oriJİnal məqaləLƏR



Yüklə 95.39 Kb.
Pdf просмотр
tarix14.01.2017
ölçüsü95.39 Kb.

15

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.753-089:[053.2:355.21]

Qasımov E.M., Hüseynli S.F.

EKSİMER LAZER KORREKSİYASI KEÇİRİLMİŞ GƏNC 

OĞLANLARIN HƏRBİ XİDMƏTƏ ŞƏHADƏTLƏNDİRİLMƏSİ ZAMANI 

TƏKMİLLƏŞDİRİLMİŞ OFTALMOLOJI MÜAYİNƏNİN ƏHƏMİYYƏTİ



Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Açar sözlər: hərbi xidmət, refraktiv cərrahiyyə, eksimer lazer, LASİK, FRK

1983-cü ildə Amerika Oftalmologiya Jurnalında S.Trokel, R.Srinivasan və B. Braren tərəfindən dərc olunan 

Exsimer lazerin görmə qüsurlarının korreksiyasında ilkin eksperimental və kliniki tətbiqinin nəticələrindən artıq 

25 ilə yaxın bir zaman keçmişdir [1]. Son 25 il ərzində bütün dünyada Eksimer lazer korreksiyası yüz minlərlə 

insanlara  tətbiq  edilmiş,  görmə  qüsurlarının  korreksiyasında  daha  mükəmməl  nəticələrin  alınması  məqsədi  ilə 

lazer avadanlıqları daha da təkmilləşdirilmişdir. Bu illər ərzində refraksiya qüsurlarının səthi ablyasiya üsulu ilə 

korreksiyası Femto-lazerin birgə tətbiqi ilə həyata keçirilən LASİK korreksiyasına qədər və görmə keyfiyyətinin 

optimal yaxşılaşdırılması, mövcud ağırlaşmaların minimallşdırılması məqsədi ilə “topoqrafiya” əsaslı və “wavefront” 

əsaslı korreksiya növlərinə qədər təkmilləşdirilmiş və hələdə tədqiq olunmaqdadır. Aparılan yüzlərlə tədqiqat işləri 

Eksimer Lazer cərrahi əməliyyatlarının refraksiya qüsurlarının korreksiyasında effektivliyini və təhlükəsizliyini 

göstərməklə yanaşı, bir sıra tədqiqatlar məhz lazer korreksiyasının həyat keyfiyyətinə təsirini araşdırmışdır [2]. 

Refraktiv cərrahiyyənin nəticələrinin subyektiv qiymətləndirilməsi və həyat keyfiyyətinə təsirinin araşdırılması 

üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  dəstəyi ilə bir neçə sorğu  formaları tətbiq olunmuş və aparılan 

tədqiqiatların nəticələrinə əsasən həyat keyfiyyətinin yaxşılaşdırılmasında eksimer lazer cərrahi əməliyyatlarının 

əvəzsiz rolu aydınlaşdırılmışdır [3-5]. Əməliyyatdan əvvəl və sonra həyat keyfiyyətinin təhlilini qiymətləndirmək 

üçün tətbiq olunan bu sorğu formaları aşağıdakı sualları əhatə edir: aparılan cərrahi əməliyyatın yaxın və uzaq 

görməyə, gecə görməsi və sürücülük qabiliyyətinə təsiri, müxtəlif işıqlanma səviyyələrində görmənin keyfiyyəti, 

“halo” - işıq yansıma və saçmaların olması, idman həyatına təsiri, gözdə guruluq və s. Bu sorğu formalarından 

QIRC(The  Quality  of  Life  Impact  of  Refractive  Correction  Questionnaire)  ümumilikdə  20  sual,  RSVP(The 

Refractive Status and Vision Profile Questionnaire) 42 sual və NEİ-RQL(The National Eye Institute Refractive 

quality of Life Questionnaire) 13 sualı əhatə etmişdir. Aparılan tədqiqatların nəticələrinəəsasən həyat keyfiyyətinin 

eksimer lazer korreksiyadan sonra əməliyyatdan əvvəlki səviyyə ilə müqayisədə kifayət qədər müsbət istiqamətdə 

dəyişdiyi təsdiq olmuşdur.

Hal hazırda altıncı nəsil Eksimer və Femto Lazer avadanlıqları tətbiq olunmaqdadır. Bu lazer sistemlərinin 

hər  bir  xəstə  üçün  yaratdığı  imkanlar  digər  sistemlərdən  daha  mükəmmməl  nəticələrin  əldə  olunmasına  şərait 

yaradır.  Belə  ki,  hal-hazırda  dünyanın  ən  sürətli  lazer  sistemləri  1D-nı  1.4  san  ərzində  ablyasiya  edir  və  daha 

mükəmməl LASİK kəsiklərini 6 saniyə ərzində yaradaraq əvvəlki nəsil lazer sistemləri ilə qarşılaşan fəsadları 

minimuma qədər azaldaraq, mükəmməl nəticələrin yaranmasına imkan verir. Belə ki, bu sistemlərin köməyi ilə 

buynuz qişanın uyğun parametrlərində

Miopiya - 12.0 D-yə qədər və və ya 6.0 D yə qədər astiqmatizmlə birgə;



Hipermetropiya+ 6.0 D-yə qədər sfera və və ya 5.0 D astiqmatizmlə birgə;

Qarışıq astiqmatizm 6.0 D-yə qədər korreksiya edilə bilir.



Əməliyyatlar 18 yaşdan böyük, 1 illik dinamik müşahidədə sferik ekvivalenti 0.5 D-dən böyük və ya bərabər 

artım  müşahidə  edilməyən  gənclərdə  aparıla  bilir.  Hal-hazırda  gənclərin  eynək  və  ya  kontakt  linzalardan  azad 

olmaq  istəyi  ilə  bu  əməliyyatlara  ciddi  maraq  oyanmışdır.  Bu  əməliyyatlar  hərbi  qulluq  keçməyən  gənclərdə 

aparıldıqdan sonra onların hərbi qulluğa yararlılığın dəyərləndirilməsi günümüzün aktual məsələlərindən biridir. 

Hərbi xidmət Azərbaycan Respublikasında çağırış yaşına çatmış gənc oğlanlar üçün mütləqdir. Hərbi xidmət 

çağırışçı və hərbiçilər üçün yüksək sağlamlıq meyarlarını tələb edir. Belə ki, sağlamlıq meyarı onların fiziki və 

psixoloji statuslarını müəyyən edir. Eyni zamanda bu meyarlara standartlar çərçivəsində adekvat görmə qabiliyyəti 

də daxildir.

Çağırış yaşına çatmış gənclər milli ordunun sıralarına daxil olmadan əvvəl mütləq qaydada tibbi müayinədən, 

o cümlədən gömə orqanın müayinəsindən keçirilir.



16

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1999-cu  il  24  sentyabr  tarixli  154  nömrəli  qərarı  ilə  Hərbi-

həkim  Ekspertizası  Haqqında  Əsasnaməhərbi  qulluğa  daxil  olan  vətəndaşların  sağlamlığının  vəziyyətinə  dair 

tələbləri müəyyən edir [6]. Əsasnaməyə əsasən hərbi xidmətə çağırış zamanı, hərbi xidmətə könüllü daxil olanda 

buynuz qişada və ya sklerada optiko-rekonstruktiv cərrahi əməliyyatlar keçirmiş vətəndaşlar, əgər əməliyyatdan 6 

aydan az müddət keçmişsə, hərbi xidmətə müvəqqəti yararsız hesab olunurlar. Cərrahi əməliyyatdan sonra hərbi 

xidmətə yararlılıq kateqoriyası, göz funksiyalarının vəziyyətindən asılı olaraq və əməliyyata qədərki dövrdə göz 

almalarının  ultrasəs  biometriyasının  nəticələrini  nəzərə  alaraq,  sənədlə  təsdiq  olunmuş  ametropiya  dərəcəsinə 

əsasən «Xəstəliklər cədvəli»nin müvafiq maddələrinə uyğun olaraq təyin edilir.

Buynuz  qişada  optiko-rekonstruktiv  cərrahi  əməliyyatlar  keçirmiş  şəxslər,  əgər  əməliyyatdan  sonra 

fəsadlaşmalar,  göz  dibində  və  buynuz  qişada  degenerativ-distrofik  dəyişikliklər  yoxdursa,  həmçinin  cərrahi 

əməliyyata qədər ametropiyanın dərəcəsi ƏTC-nin «ç» bölməsində göstəriləndən yüksək olmaması sənədlə təsdiq 

edilibsə, cərrahi əməliyyatdan bir il sonra hərbi tədris müəssisələrinə daxil olmağa yararlıdırlar.

Eksimer  lazer  korreksiyası  həyata  keçirilmiş  gənclərdə  görmə  itiliyinin  və  bununla  əlaqədar  olaraq 

həyat  keyfiyyətinin  yaxşılaşmasına  baxmayaraq  onların  hərbi  qulluğa  nə  qədər  yararlı  olub  olmadıqlarının 

qiymətləndirilməsi olduqca vacib məsələdir. Belə ki, əsasnamənin müddəalarına görə belə gənclər əməliyyatdan 

əvvəlki ametropiyalarını təsdiq edən sənədləri həkim ekspertlərə təqdim etməlidirlər. Bir çox hallarda gənclər bu 

sənədləri təqdim etmir və ya hətta əməliyyat olunduqlarını gizlədirlər (keçirilmiş refraktiv cərrahiyyənin neqativ 

simulyasiyası).Hərbi  çağırış  yaşına  çatmış  gənclərin  ilkin  və  təkrari  şəhadətləndirilməsi  18-35  yaş  arasında 

aparıldığı  üçün  və  bu  yaş  dövründə  daha  çox  optik  qüsurların  korreksiyası  həyata  keçirildiyini  nəzərə  alsaq, 

keratorefraktiv cərrahiyyə əməliyyatı keçirtmiş hər bir çağırışçının düzgün şəhadətləndirilməsi olduqca vacibdir.

Bir sıra tədqiqtların nəticələrinə əsasən lazer korreksiyası keçirtmiş gənclərin hansı növ korreksiya ilə cərrahi 

əməliyyat  olunması  aktual  bir  problem  olaraq  qalmaqdadır  [7,8].  Amerika  ordusunda  təyyarəçilər  arasında 

aparılan tədqiqat işi “wavefront” əsaslı Femto-LASİK cərrahi əməliyyatının yüksək effektliyini göstərmişdir [9]. 

Daha bir tədqiqat işi Amerika ordusunda qulluq edən əsgərlər arasında aparılan eksimer lazer korreksiyası zamanı 

səthi  ablyasiyaya  üstünlük  verildiyini  göstərmiş  və  məhz  səthi  ablyasiyanın  müxtəlif  növlərinin  (FRK,  MMC 

ilə FRK və Lasek) müqayisəli təhlillləri aparılmışdır [10, 11]. Çində Xiao J.H. və başqaları tərəfindən aparılan 

digər tədqiqat işi isə, Çin ordusunda qulluq edən və əvvəllər Lasik əməliyyatı keçirtmiş 79 əsgərin hərbi xidmət 

dövründə göz travması aldıqdan sonra daha ağır fəsadlarla- flebin cırılması, yerdəyişməsi halları ilə qarşılaşdığını 

aşkara  çıxartmışdır.  Bu  səbəbdən  Lasik  əməliyyatı  keçirtmiş  çağırışçıların  hərbi  xidmətdən  azad  olunmalarını 

tövsiyyə etmişdirlər [12].

Keratorefraktiv  cərrahi  əməliyyatların  geniş  tətbiqi  ilə  əlaqədar  olaraq  çağırışçıların  hərbi  xidmətə 

şəhadətləndirilməsi zamanı müsir diaqnostik avadanlıqların tətbiqini həyata keçirtməklə görmə orqanının geniş 

həcmdə  müayinəsi,  eyni  zamanda  obyektiv  nəticələrlə  yanaşı  subyektiv  nəticələrin  qiymətləndirilməsi  hazırki 

tədqiqatda öz geniş yerini alır.

Məqsəd  -  eksimer  lazer  korreksiyası  həyata  keçirilmiş  gənc  oğlanların  hərbi  xidmətə  şəhadətləndirilməsi 

zamanı təkmilləşdirilmiş müayinəni həyata keçirtmək.



Material və metodlar

Tədqiqata  akad.  Zərifə  Əliyeva  adına  Milli  Oftalmologiya  Mərkəzində  Hərbi-Həkim  Komissiyasında 

müayinədən keçən və eksimer lazer korreksiyası keçirilən gənc oğlanlar daxil edilib. Müayinə korreksiyasız və 

korreksiya ilə görmə itiliyinin müayinəsi, gözün hərəki aparatının müayinəsi, refraksiyanın tam sikloplegiyadan 

(1%-li  atropin  sulfat  məhlulunun  3  dəfə  instillyasiyası)  sonra  obyektiv  dəyərlərinin  skiaskopiya  və  ya 

avtorefraktometriya (Tomey, Yaponiya) vasitəsi ilə təyini, görmənin xarakterinin təyini, yarıq lampa ilə gözün ön 

və arxa seqmentinin müayinəsi və göz dibinin oftalmoskopik müayinəsi şəklində həyata keçirilmişdir. Tədqiqata 

daxil olan bütün gənclər Şeympfluq kameralı keratotopoqrafiya müayinəsinə cəlb olunmuşdurlar. Buynuz qişanın 

dəqiq təhlili hərlənən Şeymfluq kameralı topoqraf WaveLight® ALLEGRO Oculyzer (Alcon, ABŞ) vasitəsi ilə 

aparılmışdır. 



Nəticələr və onların müzakirəsi

Hazırki  işdə  hərbi  həkim  kommissiyasından  müayinədən  keçən  yaşları  20-35  arası  dəyişən,  eksimer  lazer 

cərrahi əməliyyatı keçirilmiş 208 gənc oğlan tədqiq olunmuşdur. Onlardan müayinə əsasında miopiya və miopik 

astiqmatizmlə əlaqədar 168 gəncdə , hipermetropiya və hipermetropik astiqmatizmlə əlaqədar 27 gəncdə və qarışıq 

astiqmatizmlə əlaqədar isə 13 gəncdə müxtəlif növ eksimer lazer korreksiyası hayata keçirildiyi təyin edilmişdir.

Exsimer  lazer  korreksiyasının  nəticələrinin  qiymətləndirilməsi  obyektiv  müayinələrin  nəticələri  və  eyni 

zamanda subyektiv dəyərlərin qiymətləndirilməsi şəklində aparılmışdır:

A.Obyektiv nəticəsi:qalıq refraksiya qüsurunun qiymətləndirilməsi;



17

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

B.  Subyektiv  nəticələri:  korreksiyasız  görmə  itiliyi,  xəstə  məmuniyyəti,  müsbət  nəticə  və  ya  hər  hansı  bir 

fəsadın olması, ikincili effektlər (halo, işıq yansıma və saçmaları, quru göz) və s.

Eksimer lazer korreksiyasından sonra refraksiyanın təyini aparılan əməliyyatın nəticəsinin qiymətləndirilməsinin 

əsas hissəsidir. Əməliyyatdan əvvəlki refraksiya dəyərlərinin məlum olması hərbi komissiyadan keçən gənclərin 

düzgün qiymətləndirilməsində ən önəmli amillərdən biridir. Ancaq çox hallarda əməliyyatdan əvvəlki refraksiya 

qüsurunu təsdiq edən sənədlər çağırışçı tərəfindən təqdim olunmur. Bu müayinə olunan gənclərin əməliyyatdan 

əvvəl hansı refraksiya qüsuruna malik olması və qanunvericilikdə göstərildiyi kimi ametropiyanın dərəcəsi ƏTC-

nin  «ç»  bölməsində  göstəriləndən  yüksək  olmamasını  dəqiqləşdirməsində  çətinlik  törətmiş  olur.  Bu  məqsədlə 

buynuz qişanın topoqrafiyası və göz almasının ön və arxa uzunluğunun təyini məqsədi ilə biometriyası, göz dibinin 

oftalmoskopik müayinəsi detallı şəkildə aparılmalıdır. Skiaskopiya zamanı ablyasiya olunmuş buynuz qişa fonunda 

göz dibindən alınan qeyri- düzgün refleks skiaskopik olaraq refraksiyanı təyin etməyə imkan vermir və refraksiyanın 

təyini autorefraktometrlə aparılmalıdır. Refraksiya ilə bağlı: hipo və hiperkorreksiya və əməliyyatdan sonrakı uzaq 

dövrdə reqressiya halları müşahidə oluna bilər. Yüksək dərəcəli miopiya və hipermetropiyalarda hipokorreksiya 

və ya reqressiya daha çox müşahidə olunur ki, bu da görmə itiliyinin azalmasına, gecə görmənin pisləşməsinə 

səbəb olur. Eyni zamanda hər bir çağırışçıda əməliyyatdan sonra gecə görmənin necə olması, işıq yansımaları, 

saçmaları kimi subyektiv hissiyatın olub olması dəqiqləşdirilməlidir. Tədqiqtda müayinə olunan gənclərin 148 də 

refraksiyanın sferik komponenti -0.75±0.67, silindirik komponentini isə -0.8±0.35 təşkil etmişdir. Digərlərində 

isə əməliyyatdan sonrakı reqressiya, hipo və ya hiperkorreksiya və ya lazer korreksiyası ilə əlaqədar baş vermiş 

hər hansı bir ağırlaşma ilə əlaqədar refraksiyanın sfero və silindirik komponentləri müxtəlif dərəcədə dəyişmişdir.

Görmə  itiliyinin  təyini  zamanı  korreksiyasız  görmə  itiliyinın  yüksək  olması  əməliyyatın  nəticəsinin  əsas 

göstəricisidir.  Müayinə  olunan  gənclərin  65  %  (135)-  ində  korreksiyasız  görmə  itiliyi  hər  iki  gözdə  0.8-1.0 

(desimal) təşkil etmişdirsə, 35% (73)- də 0.2-0.7 (desimal) arası dəyişmişdir. Hərbi həkim komissiyasından keçən 

gənclərdə  məhz  subyektiv  olaraq  yüksək  görmə  itiliyinin  olması  heçdə  onların  məhdudiyyətsiz  hərbi  xidmət 

keçmələrinə imkan vermir. Belə ki, əməliyyatdan əvvəlki ametropiyanın səviyyəsi məlum deyilsə, buynuz qişanın 

və göz dibinin detallı tədqiqi əsasında hərbi xidmətə yararlılıq kriteriyaları təyin olunmalıdır. Xüsusilə qeyd etmək 

lazımdır  ki,  bilavasitə  cərrəhi  əməliyyata  məruz  qalmış  buynuz  qişanın  detallı  tədqiqi  bu  gənclərdə  ən  önəmli 

müayinələrdən biridir. Biomikroskopiya lazer sonrası buynuz qişanın şəffaflılığın qiymətləndirilməsində ən əsas 

müayinə üsuludur. Buynuz qişanın bulanması – səthi ablyasiyadan sonra (haze) və ya əməliyyatdan sonrakı ilk 

günlər ərzində sağalma dövründə infeksion mənşəlli ağırlaşmalardan sonrakı bulanmalar, LASİK sonrası flebdə 

qırışların (striya) olması, epitel defektlərin olması, epitelin flebin altına yürüməsi və s. kimi halların aşkarlanması 

məhz ilkin olaraq yarıqlı lampa ilə biomikroskopiyanın nəticələrinə əsasən qiymətləndirilir (şək.1).

Hazırki  tədqiqatda  Şeymfluq  kameralı  keratotopoqrafiya  müayinəsinə  əsasən  ablyasiya  zonasının  xarakteri, 

ablyasiyanın  dərinliyi,  tomoqrafik  parametrlər  əsasında  qalıq  stroma  və  buynuz  qişanın  tam  qalınlığı  təhlil 

olunmşdur. Buynuz qişanın detallı tədqiqi eksimer lazer cərrahiyyəsindən sonra buynuz qişada aparılan ablyasiya 

növünün qiymətləndirilməsində, eləcədə əməliyyat əsasında və ya sonradan yaranmış hər hansı bir ağırlaşmanın 

qiymətləndirilməsində mütləqdir.

Ümumilikdə müxtəlif refraksiya qüsurları ilə Eksimer Lazer korreksiyası həyata keçirilmiş gənclərin hərbi xidmətə 

şəhadətləndirilməsi  zamanı  hərbi  xidmətə  məhdudiyyətə  səbəb  olan  əsas  amillər  və  nəticələr  1-3  saylıcədvəldə 

göstərilir. Cədvəllərdən göründüyü kimi lazer korreksiyadan sonra hərbi xidmətə məhdudiyyətə səbəb olan əsas 

faktorlar əməliyyatdan əvvəliki refraksiya qüsurunun yüksək olması, refraksion ambliopiya, əməliyyat zamanı və 

sonra yaranan bir sıra ağırlaşmalar və onların görmə itiliyi və keyfiyyətinə neqativ təsiri ilə əlaqədar olmuşdur. 

Diaqram  1-dən  göründüyü  kimi  miopiya  və  miopik  astiqmatizmlə  əlaqədar  aparılan  lazer  korreksiyasından 

sonra hərbi xidmətə məhdudiyyətin yaranması əməliyytdan əvvəl yüksək refraksiya qüsurunun olması, refraksion 

ambliopiyanın əməliyyata qədər mövcud olması və bununla əlaqədar görmə itiliyinin kifayət qədər yüksək olmaması, 

yüksək refraksiya qüsurunun korreksiya etmək üçün aparılan abylasiya sahəsinin daha kiçik olması ilə əlaqədar işıq 

yansımaları, saçmaları kimi hissiyatın olması, gecə görmənin pisləşməsi və s. şəkildə təzahür olunmuşdur.

Hipermetropiya və qarışıq astiqmatizmlə əlaqədar aparılan eksimer lazer korreksiyasından sonra hərbi xidmətə 

məhdudiyyətə  səbəb  olan  əsas  amillər  əməliyyatdan  əvvəlki  refraksiya  qüsurunun  yüksək  olması,  refraksion 

ambliopiya,  əməliyyat  sonrası  reqressiyanın  olması  ilə  əlaqədar  qalıq  refraksiya  qüsurunun  yüksək  olması  və 

görməitiliyinin bunula əlaqədar az olması olmuşdur (diaqram 2 və diaqram 3). Hipermetropiya ilə əlaqədar lazer 

korreksiyası keçrtmiş 3 gəncdə yanaşı daxili çəpgözlük müşahidə olunmuşdur.

Şəkil  2-də  əməliyyatdan  əvvəlki  ametropiya  səviyyəsi  məlum  olmayan  gəncin  hərbi  həkim  komissiyada 

müayinəsi zamanı keratotopografiya müayinəsinin nəticəsi göstərilir. Müayinə zamanı xəstənin korreksiyasız hər 

iki gözdə görmə itiliyi OD 0.6 və OS 0.5 (Desimal) olmuşdur. Biomikroskopiya zamanı xəstədə Lasik cərrahi 


18

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

əməliyyatı keçirildiyi dəqiqləşdirilmişdir. Refraktometriya müayinəsi əsasında alınan refraksiya OD sph -0.75 cyl 

0.75 ax177; OS sph -1.25 cyl -1,5 ax 155 təşkil etmişdir. Keratotopoqrafik xəritəyə əsasən gənc oğlanın hər iki 

gözündə yüksək dərəcəli miopiyaya uyğun ablyasiya həyata keçirildiyi aşkarlanmışdır. Şəkildən göründüyü kimi 

buynuz qişanın mərkəzi zonası kifayət qədər yastılaşmış (Km 36.25D) və incəlmişdir -buynuz qişanın mərkəzi 

stroma qalınlığ 385 mkm-dir. Bu isə rezidual stroma qalınlığının təqribən 265 mkm olduğunu göstərərək kifayət 

qədər  stromal  incəlməni  göstərir.  Eyni  zamanda  çağırışçının  göz  dibinin  müayinəsi  zamanı  yüksək  dərəcəli 

miopiyaya uyğun dəyişikliklər – periferikdistrofiya ilə birgə müşahidə olunan miopik xorioretinit aşkarlanır.

Lazerin bilavasitə tətbiqi zamanı ablyasiyanın düzgün həyata keçirilməməsi əməliyyatın nəticəsinə neqativ təsir 

edən əsas faktorlardan biridir. Düzgün mərkəzləşdirilməmiş ablyasiya – desentrasiyaqeyri-düzgün astiqmatizmi və 

yüksək səviyyəli aberrasiyaları yaradaraq görmənin aşağı düşməsinə səbəb olur ki, bu da məhz keratotopografiya 

müayinəsi zamanı aşkarlanır. Şəkil 3-də daha bir Lasik cərrahi əməliyyatı həyata keçirilmiş gəncin keratotopografik 

müayinəsi göstərilməkdədir. Müayinə zamanı xəstə əməliyyatdan sonra görmənin gözləniləndən yüksək olmaması, 

xüsusilə  gecə  görmənin  zəif  olması,  işıq  yansımaları  kimi  hissiyatın  olmasından  narahatlığını  bildirmişdir. 

Keratotopografiya müayinəsində aşkarlanan, yuxarı və nazala desentrasiya ilə icra olunan lazer ablyasiyasıından 

sonra xəstənin korreksiyasız görmə itiliyi 0.4, qalıq refraksiya həmin gözdə sph-2.0 cyl -3.5 D təşkil etmişdir.



Şək. 1. S. A çağırışçıda səthi ablyasiyadan 

(FRK) sonra buynuz qişanın stromal bulanması

(“haze”2-ci dərəcəli)

Şək. 2.Yüksək səviyyəli miopiya ilə əlaqədar aparılan LASİKcərrahi əməliyyatı keçirtmiş xəstənin sol gözünün solda 

topografik xəritəsinin, sağda göz dibinin fotqrafik görüntüsü

19

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

Şəkil. 3.Lazer ablyasiyası yuxarı və nazal 

desentrasiya olunmuş xəstədə korreksiyasız 

görmə itiliyi - 0.4.

Diaqram 1.



Miopiya və miopik astiqmatizmlə əlaqədar aparılan Eksimer Lazer sonrası hərbi xidmətə məhdudiyyətə 

səbəb olan əsas səbəblər (n= xəstələrin sayı)

Lazer korreksiyasından 

әvvәl yüksyüksәk sәviyyәli 

miopiya vә miopik 

astiqmatizm olması

Miopik xorioretinit

n=75

Periferik tor qişa 

distrofiyaları

n= 63

Refraksion ambliopiya 

n=55

Qalıq refraksiya 

qüsurlarının kifayәt qәdәr 

yüksәk olması

Reqressiya vә ya 

hipokorreksiya  

n=38

Yatrogen ektaziya 

n=1

Exsimer lazer 

korreksiyasının fәsadları ilә 

әlaqәdar

Buynuz qişada 

bulanma

n=8

Lasik zamanı flebin 

fәsadları

n=3

Ablyasiyanın  düzgün 

aparılmaması 

n=2

Lazer korreksiyasından 

әvvәl yüksәk sәviyyәli 

hipermetropiya  vә 

hipermetropik 

astiqmatizmin olması 

Refraksion 

ambliopiya

n=12


Qalıq refraksiya 

qüsurlarının kifayәt qәdәr 

yüksәk olması

Reqressiya vә ya 

Hipokorreksiya   

n=12

Exsimer lazer 

korreksiyasının fәsadları 

ilә әlaqәdar

Buynuz qişada 

bulanma (haze)  

n=1 

Ablyasiyanın  

düzgün 

aparılmaması 

n=1

Diaqram 2.



Hipermetropiya və hipermetropik astiqmatizmlə əlaqədar aparılan Eksimer Lazer sonrası hərbi xidmətə 

məhdudiyyətə səbəb olan əsas səbəblər (n=xəstələrin sayı)

Lazer korreksiyasından 

әvvәl yüksyüksәk sәviyyәli 

miopiya vә miopik 

astiqmatizm olması

Miopik xorioretinit

n=75

Periferik tor qişa 

distrofiyaları

n= 63

Refraksion ambliopiya 

n=55

Qalıq refraksiya 

qüsurlarının kifayәt qәdәr 

yüksәk olması

Reqressiya vә ya 

hipokorreksiya  

n=38

Yatrogen ektaziya 

n=1

Exsimer lazer 

korreksiyasının fәsadları ilә 

әlaqәdar

Buynuz qişada 

bulanma

n=8

Lasik zamanı flebin 

fәsadları

n=3

Ablyasiyanın  düzgün 

aparılmaması 

n=2

Lazer korreksiyasından 

әvvәl yüksәk sәviyyәli 

hipermetropiya  vә 

hipermetropik 

astiqmatizmin olması 

Refraksion 

ambliopiya

n=12


Qalıq refraksiya 

qüsurlarının kifayәt qәdәr 

yüksәk olması

Reqressiya vә ya 

Hipokorreksiya   

n=12

Exsimer lazer 

korreksiyasının fәsadları 

ilә әlaqәdar

Buynuz qişada 

bulanma (haze)  

n=1 

Ablyasiyanın  

düzgün 

aparılmaması 

n=1

20

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

Diaqram 3.



Qarışıq astiqmatizmlə əlaqədar aparılan Eksimer Lazer sonrası hərbi xidmətə məhdudiyyətə səbəb olan 

əsas səbəblər (n=xəstələrin sayı)

Lazer korreksiyasından әvvәl 

yüksәk astiqmatizmin 

(  yl  5

p dәn yüksәk) olması 

Refraksion ambliopiya

n=

Qalıq refraksiya qüsurlarının 



kifayәt qәdәr yüksәk olması

Reqressiya vә ya 

Hipokorreksiya   n=5

Onuda  qeyd  edək  ki,  keratorefraktiv  cərrahi  əməliyyatların  geniş  tətbiqi  ilə  əlaqədar  olaraq  ametropiyası 

olan xəstələrin eksimer lazer korreksiyasından sonra hərbi həkim komissiyalarında şəhadətləndirilməsi zamanı 

neqativ simulyasiya halları ilə tez-tez qarşılaşmaq olur. Neqativ simulyasiya hallarında xəstələr lazer korreksiya 

olunduqlarını inkar edirlər (Minhauzen sindromu [13]). Bu xüsusilə hərbi məktəblərə daxil olmaq istəyən gənclər 

arasında müşahidə olunmaqdadır. Fotorefraktiv keratoektomiya (FRK) və Lasek korreksiyası keçirtmiş xəstələrdə 

buynuz  qişada  səthi  subepitelial  bulanma,  Lasik  cərrahi  əməliyyatına  xarakter  buynuz  qişada  kəsik  izləri 

müşahidə olunmursa və gəncdə eksimer lazer cərrahi əməliyyatının aparılmasına şübhə yaranırsa, belə hallarda 

ancaq  keratotopoqrafik  müayinədə  ablyasiya  zonasının  xarakter  dəyişikliyinə  əsasən  simulyasiyanı  ifşa  etmək 

mümkündür.



Yekun

Hərbi  xidmət  zamanı  lazer  korreksiyası  keçirtmiş  və  yüksək  görmə  itiliyinə  sahib  gənclərdə  görmə 

orqanı  tərəfindən  yarana  biləcək  hər  hansı  bir  ağırlaşma  və  ya  fəsadların  qarşısını  almaq  üçün  bu  gənclərin 

şəhadətləndirməsi zamanı daha detallı müayinələr aparılmalı, əməliyyatın subyektiv və obyektiv nəticələri nəzərə 

alınmaqla buynuz qişa və göz dibinin anatomik vəziyyəti əlavə diaqnostik müayinələrin nəticələrinə əsasən mütləq 

qaydada qiymətləndirilməlidir.

ƏDƏBİYYAT:

1. 


Trokel S.L., Srinivasan R., Braren B. Excimer laser surgery of the cornea // Am. J. Ophthalmol., 1983, 

v.96(6), p.710-715.

2. 

Chen C.Y., Keeffe J.E., Garoufalis P. et al. Vision-related quality of life comparison for emmetropes, 



myopes after refractive surgery, and myopes wearing spectacles or contact lenses// J Refract Surg., 2007, 

v.23(8), p.752-759.

3. 

Pesudovs K., Garamendi E., Elliott D.B. The Quality of Life Impact of Refractive Correction (QIRC) 



Questionnaire: development and validation //Optom. Vis. Sci., 2004, v.81(10), p.769-77.

4. 


Vitale  S.,  Schein  O.D.,  Meinert  C.L.  et  al.The  refractive  status  and  vision  profile:  a  questionnaire  to 

measure vision-related quality of life in persons with refractive error // Ophthalmology, 2000, v.107(8), 

p.1529-39.

5. 


Hays R.D., Mangione C.M., Ellwein L. Et al. Psychometric properties of the National Eye Institute-

Refractive Error Quality of Life instrument // Ophthalmology, , 2003, v.110(12), p.2292-301.

6. 

Hərbi-həkim ekspertizası haqqında Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 



24 sentyabr tarixli 154 nömrəli qərarı.

7. 


Stanley P.F, Tanzer D.J., Schallhorn S.C. Laser refractive surgery in the United States Navy // Curr.Opin.

Ophthalmol., 2008, v.19(4), p.321-324.

8. 

Hammond M.D., Madigan W.P., Bower K.S. Refractive surgery in the United States Army, 2000–2003 // 



Ophthalmology, 2005, N112, p.184-190. 

9. 


Dignan AP. A decade of experience of examining candidates for entry to the army // J. R. Army Med 

Corps. 1992., v.138, p.19–22.



21

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

10.  Tanzer D.J., Brunstetter T., Zeber R. et al.Laser in situ keratomileusis in United States Naval aviators // 

J. Cataract. Refract. Surg., 2013., v. 39, p.1047-1058.

11. 


Sia R.K., RyanD.S., Edwards J.D. et al. The U.S. Army Surface Ablation Study: comparison of PRK, 

MMC-PRK, and LASEK in moderate to high myopia // 2014, v.30(4), p.256-64.

12.  Xiao J.H., Zhang M.N., Jiang C.H. et al. Laser in situ keratomileusis surgery is not safe for military 

personnel // Chin. J. Traumatol., 2012, v.15(2), p.77-80.

13.  Incesu A.I. Tests for malingering in ophthalmology//Int.J. Ophthal., 2013, v. 6(5), p.708-717.

Касимов Э.М., Гусейнли С.Ф.

ЗНАЧИМОСТЬ СОВЕРШЕНСТВОВАНИЯ ОФТАЛЬМОЛОГИЧЕСКОГО 

ИССЛЕДОВАНИЯ ПРИ ОСВИДЕТЕЛЬСТВОВАНИИ НА 

ВОЕННУЮ СЛУЖБУ ЛИЦ МОЛОДОГО ВОЗРАСТА, ПЕРЕНЕСШИХ 

ЭКСИМЕРЛАЗЕРНУЮ КОРРЕКЦИЮ



Национальный Центр Офтальмологии имени академика Зарифы Алиевой, Баку

Ключевые  слова:  военная  служба,  рефрактивная  хирургия,  эксимер  лазерная  хирургия  топография 

роговицы, ЛАСИК, ФРК

РЕЗЮМЕ


Цель  –внедрение  в  практику  совершенствованного  офтальмологического  исследования  при  освиде-

тельствовании на военную службу лиц молодого возраста, перенесших эксимерлазерную коррекцию.



Материал и методы

Материалом работы явились 208 лицмолодого возраста - 25-30 лет, перенесших эксимер лазерную кор-

рекцию,  проходивших  обследование  военно-медицинской  экспертизы.  Оценка  результатов  эксимер  ла-

зерной коррекции проводилась на основе объективных результатов и в тоже время субъективных данных 

обследования: определение остроты зрения с коррекцией и без коррекции, определение объективной реф-

ракции  с  помощью  авторефрактометрии  (Tomey,  Япония),  определение  характера  зрения,  исследование 

переднего и заднего сегмента глаза на щелевой лампе и офтальмоскопическое исследование глазного дна. 

Точный анализ роговой оболочки проводился с помощью топографа с вращающейся Шеймпфлюг камерой 

WaveLight® ALLEGRO Oculyzer (Alcon, США).

Результаты

На  основании  обследования  168  лиц  молодого  возраста  с  миопией  и  миопическим  астигматизмом  у 

27-ми в связи с гиперметропией и гиперметропическим астигматизмом и у 13-ти со смешанным астигма-

тизмом было выявлено проведение различного вида эксимер лазерной коррекции. На основании анализа 

томографических  параметров  роговой  оболочки,  подвергшейся  абляции  эксимер  лазером,  проводилась 

оценка характера коррекции, объективных результатов ряда осложнений, а также в целом результатов ис-

следований биомикроскопии и офтальмоскопии глазного дна.

Заключение

Основные факторы, которые явились причиной ограничения военной службы после лазерной коррек-

ции, были связаны с высокими показателями рефракции, рефракционной амблиопией, рядом осложнений, 

возникших во время и после операции (гиперкоррекция, гипокоррекция, децентрированная абляция, по-

мутнение роговицы и т.д.) и их негативное влияние на остроту и качество зрения. Лицам, перенесшим во 

время военной службы лазерную коррекцию и получившим высокую остроту зрения для предотвращени-

явозникновения со стороны зрения какого-либо осложнения должно проводиться более детальное обсле-

дование. Во время освидетельствования, учитывая объективные и субъективные результаты операции, на 

основании результатов дополнительных диагностических исследований в обязательном порядке должна 

проводиться оценка роговицы и состояния глазного дна.



22

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

Kasimov E.M., Huseynli S.F.

SIGNIFICANCE OF PERFECTION OF THE OPHTHALMOLOGICAL 

INVESTIGATION IN THE INSPECTION TO THE MILITARY SERVICE OF 

YOUNG AGE PEOPLE HAVING BEEN SURVIVED AN EXCIMER LASER 

CORRECTION



National Centre of Ophthalmology named after acad. ZarifaAliyeva, Baku, Azerbaijan

Key words: military service, refractive surgery, excimer laser surgery, corneal topography

SUMMARY


Aim  –  inculcation  to  the  practice  of  the  improved  ophthalmological  investigation  in  the  inspection  to  the 

military service of young age people having been survived an excimer laser correction.



Material and methods

The material of this work were 208 young people (25-30 years old) having been survived an excimer laser 

correction and having been examined by the military-medical expertise. The estimation of excimer laser correction 

was  on  the  basis  of  the  objective  results  and  at  the  same  time  of  the  subjective  data  of  examination:  defining 

of visual acuity with and without correction, determining of objective refraction with autorefractometry(Tomey, 

Japan), defining of the vision character, investigation of the anterior and posterior ocular segment on the slip-lamp 

and ophthalmological research of the fundus of the eye. The exact analyses of cornea was done by topograph with 

rotating Sheimpflug camera WaveLight® ALLEGRO Oculyzer (Alcon, USA).



Results

On the basis of study of 168 young people with myopia and myopic astigmatism in 27 people with hipermetropy 

and hypermetropic astigmatism and in 13 with the mixed astigmatism there had been detected the various kind of 

excimer laser correction. Due to thetomographic parameters’ analysis of cornea, which had been subjected to the 

ablation by excimer laser, we estimated the correction character, objective results of some complications and also 

the results of biomicroscopy and ophthalmoscopy of fundus of the eye on the whole.



Conclusion

The main factors, which were the cause of limited military survice following the laser correction, were connected 

with the high indices of refraction (hypercorrection, hypocorrection, decentrered ablation, corneal capacity etc.), 

refractive amblyopia, a number of complications appearing during and after surgery and their negative influence 

on  the  acuity  and  qualification.  People  having  been  survived  the  laser  correction  during  the  military  service, 

must be subjected to the more detail examination. During inspection taking into consideration the objective and 

subjective surgical results, on the basis of the additional diagnostic researches the estimation of cornea and state of 

the fundus of the eye must be done without fail. 



Korrespondensiya üçün: 

Hüseynli Samirə Fərhad qızı, akad. Zərifə Əliyeva adına Milli Oftalmoloqiya Mərkəzinin kiçik elmi işçisi

Tel.: (99412) 569-09-07, (99412) 569-09-47 

Ünvan: AZ1114, Bakı ş, Cavadxanküç, 32/15 

Email: samirahuseynli@yahoo.com; administrator@eye.az: www.eye.az



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə