Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə16/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   12   13   14   15   16   17   18   19   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
33
Azərbaycan türkləri vaxtilə unutmaq üzrə idik. Tamamilə fars-
laşdığımız bir zamanlar var idi. Türk ədəbiyyatı bilməzdik. 
Türkcə əvama məxsus bir dil ədd olunur, xass farsı və ərəbi bil-
məsiylə fəxr edərdi. Sonra Füzuli əleyhirrəhmənin təsiri-fəyyazi 
təhtində yetişən bir çox azərbaycanlı türk şairləri bu təhlükəli 
missiyanın önünü aldılar, "yaman-yaxşı" bir ədəbiyyat vücuda 
gətirdilər”. O, ümid etdiyini bildirirdi ki, “türkçülük edən bu 
günki cavanlarımız “İran məhsulu”  ədd etdikləri azərbaycanlı 
mərsiyənəvis raciləri, dilsuzları, qumri və dəxilləri bir nəzəri-is-
tixfaf ilə görüyorlara da, əminəm irəlidə Azərbaycan türklərinin 
gərək milli tarixi-intibahlarını  və  gərək tarixi-ədəbiyyatlarını 
yazmaq sədədinə düşən ciddi mühərrirlər lazım gələn təqdiratı 
onlardan əsirgəməyəcəklərdir”.
1
  
Həqiqətən də, məhz bu illərdə Ə.B.Hüseynzadə, Ə.B.Ağa-
oğlu, M.Ə.Rəsulzadə  və digər ziyalılarımızın geniş  nəzəri və 
əməli fəaliyyəti sayəsində Azərbaycan türk millətinin varlığının 
elmi cəhətdən əsaslandırıldığı milli istiqlal məfkurəsi formalaş-
dı. Azərbaycanda türk milli şüurunun ideya istiqaməti kimi 
meydana çıxması, milli kimliyi müəyyən edən başlıca baxışlar 
sisteminə çevrilməsi isə, heç şübhəsiz ki, "Açıq söz"lə bağlı idi. 
Bu qəzet Bakıda Azərbaycan türkcəsində  nəşr olunan digər 
qəzetlər kimi Cənubi Azərbaycanda yayılaraq orada ictimai 
rəyin formalaşmasına öz təsirini göstərdi. 
XIX  əsrin sonu – XX əsriin  əvvəllərində Azərbaycanda 
milliləşmənin  ən mühüm təzahürlərindən biri mövcud rejimin 
bütün qadağalarına rəğmən ictimai fikirdə, mətbuat səhifələrin-
də Azərbaycan millətinin və  ərazisinin həqiqi adının getdikcə 
daha çox işlədilməsi oldu. Getdikcə daha çox ziyalımız azərbay-
canlılara münasibətdə  işlədilən, bir çox hallarda hətta təhqira-
miz, aşağılayıcı  məqsədlərlə edilən “tatar”, “müsəlman” (rusca 
“татарин”, “татары”, “мусульманин”, “бусурман”) və s. qura-
ma etnonimlər əvəzinə “Azərbaycan türkləri”, “azərbaycanlılar” 
                                                 
1
 Rəsulzadə M.Ə. Əsərləri. II cild. 1909-1914, Bakı, Şirvannəşr, 2001, s.234. 


Eynulla Mədətli 
 
34
terminini işlətməyə başladılar. Bu dövrdə, mücərrəd “Şərqi 
Zaqafqaziya” coğrafi termini əvəzinə “Azərbaycan” anlayışın-
dan daha tez-tez istifadə edilməyə başlanıldı. “Azərbaycan” adlı 
qəzetin nəşrinə  cəhd göstərildi (Ünsizadə qardaşları); Qafqazın 
cənub-şərq hissəsinin “Azərbaycan”, Qafqaz müsəlmanlarının 
“azərbaycanlı-türk”, dilinin “Azərbaycan-türk dili” adlanması 
qeyd edildi (M.Şahtaxtlı); “Azərbaycan türklərinin  ədəbiyyatı” 
adını daşıyan ilk kitab nəşr olundu, (F.Köçərli); eləcə  də “türk 
milləti”, “azərbaycanlı” (“Kəşkül” qəzetində), “Azərbaycan 
türkləri” (Ə.Hüseynzadə), “Azərbaycan sadə türkcəsilə” (Ü.Ha-
cıbəyli), “Azərbaycan (türk) arvadları” (Y.V.Çəmənzəminli), 
“türk Azərbaycan qəzeti”, “azərbaycanlı-türk”, “Azərbaycan 
türkləri”, “azərbaycanlılar”, “Cənubi Azərbaycan” (M.Ə.Rəsul-
zadə) istilahları gündəmə gətirildi. 
Rusiyada 1917-ci il fevral inqilabından sonra Azərbaycan 
istiqlal məfkurəsi Azərbaycanın muxtariyyəti şüarı altında, konk-
ret siyasi proqram şəklində meydana atıldı. 1917-1918-ci illərdə 
Şimali Azərbaycanda genişlənən milli hərəkat, bu hərəkatı boğ-
maq üçün erməni-daşnak və rus-bolşevik qüvvələrin həyata 
keçirdikləri soyqırımlar Cənubi Azərbaycanda da əks-səda do-
ğurdu. Məhz Şimalda baş verən proseslərin təsiri altında Cənubi 
Azərbaycanda demokratik və milli hərəkat yenidən baş qaldırdı. 
Azərbaycan Demokrat partiyasının yaradılması, Azərbaycan di-
lində türkçülük idеyasının geniş  təbliğ  еdildiyi, səhifələrində 
türklər, Azərbaycanın  əһalisinin türklər  оlması, farslar, İran və 
Тuran, Azərbaycanın qədimdən türk ölkəsi оlması һaqqında ya-
zıların dərc еdildiyi “Azərbaycan” qəzеtinin nəşri, bütün bunlar 
Cənubi Azərbaycanda milli etnik şüurun dirçəldilməsinə, türk-
çülük ideyalarının kök salmasına, azərbaycanlılar arasında pan-
turanizm ideologiyasının zəifləməsinə öz təsirini göstərirdi.
1
 Şi-
                                                 
1
 Тагиева  Ш.А.  Национально-освободительное  движение  в  Иранском 
Азербайджане в 1917-1920 гг. Баку. 1956; Həbibov Ə. Cənubi Azərbay-
canda azadlıq hərəkatı, Bakı 1988; Mustafayev V. Cənubi Azərbaycan. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin