Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə17/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   13   14   15   16   17   18   19   20   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
35
mali Azərbaycanda və eləcə də Cənubi Azərbaycanda genişlən-
məkdə olan demokraik hərəkat  İran qəzetlərində özünəməxsus 
şəkildə işıqlandırılır və şərh edilirdi. 
1918-ci il mayın 28-də İslam aləmində ilk dəfə olaraq Şi-
mali Azərbaycanda Cümhuriyyətin yaradılması ilə İranın rəsmi 
dairələrində, mətbuatında, ayrı-ayrı müəlliflərin  əsərlərində 
Azərbaycanın dövlətçilik tarixi, tarixi coğrafiyası, etnoqrafiyası 
sistemli şəkildə təhriflərə və saxtalaşdırılmalara məruz qalmağa 
başlayır. İranın rəsmi orqanlarında M.Ə.Rəsulzadənin göstərdiyi 
kimi, Azərbaycan Xalq Cümhuriyyətinin özündən deyil, onun 
adından uzun-uzadı danışmağa başlayırlar. Onlar Azərbaycan 
hökumətinin öz ölkələrinə Azərbaycan adını verməyə tarixi hü-
quqlarının olmadığını, bu adın yalnız İranın şimal vilayətinin adı 
olduğunu, buna görə də Cümhuriyyət hökumətindən “Azərbay-
can” adını götürməyi tələb edirdilər.  
Bununla  əlaqədar olaraq M.Ə.Rəsulzadə “Azərbaycan”, 
“İstiqlal” qəzetlərində Azərbaycan xalqının tarixi, coğrafiyası, 
etnoqrafiyası, etnogenezi ilə bağlı maraqlı yazılarla çıxış edərək 
İran ədəbiyyatında, mətbuatında Azərbaycanla bağlı qərəzli ya-
zılara da cavab vermiş olurdu. M.Ə.Rəsulzadənin 1918-ci ilin 
sonu-1919-cu ilin əvvəllərində “Azərbaycan” qəzetinin 5-ci 
sayında “Azərbaycanın paytaxtı” adlı  məqaləsi (məqalə  “İstiq-
lal” məcmuəsinin 1919-cu il 28 may tarixli birinci nömrəsində 
də çap edilmişdi – E.M.) İranda Azərbaycan dövləti və onun 
paytaxtı ilə bağlı yayılan  əsassız ittihamlara cavab məqsədi 
daşıyırdı. Məqalədə müəllif qeyd edir ki, Bakı, bu gün istiqlalını 
elan etmiş olan Şimali Azərbaycanın mərkəz idarəsi olduqdan 
sonra deyil, daha əvvəldən, qədim zamanlardan bəri Azərbayca-
nın paytaxtı, paytaxtı deyilsə  də mühüm mərkəzlərdən biri ol-
maq heysiyyətinə malik olmuşdur. Azərbaycan kəlməsinin “Od” 
mənasındakı “Azər”dən ayrıldığını iddia edənlər, buradakı atəş-
gədələri göstərir, ona görə də bu yerlərə “Od abad edən” məna-
                                                                                                         
Milli Şüur (20-ci əsrin birinci yarısında), Bakı, 1998, s.58-59. 


Eynulla Mədətli 
 
36
sında “Azərbaykan” və yaxud “Azərabadkan”, daha sonra müər-
rib olaraq “Azərbaycan” deyildiyini bəyan edərlər. O Şəmsəddin 
Saminin “Qamusi-əl-əlam”  əsərində “Azərbaycan” kəlməsinin 
izahına diqqət yetirərək göstərir ki, Ş.Sami bu termini əvvəlcə 
Təbrizin özünə, sonra ətrafına, sonra da vilayətinə aid edərək 
orada qaz və neftin çıxdığını, zəlzələlərin çox olduğunu, cahiliy-
yət dövründə atəşgədələrin çox olması  səbəbindən “Azərbay-
kan” adı almasını yazır. M.Ə.Rəsulzadə Ş.Saminin təsvir etdiyi 
mənzərənin tamamilə Bakı  və  Şamaxıya aid olduğunu göstərir 
və qeyd edir ki, burada Təbriz və  həvalisinə  bənzəyən bir şey 
yoxdur. Çünki oralarda nə qaz çıxarılır, nə də neft quyuları var-
dır.  Əlbəttə, bunları qeyd etməklə M.Ə.Rəsulzadənin məqsədi, 
heç də Təbrizin Azərbaycanın mərkəzi olduğunu inkar etmək de-
yil, “əsl Azərbaycan müsəmması olacaq nöqtənin Bakı ola bilə-
cəyini” göstərmək idi: “Əvət, Bakı yalnız bugünki Azərbaycan 
Xalq Cümhuriyyətinin paytaxtı deyil, əski Azərbaycan qitəsinin 
də mühüm bir mərkəzidir”.
1
 Məqaləsində o, “Bakı” termininin 
etimologiyasına da öz münasibətini bildirmiş, şəhərin qısa tarixini 
vermişdir. M.Ə.Rəsulzadə Baykal, Aral və Kaspi dənizinin türk 
gölləri kimi məşhur olduğunu, türklərin Xəzər dənizinə  həm də 
“Quzğun dəniz”, “Türk dənizi” dediklərini də vurğulayır.
2
 
Azərbaycanla  İran arasında ümumi tarixi və  ədəbi dəyər-
lərdən danışan M.Ə.Rəsulzadə  İran  şair və mühərrirlərinin – 
Firdovsi, Sədi, Hafiz, Ömər Xəyyam və Ruminin Şimali Azər-
baycanda da yaxşı tanındıqlarını, Azərbaycan  ədəbiyyatının 
Şeyxüşşüərası Füzulinin isə Arazın  şimalından çox cənubunda 
məşhur olduğunu, Nəbati, Raci, Məhəmməd Baqir, Dilsuz, Ləli 
və sair “Azərbaycan gülşəni-ədəbiyyatına” başqa bir rəng və 
rovğən verən ədiblərin İranın yetişdirmiş olduğu güllər, çiçəklər 
olduğunu qeyd edirdi: “Nəbati bizdə olduğu qədər, Seyid Əzim 
                                                 
1
 Bax:  Rəsulzadə M.Ə.Azərbaycan paytaxtı, “İstiqlal”məcmuəsi, 1919, 28 
may, №1; Rəsulzadə M.Ə. Əsərləri. V cild, s. 214-232. 
2
 Yenə orada, s. 223. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin