Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə22/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   18   19   20   21   22   23   24   25   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
45
Bakı, Gəncə, Quba, Şəki,  Şamaxı  və sair şəhərlərdə ticarətxa-
naları var idi. XIX əsrin sonu və XX əsrin birinci rübündə Bakı 
sənaye müəssisələrində, neft sənayesində  işləyən sənətkar və 
mütəxəssis fəhlələrin 25%-dən çoxunu Arazın cənub hissəsin-
dən gəlmiş azərbaycanlılar təşkil edirdi.  
Yalnız Rza şah və Stalinin hakimiyyəti dövründə ikiyə bö-
lünmüş Azərbaycan ərazisi sərhədində sovetlər tərəfindən tikanlı 
məftillərdən çəkilmiş  dəmir pərdə bu vahid xalqın bir-biri ilə 
ünsiyyətini yasaq etdi. Məhz buna görə də, Azərbaycanın böyük 
şairi Məhəmmədhüseyn  Şəhriyar Araz çayını “qaş ilə göz ara-
sında çibana” bənzətmişdir. 
Görkəmli Azərbaycan tarixçisi Z.M.Bünyadov öz əsərində 
orta əsr ərəb müəlliflərinin Azərbaycanla bağlı çoxlu sayda mə-
lumatlarını verir ki, bu müəlliflər həm Sasanilər dövründə, həm 
də  Ərəb Xilafəti dövründə indiki Azərbaycan Respublikasının 
ərazisinin Azərbaycan ölkəsinə daxil olduğunu təsdiqləyirlər.
1
 I 
Xosrov Ənuşirəvanın vaxtında Azərbaycan və qonşu torpaqların 
Xəzərlər sepəhbuduna daxil edildiyi göstərilir.
2
 Ərəbcə yazılmış 
“Tarix  ər-rüsul vəl-müluk” (“Peyğəmbərlərin və hökmdarların 
tarixi”)  əsərinin müəllifi  ət-Təbərinin (893-923) məlumatından 
aydın olur ki, I Xosrov Ənuşirəvanın (531-579-cu illər) zama-
nında Sasanilər imperiyası dörd isbahbəzliyə bölünürdü və dör-
düncü isbahbəzlik olan Azərbaycanın  ərazisi “xəzərlərin ölkə-
si”nə  qədər uzanırdı.
3
 Xəzər xaqanlığının Dərbənddən  şimalda 
yerləşdiyini nəzərə alsaq, Arazdan şimaldakı torpaqların hələ 
Sasanilər dövründə Azərbaycanın bir hissəsi olduğunu göstərə 
bilərik.  Ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azər-
baycan  ərazisi Həmədan,  Əzhər, Zəncandan tutmuş  Dərbəndə-
                                                 
1
 Bax: Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007, 
424 səh. 
2
 Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə, s.45. 
3
 Orta  əsr  ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar (ön söz: 
F.Əsədov; tərcümə edənlər: Z.Bünyadov, C.İskəndərli, H.Əkbərov, S.Sü-
leymanova, E.Ağayeva). Bakı, 2005, s.107. 


Eynulla Mədətli 
 
46
dək uzanırdı. Azərbaycanın şimal sərhədinin Sasanilər dövründə 
Dərbəndədək uzandığı barəsində  həmin  şəhərin hasarlarındakı 
pəhləvi yazıları məlumat verir; bu yazılar b.e. 553-cü ildə Azər-
baycandakı Sasani mərzbanı  Bərzini tərəfindən tərtib edilmiş-
dir.
1
 VI yüzildə orta fars dilində yazılmış “Şəhristaniha-yi Eran” 
adlı coğrafi risalədə (traktatda) inzibati vahid olan Azərbaycan 
ölkəsinə Atropatena, Ərməniyyə,  İberiya, Albaniya, Balasakan, 
Sisikan, Arey, Gilan, Deyləm, Dəmavənd, Təbəristan, Rovan, 
Amul, Həmədan və Muğan vilayətlərinin daxil olduğu göstəril-
mişdir.
2
 Sasanilər dövründən bəhs edən “Əndərz-i Xosrov Ənu-
şirəvan” adlı qaynaqda İran şahı I Xosrovun adından deyilir ki, 
“Azərbaycana tərəf hərəkət edib Çul, Dərbənd və Firuz-Xosrov 
şəhərinə çatdım”.
3
 “Dərbəndnamə” adlı orta yüzil salnaməsində 
ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azərbaycan əra-
zisinin Dərbəndədək uzandığı göstərilmişdir.
4
 Ərəblərin hücumu 
zamanı Azərbaycanın şimal hissəsi olan Arran və Sünik Gürcüs-
tanın bir hissəsi ilə birlikdə xəzərlərin əlində idi. Ərəb xəlifəsi I 
Müaviyyə (VII əsr) öz müşaviri Abid ibn Şariyədən soruşur: 
«Türklər və Azərbaycan nə deməkdir?» Abid cavab verir: 
“Azərbaycan – qədimdən türklərin yaşadığı ölkədir”.
5
 Z.  Bün-
yadovun fikrincə, bu rəvayəti  şübhə altına almaq olardı, lakin 
1126-cı ildə farsca yazılmış bir anonim əsərdə də həmin rəvayə-
                                                 
1
 Пахомов  Е.А.  Пехлевийские  надписи  Дербента // Известия  Общества 
Обследования и Изучения Азербайджана, № 8, выпуск 5, Баку, 1929., 
S.29; Azərbaycan tarixi, Yeddi cilddə, ikinci cild. Bakı: Elm, 1998, s.88. 
2
 Касумова С.Ю. Азербайджан в III-VII вв. Баку, 1993., s.51. 
3
 Fazili A.H. Azərbaycan tarixinin bəzi problemlərinin İran burjua tarixçiləri 
tərəfindən saxtalaşdırılmasına dair, s.217. 
4
 Дербенднаме  (Румянцевский  список).  Перевод  Г.-М.Р.Оразаева.  В 
книге: «Дагестанские  исторические  сочинения».  Москва, 1993., s.3-4; 
Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989., s.136 
5
Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989, s. 56-57; Bünyadov Z.Azər-
baycan VII-IX əsrlərdə, Bakı, 1989, s.174; Azərli M.İ.Azərbaycan dili haq-
qında ərəbdilli mənbələrdə verilən məlumatların bəzi İran alimləri tərəfin-
dən saxtalaşdırılması, s.172 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin