Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə20/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   16   17   18   19   20   21   22   23   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
41
kişafı məsələlərinə münasibətdə paniranist mövqedən yanaşaraq 
ciddi tarixi saxtalaşdırmalara yol vermişdir.  Ə.Kəsrəvi ictimai-
dini xarakterli əsərlərində xurafatı, hər cür dini radikalizmi tən-
qid edirdi. Onun irəli sürdüyü «pak din» ideyası  ətrafında bir 
çox adamlar, xüsusilə  gənclər toplanaraq, ölümündən sonra da 
onun ideyalarını davam etdirməyə çalışırdılar.  
Əksər İran tarixçiləri Cənubi və Şimali Azərbaycanın tari-
xən başqa-başqa ölkələr olduğunu sübut etmək üçün, bununla da 
Azərbaycan xalqının etnik-tarixi birliyini inkar etmək üçün, 
qeyd edildiyi kimi, Azərbaycan toponiminin və etnoniminin ət-
rafında diskusiyalar açır, müxtəlif mənbələrdəki məlumatları 
kontekstdən çıxarmaqla bu toponimin ancaq hazırda İran İslam 
Respublikasının ərazisində olan Azərbaycana aid olduğunu gös-
tərməyə çalışırlar. Seyid Əhməd Kəsrəvi 1928-ci ildə Tehranda 
çap etdirdiyi “Şəhriyaran-e qomnam” adlı əsərində yazır: “Təəc-
cüblüdür ki, Arrana indi Azərbaycan adı vermişlər. Baxmayaraq 
ki, Azərbaycan və ya Azərbayeqan Arranın yanında yerləşmiş di-
gər ərazinin adıdır. Ən qədimdən əldə məlumat vardır ki, bu iki 
ərazi həmişə bir-birindən ayrı olmuş  və heç vaxt Arran, Azər-
baycan adlanmamışdır...”.
1
 Həmin fikri eynilə Mehrdad Azəri də 
1982-ci ildə Tehranda çap etdirdiyi “Azərbaycan və nəğmeha-ye 
taze-ye estemargəran” adlı əsərində,
2
 Səyavuş Bəşiri isə 1984-cü 
ildə Parisdə nəşr etdirdiyi “Azər-Azərbayqan” adlı əsərində
3
 tək-
rar etmişlər. M.C.Məşkur da Azərbaycanın adının tarixi ad ol-
madığını, siyasi və yeni bir istilah olduğunu iddia etmişdir.
4
 
Qeyd etmək lazımdır ki, İnayətullah Rza tərəfindən bu 
məsələlər qabarıq şəkildə irəli sürülməklə kobud surətdə saxta-
laşdırılmışdır. İ. Rzanın hələ 1981-ci ildə İran İslam Cümhuriy-
                                                 
1
 Kəsrəvi Ə. «Şəhriyaran-e qomnam». Tehran, 1928, s 246, 265. 
2
 Azəri M. Azərbaycan və nəğmeha-ye taze-ye estemargəran, Tehran, 1982, s. 23. 
3
 Bəşiri S. Azər-Azərbaycan, Paris, 1984, çap-e əvvəl, s. 31-41. 
4
Məşkur M.C. Nəzəri be tarix-e Azərbaycan və asar-e bastani və cəmiyyətşe-
nasi-ye u, s 4. 


Eynulla Mədətli 
 
42
yəti İrşadi İslami Nazirliyinin tövsiyəsi ilə Tehranda nəşr olunan 
“Azərbaycan və Arran (Albaniya-ye-Qəfqaz)” adlı əsəri 3000 ti-
rajla çap edildiyi halda, ikinci dəfə yenə Tehranda “Mərd-e Em-
ruz” nəşriyyatı tərəfindən 1983-cü ildə “Azərbaycan əz kohəntə-
rin əyyam ta emruz (Azərbaycan və Ərran)” kitabı on min tirajla 
çap edilib yayılmışdır.
1
 İ. Rzanın, həmçinin “İran və Torkan dər 
ruzqar-e Sasaniyan” (Sasanilər dövründə  İran və Türklər)
2
 və 
M.Azərinin “Azərbaycan və nəğmeha-ye taze-ye estemargəran” 
(Azərbaycan və müstəmləkəçilərin yeni nəğmələri)
3
 əsərlərini 
qeyd etmək olar. Xüsusən  İ.Rzanın “Soxəni dər piramun-e-
Azərbaycan” adlı  məqaləsində
4
 Azərbaycanın tarixi coğrafiyası 
bilavasitə təhlil obyekti olmuşdur. Yeri gəlmişkən, İ.Rzanın bu 
məqaləsi Azərbaycan tarixçisi A.H.Fazili tərəfindən ciddi elmi 
arqumetlərlə tənqid edilmişdir.
5
 İ.Rza Arran və Şirvan vilayətlə-
rini Şimali Azərbaycan ( məqalə yazılan dövrdə Sovet Azərbay-
canı), onun nəzərincə yalnız həqiqi Azərbaycan olan İran Azər-
baycanının Cənubi Azərbaycan adlandırılmasını qəbul etməyərək 
iddia edir ki, hələ  qədim zamanlardan Şimali Azərbaycanın bö-
yük bir hissəsi Alban, sonralar isə Şərqi Şirvan, Albaniyanın cə-
nub və qərb rayonları isə Arran adlanmışdır. O, Azərbaycan əha-
lisinin Alban əhalisindən mənşə etibari ilə fərqləndiyini, Azərbay-
can terminin isə  İran mənşəli olduğunu, Albaniyanın qədim sa-
kinlərinin arilər olduğunu təkid etməklə Azərbaycan xalqının va-
                                                 
1
Rza İ. Azərbaycan və Ərran, çap-e əvvəl, Tehran, 1981; Rza İ. Azərbaycan 
əz kohəntərin  əyyam ta emruz. Azərbaycan və  Ərran, çap-e dovvom, 
Tehran, 1988. 
2
Rza İ. İran və Torkan dər ruzeqare Sasaniyan. Tehran, 1374. Çape dovvom. 
3
 Azəri İ. Azərbaycan və nəğmeha-ye və məğmeha-ye taze-ye estemargəran. 
Tehran, 1361. 
4
 Rza İ. Soxəni dər piyramune-Azərbaycan // Məcəlləye “Bərrəsihaye-tarixi”, 
1348, №1 
5
 Fazili A.H. Azərbaycan tarixinin bəzi problemlərinin İran burjua tarixçiləri 
tərəfindən saxtalaşdırılmasına dair.// Azərbaycanın tarix və mədəniyyətinin 
burjua saxtalaşdırıcılarına qarşı, Bakı, Elm, 1978, s.212-218 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin