Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə9/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   5   6   7   8   9   10   11   12   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

Eynulla Mədətli 
 
18
əsərlərində İran tarixşünaslığının antitürk və antiazərbayan isti-
qaməti elmi cəhətdən tənqid edilir.  
İran tarixşünaslığının Azərbaycan türklərinin tarixi, dili, 
ərazisi ilə bağlı əsassız iddialarının elmi əsaslarla ifşa edilməsində 
Cənubi Azərbaycanın milli ruhlu ziyalılarının fəaliyyəti və 
yazdıqları  əsərlər mühüm əhəmiyyətə malikdir. Xüsusən Cavad 
Heyətin
1
,  Əli Azərinin
2
, Məhəmməd Tağı Zehtabinin
3
, Rəhim 
Rəisniyanın,
4
 Səməd Sərdariniyanın
5
, Hüseyn Əlizadənin (Barış 
Mərəndli)
6
, Zöhrə Vəfalının
7
, T. Mirhəşiminin
8
 kitab və məqalə-
lərində fars müəlliflərinin Azərbaycan türklərinin tarixinə və dili-
nə şovinist baxışları tutarlı dəlillərlə alt-üst edilir. 
                                                                                                         
Elm, 1984, s.44-59; Tahirzadə Ə., Ə. Kəsrəviçilik: Kökü, özəyi, ardıcılları, 
dirildilməsi-II, Azərbaycan filologiyası məsələləri, III buraxılış, Bakı: Elm, 
1991, s. 61-91; “Azadlıq uğrunda mübarizə tariximizdən”. Bakı, 2011, 230 
s.; Məmmədli P. Cənubi Azərbaycan mətbuatı tarixi. Bakı: Elm, 2009. 200 s.; 
1
 Cavad  Heyət. Azəri türkcəsinin tarixinə bir baxış. «Varlıq» dərgisi, 1979, 
aprel, 1 sayı; Cavad Heyət. Seyri dər tarix-e zəban və qüyeşha-ye torki, 
Tehran, nəşr-e nov, 1366; Cavad Heyət. Dər bare-ye məqale-ye Azərbaycan 
kocast (neveşte-ye ağaye Cəlal Mətini). «Varlıq», 1990, oktyabr-noyabr, № 78-
3; Cavad Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, 1998; Cavad Heyət. 
Türklərin tarix və mədəniyyətinə bir baxış. Bakı, 1993; Cavad Heyət. Dilimiz, 
ədəbiyyatımız və kimliyimiz uğrunda. Bakı, “Elm və təhsil”, 2011. 
2
 Azəri Ə. Qiyam-e Şeyx Məhəmməd M.Xiyabani dər Təbriz, çap-e dovvom, 
ba təcdid nəzər-e kamel, Tehran, Bonqah-e mətbuati-ye Səfi Əlişah, 1346. 
3
 Zehtabi M.T. İran türklərinin əski tarixiI cild, Təbriz, 1377, 880 s. 
4
 Rəisniya R. Azərbaycan dər seyr-e tarix-e İran.  Əz ağaz ta eslam, celde 
əvvəl, dovvom, sevvom. Təbriz, enteşarat-e Məbna, çape sevvom,1379. 
5
 Sərdariniya. S. İrəvan yek vilayəte-musəlmanneşin bud, Tehran, nəşriyyeye 
Zufa, 1380; Səməd Sərdariniya. Nəqde yek noqte əz yek ketab. Ərran vila-
yəti əst əz Azərbaycan. «Ayine-ye pejuheş» dərgisi, 1997, avqust-sentyabr
№ 3; Sərdariniya S. Məşahir-e Azərbaycan , II cild, Təbriz, 1364, 544 s. 
6
 Əlizadə H. Hökumət-e Milli-ye Azerbaijan - Mururi bər ruydadhayi salhaye 
1325. Azərbaycan və 21 Azər qətliamı, elektronik nəşr, noyabr, 2014. s. 
506;  Əlizadə H. “21 Azər” soyqırımı (1946-1947-ci illərdə  Cənubi Azər-
baycanda kütləvi soyqırımları), Bakı, “Elm və təhsil”, 2017, 376 s. 
7
 Vəfalı Z. Namavəran-e Azərbaycan, Təbriz, 1378, 98 s. 
8
 Pirhaşimi T. Arran vilayəti əst əz Azərbaycan. «Varlıq» dərgisi, 1985, № 3-4. 


 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
19
Göründüyü kimi, keçmiş sovet, o cümlədən Azərbaycan 
İranşünaslığında Azərbaycan tarixçilərinin və digər elm sahələri 
nümayəndələrinin Azərbaycan-İran münasibətləri probleminə 
dair baxışları ümumən geniş araşdırılmışdır. Lakin İran tarixçi-
lərinin Azərbaycan tarixinə, ikitərəfli münasibətlərin təşəkkülü-
nə dair baxışları bizim tarixşünaslıqda kifayət qədər əks olunma-
mışdır. Ona görə də bu problemlərə İran tarixşünaslığının müna-
sibətini araşdırmaq olduqca aktualdır.  İran tarixçilərinin baxış-
ları ilə tanışlıq iki ölkə arasında münasibətlərin inkişafına müna-
sibətə də öz müsbət təsirini göstərə bilər. 
Tədqiqatın  əsas məqsədi  İran tarixşünaslığında XX əsrin 
birinci rübündə Azərbaycan tarixi məsələlərinə  həsr edilmiş 
əsərlərin, kitab və  məqalələrin hərtərəfli təhlil edilməsidir. Bu 
zaman əsas diqqət aşağıdakı vəzifələrin həllinə yönəldilmişdir. 
- XX əsrdə İran tarixşünaslığının əsas inkişaf mərhələləri-
ni və səciyyəvi cəhətlərini müəyyənləşdirmək
- Azərbaycan tarixinin müxtəlif məsələlərinə İran tarixçi-
lərinin müraciət etməsini zəruri edən tarixi şərtləri və amilləri 
açıb göstərmək; 
-  İran tarixşünaslığında Azərbaycan tarixinə münasibətdə 
mövcud olan əsas meyillərin və görüşlərin elmi təhlilini vermək; 
- İranın ictimai fikrində və tarixşünaslığında Azərbaycanın 
tarixi coğrafiyası və dövlətçilik tarixi məsələlərinin saxtalaşdırıl-
ması xəttini izləmək; 
- Azərbaycanın tarixi coğrafiyası ilə bağlı İran tarixşünas-
lığında mövcud olan baxışları ümumiləşdirmək və təhlil etmək
- Azərbaycan türklərinin dövlətçilik  ənənələrinin inkar 
edilməsinə yönəlmiş cəhdlərin tarixi və ideoloji-siyasi səbəbləri-
ni müəyyənləşdirmək; 
-  İran tarixşünaslığının Azərbaycan xalqının, dilinin və 
mədəniyyətinin təşəkkülünə dair yanaşmalarının tənqidi analizi-
ni vermək; 
- Cənubi Azərbaycanda milli-demokratik hərəkatların tari-
xinin İranın tarixşünaslığında inikasını izləmək; 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin