MüHÜm nəTİCƏLƏr amea nəzdində rsxm-nin “Kompleks geokimyəvi tədqiqatlar” Şöbəsi Kərəmova R. A., Abbaslı O. A., Kudryavtseva Y. N



Yüklə 60,17 Kb.
səhifə1/4
tarix25.06.2023
ölçüsü60,17 Kb.
#134976
  1   2   3   4
04-11-16 (аз-12) ВАЖНЕЙШИЕ (Aybeniz- ШГ)



MÜHÜM NƏTİCƏLƏR
AMEA nəzdində RSXM-nin
Kompleks geokimyəvi tədqiqatlar” Şöbəsi
Kərəmova R.A., Abbaslı O.A., Kudryavtseva Y.N.
2016 - cı il.


İşin adı: Azərbaycanda seysmoflüidodinamik (SFD) sahələrin monitorinqinin məlumatlarına əsasən zəlzələlərin operativ proqnoz probleminin həlli.
Formula: İlk dəfə dünyanın müxtəlif seysmoaktiv regionları üçün yalnız Azərbaycanında illik SFD monitorinq məlumatları bazasının” çoxillik (37 il) ərzindəki materialları əsasında zəlzələlərin operativ proqnozu problemi həlli həyata keçirilmişdir.
Annotatsiya: 2016-cə ildə AMEA nəzdində RSXM-nin“Kompleks geokimyəvi tədqiqatlar” Şöbəsində yalnız “Azərbaycanın illik SFD sahələrinin məlumat bazasına” əsasən dünyanın müxtəlif seysmoaktiv reqionları üçün zəlzələlərin operativ proqnozu ilə bağlı uzun müddətdir ki, (37 il) aparılan işlər artıq yekunlaşmışdır.
Bu nəticələr işlənmiş və testləşldirilmiş prinsipcə müxtəlif iki (2) texnologiyanın “Yalnız SFD sahələrə əsasən reqionda seysmik vəziyyətin qiymətləndirilməsi üçün Atomatlaşdırılmış texnoloqiya №1 və №2” –nin “Geokimya” bölməsınin (1979-2014-cü illər, 2015-ci ildən“Kompleks geokimyəvi tədqiqatlar” bölməsi) gündəlik iş rejiminə tətbiq olunmasından sonra əldə olunmuşdur. Geokimyəvi stansiyalardan gündəlik daxil olan məlumatlar proqnozlaşdırılan zəlzələlərin əsas parametrlərini (koordinatlarını, maqnitudasını və seysmik hadisənin reallaşma vaxtını) “diapazon-intervalını” əks etdirir.
SFD tədqiqatlar 1979-2016-cı illər ərzində seysmogeokimyəvi və seysmohidrogeodinamiki üsullarla il boyu gündəlik rejimdə yeraltı sularda, dəniz suyunda və eyni zamanda yer səhtinin lokal sahəsində aparılır. SFD monitorinq Azərbaycan seysmoaktiv zonasınıin 6 geokimyəvi stansiyasında 26 müşahidə obyektini əhatə edir. İşlənmiş texnologiyalar növbəti mühüm məsələləri həll etmişdir: a) il boyu SFD monitorinq məlumatlarının gündəlik iterpretasiyası (bir gün ərzində iyirmi altı (26) müşahidə obyektində on yeddi (17) parametr üzrə üç yüz beş (305) qiymət); b) eyni vaxtda yerləşməsinə (koordinatlarına), maqnitudasina və reallaşma vaxtlarına görə fərqlənən proqnozlaşdırılmış zəlzələlər üçün (hər bir konkret hiposentr üçün) “diapazon-interval” ocağın koordinatı; maqnitudası; 1÷16gün intervalında reallaşma vaxtı hesablanır. Bu vaxt intervalını biz zəlzələyə hazırlığın son etapı adlandırmışıq. Çünki müəyyən edilmişdir ki, məhz bu vaxt ərzində SFD sahələrdə zəlzələlərin informativ parametrləri-xəbərvericiləri formalaşır. İnformativ parametrlərin kombinasiyası və ocaqda hər bir zəlzələnin reallaşma vaxtı konkret hiposentr üçün individualdır.

Yüklə 60,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin