Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə21/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   17   18   19   20   21   22   23   24   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
43
hidliyini şübhə altına almağa çalışır. Mənbələrdəki ayrı-ayrı fakt-
lardan öz müddalarını sübut etmək üşün istifadə etməyə çalışan 
müəllif sonda belə bir nəticəyə  gəlir ki, Arazın  şimalında olan 
ərazi heç vaxt Azərbaycan adlandırılmamışdır.
1
  
Bəhs etdiyimiz İran tarixçiləri və digərləri Azərbaycanın 
tarixi coğrafiyası ilə bağlı öz qeyri-elmi fikirlərini sübut etmək 
üçün bir sıra qədim və orta əsr müəlliflərinin əsərlərinə və hətta 
Rusiyada çarizm dövründə nəşr edilmiş kitablara istinad edərək 
guya 1918-ci ilə qədər yazılmış sənədlərdə də Aranın və Şirva-
nın heç vaxt Azərbaycan adlandırılmadığını, bəzi hallarda bu vi-
layətlərin Qafqaz adlandırıldığını iddia etmişdir. İran tarixçiləri 
öz müddəalarını təsdiq etmək üçün ayrı-ayrı faktları seçib götü-
rür, bu müddəalara uyğun gəlməyən faktların üstündən isə sü-
kutla keçməyə cəhd göstərirlər. Əslində onların istifadə etdikləri 
mənbələrin bəzilərində Azərbaycan məfhumunun hər iki əraziyə 
aid edildiyi görünür. Lakin onlar paniranist fikirlərinin  əksini 
göstərən bu sənəd və mənbələrin varlığını danırlar. Bu kimi sə-
nəd və materiallar kifayət qədərdir.
2
 Azərbaycan tarixçiləri, coğ-
rafiyaçıları  və başqa elm sahəsi ilə  məşğul olanlar “Albaniya”, 
“Aran”, “Şirvan” və digər tarixi-coğrafi terminlərin mövcudlu-
ğunu heç zaman inkar etməmişlər, Azərbaycanda bu tarixi və 
coğrafi vilayətlər indi də  həmin adla adlanırlar. Biz yuxarıda 
M.Ə.Rəsulzadənin Azərbaycan termininin Araz çayının hər iki 
tərəflərində yerləşən əraziləri əhatə etdiyini sübut edən fikirləri-
ni göstərmişdik. Sonrakı dövrlərdə istər sovet, istərsə də müstə-
qillik illərində Azərbaycan tarixçiləri  İran tarixçilərinin Azər-
baycanın tarixi coğrafiyası ilə bağlı  qərəzli fikirlərini faktlarla 
və elmi dəlillərlə  təkzib edən bir çox əsərləri işıq üzü görmüş-
                                                 
1
 Reza İ. Azərbaycan  əz kuhəntərin  əyyam ta emruz. Azərbaycan və Ərran, 
Tehran,1988, s.6-7 
2
 Tağıyeva Ş.Ə. Müasir İran burjua tarixşünaslığında Azərbaycan xalqının et-
nik birliyinin inkar edilməsi haqqında, s.117 


Eynulla Mədətli 
 
44
dür.
1
 Azərbaycan tarixçiləri  ən qədim dövrlərdən tutmuş elə 
1918-ci ilə qədər yüzlərlə tarixi mənbələrdə Araz çayının şima-
lındakı ərazinin də Azərbaycan adlandırıldığını sübut etmişlər. 
Əslində, vahid Azərbaycan 1828-ci il Türkmançay müqa-
viləsinə  əsasən iki hissəyə bölünmüş  və Araz çayının hər iki 
tərəfində yerləşmiş vahid ərazinin bir hissəsi xalq tərəfindən 
«Cənubi Azərbaycan», şimal hissəsində yerləşmiş ərazi «Şimali 
Azərbaycan» adlanmışdır. Türkmançay müqaviləsindən keçən 
bir əsr ərzində Azərbaycanın şimal və cənub hissələrində sakin 
olan azərbaycanlılar heç bir icazə almadan bir-biri ilə görüşür və 
gəl-get edirdilər. Cənubi azərbaycanlıların Naxçıvan, Ordubad, 
                                                 
1
 Fazili A.H. Azərbaycan tarixinin bəzi problemlərinin İran burjua tarixçiləri 
tərəfindən saxtalaşdırılmasına dair, s.212-218; Эфендиев О. К освещению 
некоторых  вопросов  истории  сефевидов  в  современной  иранской  ис-
ториографии,  с125-140; Musəvi T.M. Cəmaləddin Fəqihin “Aturpatakan 
və nehzət-e ədəbi” əsəri haqqında / Azərbaycanın tarix və mədəniyyətinin 
burjua saxtalaşdırıcılarına qarşı, Bakı, Elm, 1978, s.159-167; Azərli 
M.İ.Azərbaycan dili haqqında  ərəbdilli mənbələrdə verilən məlumatların 
bəzi İran alimləri tərəfindən saxtalaşdırılması / Azərbaycanın tarix və mə-
dəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı, Bakı, Elm, 1978, s.167-176; 
Piriyev V. Azərbaycanın XIII-XIV əsrlər tarixinin İran burjua tarixşünaslı-
ğında təhrifinə dair / Azərbaycanın tarix və mədəniyyətinin burjua saxtalaş-
dırıcılarına qarşı, Bakı, Elm, 1978, s.177-186; Dəlili H.Ə. XVIII əsr Azər-
baycan tarixi haqqında bəzi müasir İran tarixçilərinin qeyri-elmi münasi-
bətlərinə dair / Azərbaycanın tarix və mədəniyyətinin burjua saxtalaşdırıcıla-
rına qarşı, Bakı, Elm, 1978, s.187-193; Əliyev M.M. Bəzi İran mətbuat or-
qanları  səhifələrində Azərbaycan xalqı  və onun mənşəyi məsələləri / Azər-
baycanın tarix və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı, Bakı, Elm, 
1978, s.205-211;Tağıyeva  Ş. Müasir İran burjua tarixşünaslığında Azər-
baycan xalqının etnik birliyinin inkar edilməsi haqqında, s. 114-124; Köçərli 
T. Qarabağ. Yalan və  həqiqət, Bakı, “Əbilov, Zeynalov və  oğulları”, 1998, 
153 s.; Köçərli T. Erməni saxtakarlığı. Tarixi arayış, Bakı, 2001; Tahirzadə 
Ə. Ə.Kəsrəviçilik: Kökü, özəyi, ardıcılları, dirildilməsi-I, Azərbaycan filolo-
giyası məsələləri,II buraxılış, Bakı: Elm, 1984, s.44-59; Tahirzadə Ə., Ə.Kəs-
rəviçilik: Kökü, özəyi, ardıcılları, dirildilməsi-II, Azərbaycan filologiyası 
məsələləri,III buraxılış, Bakı: Elm, 1991, s. 61-91; Mədətli E. Azərbaycan 
həqiqətləri İran tarixşünaslığında, Bakı, Təhsil, 2011, 272 s. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin