Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə14/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   10   11   12   13   14   15   16   17   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
29
lərə  һəsr olunmuş digər  əsərində
1
 İranda azərbaycanlılarının 
milli  şüurunun XIX əsrin II yarısında oyanmağa başladığını, 
İran inqilabı (1905-1911-ci illər) illərində, xüsusən 1908-1909-
cu illər Təbriz üsyanı zamanı daһa da inkişaf еtdiyini qeyd edir. 
İlk dəfə olaraq İranda yaşayan Azərbaycan türkləri kütləvi və 
şüurlu  şəkildə ictimai proseslərə  fəal qoşulmuş, bu isə  Cənubi 
Azərbaycanda etnik-siyasi bütövləşmənin təşəkkül tapmasına öz 
təsirini göstərmişdi. Təbriz  əncüməninin yaradılması azərbay-
canlıların milli-siyasi fоrmalaşma mərһələsinə  qədəm qоydu-
ğunu göstərirdi. Məşrutə  hərəkatı  həm də Azərbaycan türkləri-
nin ümumiran miqyasında ölkənin ictimai-siyasi və mədəni һə-
yatında mütərəqqi rolunu bir daha təsdiq etmiş oldu. Azərbay-
canda baş qaldıran bu oyanış hərəkatı İran ictimai fikrində, mət-
buatında, siyasi və tarixi ədəbiyyatında müəyyən cavab reaksi-
yalarına gətirib çıxarırdı. Bu cəhətdən M.Ə.Тərbiyyətin ”Zad о -
bum”  əsəri çоx səciyyəvidir. Müəllif  İran  əhalisinin etnik, 
linqivistik, dini strukturunu təhlil edərkən vaһid dilə, ümumi 
adət-ənənələrə və mənşə birliyinə malik olan Azərbaycan (türk) 
etnik birliyinin mövcudluğunu inkar еdirdi.
2
 
Heç şübhəsiz ki, Cənubi Azərbaycanda mili şüurun inkişa-
fına  Şimali Azərbaycanda gedən milli-mədəni proseslər, mütə-
rəqqi mətbuat və ədəbiyyat da öz təsirini göstərirdi. Məhz bu tə-
sirin nəticəsində Arazın hər iki tərəfində yaşayan Azərbaycan 
türkləri arasında milli-etnik yaxınlaşma getdikcə güclənirdi. 
Sonralar Azərbaycan mətbuatının İranda ictimai fikrin inkişafın-
dakı roluna diqqəti cəlb edən M.Ə.Rəsulzadə Bakı mətbuatının 
heç zaman İrana yabançı qalmadığını, onun qüssələri ilə qüssə-
ləndiyini, sevincləri ilə sevindiyini və buna görə də İranda rəğ-
bət qazandığını qeyd edir, Təbrizin Bakı mətbuatının ikinci mər-
kəzi olduğunu göstərirdi. O, qeyd edirdi ki, “Molla Nəsrəddin” 
                                                 
1
 Иванов М.С. Иран // «Национальные процессы в странах Ближнего и 
Среднего Востока, M., 1970, с.118 (с.86-124). 
2
 Tərbiyyət M.Ə. Zad o bum. Təbriz, ilsiz, səh 4-7 


Eynulla Mədətli 
 
30
məcmuəsinin müvəffəqiyyəti  İranın təkcə türkcə danışan 
şəhərlərində deyil, bütün mühüm mərkəzlərində şamil olmuşdur. 
M.Ə.Rəsulzadə Azərbaycanın, xüsusilə Bakının İranda məşrutə 
hərəkatında roluna diqqət çəkərək Bakı  mətbuatının bu yolda 
xidmətinin inkar edilməz olduğunu, Qafqaziya türklərinin hür-
riyyət fikri dərhal İrana gedərək, dindaşlarına kömək etməyi bir 
vicdan vəzifəsi bildiklərini yazırdı.
1
 Bakıda milli mətbuatın inki-
şafı Cənubi Azərbaycanda mədəniyyətin bu istiqamətinin inkişa-
fına əhəmiyyətli təsir göstərdi. 1906-1907-ci illərdə Təbrizdə 23 
adda qəzet və jurnal nəşr edilirdi. Onlardan 20-si Azərbaycan 
türkcəsində, 3-ü isə Azərbaycan, türk və fars dillərində çıxırdı. 
Mirzə Ələkbərxan, S.M.Şəbüstəri görkəmli azərbaycanlı redak-
torlar idilər. Şimali Azərbaycanın məşhur mətbuat xadimləri öz 
cənublu qardaşlarına həmişə kömək  əli uzadırdılar.  Ə.Səfərov 
(Qəmküsar) "Azərbaycan" satirik jurnalını, Seyid Hüseyn isə 
"Ədalət" və "Ana dili" qəzetlərini redaktə edirdi.
2
 
M.Ə.Rəsulzadə Məşrutə hərəkatında özünün də iştirak et-
diyini xatırladaraq qeyd edirdi ki, bu mübarizədə, bir az da olsa, 
İran millətinə - bildiyim və bacardığım qədər yardım edənlərdən 
olmaqla iftixar elərəm.
3
  
Qeyd etmək lazımdır ki, XX əsrin  əvvəllərində  hər iki 
Azərbaycanda zülmə  və  ədalətsizliyə qarşı, milli hüquqlar uğ-
runda geniş mübarizə dövrü başlanmışdı. Bu mübarizədə Şimali 
Azərbaycanda yaşayan milli aydınlarımız həm özlərinin bilava-
sitə fəaliyyətləri, həm də publisistik yazıları ilə iştirak edirdilər. 
Elə M.Ə.Rəsulzadənin özü həm 1905-1907-ci illər Rusiya inqila-
bının, həm də 1905-1911-ci illər Məşrutə hərəkatının fəal iştirak-
çısı olmuşdur. Onun müxtəlif mətbu orqanlarda o taylı - bu taylı 
Azərbaycanda baş verən hadisələrə həsr edilmiş yüzlərlə məqa-
                                                 
1
 Rəsulzadə M.Ə. Əsərləri. Birinci cild. 1903-1909, Bakı, Azərbaycan Dövlət 
Nəşriyyatı, 1992, s. 118. 
2
 Azərbaycan tarixi. 7 cliddə, V cild, Bakı, Elm, 2002, s.190.  
3
Rəsulzadə M.Ə. Əsərləri. V cild, Bakı Qanun nəşriyyatı, 2014, s.297. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin