Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə18/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   14   15   16   17   18   19   20   21   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
37
də İranda mərufdur. Biz Ləliyi bildiyimizdən çox İran Sabiri ta-
nıyır. Dramaturqlarımızın yazdığı faciə  və komediyalar yalnız 
Təbrizdə deyil, Rəştdə, Qəzvində, hətta Tehranın özündə müvəf-
fəqiyyətlə tamaşa olunur”.
1
  
O, tarixə  qısa ekskurs edərək böyük bir ərazidə uzun 
əsrlərdir ağalıq edənlərin məhz türklər olduğunu, Dərbənd, Qu-
ba, Bakı, Şəki, Şirvan, Qarabağ, Gəncə, İrəvan, Naxçıvan xanla-
rının dəxi azərbaycanlı türk xanları olduğunu, “Muğan səhrasın-
dan Mil düzünə, Kalmık çölündən Aran vadisinə yayılanların, 
Şirvan silsiləsindən Qaradağa çapanların,  Şahdağın təpəsindən 
Savalan zirvəsinə qonanların, Kür övlasından Qızıl üzən çölgə-
lərinə süzənlərin” türklər olduğunu qeyd edir. O, belə bir məsə-
ləyə  də diqqəti cəlb edir ki, “türklərin buradakı hökmranlıqları 
Hindistan, Xorasan, Bağdad, İran və Misirdə olduğu kimi başqa 
bir cinsdən olan xəlqə  əskəri bir sinif olaraq hökumət sürmək-
dən ibarət olmamışdır. Osmanlılardan başqa  əksər türk hakim-
ləri hökumət etdikləri xəlqə  təmsil etmişkən, Azərbaycan türk-
lərinin kütlə etibarilə milliyyətin rükni-mühümi olan dillərini 
halilə saxlamaları göstərir ki, Azərbaycandakı türk hökumətləri 
başqa cinsdən bir xəlqə müsəllət əcnəbi bir hökuməti-əskəriyyə 
deyil, türk xalqının əksəriyyətinə istinad edir bir hökumət imiş”. 
Rus istilasına qədər ərəb və İran istilasına rəğmən, Azərbaycan 
xanlıqlarının yarım müstəqil türk xanlıqları halında qalmaları, 
hətta  İran Azəbaycanının belə türk sülalədən olan bir vəliəhd 
vasitəsilə idarə olunuşu bunu bir dərəcəyə  qədər təyid etməz-
mi?! Yüz illər bundan əvvəl Azərbaycan xanları öz mənliklərini 
dərk etmədən, özünü tanımış bir millət olduğunu bilmədən möv-
qelərini İranın mənəvi nüfuzuna, sonra da rusun qüvvəsinə təs-
lim etsələr də xalq özünə  məxsus  ədəbiyyatı,  şairləri, aşıq və 
dərvişləri ilə hüzn və  məsərrətini öz dili ilə  tərənnüm edir. Öz 
                                                 
1
 Rəsulzadə M.Ə.  İran və biz, “Azərbaycan”, 1919, 8 nisan, aprel, № 152; 
Rəsulzadə M.Ə. Əsərləri. V cild, Bakı: Qanun nəşriyyatı, 2014, s. 296.  


Eynulla Mədətli 
 
38
idrakı ilə bir vücud olduğunu bəlkə sezmədən sezdiryordu.
1
 Əvət, 
rəhləsi üstündən enməyən Füzulisi, Koroğlusu ilə bağrı yanıq Kə-
rəmə  ağlayan aşıqları, bu aşıqların ürək dağlayan sazları ilə ço-
banların ruha sinən bayatıları, cocuqların sevə-sevə əzbərlədikləri 
“üşüdü”ləri özlərini  İranlı bilən bu xalqın müdhiş bir zəlalətdə 
olduğunu göstəriyor: – Yox degil, siz türksünüz! –diyordu.
2
  
M.Rəsulzadə göstərirdi ki, bu türklər Azərbaycanı ikiyə bö-
lən Araz çayının iki tərəfində sakin olub qismən də İrana bu və 
ya digər surətlə bağlı olsalar da, müstəqil bir halda yaşadıqları 
zaman məhkum bir millət deyil, hakim olaraq yaşayırdı,  İran 
taxtında oturan sülalə öz cinslərindən olan bir türk sülaləsi idi. 
İranı və xanlıqları müdafiə edən şahzadə, yenə bir türk şahzadəsi 
idi. Abbas Mirzənin istinad etdiyi nöqtə  Təbriz olduğu kimi, 
ümid bağladığı qüvvə dəxi Azərbaycan türkləri idi. Azərbaycan 
xalqı idarəcə gördüyü ağırlığı başqalarından deyil, öz cinsindən 
gördüyü üçün həqiqi məhkumiyyətini mənəviyyatca tamamilə 
başqa bir ruh və yabançı bir mədəniyyət məhkumu olduğunu 
dərk etmirdi. Get-gedə farslaşırdı. Təhsilini, tərbiyəsini farsca 
alır, bir fars kimi düşünür və özünü doğrudan-doğruya İranlı ol-
duğunu təsəvvür edirdi. Hətta türk kəlməsi belə türk xalqının öz 
dilində – şayani-heyrətdir ki, – təhqir kimi işlənirdi: Məsələn, 
“türksayə” sadəlövh mənasında, “türkün sözü” səthi söz məna-
sında, “türk demişkən” əlavəsinin isə təhqiredici mənada işlən-
məsi məhz o zehniyyətin təsiri olduğunu göstərir. “Dili başqa, 
yazısı başqa bir millət! Məvarayi–Araz Azərbaycanı hala bu hal-
dadır. Orada hər kəs türkcə söylər, fəqət, eyni zamanda tamamilə 
farsca yazılar.
3
 
M.Rəsulzadə Azərbaycanın rus idarəsinə keçdikdən sonra 
məhdud da olsa malik olduğu siyasi hüququnu da tamamilə itir-
                                                 
1
“İstiqlal” məcmuəsi, 1919, 28 may, №1; Rəsulzadə M.Ə.  Əsərləri. V cild, 
s.322-323 
2
 Yenə orada, s. 323. 
3
“İstiqlal” məcmuəsi, 1919, 28 may, №1; Rəsulzadə M.Ə. Əsərləri. V cild, s.324 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin