Dil • pdf kimi yüklə • İzlə



Yüklə 163,8 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix12.12.2022
ölçüsü163,8 Kb.
#73996
  1   2
xortdancm



Əsas menyunu aç
• 
• 
• 
• 
• 
• 
• 
• 
Axtar 
Xortdanın cəhənnəm məktubları 
• 
Dil
 
• 
PDF kimi yüklə
 
• 
İzlə
 
• 
Redaktə
 
"Xortdanın cəhənnəm məktubları" povesti — 
Ə. Haqverdiyevin
 ən iri həcmli 
nəsr əsəridir. Əsər 1906-cı ildə 
Molla Nəsrəddin jurnalında
 çap olunsa da, 1930-cu 
il- də "Odabaşının hekayəsi" ona əlavə olunaraq ayrıca kitab halında çap 
olunmuşdur. 
Əsərin ideyası
Redaktə
 
Bu povestdə əsas ideya xalqın tərəqqisinə mane olan ictimai təbəqələrin, habelə o 
dövrdə Azərbaycandakı mühafizəkar qüvvələri tənqid etməkdir. Lakin yazıçı yeri 
gəldikdə başqa ciddi siyasi-ictimai mətləblərə də toxunmuşdur. 
Əsərin mövzusu
Redaktə
 
Yazıçı "Xortdanın cəhənnəm məktubları" povestində həyatda görüb müşahidə 
etdiyi mənfi tipləri "cəhənnəm" adlanan məkanda cəmləşdirərək ideya və mövzu 
baxımından zəngin bir əsər yaratmışdır.
[1]
 
"Xortdanın cəhənnəm məktubları" povestinin mövzusu yazıçının özünün dediyi 
kimi, "mənfi tiplər cəmiyyəti" ilə əlaqədardır. Povestdə həm bu dünyanın, həm də 
cəhənnəmin təsvirində üç əsas mövzu diqqəti cəlb edir. Bunlardan birincisi, 
fırıldaqçı din xadimlərinin ifşasıdır. Bu mövzu müqəddimə hissəsindən başlayaraq 
bütün əsər boyu davam edir. 
İkinci mövzu burjua-mülkədar cəmiyyətinin ifşası məsələsidir. Ədib burjua-
mülkədar cəmiyyətinin geniş təhlilini və tənqidini vermir. Bu mövzu ayrı-ayrı 
dövlət nümayəndələrinin satirik portretlərində və sözgəlişi toxunulan bəzi siyasi-
ictimai mətləblərdə, hadisələrdə bədii həllini tapmışdır. Ədib bu mövzunu, əsasən, 
iki istiqamətdə inkişaf etdirir: 
1. Yerli hakim təbəqələrin – xan, bəy və dövlət məmurlarının satirik portretlərində; 
2. Çarizm nümayəndələrinin fəaliyyətində; 


"Xortdanın cəhənnəm məktubları"ndakı tənqidi mətləblərdən biri də çarizmin 
müstəmləkəçilik siyasətinin kəskin ifşasıdır. Əsər boyu müxtəlif ictimai-siyasi 
məsələlərlə əlaqədar olaraq ədib cəmiyyətdəki ədalətsizliyin, rəzalətin əsas dayağı 
kimi çarizmin fitnəkar siyasətini, habelə onun Azərbaycandakı nümayəndələrini 
kəskin ifşa edir. 
Ə. Haqverdiyev dövrün bir ziyalı yazıçısı kimi həmin fırıldaqçıları, dələduzları 
uyğun bir məkana – cəhənnəmə toplayaraq "mənfi tiplər cəmiyyəti"ni yaratdı və 
açıq-aşkarcasına onları ifşa etməyə başladı. "Xortdanın cəhənnəm məktubları" 
həmin dövrün mənfi tiplərini yaxından görüb tanımaq üçün çox böyük əhəmiyyətə 
malik bir povestdir.
[1]
 
Əsərin süjeti
Redaktə
 
"Xortdanın cəhənnəm məktubları"nda Haqverdiyev bir çox mövzulara toxunduğuna 
görə süjet və kompozisiya baxımından çoxşaxəli və orijinaldır. Povestdə bu 
dünyada yaşayan mənfi tiplərlə o biri dünyada yaşayan mənfi tiplər arasında o 
qədər də böyük fərq göstərilmir. Sadəcə o biri dünya, yəni cəhənnəm real 
dünyadakı mənfi tip insanların sonuncu aqibət məkanıdır. Xortdan Tiflisdən Şuşaya 
gəlincə yetimlərin malını yeyən Musa bəy kimi bəylərə, Mirzə Səttar kimi gedib 
"dərs gətirən" müəllimlərə, hiyleyi-şəriyyə ilə məşğul olan axundlara, Məşədi 
Seyfulla kimi fırıldaq yolu ilə xalqı soyanlara, təziyadarlara rast gəlir. Ancaq onlar 
törətdikləri əməllərə görə o biri dünyada heç də peşman deyil, əksinə, yeri gələndə 
özlərinə haqq qazandırmağa da çalışırlar. 
"Xortdanın cəhənnəm məktubları" povesti süjet baxımından mürəkkəbdir, 
çoxşaxəlidir. Belə ki, əsas süjetdən çıxış edən, onunla bağlı olan bir sıra xırda süjet 
xətləri də vardır. Xortdanın hər iki dünyada qarşılaşdığı insanlar haqqında olan 
əhvalatların hər biri özlüyündə kiçik bir süjetə malikdir. Povestdə süjetin 
ekspozisiya mərhələsini Xortdanın ağlına cəhənnəmə getmək fikrinin gəlməsi, 
Mirzə Qoşunəlinin yanına – Şuşaya Tiflisdən gedən zaman başına gələn əhvalatlar, 
burada qarşılaşdığı insanlar, nəhayət, Şuşaya gəlib çıxması təşkil edir. Xortdanın on 
gün müddətində həmin iksirin qəbul etməsi, Tiflisə gəlməsi, vaxt tamam olduqdan 
sonra cəhənnəmə gəlməsi mərhələsini zavyazka (bədii düyün) mərhələsini təşkil 
edir. Kulminasiya (bədii zirvə) mərhələsini isə Veyl quyusu ilə bağlı olan 
əhvalatlardır. Razvyazka (düyünün açılması) mərhələsində ziddiyyətlər tədricən 
açılmağa, ayrı-ayrı surətlər, qruplar arasında olan münaqişə zəifləməyə doğru 
gedir. Povestdə rus kazaklarının, zabit və generallarının çar ikinci Nikolayın 
cəhənnəmə gəlməsi, Xortdanın cəhənnəmi tərk etməsi razvyazka (düyünün 
açılması) mərhələsini təşkil edir. Nəhayət, final (bədii yekun) mərhələsində 
hadisələr sona yetir. Xortdanın bu dünyaya qayıtması, qayıtdıqdan sonra yeni 
dünyanın yarandığını görməsi, dörd ildən çox vaxtın keçməsi ilə dünyanın 
dəyişməsi, zəhmətkeşlərin hakimiyyəti final mərhələsidir. 
Xortdan surəti
Redaktə
 
Povestin baş qəhrəmanı olan Xortdan nə mənfi, nə də müsbət surətdir. "Xortdan – 
qorxunc görünüşlü mifik vücuddur". Ə. Haqverdiyevin məhz Xortdan surətini 
seçməsi təsadüfi deyildi. Avam camaat arasında uşaqları xortdanla qorxutmaq, 
həyatda şər əlamətləri Xortdanın ünvanına yazmaq uzun müddət dəb halında 


olmuşdur. Ə. Haqverdiyev də camaat içərisindəki bu cəhalət əlamətini Xortdan 
surətini yaratmaqla lağa qoymuşdu, gülüş hədəfi etmişdi. 
İstinadlar 
1.
Xarici keçidlər 
• 
• 
• 
 

Yüklə 163,8 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin