Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə24/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   20   21   22   23   24   25   26   27   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
49
rində  və  İbn  əl-Əsirin (1160-1234) “Əl-kamil fit-tarix” (“Mü-
kəmməl tarix”) əsərində verilmiş  məlumatlara görə h.91-ci 
(m.709/710-cu) ildə  Məsləmə ibn Əbdül-Malik türklərə (yəni 
xəzərlərə) qarşı yeni yürüşə çıxmış və Azərbaycan vilayətindəki 
əl-Baba (Dərbəndə) çatmış, oradakı şəhərləri və qalaları fəth et-
mişdi”.
1
 Ət-Təbəriyə  əsasən Azərbaycan  Ərəb xilafətinin tərki-
bində olarkən böyük bir ölkə idi, onun güneyində Həmədan, qu-
zeyində isə Dərbənd yerləşirdi.
2
 Deməli Ərəb xilafəti zamanında 
Azərbaycanın coğrafi hüdudları şimalda Dərbənd şəhərini əhatə 
edirdi və Arazın şimalı da Sasanilər dövründə olduğu kimi yenə 
də Azərbaycan ölkəsinin tərkib hissəsi hesab edilirdi. X yüzildə 
yaşamış fars tarixçisi Bələmi də özünün “Tərcüme-yi tarix-i 
Təbəri” (“Təbəri tarixinin tərcüməsi”)  əsərində Azərbaycanın 
sərhədlərini aydın surətdə göstərir: “Azərbaycanın hüdudunun 
başlanğıcını  Əbhər və  Zəncan daxil olmaqla Həmədan, axırını 
isə xəzərlərin Dərbəndindən götürürlər və bu aralıqda olan bütün 
on-on iki şəhəri Azərbaycan adlandırırlar”.
3
 
İbn  əl-Fəqih Həmədani 902-903-cü illər arasında yazdığı 
«Kitab  əl-məmalik» («Ölkələrin kitabı») adlı  əsərində yazır: 
«Azərbaycanın hüdudu Bərdədən Zəncanadəkdir. Şəhərlərindən 
Bərgəri, Salmas, Muğan, Xuvey, Varsan, Beyləqan, Marağa, 
Təbriz; cənub-şərqdən Azərbaycanın ikinci sərhədi Deyləm, Ta-
rom, Gilan ölkələri ilədir. (Azərbaycanın buradakı şəhərlərindən 
Bərdə, Saburxast, Xunəc, Miyanəc, Mərənd, Külsərə, Bərzənd-
Bura xarabalıq idi. Afşin buranı abadlaşdırdı və məskən etdi)».
4
 
                                                 
1
 Историческая география Азербайджана. Баку, 1987,, s.53 
2
 Bünyadov  Z.  Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007, 424 
səh., s.136 
3
 Tərcome-ye tarix-e Təbəri be enşa-ye Əbu Əli Məhəmməd Bələmi. Tehran, 
1344,, s.51; Tağıyeva  Ş.Ə. Müasir İran burjua tarixşünaslığında Azərbay-
can xalqının etnik birliyinin inkar edilməsi haqqında // Azərbaycanın tarix 
və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı. Bakı, 1978, s.119 
4
 Müxtəsər-i ketab əl-buldan. Əbubəkr Əhməd ibn İbrahim əl-Həmədani əl-


Eynulla Mədətli 
 
50
Həmdullah Qəzvini 1340-cı ildə yazdığı “Nüzhət  əl-qü-
lub” əsərində də Azərbaycanın İraqi-Əcəm, Gürcüstan, Ermənis-
tan və Kürdüstan ilə  həmsərhəd olduğunu bildirdikdən sonra 
Azərbaycan  ərazisi sahəsinin uzunluğu haqqında yazır: “Bakı-
dan Xalxala qədər 95 fərsəngdir”.
1
 
Bu mənbələrdə Azərbaycan bir qayda olaraq inzibati məf-
humda işlənilsə də, IX-X əsr tarixçisi ət-Təbərinin “Tarix-ər-rü-
sul vəl-müluk” əsərində o coğrafi mənada işlədilmişdir: “Azər-
baycanın hüdudunun başlanğıcığını,  Əhər və  Zəngan daxil ol-
maqla Həmədanı, axırını isə xəzərlərin Dərbəndini götürürlər və 
bu aralıqda olan bütün on-on iki şəhəri Azərbaycan adlandı-
rırlar”.
2
 
XII-XIII  əsrlər hadisələrindən bəhs edən  ərəb müəllifləri 
əl-Öməri,  Əbül-Fida,  əl-Məkrizi və  İbn Xəldun Dvin şəhərini 
“Azərbaycan mahallarından” hesab etmişlər. O dövrdə yaşamış 
məşhur salnaməçi  İbn  əl-Əsir yazır: “557-ci ilin (1162) şəban 
(iyul) ayında gürcülər 30 minə  qədər  əsgəri qüvvə toplayıb, 
İslam şəhərlərinə və Azərbaycanın Dvin şəhərinə gəldilər”. “599-
cu (1202-03) ildə gürcülər Azərbaycanın Dvin şəhərini zəbt 
edib, bu şəhəri talan etdilər”.
3
 Onun “Əl-kamil fit-tarix” əsərinin 
“Qıpçaqların bir qisminin Azərbaycana girməsi” adlı  fəslində 
Dərbənddən, Qəbələdən və Gəncədən bəhs olunur.
4
 Əsərin digər 
bir yerində  Şirvanın Beşbarmaq dağı Azərbaycana aid olunur: 
“Bu müqəddəs yer Azərbaycan hüdudları daxilindədir. Orada 
                                                                                                         
məruf be ibn Fəqih, Leyden, 1885, s. 285.; Vəlixanlı N.M. IX–XII əsr ərəb 
coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı, 1974, s.31 
1
 Həmdullah Qəzvini. Nüzhət ul-qulub. Tehran, 1957, s. 85 
2
 Tərcomeye-tarix-e Təbəri be enşa-ye Əbu Əli Məhəmməd Bələmi, Tehran, 
1344, s.51; Tağıyeva Ş., göstərilən məqaləsi, s.119 
3
 İbn əl-Əsir. Əl-kamil fit-tarix (ərəb dilindən tərcümə edəni: M.Əfəndizadə). 
Bakı, 1959, s.153. 
4
 İbn əl-Əsir. Əl-kamil fit-tarix (ərəb dilindən tərcümə edəni: M.Əfəndizadə). 
Bakı, 1959, s.177-181 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin