Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə13/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   9   10   11   12   13   14   15   16   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 
I FƏSİL 
 
AZƏRBAYCAN TARİXİ MƏSƏLƏLƏRİNƏ İRAN 
TARİXŞÜNASLIĞINDA ÜMUMİ BAXIŞ  
 
 
1.1. Azərbaycanın tarixi coğrafiyası və dövlətçilik  
tarixi məsələləri 
 
Müasir  İran tarixşünaslığında Azərbaycan tarixi məsələ-
lərinin tədqiqinin başlanğıc mərhələsi kimi XX əsrin 20-ci illəri 
götürülür. Belə ki, 1925-ci ildə  İranda hakimiyyəti  ələ keçirən 
Pəhləvi rejiminin diqtəsi ilə  İran tarixşünaslığında antitürk və 
antiazərbaycan istiqamət güclənməyə başlayaraq bu günə qədər 
ayrıca konsepsiya şəklində davam etməkdədir. Lakin fikrimizcə, 
bu konsepsiyanın  əsas konturları artıq XIX əsrin sonları – XX 
əsrin  əvvəllərində özünü göstərməyə başlamışdı ki, bunun da 
əsasında İran (fars – E.M.) ictimai fikrində həmin dövrdə Azər-
baycan cəmiyyətində  cərəyan edən etnik-milli, sosial-mədəni
siyasi və iqtisadi proseslərə münasibət dururdu. 
Qeyd etmək lazımdır ki, bu məsələlər Vətən tarixşünaslı-
ğında kifayət qədər öz əksini tapdığından
1
 biz yalnız onu vurğu-
lamaqla kifayətlənək ki, həmin dövrdə Azərbaycan türklərinin 
milli mənlik  şüurunun oyanması  İranın siyasi və idoloji dairə-
lərində, təzəcə  təşəkkül tapmağa başlayan müasir İran tarixşü-
naslığında heç də birmənalı qarşılanmırdı.  İranın idarə edilmə-
sində azərbaycanlıların ənənəvi üstün rol oynaması, hakimiyyət-
də olan sülalələrin, əsasən, Azərbaycan türklərindən olması, İran 
ordusunda, xüsusən zabitlər arasında onların aparıcı mövqelərdə 
                                                 
1
 Bax: Mustafayev V. Cənubi Azərbaycan. Milli Şüur (20-ci əsrin birinci ya-
rısında). Bakı: 1998. 


Eynulla Mədətli 
 
28
olması, azərbaycanlı və ilk növbədə, Azərbaycandan olan Qacar 
ziyalılarının ölkənin mədəni  һəyatında müһüm rol oynayaraq 
Azərbaycanda və bütün İranda əһəmiyyətli təbəqə təşkil etmələri 
XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkədə milli münasibət-
lərin vəziyyətinə müəyyən dərəcədə  təsir göstərirdi. V.Mustafa-
yevin qeyd etdiyi kimi, siyasi һakimiyyətin türk-Qacar sülaləsi 
əlində, hərbi qüvvənin əһəmiyyətli hissəsinin də azərbaycanlıların 
əlində  cəmlənməsi Azərbaycan-fars milli münasibətlərinin anti-
azərbaycan cəhətini müəyyən  еdirdi. Azərbaycanlıların təkcə 
Аzərbaycanın dеyil, һəm də bütün İranın ictimai һəyatının bütün 
saһələrində belə geniş surətdə iştirakı  оnlarda ümumdövlət, sо-
sial-siyasi şüurun inkişafına şərait yaradırdı.
1
 Eyni zamanda Şi-
mali Azərbaycanda baş verən mütərəqqi hadisələr (ölkənin ka-
pitalist münasibətləri sisteminə daxil olması, milli Azərbaycan 
burjuaziyasının yaranması və fəaliyyəti, milli ziyalı sinfinin for-
malaşması, milli mətbuatın, teatrın, yeni tipli məktəb sisteminin 
yaranması, siyasi partiya və təşkilatların təsis edilməsi və bütün 
bunların nəticəsi olaraq vahid millətin təşəkkül tapması) Cənubi 
Azərbaycana müsbət təsir göstərdiyi kimi, İranın vahidliyi ide-
yasına da ciddi təhlükə yaradırdı. 1905-1906-cı illərdə Rusiya 
inqilabı, həmin illərdə  Şimali Azərbaycanda baş vermiş siyasi 
titrəyişlər, erməni-müsəlman münaqişəsi və bütün bunların nəti-
cəsi olaraq Azərbaycan türklərində müşahidə olunan milli və si-
yasi oyanış heç şübhəsiz, İranda da müəyyən əks-səda doğurur-
du. Bunun ilk işartılarını biz artıq XX əsrin əvvəllərində İranda 
vüsət almış  Məşrutə  hərəkatında (1905-1911-ci illər) görürük. 
Bir sıra tədqiqatçılar, o cümlədən M.S.İvanov bu hərəkatı azər-
baycanlıların milli təşəkkülünün başlanğıcı kimi qiymətləndirir 
və qeyd edirdi ki, azərbaycanlılar  һələ 1908-ci ildə milli mux-
tariyyət məsələsi qaldırmışdılar.
2
 Müəllifin  İranda milli proses-
                                                 
1
 Mustafayev V. Cənubi Azərbaycan. Milli şüur (20-ci əsrin birinci yarısın-
da), s.25-26.  
2
 Иванов М.С. Иранская революция 1905-1911 годов. М., 1957, с.303. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin