Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə15/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   11   12   13   14   15   16   17   18   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
31
ləsi çap edilmişdir. Məqalələrində onun bu hərəkata və liderləri-
nə nə qədər böyük rəğbətlə yanaşdığının şahidi oluruq. M.Ə.Rə-
sulzadənin o dövrün müxtəlif qəzetlərində yazdığı "İran məktub-
ları" Məşrutə hərəkatının tarixini öyrənmək üçün bu gün də qiy-
mətli mənbə olaraq qalır.  
M.Ə.Rəsulzadə “Təkamül” qəzetinin 17 fevral 1907-ci il 
tarixli 9-cu nömrəsindəki “Axırıncı vaqeələr” məqaləsində İran 
inqilabının mərkəzinin Azərbaycana keçdiyini göstərərək Məş-
rutə hərəkatı haqqında yazanlar arasında birinci olaraq bu hərə-
katın milli xarakterini müəyyən etmişdi: “Bu günlər Azərbaycan 
bir atəşi-inqilab və ixtilal içində yanıb-yaxılmaqdadır... Bizim 
müxbirimiz “İran inqilabında böyük rol oynayan türklərdir” – 
deyə yazıyor. Bəli, türklər də gərək olsun. Çünki Qafqaz vilayət-
lərində  fəhləlik etməklə  kəsb-ruzi edən  İranlıların  əksəri Azər-
baycan türkləridir ki, burada Rusiya fəhlələri arasında işləməklə 
hürriyyət və  fədakarlıq işlərinə alışmışlar”.
1
 M.Ə.Rəsulzadənin 
həmin məqaləsində irəli sürdüyü "İran bahadırları türklərdir" 
fikri XX əsr  ərzində  İranda baş vermiş bütün hərəkatlarda öz 
təsdiqini tapmış oldu. "İran məktubları" silsilə məqalələrində o, 
ilk müəlliflərdən idi ki, İran türkləri və onların aparıcı hissəsi 
olan Cənubi Azərbaycan türkləri problemini siyasi müstəviyə çı-
xarmışdı. “İran məktubları” adı altında nəşr olunan məqalələr 
nəinki o dövr üçün, eyni zamanda indinin özündə  də  Cənubi 
Azərbaycan haqqında ciddi tarixi elmi araşdırma kimi qiymətini 
saxlayır. Burada Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı və 
mədəniyyəti haqqında çox maraqlı elmi mülahizələr var. Şimali 
Azərbaycan ziyalılarının İranda demokratik fikrin inkişafına tə-
sirini göstərən amillərdən biri də onların İranda mütərəqqi mət-
buatın yaradılmasında iştirak etmələridir. Siyasi təqiblər ucba-
tından bir müddət İranda yaşamağa məcbur olan M.Ə.Rəsulzadə 
İranda Avropa üsulu ilə nəşr olunan ilk qəzetin - "İran-e nou"un 
                                                 
1
Rəsulzadə M.Ə. Əsərləri. Birinci cild. 1903-1909, Bakı, Azərbaycan Dövlət 
Nəşriyyatı, 1992, s.119-120. 


Eynulla Mədətli 
 
32
müdiri və baş redaktoru olmuş, Seyid Həsən Tağızadə ilə birlik-
də İran Demokrat Partiyasının ideologiyasını hazırlamışdı.  
Birinci Dünya müharibəsi  ərəfəsində  və illərində başda 
M.Ə.Rəsulzadə olmaqla Azərbaycan ziyalılarının mətbuat səhi-
fələrində Azərbaycan türklərinin milli hüquqları, dilin qorunma-
sı və inkişaf etdirilməsi uğrunda mübarizəsi heç şübhəsiz Azər-
baycanın cənubunda özünə çoxlu tərəfdar tapırdı. M.Ə.Rəsulza-
dənin 1911-ci ildə “Türk yurdu” məcmuəsində çap etdirdiyi 6 
hissəlik “İran türkləri” məqaləsini, eləcə də digər publisistik ya-
zılarını XX əsrin  əvvəllərində  Cənubi Azərbaycan, bütövlükdə 
İranda məskun olan Azərbaycan türkləri haqqında yazılmış ilk 
müfəssəl əsər hesab etmək olar. “İran türkləri” məqaləsi türk di-
lində  İran azərbaycanlıları  һaqqında ilk müfəssəl məlumat idi. 
Məqalədə İran türklərinin еtnik əraziləri, sayı, Azərbaycanın sa-
һəsi һaqqında ətraflı məlumat vеrilir, azərbaycanlıların İran cə-
miyyətində yеri haqqında qiymətli məlumatlar öz əksini tapmış-
dı.
1
 Yeri gəlmişkən, M.Ə.Rəsulzadə bu məqalələrində “Azərbay-
can türkləri” etnonimi ilə yanaşı “azərbaycanlı” etnonimindən 
də istifadə etmişdi. M.Ə.Rəsulzadənin "İran türkləri" araşdırma-
sında Azərbaycanın, onun mərkəzi  şəhəri olan Təbrizin  İranın 
ictimai-siyasi və mədəni həyatında, Məşrutə hərəkatında roluna 
dair bir çox maraqlı  məqamlar var. O, Azərbaycanı  “əhraranə 
hərəkətin meydanı”, Təbrizi isə onun “qəhrəmanlıq göstərən 
mərkəzi” adlandırmışdı. 
Bakıya döndükdən sonra biz onun "Şəlalə" jurnalında 
"Asan dil - yeni lisan", "Yeni lisançılar və türkçülər", "Dil icti-
mai mühüm bir amil” kimi yazılarında Azərbaycan türkcəsinin 
mövcud vəziyyətindən ciddi narahatçılığının  şahidi oluruq. So-
nuncu məqaləsində M.Ə.Rəsulzadə dili milliyyət həyatının  ən 
mütəkamil şəkli, din, tarix və ənənə ilə birlikdə millətin əsasını 
təşkil etdiyini göstərərək yazırdı ki, bir millətin həyatında mad-
dətən və  mənən bu qədər bir əhəmiyyətə malik olan dili biz, 
                                                 
1
 Rəsulzadə M.Ə. Əsərləri. II cild. 1909-1914, Bakı, Şirvannəşr, 2001, s.108-137. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin