı-
cılığı haqqında bax: 
2
). 
Türk, fars, ərəb, ingilis, fransız və erməni dillərini bilən 
Ə.Kəsrəvi tarix, ədəbiyyat, iqtisad, ictimai elmlər, din və təriqət 
sahəsində çoxlu tədqiqatlar aparmış, xüsusilə İran Məşrutə hərə-
katına, Azərbaycan tarixinə dair bir sıra  əsərlər yazmışdır.
3
 Bu 
əsərlərində Ə.Kəsrəvi Azərbaycan xalqının etnogenezi, tarixi in-
                                                 
1
 Kəsrəvi Ə. Azəri ya zəban-e bastani-ye Azərbaycan, Tehran, 1926. 
2
Kəsrəvi  Ə. Zendeqani-ye mən (mənim həyatım), Tehran, 2535, şah təqvimi, 
Dairətülməarif farsi (Ensiklopediya), 2-ci cild, 1-ci hissə, Tehran, 1356. 
3
 Bax: Kəsrəvi Ə. Tarix-e məşrute-ye İran, Tehran, 1943; Tarixe-hicdəhsale-
ye-Azərbaycan, 1333; Şeyx Səfi və  təbareş, Tehran, 1943; Şəhriyaran-e 
qomnam. Tehran, 1930, Nadir şah, Tehran, 1944. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin